“On bir dəqiqə” (portuqalca “Onze Minutos”) – braziliyalı yazıçı Paulo Koelyonun 2003-cü ildə nəşrdən çıxmış romanıdır. Əsər şəxsi Həqiqətin axtarışındandır. Yazıçı yenə əvvəlki romanlarında qaldırmış olduğu qalmaqallı və təbii “qadın” mövzusunu burada da davam etdirir. On bir dəqiqə – qəhrəmanın müşahidələrinə görə cinsi əlaqənin orta davametmə müddətidir.
Mariya adlı fahişənin ətrafda baş verənlərə əsas səbəb kimi göstərdiyi həyat, seksdəki problemlər haqda düşüncələridir. O bu yolu könüllü seçib və inanır ki, bu üsulla özünün təbiətini aydınlaşdıracaq. Bu, ona müyəssər olcaqmı?
Əsərdən seçilmiş hissələr
Az bağışlananlar az sevirlər.
***
Onun üçün əsas qızının xoşbəxt və varlı və ya bədbəxt – amma yenə də varlı olması idi.
***
Həyat sonradan işıqlı tərəfi ilə daha aydın bərq vursun deyə zülmətə bürünməyi sevir.
***
Siz vətəndaşlarına hörmət edən ölkədə doğulmusunuz. Bu, özünüzü xoşbəxt hiss etməyə kifayətdirmi?
***
Siz mənim yalanıma layiq deyilsiniz.
***
– Mən – saf qızam. Kişiyə baxıb məftunluqdan donan. Yalandan onun şöhrəti və gücündən sarsılmış olduğumu nümayiş etdirən.
Mən – həyasız qadınam… Özünə inanmayan kişilərə hücum edib təşəbbüsü öz əlinə alan… Belə olan təqdirdə onların iş görüb narahat olmağına lüzum yoxdur.
Mən – qayğıkeş anayam. Məsləhətlərinə ehtiyacı olanları qoruyan, səbrlə bütün danışılanları dinləyən. Bu üçündən hansı ilə tanış olmaq istəyirsən?
– Səninlə.
***
Öz hisslərimizi paylaşacaq adamımız olduğu halda kainat gözümüzdə məna kəsb edir.
***
Təhlükə – hərdən ağrını ilahiləşdirib, ona insan adı verib, fasiləsiz onun haqda düşündüklərimizin içində olur.
***
Nəticədə, hamımız səhvlərimizi etiraf etmək düşüncəsi ilə doğuluruq. Xoşbəxtlik mümkün olan bir şeyə çevriləndə qorxuruq və özümüz yox, başqası olaraq bu dünyadan köçürük. Çünki bütün həyatımız boyu özümüzü aciz, bədbəxt və layiqincə qiymətləndirilməmiş hiss edirik.
***
O, məni ağrının gözəlliyini duymağa məcbur etdi. İnsanların yox, yalnız təbiətin yaşatdığı ağrını.
***
Qorxu oyunu korlayır.
***
Yalan danışmaq – yorucu işdir, burada əsas məsələ – heç nəyi səhv salmamaqdır.
***
Rahib təqribən belə dedi: ” Bütün xalqlarda belə bir məsəl var – “Gözdən uzaq, könüldən iraq”. Dünyada bundan yalan fikir yoxdur. Gözdən nə qədər uzaqdırsa, ürəyə o qədər yaxın olur. Sürgün və qürbətdə olanda vətən haqda hər xırda xatirəni yaddaşımızda qoruyub saxlamağa çalışırıq. İntizarda, sevdiyin üçün darıxanda yoldan ötən hər kəsdə doğma cizgiləri axtarırıq.
***
Məgər əsgər müharibəyə düşmən öldürməyə gedir? Yox – o, ölkəsi naminə ölməyə gedir. Məgər qadın öz ərinə necə razı qaldığını göstərir? Yox – o özünün sadiqlik dərəcəsini, ərinin xoşbəxtliyi naminə əzab çəkmək hazırlığının qiymətləndirilməsini istəyir. Məgər insan öz potensialını reallaşdırmaq və həyata keçirmək ümidi ilə işə girir? Yox – o, ailəsinin firavanlığı uğrunda göz yaşı və tər tökür. Və beləcə davam edir: uşaqlar valideynlərini sevindirmək üçün arzularından vaz keçir, valideynlər də övladlarını sevindirmək üçün həyatın özündən vaz keçir. Ağrı və əzab, sevinc və sevgi gətirməli şeylərə bəraət qazandırır.
***
Onlar kafeyə girdilər – başqaları kimi olub, ancaq tamam fərqli bir kafeyə. Çünki burada baş-başa idilər və bir-birlərini sevirdilər.
***
Sanki heç ayrılmamışdıq… o həmişə məni başa düşüb…həyatımı da, bədənimi də, ruhumu da, dünyamı da, ağrımı da…