Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Emili Bronte “Tufanlı yoxuşlar”

kko_emili_bronte_ildirimli_tepelerAnnotasiya

“Tufanlı yoxuşlar” (ingiliscə “Wuthering Heights“) – Emilin Brontenin yeganə və ən məşhur əsəri. Nümunəvi şəkildə hazırlanmış süjet, bir neçə hekayə söyləyəndən müasircəsinə istifadə, kənd həyatının detallı təsvirinin təbiət hadisələrinin romantik ab-havası ilə uyğunlaşması, qotik romanlardan xeyli uzaqlaşması “Tufanlı yoxuşları”ı romantizmin sonrakı mərhələsində klassik erkən viktorian romanı edir.

Karandaşın izi ilə

Özüm başqasına narahatlıq yaşada bildiyim müddətcə, həmin narahatlığı mənə yaşatmalarına icazə vermərəm.

***

Qıcınmış dişlər arasından “Buyurun” elə deyildi ki, “Cəhənnəm olun” kimi səsləndi.

***

O həm sevgisini, həm də nifrətini gizli saxlayacaq. Və əgər o, özünə qarşı hər hansı bir şəxs tərəfindən sevgi, yaxud nifrət hiss etsə, bunu ədəbsizlik kimi qiymətləndirəcək.

***

İcazə verin, könül xəzinəmin təkrarsız olduğunu güman edim.

***

İtdən əl çəkin. Ərköyünlüyə öyrədilməyib. Ona görə saxlamırıq.

***

Əzab çəkməyi öyrəndiyim vaxtdan indiyə kimi bu gecə ilə müqayisə edilə biləcək daha birini xatırlaya bilmədim.

***

Dərrakəli insan özü olan cəmiyyət ilə kifayətlənməlidir.

***

Həmişə səni görmək kimi işgəncə üçün cavab verməli olacaqsan.

***

Qəribədir, insanlar bu dünyada bir kəsləri olmadığı halda necə xəsis ola bilirlər.

***

Ölkə üçün onun mümkün qədər tez bir zamanda, təbiətinin nəinki simasında, həmçinin əməllərində əks olunmasına qədər, edamı yaxşılıq sayılmazmı?!

***

Qürurlu adamlar özləri öz hirsli kədərlərini yemləyirlər.

***

– Eyib olsun, Hitklif! Qoy Allah pis insanlar özü cəzalandırsın. Biz isə onları bağışlamağı öyrənməliyik.
– Yox, Allaha mənim qədər ləzzət etməyəcək.

***

Hindli öz rəzil varlığından bizim canımızı tez-tez qurtarmırdı.

***

Böyük məmnuniyyətlə öz qəlbimi onu yaradana cəza olaraq məhvə göndərə bilərəm.

***

Öz utancverici hərəkətinə görə xəcalət çəkir? Bu yenilikdir!

***

Mən onun ayağı altdakı torpağı sevirəm, başı üzərindəki havanı, toxunduğu hər şeyi, dediyi hər sözü. Hər baxışını sevirəm, hər hərəkətini və bütövlüklə onun özünü.

***

O heç vaxt onu necə sevdiyimi bilməyəcək! Onu gözəl olduğuna görə yox, məndən, mənim özümdən çox olduğu üçün sevirəm. Qəlblərimiz nədən hazırlanıb hazırlansın, onun ürəyi və mənimki – BİRdir.

***

Hər bir kəsdə bizim “MƏN” imizin yalnız bizlərdə deyil, hardasa başqasında da mövcudluğu haqda hissi var və ya olmalıdır.

***

Əgər hər şey məhv olub, O qalsa – hələ mövcud olacam. Yox əgər, hər şey qalıb, O məhv olsa, kainat mənimçün böyük və yad bir şeyə çevriləcək. Və artıq mən o dünyanın bir hissəsi olmayacam.

***

Lintona olan məhəbbətim meşədəki yarpağa bənzəyir : bilirəm, qış ağacları dəyişdiyi kimi, zaman da onu dəyişəcək. Hitklifə duyduğum məhəbbət isə yerin təkindəki qədim daş layları xatırladır. O – açıq-aşkar həzz yaşadan, gözlə görünə biləcək mənbə deyil. Bununla belə, çox zəruridir. Mən elə Hitklifəm! O həmişə sevinc, ya da özümdən çox ona görə sevinə biləcəyim biri kimi deyil, bütün varlığım kimi fikrimdədir.

