Annotasiya
“Çərpələn uçuran” (ingiliscə “The Kite Runner”) – Yeni əsrin əsas romanı. Müəllifi, yaşayan klassik adlandırılan möhtəşəm debüt. Dostluq və sədaqət, satqınlıq və günahların yuyulması haqda olan bu əsər hər oxucunun daxili aləminin ən dərinliyinə kimi nüfuz edə bilər.
Əmir və Həsəni uçurum ayırırdı. Biri yerli zadəgan mühitinə, digəri isə nifrət edilən azlıqlara daxil idi. Birinin atası yaraşıqlı və mötəbər bir şəxs, digərininki isə aciz və axsaq idi. Biri kitablara aludə olmuş oxucu, digəri isə savadsız idi. Həsənin dovşan dodaqlarını hamı görür, Əmirin iyrənc çapıqları isə daxilində gizli qalırdı. Lakin bütün bunlara baxmayaraq, bu iki uşaqdan daha yaxın başqa iki insan tapmaq çox çətin olardı.
Bu oğlanları amansız həyat burulğanı müxtəlif tərəflərə atır. Hərənin öz taleyi, öz faciəsi var. Lakin uşaqlıqda olduğu kimi onları yenə də incə tellər birləşdirir.
Karandaşın izi ilə
Əgər kimsə oğlunun həkim olması barədə danışırsa, çox güman ki, həmin şəxsin oğlu nə vaxtsa orta məktəbdə biologiyadan imtahan verib.
***
Oğurluq. O – bütün günahların özəyidir. Qatil həyat oğurlayır. Arvadının əlindən ər haqqını, övladlarından ata haqqını alır. Yalançı başqalarının doğruluq haqqını mənimsəyir. Yaramaz isə düzgünlük haqqını.
***
Övladlarımız “özün rənglə” kitabları deyil ki, onları sevimli rəngimizə boyayaq.
***
Özünü qoruya bilməyən oğlandan, heç bir işdə arxalanmaq mümkün olmayan kişi yetişir.
***
Hardadır o vaxtlar ki, mən Babaya dua edirdim? Amma indi venalarımı kəsib qanımı axıtmaq istərdim. Ondan mənə miras qalan bu murdar qanı.
***
Başqalarını özləri kimi bilmək, səmimi insanların bədbəxtliyidir.
***
Həqiqətin gözünə baxmaq, yalanla özünə lay-lay çalmaqdan daha yaxşıdır.
***
Sənin üçün lap min dəfə dalbadal.
***
Görəsən, O, bilirmi ki, mən hər şeyi görmüşəm? Bəs onda onun gözlərindəki nədir? Qınaq? Hiddət? Yoxsa, ən qorxulusu – qarşılıqsız sədaqət?
***
Hamı bizə qarşı idi. Və onlar da qalib gəldi. Tənhalar heç vaxt tab gətirmir. Dünya belə qurulub.
***
Həyat elə həyatdır. Bu sizin üçün kino deyil. Xüsusən də hind kinosu.
***
Bəzən elə olur ki, bir gün ərzində bütün ömrünüzü dəyişəcək çoxlu şeylər baş verir.
***
Sən – gecə qaranlığından sonra gələn səhər günəşimsən.
***
– Bu, kədərli hekayədir.
– Kədərli hekayələrdən yaxşı kitablar yaranır.
***
Cavan qadın ,hətta, boş-boş şayələrə görə də ərə getməyə bilərdi. əfqan bəyləri, xüsusilə hörmətli ailələrdən olanlar, çox incə və dəyişkən cinsdir.
***
Xərçəngin də Şeytan kimi çoxlu adları var imiş.
***
Deyirsən, bəs sən necə yaşayacaqsan? Elə mən də bütün bu illər ərzində sənə bu sualı verməməyi öyrətməyə çalışmışam.
***
Onsuz bu dünya necə boş olacaq…
***
Sürəyya məni qucaqladı. Nəhayət… axır ki, doyunca ağlaya bilərəm.
***
Xalanın xəstəlikləri Ruminin əsərlərinə bənzəyir. Onlar kimi çoxcildlidir.
***
Həyat – qatardır, öz yerini tut.
***
Sən lap amerikalı olmusan. Bu, yaxşı şeydir. Elə optimizm Amerikanı qüdrətli etdi. Biz əfqanlar isə melanxolikik. Dərd çəkməyi, öz halımıza yanmağı sevirik.
***
“Hə” demək, yalan söyləmək idi. “Yox” demək, həqiqəti açmaq. Mən ortanı seçdim. –Bilmirəm.
***
Həmişə əldə edib itirmək, heç əldə etməməkdən daha ağırdır.
***
– Sən mənim haqda çox böyük fikirdəsən.
– Sən isə özün haqda çox aşağı.
***
Mənim bədbəxtliyim ondadır ki, həmişə hazıra nazir oluram.
***
– Elə qorxuram ki.
– Nədən?
– Çünki çox xoşbəxtəm.
***
Vətənimdə dəhşətli müharibələr baş verir, internet kəşf olunur, kosmik robotlar Mars səthində gəzişirlər. Əfqanlar isə yüz il əvvəl olduğu kimi bir-birlərinə Molla Nəsrəddin lətifələri danışırlar.
***
Bacara bilsən, atanı, istəsən, məni bağışla. Amma ən əsası özünü bağışla.
***
Əfqanıstanda uşaqlar çoxdur, uşaqlıq az.
***
– Sizin ölüm haqda şəhadətnaməniz var?
– Ölüm haqda? Əfqanıstanda? Burda çoxunun heç doğum haqda şəhadətnaməsi yoxdur.
***
Uşaqlara söz vermək – təhlükəli işdir.
***
Sakitlik – həyat tələsmədən, dinib-danışmadan, amma inamla axıb gedəndə olur. Bəs birdən həyat heç hərəkət eləmirsə, onda necə adlanır? Donmuş? Səssiz? Ümumiyyətlə, o mövcud kimi sayılırmı?
***
Bu ölkədə milçəklər də harasa tələsir.
***
Sadəcə gülüş. O heç nəyi həll eləmir. O heç nəyi düzəltmir. Balaca bir şey. Amma mənimçün bu, bir işarədir. Mənimçün bu, baharın carçısı – ilk əriyən qardır.
Tərcümə: Lamiyə Göycəyeva