Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Jaume Kabre “Qaranlıq düşəndə”

Annotasiya

“Qaranlıq düşəndə”(katalonca “Quan arriba la penombra“) – katalon ədəbiyyatının parlayan ulduzu Jaume Kabrenin on üç hekayədən ibarət əsəridir.

“Qaranlıq düşəndə” amansızlıq, axmaqlıq, qəzəb, acgözlük, anlaşılmazlıq, qorxulu və gülməli insan ruhlarının bir-biri ilə görüşdüyü gözoxşayan kaleydeskopdur. Burada hamının əli qanlıdır, hamı öldürür: qəsdən və ya bilmədən, vəzifə borcuna görə və ya affekt vəziyyətində – istənilən halda, burada günahsız qurban yoxdur.

Əsərin qəhrəmanları eyni zamanda həm çox fərqli, həm də çox oxşardır: sığınacaq yetirməsi böyüyür və onu tərk edən hər kəsdən qisas alır, oğru oğurladığı tablo tərəfindən oğurlanır, bir kitab rəfdən Nobel mükafatı lauretı olacaq sahibinin havalanmasına şahid olur, bir yazıçı əlyazması çap olunmadığı təqdirdə naşiri intiharla təhdid edir, bir qoca əsgərlik illərini və döyüş meydanında ölən yoldaşlarını heç cürə unuda bilmir…

Karandaşın izi ilə

Qorxusuz yaşamaqdan xoşum gəlir.

***

Biz kitablar üçün gələcəyi oxumaq yenilik deyil, çünki səhifələrimizdə keçmiş, bu gün və hər ömrün gələcəyi yazılıb, insan faciəsinin sətirlərarasını oxuya bilirik.

***

Pul ilə həll oluna bilən istənilən çətinlik ümidsiz deyil.

***

Uzun müddət tənha olmuşam, çünki ətrafımda arzularımı bölüşməyi təklif edəcəyim layiqli biri olmayıb.

***

– Siz rəssamsınız?
– Xeyr. Peşəkar oğruyam.
– Mənim kimi.
– Siz də? Axı siz rəssamsınız.
– Bəli, lakin tablolarıma qiymət biçəndə…müqəddəs Ferriol məni qorusun.

***

– Zati-ailələri, biz Vətən, Rejim və sizin naminizə fəaliyyət göstəririk. Bir baxın, xalq necə sizi sevməyə və hörmət etməyə başlayıb.
– Tüpürüm xalqa.
– Öndər belə danışmamalıdır.
– Haqlısan: ona tüpürmək də çoxdur.

***

Qəhrəmanın özü ilə təklikdə dediyi monoloq kağızın dözüb-dözə biləcəyi ən saxta və qrafoman hadisədir.

***

– Yox əgər kitabının nəşr olunmasını istəmirsənsə…
– Əlbəttə, istəyirəm! Sadəcə izah etməyə çalışıram ki, əsərin adı müqəddəs işdir.
– Naşir üçün müqəddəs heç nə yoxdur.

***

Sözlər vasitəsilə yaradılan möcüzəyə ədəbiyyat deyirik; müəyyən vaxt ərzində həssas mühitdə yaradılırsa, biz onu musiqi adlandırırıq; möcüzə konkret məkanda baş verirsə, onun adı rəssamlıq, freska, məbəd obrazı, tablo olur… Möcüzə məkanın özünü yaratmaqdırsa, onda bu memarlıq adlanır. Bütün məsələ möcüzənin baş verməsidir.

***

Bir çox nəzəriyyəçilərin fikrincə, qatilin tez-tez marağına məğlub olub, cinayət yerinə qayıtması ədəbi şərtilikdən başqa bir şey deyil. Bu onu göstərir ki, nəzəriyyəçilər sadəcə nəzəriyyəçidir.

***

Hər şeyin son istifadə tarixi var. Ömrünüzün sonunadək sizinlə qalacaq xatirələrdən başqa.

***

Həmin an onun ağlına da gəlmədi ki, özünə sual versin: niyə həyatdakı bütün hekayələr ölümlə bitir; sanki heç vaxt heç nə üçün başqa alternativ sonluq olmayıb.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram