Məşhur alman arxeoloq və yazıçısı Georq Ebersin “Uarda” romanında Qədim Misirin tarixi müharibələri əks olunmuşdur. Müəllif ali kahinlərin, firoonların obrazlarını təsvir edərək qədim Nil vadisinin sakinlərinin məişət həyatından, adət-ənənələrindən danışır. Məhz orada, qədim çayın sahillərində romanın əsas qəhrəmanları – Pentaur və Bent-Anant, Rameri və Uarda – görüşürlər. Xoşbəxtliyə aparan çətin yolda onlar fitnə, yalan və böhtanlara rast gəlirlər, amma sevgilərini bütün bu sınaqlardan keçirə bilirlər.
Karandaşın izi ilə
Düşmənə bir qülləni vermək kifayətdir ki, tezliklə bütün qalanı ələ keçirsin.
***
Həyatda tez-tez elə olur ki, xəyali üstünlüklər bizə xeyir gətirmir, xəyali çatışmazlıqlar isə çox zaman əsl xoşbəxtlik bəxş edir.
***
Amma necə oxşayır? Qaz qu-quşuna yaxud bayquş qartala bənzədiyi kimi.
***
Acgözlük insanda əməksevərlik yarada, tamah isə gözəl bəhrələr verə bilər, ancaq nifrət insanı məhv edir və onun nifrət dolu ürəyində bütün saf və xeyirxah nə varsa işığa uzanmaq əvəzinə zülmətə qərq olur.
***
Sahib olmağa ümid etdiyimiz əşya nə qədər dəyərlidirsə, ona olan haqqımıza etiraz edən və sonunda onu ələ keçirən birinə nifrətimiz bir o qədər böyükdür.
***
Doğrudanmı məqsədim o qədər ləyaqətsizdir ki, özünə ən xeyirxah ürəkləri cəlb etmir?
***
Məqsədə aparacaqsa, palçıqlı yol da yaxşıdır.
***
Musiqidə hər bir əsas səsin əlavə çalarları olduğu kimi, biz də ürəyimizin bir simini uzun müddət çalmağa məcbur etsək, qəfildən orada yad və gözlənilməz səslər əmələ gələcəkdir.
***
İnsan qəlbi hərdən eyni bir insanı eyni zamanda həm sevə, həm də nifrət edə bilər.
***
– Nefertin xəyanətini öyrəndiyim o gün haqqında ən kiçik xatirə belə yadıma düşəndə məni gah qızdırma, gah da üşütmə tutur.
– Ən azından çalış ki, qızdırma qışda, üşütmə isə yayda tutsun.
***
İnsanı qeyri-müəyyənlik qədər içindən yeyən heç nə yoxdur və adətən o,səbirsizliklə yaxşı xəbərlərdən çox pis xəbərləri gözləyir. Üstəlik bədbəxtliyin müjdəçiləri səadət müjdəçilərindən daha sürətlidirlər.
***
Bəli, ondan eyni zamanda həm razılıq verməyi, həm də özünün necə xeyihxah olduğunu nəzərə çatdıraraq rədd etməyi öyrənmək olar.
***
Kiməsə qarşı pis fikirdə olanda, həmişə həmin insanı düşmən hesab edirik və əgər bu insan bizə qızılgül gətirərsə, bunu gülün ətrinə görə deyil, tikanlara görə etdiyini zənn edirik.
***
Həddindən çox can yandıran dostlar açıq düşmənlərdən təhlükəlidirlər.
***
İnsan ona edilən xeyirxahlığın qarşılığında cavab yaxşılığı edə bilmədiyi xilaskarına daha tez nifrət etməyə başlayır.
***
Ürəyimi verəcəyim insan gərək məndən üstün olsun, məndən ağıllı, qətiyyətli və məndən daha yaxşı olsun. O zaman mən öz zəifliyimə gülüb onun üstünlüyünə heyran olaraq onun qüdrətli ruhunun ardınca getməyə can atacağam.
***
Bizə həmişə ən böyük dərdi xoşbəxtlik bəxş edə biləcək biri gətirir və sevdiyimiz əlin vurduğu zərbələr ən ağır zərbələrdir.
***
Yalnız ölüm çarəsizlik gətirir.
***
Qurtuluş özü gəlmir, onu tapmaq lazımdır.
***
Bugünə görə gələcəyini puç etmə.
***
Kimsə başqası üçün nə isə xahiş edirsə, bu zaman ilk növbədə özünü düşünür.
***
Yenilik sirli cazibə ilə doludur, ancaq bununla belə öyrəşdiyindən məhrum olmaq necə də ağırdır.
***
Haqsız tərif ancaq zəifə pislik gətirə bilir, ancaq haqsız məzəmmət güclünü də yoldan çıxara bilər.
***
Uğur qazanacağımdan əmin olanda bəxtim gətirmirdi, müvəffəqiyyətsizlikdən qorxanda isə hər şey yaxşı olurdu.
***
Ayrılıq sədaqətin düşmənidir.
***
Kimdən qorxurlarsa, onu sevmirlər və onun haqqında ən pis şayələrə həmişə inanmağa hazırdırlar.
***
Ümid edən gələcəkdə xoşbəxtliyə sahib olur.
***
– Şərab zəhərdir! O, müdrikləri axmağa çevirir.
– Belədirsə, ondan qorxmağınıza bir əsas yoxdur.
***
Görəsən doğrudan da mən hamıdan müdrikəm, yoxsa qoca Xektdən məsləhət almağa ancaq axmaqlar gəlir?
***
Ətrafdakı insanların sənə nifrət edib lənət yağdırdığı halda yaxşı və xeyihxah qalmaq necə də çətindir.
***
O – heç vaxt heç nəyi arzularda axtarmayan və həmişə hər şeyi reallıqda tapan biri – indi öz vücudunun ən yaxşı hissəsini əlçatmaz arzuya verməyə məcbur idi.
***
Fikir vermişəm, hamıdan çox fəryad edənlən öz taleləri ilə tez barışıb tez öyrəşirlər, ancaq o kəslər ki üzləri mum kimi solğundur, titrəyirlər, dişləri bir-birinə dəyir, quru gözləri isə boşluğa zillənib – bədbəxtlik onları qəlblərinin dərinliklərinədək sarsıtmışdır.
***
Aldadılması çox asan olan insanları aldatmaq qədər çətin bir şey yoxdur.
***
Biz qeyri-ixtiyari olaraq bizi daxilimizdən əhatə edən yeknəsəqlikdən xilas olmaq istəyirik.
***
O, döyüşə elə sürətlə çapdı ki, sanki öz toyuna tələsirdi.
***
Özünə inam tələb edən özü də inanmalıdır.
***
Sən indi qəfəs və təlimçi arasında dayanan şirə bənzəyirsən. Əgər fürsətdən istifadə etməsən qəfəsdə qalacaqsan; Yox əgər heç olmasa bugün şir kimi cəsarətli olsan təlimçinin sonu çatmışdır.
***
Dürüst qadın ürəyi doğru yolu kişi ağlından daha yaxşı tapır.
***
Onlar bir-birlərini ağır mübarizələr və saysız-hesabsız əzablar içində yenidən tapdılar və hər biri digərinin ona necə hədsiz dəyərli olduğunu anladı.
Tərcümə: Lamiyə Göycəyeva