Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rabindranat Taqor “Köçəri quşlar”

kko_rabindranat_taqor_kocheri_qushlarAnnotasiya

“Köçəri quşlar” Rabindranat Taqorun 1916-ci ildə nəşr olunmuş qısa şerlər, aforizmlər toplusudur. Onlarda Taqorun təbiətə və sadəliyə sevgisi əks olunur. Şerlərin gücü və gözəlliyi onların sadəliyindədir.

Əsərdən seçilmiş hissələr
Dünyanın həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir.

***

Ay öz işığını bütün asimana bağışlayır, qara ləkələri isə özünə saxlayır.

***

“Budur, səhər açıldı” –demə və onu dünənki adla yola salma. Ona yeni doğulmuş və hələ adı olmayan bir körpəyə ilk dəfə baxan kimi bax.

***

Mən öz xırdaca aləmimdə yaşayıb, onu bir az kiçiltməkdən qorxuram; amma sən məni öz aləminə aparıb sərbəstlik versən bütün var-yoxumdan şadlıqla əl çəkərəm.

***

Günümün sonunda gəlib hüzurunda duranda, vücudumdakı çapıqları görüb bilərsən ki, mən yaralanmışam da, sağalmışam da…

***

Keçmiş uzaq günlərdən həyatıma buludlar axışıb gəlir. Bunlar artıq yağış yağdırmaq, tufan qopartmaq üçün deyil, ancaq qürubumun səmasını bəzəmək üçündür.

***

İnsan gülümsündü, bu dünya onu sevdi. Qəhqəhə ilə güləndə, insandan qorxdu dünya.

***

Mən iztirab da çəkmişəm, məyus da olmuşam, ölümü də dərk etmişəm, odur ki, bu böyük dünyada olduğuma şadam.

***

Qoy mənim son sözum bu olsun : – SƏNİN EŞQİNƏ İNANIRAM.

***

Qəlbim sükut içində, nədən sıxıldığını söyləyə bilmərəm. Bu heç vaxt diləmədiyi, bilmədiyi və xatırlamadığı xırda arzular üçündür.

***

Mən həyat, məhəbbət və ölüm nəhrində axıb getmiş, unudulmuş başqa əsrləri düşünür və köçüb getməyin necə bir azadlıq olduğunu duyuram.

***

Böyük adam – əbədi körpədir. O öləndə, öz böyük körpəliyini dünyaya miras qoyur.

***

Yuva yatan quşları qoruyan kimi sükut da sənin səsini qoruyur.

***

Sahil Çaya deyir :”Mən sənin dalğalarını tutub saxlaya bilmirəm. Heç olmasa, qəlbimdə ləpirlərin qalsın”.

2.7 (53.33%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram