“Torpağın bərəkəti” (norveç dilində “Markens Grøde”) – 1920-ci ildə məhz bu əsərinə görə Nobel mükafatına layiq görülmüş Norveç yazıçısı Knut Hamsunun romanıdır.
Roman İsaak adlı cahil bir kəndlinin arvadı İnger ilə birlikdə bataqlıq və şumlanmamış torpağı səbirlə bərəkətli və yaşıl yurd halına salmağından bəhs edir. İnsan ayağı dəyməyən torpağı canlandırmaq üçün insan gücünün verdiyi çətin imtahanlardan danışan Hamsun, boş torpağa düşən alın tərinin əvvəl məhsul vermədiyini, ancaq gedərək İsaakın daha çox məhsul aldığını və bu qələbədəki böyük həzzi qələmə alır. Bu əsərdə Hamsun iyirminci əsr insanının dastanını yazmış, önünə bir model almadan, uğur qazanan insanın böyüklüyünü oxucu ixtiyarına vermişdi.
Karandaşın izi ilə
Ehtiyac insana ağıllı olmağı öyrədir.
***
Görkəmindən yaşının irəlilədiyi bəlliydi, xətrinə dəyməsin, otuza yaxın olardı.
***
Doğrudur, arvadı aydın danışa bilmir, dovşan dodaqlarından utanaraq, üzünü adamlardan gizlədirdi. Ancaq bundan şikayətlənməyə dəyməzdi. Çünki bu eybəcər dodaqlar olmasaydı, yəqin ki, o heç vaxt bura gəlməzdi.
***
Ancaq İsaak o qədər səfeh idi ki, bəyaz yay gecəsində də zülmət qoxusu onu bürüyür.
***
Bu canıyanmış İngeri də yaman çox istəyirdi. O da İsaakı çox sevirdi, onlar bir-birinə qarşı tələbkar deyildilər, taxta qaşıq dövründəki kimi yaşayırdılar və xoşbəxt idilər.
***
İsaak özünü çox qəribə, yumşalmış hiss etdi, dəyirman daşı möcüzəylə üzbəüz idi, bu möcüzə haçansa müqəddəs dumandan törəmiş və həyata qırmızı, balaca sifətlə gəlmişdi, lap tapmaca kimi. Günlər və illər bu möcüzəni adama döndərəcəkdi.
***
…boş yerə ana deyildi ki, bütün analar kimi səfeh və lovğa.
***
Böyük dərdlər və hadisələr unudulmur.
***
Yaxşılıq çox vaxt izsiz ötüşür, yamanlığın isə həmişə aqibəti var.
***
İllər tezmi keçir? Hə, kim ki qocalıb, onun üçün tez keçir.
***
İsaak, yəqin ki, azsavadlı olmağın insanı müəyyən mənada güclü etdiyini düşünürdü.
***
Balaca Sivert əvvəlkinə nisbətən xeyli savadlanmışdı, amma hələlik qoyun barədə “Aman, Tanrım, bunun burnu əsl romalı burnudur ki!” demək səviyyəsinə çatmamışdı.
***
– Bəlkə, kömək etmək üçün başı çıxan bir adam tapasan?
– Yox.
– Hə, demək ki, bacarmayacaqsan!
***
…cəzalandırılmış və aldadılmış, amma hələ də inanan.
***
Zaman çox şeyləri yoluna qoyur, tüpürmək və asqırmaqla, yemək və yatmaqla bir çox yaraları sağaldır.
***
…ədalətli və ağıllı, eyni zamanda məğrur olduğundan deyil, təəssüf ki, zəifliyindən və aclığından.
***
Deyəsən, İnger yenidən baxışlarını dəyişmişdi. O, təzədən dəyişilmiş, tədricən öz əsilzadəlik ədalarından əl çəkərək, yenidən ciddi qayğıkeş arvad və ev sahibəsi olmuşdu. Sən demə, kişi yumruğu möcüzələr yaratmağa qadirmiş!
***
O, öz yolunda deyildi, odur ki, ondan yaxşı bir şey gözləməyə dəyməzdi.
***
Gözdən-könüldən uzaq bir yerdə yaşayıb daim şənlənmək mümkün deyil, sevinc də əyləncə demək deyil.
***
Bahar – bəli, onun şuxluğu və dəliliyi, fərəhi cə sevinci ayrı aləmdir, amma payız! Payız ancaq zülmət qorxusu doğurur, insanı ibadətə sövq edir. Payızda adamı qara basır, qulağına sirli səslər gəlir.
***
Çölün düzündə heç kəs bundan sığortalanmayıb, burada yalnız dünyəvi arzular və fanilik deyil, dindarlıq, Tanrı xofu, boş xurafat da vardı.
***
Gəlin onu rahat buraxaq, onun buna haqqı var!
***
Əgər İngeri bu qədər dəyişdirmişdisə, demək, bu vicdan nəsə çox güclü bir şey olmalıydı.
***
Sonra həyatın hər üzünü görmüş əsl kişi kimi, hətta əsl insan kimi öz əzəmətini dərk edərək otağa daxil oldu.
***
Amma Aksel tamamilə ayrı cür düşünürdü: mal-qara daha vacibdir, çünki insanlar həmişə özlərinə sığınacaq tapmağa qadirdirlər.
***
Oxumuş adamın perspektivi böyükdür.
***
O, çoxlu uşaq doğmuşdu, neçə-neçə insan məxluquna həyat vermişdi, bunun mükafatı böyük olmalıdır.
***
O, bütün ömrü boyu çalışmış, uşaq doğmuş, onlara öz bildiyi kələkləri öyrətmiş, onları saxlamaq üçün dilənçilik, bəlkə də, oğurluq etmişdi, ancaq qayğılarına qalmışdı – bu qədər yoxsul və kasıb olmasına rəğmən, əsl ana olmuşdu. Onda olan qabiliyyət hər hansı siyasi xadiminkindən heç də az deyildi; o, özü və özününkülər üçün çalışırdı, müvəqqəti maraqlarla yaşayır və daim öz canını qurtarmağın qayğısına qalırdı.
***
– Sənin xoşbəxtliyin ondadır ki, ağlın var, amma yazıb-oxumaq bilmirsən və heç vaxt əlinə qəzet almamısan.
***
– Başlanğıc üçün al gəldi! – deyə Varvara gümüş üzüyü çıxarıb stolun üstünə atdı.
***
…yəni səninçün vicdanın və daimi qəlb rahatlığın önəmli deyil?
***
Geniş imkanlar və perspektivlər vəd etməyən bir dünya!
***
O, bilirdi ki, adi ilə qeyri-adi arasında mütləq məsafə var, ola bilsin ki, bu məsafəni həmişə dəqiqləşdirə bilmirdi.
***
O, bir dəfəyə çox şey haqda düşünməkdə mahir deyildi.
***
Heç kəs lazım olduğu kimi olmur.
***
Dindarlığın və aza qane olmanın insanı daha xoşbəxt etdiyi bir daha təsdiqlənir.
***
Elə məsələlər var ki, qadınlar onların mənasını anlamaqda çətinlik çəkirlər, bunlardan biri də torpaq sahələrinin qiymətidir.
***
– Biz, qadınlar, bəşəriyyətin bədbəxt və əzilən yarısıyıq. Qanunları kişilər yaradır, bu sahəyə biz qadınların heç bir təsiri yoxdur. Məgər kişi qadınçün uşaq doğmağın nə demək olduğunu başa düşə bilər?
***
…daim pusquda dayanan küt, qəddar, dedi-qodu xəstəliyinə yoluxmuş, ittiham eşqiylə alışıb-yanan, kinli cəmiyyətin günahıdıdr!
***
Çünki qanunları kişilər yaradır. Bu da sizə cavab. Ona görə də bizim bu kişi qanunlarından qorunmamız üçün Tanrıya yalvarmaqdan başqa çarəmiz yoxdur! Nə qədər ki biz qadınlar, seçkilərdə və tinqdə səsvermə hüququna malik olmayacağıq, həmişə belə olacaq.
***
Kişilərin qanunları qadınlara düşünməyi yasaqlaya bilməz.
***
O, gizlənmir, sadəcə, xəlvəti yer axtarır.
***
– Sənə qulaq asmağı özümə təhqir sayıram.
– Mənə elə gəlir ki, sizinlə heç vaxt bir-birimizə sən deyəcək qədər səmimi olmamışıq.
***
Onun nə güclü bədəni, nə də güclü iradəsi vardı, yalnız yumşaq ürəyi vardı.
***
Ona yaxın adama qarşı yaxşılıq edilməsini tamamilə qeyri-nəsani hiddətlə qarşılayırdı.
***
– Hə, hə, əlbəttə, indi qanunun əxlaqsız günahlara necə baxdığı bilinmir, amma mən Rəbbimizin buyurduğu kimi yaşayıram, necə də axmağam!
***
Kəndli ona məxsus olmayan gözəlliklərdən: incəsənətdən, qəzetdən, rahatlıqdan ötrü dərd çəkmir. Siyasətin qiyməti isə insanların ona ödədiyi məbləğ qədərdir, bundan çox ola bilməz; torpağın məhsulunu isə, əksinə, neçəyə istəsən sata bilərsən, hər şeyin yaradıcısı, yeganə mənbə kimi məhsullardır.
***
Ləyaqət nəinki vacib deyil, hətta zəruridir, rifah qədər, mərhəmət qədər!
***
İsaak ən sadə və aydın şeyləri başa düşürdü: işi, qanuni və təbii hərəkətləri.
***
O-oh, Tanrım! Heç bir şey əvvəlki kimi deyildi, buralar tamam dəyişmişdi, meşədən keçən geniş teleqraf yolu yoxuydu, gölün sahilindəki dağlar eninə-uzununa partladılmışdı. Bəs adamlar? Bəyəm onlar görüşərkən bir-birinə “Salam!”, ayrılarkən isə “Sağ ol” deyirlər? Onlar, sadəcə, başlarını tərpədirlər, onu da tərpətsələr.
***
Əgər güc əmələ gəlmirsə, yemək yeməyin və sağlam bağırsaqlara malik olmağın nə faydası var?
***
Uşağını öldürmək onunçün heç bir şeydir, amma onun canlı uşağa konfet vermək qabiliyyəti də vardı.
***
Qəribədir, bu qadınlar hər şeyə ağlayırlar.
***
İngerin ağlı başına gəlmişdi, ağlını itirmiş adamın yenidən ağıllanması zarafat deyildi.
***
Heç bir şeyin yeganə səbəbi yoxdur, bir çox səbəbi var.
***
Etdiyi bütün hərəkətlər içində gizlənən qüsuru, işıqlı gündüzdə qara ləkəni göstərirdi.
***
O gərək elə kənd sakini olaraq da qalaydı, ancaq indi o, yazmağı bacaran adama çevrilib, amma təşəbbüskarlıq və dərinlik olmayandan sonra bunun nə faydası?
***
Ancaq o, qətiyyən, cani deyil, cəhənnəmdən gəlmişd xortdan da deyil, o, aşiq də olmayıb, şöhrətpərəstlik azarında da tutulmayıb, o, demək olar ki, heç bir şeydir, hətta heç bir şeyin də lap balacasıdır.
***
Siz torpaq və səmayla birlikdə yaşayırsınız, onlarla qaynayıb-qarışıb bütövləşmisiniz, bu genişliklə, durğunluqla. Sizə qılınc lazım deyil, siz həyatı böyük mərhəmətin ortasında boş əllərlə və açıq başla yaşayırsınız. Bax bu təbiət sənindir, səninkilərindir! İnsan və təbiət bir-birini top atəşinə tutmur, onlar bir-biri üçün zəruri olanı yaradırlar, rəqabət aparmırlar, bəhsə girmirlər, onlar bir-birinin ardınca gedirlər.
***
Qayalar, meşələr, bataqlıq, çəmənliklər, səma və ulduzlar, bu az deyil, bu ölçülü də deyil, bu sonsuzluqdur.
***
Mən elə-belə bir adamam, dumanam, gah burdayam, gah da orda, mən üzürəm, hərdən yağış olub qurumuş torpaqlara yağıram.
***
Məsələ bundadır ki, mənə islaholunmazlıq qabiliyyəti verilməyib. Əgər məndə bu qabiliyyət olsaydı, mən də şimşək ola bilərdim. İndisə mən dumanam.
***
Vasitəni məqsədə çevirib onunla fəxr etmək olmaz!
***
Yalnışlıq yalnız ondadır ki, bu oyun heç də ehtiras deyil, hətta igidlik də deyil, sadəcə, dəhşətdir. Heş bilirsən oyun nədir? Bu qorxudur, bu zaman sənin alnını soyuq tər basır.
***
Hə, mən nə etmək lazım olduğunu bilən, amma etməyən bir adamam.