***

Əgər bütün bu mənasızlıqda zərrə qədər məna varsa…

***

Müqavimət və soyuqluq görməyən kəs qəddar və qıcıqlandırıcı biri ola bilərmi?

***

Onların xoşbəxtliyi, şərait məcbur edib, birinin maraqlarının digəri üçün əsas olmadığını hiss etdirdiyi andaca bitdi.

***

Sevinc o qədər böyükdür ki… Qorxuram ki,o birdən həqiqət olmaya!

***

Lintonun sevgisinə o qədər inanıram ki. Mənə elə gəlir, onu öldürə bilərdim, ancaq O can verərkən belə mənə pislik arzulamazdı.

***

Artıq mülayimlik hərdən ziyan vura bilər.

***

Ətrafında soyuq simalar olanda ölümü qarşılamaq nə qəribədir!

***

Sən heç lazım olmayanda gəlib əl altına düşən, ehtiyac olanda isə heç cür tapılmayan əşyalar kimisən.

***

Vəfat edənin əşyaları öləndən sonra o vaxt qiymətli olur ki, o yaşayanda da bizə dəyərli olsun.

***

O, məndə nifrət oyatmaq üçün göstərdiyi bütün cəhdlərdə yorulmazlıq və bacarıqlılıq nümayiş etdirirdi.

***

Belə ki, cazibədarlığı nə qədər az olarsa, bir o qədər bu evə yaraşacaq.

***

Əqli qabiliyyətinin bütün gücünü səfərbər etdikdən sonra, nəhayət, başa düşdü ki, mən onu sevmirəm.

***

Ketrin, və sən onu yaxşı bilirsən ki, özümü unudaram, amma səni yox!

***

Sən məni sevirdin. Onda nə haqla məni qoyub getdin? Fəlakət, təhqir, ölüm – Allahın və İblisin göndərə biləcəyi bu kimi şeylər bizi ayıra bilmədiyi bir vaxtda, bunu sən özün könüllü surətdə etdin. Sənin ürəyini mən qırmamışam, onu özün etdin. Və onu qırmaqla mənimkini də çilik-çilik etdin.

***

Yaşatdığın bütün əzablara görə səni bağışlayıram! Öz qatilimi sevirəm… amma səninkini… Onu necə sevə bilərəm?

***

Sevgidə nə qədər eqoitslik var imiş.

***

Nə özünə, nə ətrafdakılara rəhm etməyənlərə hərdən bizim yazığımız gəlir.

***

Həyatım olmadan yaşaya bilmərəm! Qəlbim olmadan yaşaya bilmərəm!

***

Satqınlıq və zorakılıq – hər iki ucu itilənmiş nizədir. Onu işə salanın özünü düşmənindən daha çox yaralayır.

***

Satqınlıq və zorakılıq- satqınlıq və zorakılığa layiqli cavabdır.

***

O, gözlədiyimdən də pisdir. Mən isə, şeytan şahiddir, optimistlərdən deyiləm.

***

Utanıb qızarmağının qanının ağ olmamasını sübut etməkdən başqa bir xeyri yoxdur.

***

Bəd xəbər gözləmək yaxşı əlamət deyil.

***

Belə xoşagəlməz iş üçün ən uyğun əhval-ruhiyyəyə köklənmişdim : küsgün və əzgin idim.

***

Sən məndən daha xoşbəxtsən. Sən daha mehriban olmalısan.

***

Öz vəzifəsini icra edən əvvəl-axır mükafatlandırır.

***

Belə ki, onların hər ikisinin qüvvələri bir məqsədə yönəlmişdir – çünki biri sevir və sevdiyinə hörmət etməyi arzulayır, digəri isə sevir və diləyirdi ki, ona hörmət etsinlər – nəticədə, istədiklərinə müvəffəq oldular.

***

Sadəcə xaraba qoyduqlarımdan həzz alma qabiliyyətimi itirmişəm. Boş-boşuna dağıtmaq üçün isə çox tənbələm.

***

Bütün dünya – nə vaxtsa onun mövcud olduğunu və mənim onu itirdiyimi sübuta yetirən dəlillərlə dolu olan qorxunc bir panoptikumdur.

***

Nəfəs almalı olduğumu yadıma salmağa məcbur idim. Az qala ürəyimə döyünməyi xatırladacağım kimi!

***

Mən çox xoşbəxtəm; amma yenə də kifayət qədər xoşbəxt deyiləm.

Tərcümə: Lamiyə Göycəyeva

5 (99.74%) 78 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram