Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Etel Lilian Voyniç “Ovod”

kko_etel_voynich_ovodAnnotasiya

İnqilabi-romantik roman. İlk olaraq 1897-ci ildə ABŞ-da çap olunmuşdur.
Romanda gizli inqilabi təşkilat olan “Gənc İtaliya”nın iştirakçılarının XX əsrin birinci yarısındakı fəaliyyəti əks olunub. Xristianlıq kəskin tənqid olunur. İnqilabçı Ovod obrazının yaranmasına sonradan Sovet Rusiyasında təxribatçılıq işləri ilə məşğul olan britaniyalı kəşfiyyatçı Sidni Reylinin erkən həyatı təsir göstərib.

 

Karandaşın izi ilə

Əməllərimizi bizi sevib və ya bizə nifrət etmələri fikri idarə etməməlidir.

***

Andların nə mənası var ki?! İnsanları bir-birinə bağlayan onlar deyil.

***

Əgər həmişə cilov dartılarsa, dinc at da şahə qalxar.

***

Yolun ortasına qoyulan daşın da ən yaxşı niyyətləri ola bilər. Amma buna baxmayaraq, onu ortalıqdan yığışdırmaq lazımdır.

***

Axı ürək laldır. Səsini çıxara, qışqıra bilmir. O elə həmişə dözməlidir, dözməlidir, dözməlidir.

***

– Deməli, ardını nəql edim?
– Əgər…əgər istəyirsinizsə…amma görürəm ki, xatirələr sizə əzab verir.
– Siz elə düşünürsünüz ki, mən susanda onları unuduram?

***

Sevginizə layiq olan qadın… Ona hər gün rast gəlmək olmur.

***

Hansı əzabı bununla müqayisə etmək olar?! Bağışlamaq istəyirsən, bağışlamağa doğru addım atırsan, cəhd göstərirsən və bilirsən ki, bütün bunlar əbəsdir. Çünki, bağışlamaq olmaz, buna haqqın çatmır.

***

Yalnız ən yaxşı çıxış yoludur deyə ölməyə haqqınız yoxdur.

***

Onun ürəyinin dərinliyində boşluq var idi. Və artıq heç nə və heç kəs bu boşluğu doldura bilməzdi. Çünki daha Ovod yox idi.

***

Mən öz payıma düşən işi yerinə yetirdim. Ölüm hökmü isə bir daha sübut edir ki, bu iş vicdanla yerinə yetirilmişdir.

***

Məni ona görə öldürürlər ki, mən qorxunu təlqin edirəm. İnsan bundan artıq nə istəyə bilər ki?

***

Cemma, mən sizi siz hələ yöndəmsiz qız olandan, yaxalıqlı paltarda gəzən və saçlarınızı hördüyünüz vaxtlardan sevirdim. İndi də sevirəm. Yadınızdadırmı, sizin əlinizi öpdüm, siz isə elə qəmgin-qəmgin “bir də belə etməyin” deyə xahiş etdiniz? Bilirəm, heç də yaxşı hərəkət deyildi, amma gərək ki, siz məni bağışlayasınız. İndi də adınız yazılan kağızı öpürəm. Belə çıxır ki, sizi iki dəfə öpmüşəm. Hər iki dəfə də icazəniz olmadan.

 

Tərcümə: Lamiyə Göycəyeva

4.9 (97.14%) 21 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram