Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Paulo Koelo “Zair”

kko_paulo_koelyo_zairAnnotasiya

“Zair” – həyat yoldaşını itirən bir insanın etiraf kitabıdır. O, bütün variantları beynindən keçirir – oğurlanma, şantaj. Amma heç vaxt Esterin bir söz belə demədən çıxıb getdiyini, bütün münasibətlərə son qoyduğunu düşünmək istəmir. Və bu fikirlər ona rahatlıq vermir. O indi nece yaşayır? Xoşbəxtdirmi?

Bütün düşüncələrinə Esterin itməsi hakim kəsilir. O bilir ki, əgər arvadını axtarıb tapsa, bu mübtəlalığa da son qoyulacaq.

 

Karandaşın izi ilə

Sizlərdən hansınız yüz qoyununuz olub, birini itirdikdə doxsan doqquzunu səhrada qoyub birinin ardınca gedər?

***

Uğursuz sevgidən qaçmağın yeganə yolu – ümumiyyətlə, sevməməkdir.

***

Bir vaxtlar yaşadığım çətinliklərə görə əzab çəkmirəm. Axı onlar məni “MƏN” etdilər.

***

Bilirəm ki, azadlığın dəyəri yüksəkdir. Ən az əsarətin dəyəri qədər. Fərq yalnız ondadır ki, azadlığın üçün zövqünü, üzündəki təbəssümü xərcləyirsən. Bu göz yaşları içində təbəssüm olsa belə…

***

Gənc ikən məşhur yazıçı olmaq arzusunda idim. Sonra birdən gördüm ki, reallıq arzulardan kəskin şəkildə fərqlənir. Mən demək olar ki, heç kəsin oxumadığı dildə yazıram. Ya da mənim ölkəmdə, ümumiyyətlə, oxucu kütləsi yoxdur. Necə ki, təsdiq olunub…

***

“Yox” söyləmək istədiyim halda, “Hə” deməyə məni məcbur edən kəs… Alçalmadan sevməyi bacaran kəs…

***

İnsan önündə iki çətin tapşırıq var:
– birinci, nə vaxt başlayacağını bilmək;
– ikinci, nə vaxt bitirəcəyini.

***

Başa düşülmədiyimizi görüb yeni fəlsəfi düşüncələr yaradırıq. Məgər bütün dahilərin taleyi bu deyilmi?!

***

İnsanın bəzən öz-özünə belə etiraf etmədiyi kədər…

***

Əsl dostlar yaxşı günümüzdə yanımızda olanlardırlar. Onlar bizim qələbəmizə sevinirlər. Yalançı dostlar isə pis anlarımızda üzlərinə kədər maskası taxıb peyda olurlar. Guya “bizimlədirlər”. Əslində isə əzablarımız onların miskin həyatlarına təsəlli verməyə xidmət edir.

***

Əgər bağışlamasan, daim onu səni incitdiyini xatırlayacaqsan və bu yara heç vaxt sağalmayacaq.

***

Yaralandığından daha ağır yaralamaq…

***

Mütləq azadlıq mövcud deyil. Yalnız seçim azadlığı var, onu etdikdən sonra isə sən öz seçiminin əsiri olursan.

***

İtirməyə bir şeyim qalmadığı bir vaxtda hər şey əldə etdim. Mən “mən” olduğumu unutduğum bir anda özümü tapdım. Həqarətin dadını bildiyim, amma yenə də yoluma davam etdiyim bir vaxtda anladım ki, öz taleyimi seçmək iqtidarındayam. Bilmirəm xəstəyəm yoxsa evliliyim yalnız xəyal idi? Bunu yalnız bitdikdən sonra dərk etdim. Bilirəm ki, onsuz yaşamaq iqtidarındayam, amma onu cəmi bir dəfə, heç vaxt demədiyim sözü demək üçün görmək istərdim : “Mən səni özümdən çox sevirəm”. Əgər bu kəlmələri dilimə gətirə bilsəm, onda irəliyə doğru addım ata, hərəkət edə bilərdim və sakitləşərdim. Çünki bu sevgi mənə azadlıq bəxş edərdi.

***

Monqol əsatirində deyildiyi kimi, iki müxtəlif bədənin toqquşmasından sevgi doğulur. Sevgi ziddiyyətlər içində möhkəmlənir və güclənir.

