“Yüz illik tənhalıq” romanında Buendia nəslinin yaranması, çiçəklənməsi, süqutu və məhvi təsvir olunub. Bu nəslin tarixi – bu və ya digər şəkildə hər Buendianın taleyində meydana çıxan tənhalıq tarixidir. Yalnızlıq, ailə üzvlərinin pərən-pərən dağılması, onların başa düşmək və bir-birlərini anlamaq qabiliyyətinin olmaması romanda həqiqətən mifoloji xarakter qazanır.
Əsərdən seçilmiş hissələr
Bu qorxunc oyuna çox ciddi yanaşdığınızı və müvəffəqiyyətlə də davam etdirdiyinizi görürəm. Çünki tapşırığınızı yerinə yetirirsiniz, dedi- yalnız bunu unutmayın ki, Tanrı bizlərə ömür verdiyi müddət boyunca ana olaraq qalacağıq və sizlər nə qədər böyük inqilabçılar olursuz olun, hörmətsizlik etməyə niyyətli olduğunuz an tumanınızı sıyırıb bir gözəl sillə yapışdırmaq haqqımızdır.
***
Bu kişilər necə də qəribədir?!-dedi, papazlara qarşı vuruşub canlarını verir, sonra da hədiyyə olaraq dua kitabı gətirirlər.
***
Aureliano özünü ora bura dağılmış, çoxalmış halda görür və bu onu bütünlüklə yalnızlığa qərq edirdi.
***
İnsanın ən yaxşı dostu ölmüş dostudur.
***
– Polkovnik, siz burda nə edirsiniz?
– Oturub içində cəsədim olan tabutu nə vaxt yanımdan keçirəcəklərini gözləyirəm.
***
Polkovnik Aureliano Buendia, onu salamlamaq üçün emalatxanasına gələnlərdən çoxunun ona qarşı olan sevgi, yaxud hörmətdən deyil, bir antik abidəni, muzeylik bir əşyanı görmək marağıyla gəldiklərinə inandığı üçün otağının qapısını həmişəlik bağladı və emalatxanasına qapandı.
***
Öz bəsit həqiqətləriylə dolu dünyasında xoşbəxtliyi tapmışdı.
***
Ona tamamilə yad gələn, içindəki heç bir şeyin və heç kimin ürəyində ən kiçik bir sevgi qığılcımı belə oyandıra bilmədiyi bir evdə yalnız qalmış, itmişdi.
***
İnsan ölüm zamanı gəldiyində deyil, ölə bildiyi zamanda ölür.
***
Bu gün liberallarla mühafizəkarlar arasındakı tək fərq liberalların saat beşdə, mühafizəkarların isə saat səkkizdə kilsəyə getməsidir.
***
Onun ürəyindən qorxması nəticədə digər duyğulara qalib gəlmişdi.
***
Bir an büdrədi və önündəki boşluğun içində heç bir sevgi oyandırmadığını bir daha dərk etdi.
***
Tale onun həyatını alt-üst etmiş, sevgilisinin əri, arvadının sevgilisi vəziyyətinə gətirib çıxarmışdı.
***
Zaman-zaman yenilənən bu yuxunun özəlliyi yuxu içində xatırlanmasıydı.
***
Pisliklə keçmiş bir ömrün əvəzini, dünyaya son bir yaxşılıq etməklə ödəyə biləcəyinə inanır, edə biləcəyi ən yaxşı şeyin ölənlərinə xəbər göndərmək istəyənlərin məktublarını o dünyaya aparmaq olacağını düşünürdü.
***
Zamanın keçib getmədiyini, bir çevrə ətrafında dönüb durduğunu sübut edən bir xatirə qarşısında diksinmədən dayana bilmədi.
***
Yüz illik vərdişlərini pozmadan qapılarının qarşısında oturmuş, ölümə sürüklənməyi gözləyirdilər.
***
Gələcəyin dumanlı təsviri ürəklərini keçmişə çevirmişdi.
***
Gündəlik və daimi olan yeganə həqiqətin eşq olduğu boş bir dünyada asılı qalmışdılar.
***
Bu körpə, nəsli yenidən başladacaq və bütün pisliklərdən, yalnızlıqlardan təmizləyəcəkdi, çünki yüz il içində toxumu eşqlə atılmış tək insan o idi….
***
Bu gecikmiş göz yaşlarıyla, eşqin tilsimini pozmamaq üçün zamanında ağlamadığı bir ölüyə olan borcunu ödədiyinin fərqindəydi.
***
Yüz illik yalnızlığa məhkum edilən nəsillərin yer üzündə ikinci bir təcrübə şansı ola bilməzdi.
***
Onu bacılarının emalatxanasında, evinin pəncərələrinin örtülü pərdələri arxasında, atasının iş yerində axtarır, ancaq təkcə öz qəlbində tapırdı və bu sima onun dəhşətli tənhalığına rəng qatırdı.
***
Çoxları maraq xatirinə gəldi. Çoxları avaraçılıqdan. Üçüncülər Tanrının vasitəçisinə onlar tərəfindən göstərilən etinasızlığı şəxsi inciklik kimi qəbul etməsindən ehtiyat edərək gəldi.
Aurelianoya gəldikdə isə o, özünün mövcudluğuna çatışmayan səbəbi Remediosda tapmışdı.
***
Ondan harda olduğunu soruşdular, cavabı “Orda” oldu.
***
Əgər mütləq nəsə olmaq lazımdırsa, onda mən yaxşısı liberal olum, çünki mühafizəkarlar fırıldaqçılardır.
***
O, tam həqiqətə uyğun yalan danışmağı öyrəndi və nəhayət özü də öz uydurmalarında təsəlli tapmağa başladı.
***
Ursula bunu azmış qoyunun sürüyə qayıtması kimi qiymətləndirdi.
***
…bütün bunların hamısı yaddaşın çardağına atılmışdı.
***
Düzünə qalsa, ölüm onunçün heç bir məna kəsb etmirdi, ona vacib olan həyat idi və buna görə də, ölüm hökmünü eşidəndə hiss etdiyi qorxu yox, həsrət oldu.
***
Yaxınları haqda düşüncələrində sentimentallıq yox idi, o, ən çox nifrət etdiyi insanları əslində necə çox sevdiyini anlamağa başlaya-başlaya, öz həyatına sərt bir şəkildə yekun vururdu.
***
Onda ehtiyac yaranmayanadək mövcud olmamaq kimi nadir bir qabiliyyət vardı.
***
Amaranta ah çəkirdi, gülürdü və uşaq dilində danışan bu gözəl kişilər və qadınlar ölkəsi, keçmiş əzəmətindən ancaq zibil yeşiyində eşələnən pişiklər qalmış qədim şəhərlər haqqında xəyallar qururdu.
***
“Bu qədər özünü həlak edəsən – polkovnik Aureliano Buendia deyinirdi – bu qədər əziyyət çəkəsən və hamısı bundan ötrü ki, altı alçaq səni güllələyə və sənin də əlindən bir şey gəlməyə.” O, bu sözləri durmadan təkrarlayırdı, kapitan Roke Qəssab isə onun qəzəbini ehtiram alovu zənn edib, dua etdiyini düşünərək mütəəssir olmuşdu.
***
Uşaqlara dəlilik valideynlərindən keçir.