Düma yaradıcılığının vurğunu olan fransız yazıçısı Cülyetta Bençoni əksər əsərləri tarixi-romantik ruhda qələmə alınıb.
“Mavi ulduz” da məhz belələrindəndir. Əsərdə daş-qaş mütəxəssisinin başına gələn macəralardan söhbər açılır.
Karandaşın izi ilə
Həyat yoldaşınız olmaqla içimdə kədərinizi bölmək kimi məsuliyyət hiss edəcəm. Halbuki, sizinlə xoşbəxtlikdən başqa heç bir şey yaşamaq istəməzdim.
***
– Deməli, artıq məni sevmirsiniz?
– Sevirəm, ancaq düzünə qalsa, bunun artıq əhəmiyyəti yoxdur.
***
Sevgini çilik-çilik olmuş parçalardan yığmaq olmaz.
***
Məgər onu xatirələri ilə yaşayacaq qədər çox sevmirdi?
***
Bilirəm, bu dəlilikdir. Ancaq mən buna dəymərəm ki?!
***
– Neçə yaşınız var?
– Bədbəxtlik yaşı…on doqquz.
***
Aşiq olmuş qadın çox şeye qadirdir. Hətta deyərdim, hər şeyə.
***
Bu dünyada çox tez-tez sadəlövh qəlblər qurbana çevrilir.
***
– Həmişə fikirləşmişəm ki, bəxtin yaxşı gətirib. Onu seçməklə düzgün qərar vermisən.
– Onu mən seçməmişəm ki…bu taledir.
***
Pis xəbərləri gecə öyrənmək səhər öyrənməkdən daha ağırdır.
***
İndi isə sadəcə unutmalısınız! Bacaracaqsınız…bundan yana sizə bir az vaxt və böyük sevgi lazımdır!
Tərcümə: Lamiyə Göycəyeva