***

Ölümlə əbədi mübarizədəyik. Qalibin O olacağını əvvəlcədən bilə-bilə…

***

Necə olur ki, iki il keçməsinə baxmayaraq hələ də onu unuda bilməmişəm?! Olub keçənlər haqda düşünmək dözülməzdir, mövcud variantları başdan keçirmək, qaçmağa çalışmaq, boyun əymək, kitab yazmaq, yoqa və xeyriyyəçiliklə ilə məşğul olmaq, dostlarla görüşmək, yeni tanışlıqlar qurmaq, restorana, kinoya, teatra və ya futbola getmək. Fərqi yoxdur, Zair hər dəfə bu oyundan qalib çıxır, heç yerə yox olmur. Ağlına “Necə də sənin yanında olmaq istərdim” fikrindən başqa heç nə gəlməsinə imkan vermir.

***

Əzab çəkirsən – əzabları qəbul et. Çünki Onun mövcudluğunu dandığını nümayiş etdirsən də o yox olan deyil. Sevinirsən – sevinclərini qəbul et. Onun nə vaxtsa itəcəyindən qorxsan belə.

***

Əgər insanların məndən gözlədikləri hərəkətləri etməyə başlasam, onların köləsi olacam. Bundan qaçmaq üçün çox böyük səy göstərmək lazımdır. Çünki həmişə kimisə sevindirmək istəyirsən, birinci növbədə isə özünü.

***

Çox tez və çox gec gələn heç vaxt arzusunda olduğunu əldə edə bilməz.

***

Yadımdadır, bir neçə il əvvəl bir nəfər məndən soruşdu :” Sevgililərinin ortaq cəhəti nədir?” Cavab özünü gözlətmədi : “MƏN”.

***

Dövrə qapanır, qapı örtülür, fəsil sona çatır – vacib deyil onu necə adlandıracaqsan, əhəmiyyətli olan, keçmişə aid olanı keçmişdə qoymaqdır.

***

Gün yaxşı keçdi. Deməli, gecə düşə bilərdi…

***

Onun gözlərini xatırladım. Gözlənilməz macəralardan vəcdə gələn uşaq gözlərini. Ərinin müvəffəqiyyətləri ilə qürurlanan qadın gözlərini. Yazdığından zövq alan jurnalist gözlərini. Və müəyyən vaxtdan sonra onun mənim taleyimdə daha yeri olmadığını görən HƏYAT YOLDAŞIMIN gözlərini…

***

Sənsən yoxsul. Çünki öz vaxtının ağası deyilsən. İstədiyini eləmək iqtidarında deyilsən. Özün düzəltmədiyin və sənə anlaşılmaz gələn qayda və normalara əməl etməyə məcbursan.

***

Öz qəhrəmanlarını izah etməyə çalışan müəllifin müsahibəsini oxumaq və ya çıxışını dinləmək – mənasız məşğuliyyətdir : çünki qələmə alınanlar ya öz-özünü izah etməli, ya da heç qiraətə layiq olmamalıdır.

***

Mövcud olub-olmamağın heç kimin vecinə deyil, həyat baxışların heç kimə maraqlı gəlmir, sənin narahat iştirakın olmadan da bu dünya ömrünü davam elətdirə bilər. Yəqin bundan dəhşətlisi yoxdur.

***

Heç kim belə azadlıq istəmir. Hamının yanında yaxın bir adama ehtiyacı var. Qarşısında məsuliyyət daşıdığı, gözəllikləri paylaşdığı, kitablar, filmlər, müsahibələri müzakirə etdiyi bir adama… ya da sadəcə iki buterbroda pulu çatmadıqda birini alıb bölə biləcəyi bir adama. Yarısını ikilikdə yemək, bütöv birini təklikdə yeməkdən yaxşıdır.

***

Zəif olduğumuzdan güclü görünməyə çalışırıq.

***

Tək-tənha küçələri sərgərdan dolaşmaqdan da pis, yanında özünü çox soyuq aparan birinin olmasıdır. Sanki sən onun həyatında kiçik də olsa rol oynamırsan.

***

Başqaları təsəvvür etdiyimiz kimi bizi sevəcək, sevginin özünü necə ifadə etdiyi kimi yox. Bax elə əzablar o vaxt başlayır. Axı sevgi azaddır, məcburiyyəti sevmir, öz gücü ilə bizi ram edir və dayanmağa macal vermir.

 

Tərcümə: Lamiyə Göycəyeva

4.7 (93.33%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram