Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ceyn Ostin “Nortenger Abbatlığı”

kko_ceyn_ostin_nortenger_abbatlighiAnnotasiya

“Nortenger Abbatlığı” (ingiliscə “Northanger Abbeyi”) – Sevgi hekayəsi özündə romantizmi və parlaq yumoru birləşdirə bilərmi? Sərgüzəştlər həm istila edib, həm də güldürə bilərmi? Söhbət Ceyn Ostinin “Nortenger abbatlığı” romanından gedirsə, bilər.

Dünya ədəbiyyatının qızıl fonduna daxil edilmiş bu kitab əvvəlki kimi milyonlarla oxucunu əsir edir. Əvvəlki kimi birnəfəsə mütaliə edilir və əvvəlki kimi gözəl üslubu, istehzası və dili ilə hamını sarsıdır.

Karandaşın izi ilə

İnsan öz həyatında bəzən elə vəziyyətlərə düşür ki, bunların qarşısında sağlam düşüncə aciz qalır.

***

Öz həyatının ilk on beş ilini kifir hesab edilən qızın birdən-birə göyçək görünməsi – daha çox hiss edilən sevincdir, nəinki, beşikdən gözəl olan qızın bütün sevincləri. Lakin qonşuluqda yaşayan qırx ailənin diqqətsizliyinə baxmayaraq, əgər gənc xanımın qismətində əsərin qəhrəmanına çevrilmək imkanı varsa, o qəhrəman olacaq. Mütləq nə isə bir şey baş verəcək və qəhrəman onun qarşısına çıxacaq.

***

– Mən sizi başa düşmürəm.
– Belə halda, biz sizinlə nataraz vəziyyətdəyik. Çünki, mən sizi çox yaxşı başa düşürəm.
– Məni? Ola bilməz. Başqasının məni anlamaması üçün, fikirlərimi bu qədər incə ifadə etməyi bacarmıram.

***

Dostluq sevgidə məyusluqdan yaranmış yaraları sağaldan şəfalı məlhəmdir.

***

Öz geyimlərindəki bütün yeni və bahalı bər-bəzəkləri kişi ürəyinin nə dərəcədə anlamağa qabil olmadığını, parçanın qiymətli olmasının ona nə qədər az təsir etdiyini və kiseyi və ya muslin parçası üzərindəki xallı və ya zolaqlı naxışalara onun necə etinasız olduğunu anlasaydılar, bu bir çox qadının heysiyyətinə toxunardı. Qadın yalnız öz zövqünü oxşamaq üçün geyinib-keçinir. Heç bir kişi bəzənmək sayəsində qadına məftun olduğundan artıq vurulmayacaq və heç bir qadın buna görə ona daha çox rəğbət bəsləməyəcək. Səliqəlik və incəlik birincini tam qane edir, əyninin bir qədər səliqəsiz və pinti olması isə sonuncunu xüsusilə sevindirir.

***

– Əgər üç kiçik əskikliyi nəzərə almasaq, bir qayda olaraq, qadınlar məktubları nöqsansız yazırlar.
– Hansı əskiklikləri?
– Məzmunsuzluq, durğu işarələrinin ötürülməsi və tez-tez təkrarlanan qrammatik səhvlər.

***

O, qadın cinsinin elə çoxsaylı nümayəndələrindən biri idi ki, onların əhatəsində olmaq, dünyada onlarla evlənmək üçün belə aludə olmuş kişilərin tapılmasına təəccübdən başqa ətrafdakılarda heç bir hiss yaratmırdı.

***

Bir bəyin öz sevgisini etiraf edənədək gənc xanımın ona aşiq olması münasib olmadığı kimi, xanıma həm də bəyin onun barəsində düşündüyü məlum olana qədər, onun bəy haqqında düşünməsi yaraşmaz.

***

Əfsuslar olsun ki, gənclər sabah ağıllarına nə gələcəyini bu gün heç vaxt bilmirlər.

***

Bütün qalan ömrün boyu kitab oxumaq imkanı əldə etmək üçün bir-iki il əzab çəkmək heç də pis deyil.

***

O kəs ki, kimisə özünə bağlamaq istəyir, gərək ki, özünü heç nədən məlumatı olmadığı kimi aparsın. Geniş və dolğun məlumatlı olmaq – ətrafdakıların məğrurluğuna toxunmaq deməkdir ki, bundan da ağıllı insan hər zaman qaçmalıdır, xüsusilə də, bədbəxtlikdən az-çox təhsil almış və bu çatışmazlığı mümkün qədər gizlətməyə çalışan qadın.

***

Qadının sadəliyi onun cazibədarlığını artırır.

***

On beş və on altı yaşlarında o, qəhrəman olmağa hazırlaşırdı. O, lazımi sitat ehtiyatına malik olan əsər qəhrəmanlarının oxumalı olduğu bütün kitabları oxumuşdu.

***

O, sonet yaza bilməsə də, özünü şeir oxumağa alışdırmışdı.

***

Öz dediyinin üstündə durmaq çox zaman inadkarlıq göstərmək deməkdir. Şüurla edilmiş güzəştlər – sağlam düşüncənin olmasını göstərir.

***

Hərdən, tarixi kitabları oxumağa özümü məcbur edirəm, lakin onlar məni bir az da hirsləndirir və sayıqlığımı azaldır. Hər səhifədə kralların və papaların mübahisələri, müharibələr və xəstəliklər! Kişilər – miskin və bacarıqsız təsvir olunur, qadınlar haqqında demək olar ki, heç nə danışılmır…

***

– …Sizcə, “Udolfo” dünyanın ən yaxşı kitab deyil?
– Siz yəqin ki, “ən gözəl” demək istəyirsiniz. Bu cildləmədən asılıdır.

***

Əgər bir romanın xanım qəhrəmanı digər romanın qəhrəmanının himayəsinə bel bağlaya bilmirsə, o, mərhəməti və köməyi kimdən gözləsin?

***

Mən sizi acıqlandırmaq imkanı qazandım. Yaxından tanış olmaq üçün bundan yaxşı şey yoxdur.

***

Heç kim qadınların əqli fəaliyyəti haqqında mənim qədər yüksək fikirdə deyil. Mənə elə gəlir ki, təbiət onlara o qədər çox ağıl verib ki, onlar heç vaxt bunun yarısından çoxunu istifadə etməyi labüd hesab etmirlər.

***

Onların ürəkləri bir-birinə sizə açıq olmadığı qədər açıqdır.

***

Və o, öz bəxtindən o qədər razı idi ki, bu gəzintini qardaşı ilə dost və rəfiqəsi ilə qohum olan insan üçün o qədər xoş etmək istəyirdi ki, və hər cür sünilikdən uzaq olan elə təbii hisslərlə bürünmüşdü ki, Milsom küçəsində onlar həmin iki gənc ədəbsiz centlmenlə yenidən üz-üzə gəldikdə və onların yanından ötən zaman, o, heç də bu bəylərin diqqətini cəlb etməyə çalışmırdı və sadəcə üç dəfə arxaya çevrilib baxdı.

***

Sivil cəmiyyətin həyatı ilə heç olmasa, azca tanış olan heç kəs, balaca oğlanların və qızların tərbiyəsində onlara əziyyət verməyin gərəkli olduğunu danmayacaq.

***

Necə qorxaqcasına siz otaqdakı əşyaları nəzərdən keçirəcəksiniz! Sizin diqqətinizi nə cəlb edəcək? Xeyir, nə masalar, nə şkaflar, nə geyim otağı, nə də siyirtmə, amma bəlkə bir tərəfdə duran keçmiş musiqi alətinin qalıqları, digər tərəfdə heç bir səylə açıla bilməyən ağır sandıq və ya buxarının yuxarısında asılmış portretdən sizə baxan yaraşıqlı cəngavər – onun cizgiləri sizi özünüz də dərk etmədən elə mat qoyacaq ki, gözünüzü ondan çəkə bilməyəcəksiniz…sonra onun azalan addımlarının əks-sədasını eşidəcəksiniz və ürəyiniz çəkilərək qapını kilidləmək istədikdə, böyük təlaşla anlayacaqsınız ki, qapının qıfılı yoxdur.

***

Bu da sizin nigah və rəqs barəsində fikriniz. Əlbəttə, bu mənada, onların bənzərliyi heç də təəccübləndirici deyil. Amma fikrimcə mən onları digər mənada oxşada bilərəm. Siz mənimlə razılaşarsınız ki, həm nigahda, həm də rəqsdə kişi seçim etmək üstünlüyünə malikdir, qadın isə yalnız imtina etmək gücündədir. Və etiraz etməzsiniz ki, hər ikisi, kişi və qadının razılığı əsasında yaranmış bir birlikdir ki, bu birliyin yaranmasından onun pozulmasına qədər, onlar müstəsna olaraq bir-birinə məxsus olurlar.

***

Mən milli rəqsləri nigah rəmzi hesab edirəm. Sədaqət və iltifat hər ikisinin əsas vəzifəsidir. O kişilər ki, nə evlənmək, nə də rəqs etmək istəyirlər, gərək qonşularının yoldaşına və ya arvadına baxmasınlar.

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram