“İtki” (isveç dilində “Saknad”) – Zəngin ailəsi və ümumiyyətlə bütün cəmiyyətlə əlaqəsini kəsən otuz iki yaşlı Sibilla Forsenström zirzəmi və çardaqlarda yaşayır. Bir gün lazım olmayan vaxtda lazım olmayan yerdə olan qadın dəhşətli cinayət işində əsas şübhəli şəxsə çevrilir. İndi İsveç polisi Sibillanı təqib edir. Qətllər isə davam edir. Sibilla özü istintaq aparmağa və əls canini tapmağa çalışır.
Karandaşın izi ilə
Yalnız təyin edilmiş qaydalara əsasən yaşayan insanlara hörmət edilir. Bu qanunauyğunluğun öhdəsindən gəlməyənlər isə müalicəyə ümid edə bilərlər.
***
Hər dəfə həqiqətən nəsə istəyəndə o məni uğursuzluğa hazırlamağa, həmin şeyi əldə edə bilməsəm, nələr hiss edəcəyimi başa salmağa çalışırdı. Məni ağrılardan qorumaq üçün arzularımı əlimdən alırdı. Həmişə uğursuzluğa hazırlaşırsansa, o məqsədə çevrilə bilər.
***
Ancaq başına gələnləri başa düşə bilərsən.
***
Bütün həyat yol ayrıcılarından ibarətdir. O gecə həmin yol ayrıcılarından birinə çatıb fikir vermədən yanından ötdü. Və bütün insanlar kimi bunun nə olduğunu dərhal anlamadı. Həmin gecə səhv yerə döndüyünü başa düşmək üçün uzağa getməli oldu. Lakin bunu başa düşməklə o, artıq heç nəyi dəyişmək iqtidarında deyildi.
***
O vaxtlar insanlar susmağı bacarırdı.
***
Bir dəfə məğlub olan həmişə məğlub olur.
***
O, Xeyno və onlar kimilər, görünür, əvvəlcədən cəmiyyətdə kol rolunu oynamaq üçün yaradılıb. Adi vətəndaş özünü onlarla müqayisə edəndə sosial statusundan razı qalsın deyə. Özünün uğurlarını onların uğursuzluqları ilə ölçsün deyə.
Hər şey hər zaman daha da pis ola bilər.
Yəqin onlar cəmiyyətdə balans üçün mövcud olmalıdırlar. Elə əvvəldən buğdanı arıtlamaq lazımdır. Öz yerlərini bilsinlər, öyrəşsinlər və çox şey istəməsinlər deyə.
***
Övladlığa vermək. Vermək nədənsə canını qurtarmaq deməkdir. Övladlıq isə sadəcə sözdür. Faiz və demokratiya kimi.
Dəyəri və mənası olmayan söz.
***
Belə güclü əzab verdiyin halda insanlardan səni sevməyini necə tələb etmək olar?
Tərcümə: Lamiyə Göycəyeva