Avropanın roman ulduzu adlandırılan irlandiyalı yazıçının bestsellere çevrilmiş debüt əsəri.
Əri Cerrini itirən otuz yaşlı Holli ağır günlər yaşayır. Elə bu vaxt poçtla sağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu məktublar onu Cerri ilə bağlayan yeganə tellərdir. Ancaq iki şərti gözləmək zəruridir : on iki məktubun hərəsi bir ayda açılmalı və içindəki tapşırıqlara mütləq əməl olunmalıdır.
Karandaşın izi ilə
Sonumuz çox tez çatdı.
***
Yenidən xoşbəxt olmağı öyrənməkdən də ağır günahlar var.
***
Biz artıq iki ay olar ayrılmışıq. Ancaq o bunu hələ başa düşməyib. Ya da düşüb, amma özünü o yerə qoymur.
***
Sən mənim həyatımı həyat elədin… yox, yox! Sən elə mənim həyatım idin.
***
– O nə elədi ki?
– Ağzını açdı. Bu artıq problem deməkdir.
***
Qolf ağacı – Cona. Kitablar – Şerona. Xatirələr, gülüş və göz yaşları isə Holliyə.
***
Xatirələr gözəldir. Lakin onların dadı, ətri yoxdur. Onlara toxunmaq olmur. Və, sözsüz, vaxt ötdükcə ömrümüzə saçdıqları işıq da zəifləyir.
***
Ayı nişan al, yan keçsən belə ulduzların arasında qalacaqsan.
***
Zəng edib beş avro istəmək necə acınacaqlıdır. Ondan da dəhşətlisi odur ki, heç zəng eləməyə də adam yoxdur.
***
Ölüm istisnalar etmir.
***
– Kifayət qədər xoşbəxt görünürsüz.
– “Görünmək” və “olmaq” eyni şey deyil.
***
Həqiqətin gözünə dik bax. Və hər şeyin qaranlığa qərq olunmasına baxmayaraq həmişə işıqlı tərəfi görməyə çalış.
***
Cerri həmişə onun xatirələrində yaşayacaq. Ancan bunun üçün ilk növbədə o özü yaşamağı öyrənməlidir.
***
– Təkcə bir arzum var. Qızım xoşbəxt olsun. İstər Deniellə, istər yadplanetli ilə, istər lap uçan boşqabla. Fərqi yoxdur. Yetər ki, üzü gülsün.
– Çox sağ ol, ana. Sadəcə hələ bilmirəm siyahıdakılardan hansı mənə daha uyğundur.
***
Bəli, bu axşam xoşbəxtəm. Sabah isə səhər açılsın, onda biləcəm. Və elə səhərin açılması özü böyük xoşbəxtlikdir.
Tərcümə: Lamiyə Göycəyeva