Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Məmməd Əmin Rəsulzadə “Toplu”

kko_memmed_emin_resulzade_topluAnnotasiya

“Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”
Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi Məmməd Əmin Rəsulzadə həm də görkəmli alim, tarixçi, ədəbiyyatşünas olmuşdur. Təəssüf ki, onun zəngin elmi irsindən oxucularımız hələ də xəbərsizdirlər. Bu kitabda M.Ə. Rəsulzadənin üç əsəri toplanmışdır. Bunlardan “Əsrimizin Səyavuşu” Azərbaycan Demokratik Respublikasının tarixinə,həmin dövrün ətraflı təhlilinə həsr edilib. “Çağdaş Azərbaycan tarixi”, “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində isə XX əsrin əvvəllərindən tutmuş 50-ci illərə qədər Azərbaycanın siyasi, iqtisadi, mədəni vəziyyətindən bəhs edilir.

 

Karandaşın izi ilə

“Ön söz”
Xalqımızın ölümsüz lideri Məmməd Əmin Axund hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur.

***

Onun, oğlunu məşhur pedadoq S. M. Qənizadənin (1866- 1942) müdir olduğu ikinci “Rus – müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır.

***

Onun inqilabı fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaratmışdır (“Azərbaycan türk kültür dərgisi”, Ankara No 269, 1989-cu il, səh.49).

***

1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP – nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial – demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882 – 1907), Məmməd Həsən Hacinski (1875 – 1931) və Məmməd Əmin Rəsulzadə olmuşlar. (“Bakinski raboçi” qəzeti, No 60, 18 mart, 1923 – cü il). M. Əzizbəyov, N. Nərimanov, S. M. Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər

***

1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi – Heybətdə dəfni günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P. Caparidze, S. M. Əfəndiyev, İ. V. Stalin ilə birlikdə M. Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.

***

M. Ə. Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864 – 1941) redaktor olduğu “Füyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869 – 1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur.

***

Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur.1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885 – 1948) “Türk – rus və rus – türk lüğəti” kitabının naşiri M. Ə. Rəsulzadə olmuşdur.

***

1908-xci il dekabrın 5-də Məmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu.Onun bu pyesi Azərbaycanda milli – istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M. Ə. Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.

***

Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab,Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O bu partiyanın əsas orqanı olan “İrane nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M. Ə. Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur.Sonralar Seyid Həsən Tağızadə (1878 – 1969) M. Ə. Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M. Ə. Rəsulzadə olmuşdur” (“Suhən” jurnalı, Tehran, 1955-ci il, No 4).

***

M. Ə. Rəsulzadə öz yazılarında “müsəlman”, “türk”, “tatar” kimi müxtəlif ifadələr altında tanınmış bu xalqı “azərbaycanlı” kimi qeyd edirdi. Halbuki, bunu 1935-ci ildən tarixi ədəbiyyatda İ. Stalinin adına çıxırlar.

***

“Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da, mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz – boğaza gəlmişlər” (“Açıq söz” qəzeti, No 431, 1917-ci il).

***

Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840 – 1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı.

***

O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi Avropada ali təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar (“Açıq söz” qəzeti No549, 24 avqust 1917-ci il).

***

Bunu da qeyd etmək lazımdır ki, onun “MAR”,”MAR-zadə”, “M.R-zadə”, “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.

***

Bakı Dövlət Universitetinin yaranması da M. Ə. Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir.

***

Səs çoxluğu ilə M. Ə. Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci ilin mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var.

***

Bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875 – 1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul – idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan Azərbaycan milli şurasının iclasında M. Ə. Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nuzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə bəsail – həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki – həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nuzadini tələf etditməmək kimi müşkül, fəqət müşkulliyi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor” (“Azərbaycan” qəzeti, No 41, 1918-ci il).

***

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə. Rəsulzadə demişdir: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxtariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycançılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!” (“Azərbaycan” (rusca) qəzeti, No 59, 13 dekabr 1918-ci il)

***

Universitetin ilk rektoru olmuş professor V. İ. Razumovski

***

İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M. Ə. Rəsulzadə tərəfindən yazılmışdır.

***

Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan…Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu.

***

Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M. Ə. Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul – idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə “Sühən” jurnalında yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir” (“Sühən” jurnalı, Tehran, No 4, 1955-ci il).

***

Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi. “Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam” –dedim.
“Əsrimizin Səyavuşu”
«Millət yoludur, haq yoludur tutduğumuz yol
Ey haq! Yaşa, ey sevgili millət, yaşa, var ol!»
T. F.

***

Qüvvətlə gözəlliyi hər yerdə tam görən bu şairin ən qüvvətli və ən gözəl insanı Rüstəmdir.

***

Bundan ölmərəm, çünki mən diriyəm.

***

Bu qarışıq mifologiyanın bəzən türklərdə batır, ruslarda boqatır, farslarda bahador sözünün bənzərliyi kimi, bir qisim qəhrəmanlarada bənzərliyi və ya ortaqlığı olur.

***

Mən gənc olmağımla yanaşı, ağıl və mühakiməmi idarə etdim.

***

Saçları ağarmış qoca pəhləvanlar «ceviz bulmuş cocuqlar»3 kimi bu tapılmış pəri üçün münaqişə etdilər. O da eynən cocuqlar üçün ceviz bölən qoca kimi, qızı özünə
götürməklə məsələni həll etdi.

***

Lafonten üslubunda hekayələr yazan rus şairi Krılov bir ceviz tapan iki cocuğun mübahisəsinn hekayə kimi təsvir edir ki, biri cevizi əvvəl gördüyündən, digəri isə daha əvvəl əlinə aldığından bəhsiylə az qala qovğa qaldırırlar, Nəhayət, yoldan keçən bir qocanı özlərinə hakim tuturlar. Qoca, cevizi qıraraq qabığını ikiyə bölüb — «biri sənin, dikəri də o birinin, içi də mənim» — deyə davanı həll etmişdir.

***

Gənc Siyavuşa ögey oğlu olmasına rəğmən eşq, təklif etdi, rədd cavabı aldıqda ondan Keykavusa şikayət etdi.

***

Odun müqəddəsliyinə inanılan əski İranda əfsanələrin rəvayətinə görə, suçluları müqəddəs oddan keçirmək adəti varmış. Təqsirli sayılan, günahsızsa, od onu yaxmazmış.

***

Heç bir iş bəyəndirə bilmədim. Açıldığımla yumulduğum bir oldu. Gözü məni görməkdən bezdi. Bezgin bir hüzurda isə cəsur ola bilmərəm.

***

Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur.

***

«Bu qoca və sərt dünyanın adəti belədir ki, gah insana yəhərin» belində, gah da yəhəri insanın belində gəzdirir» — mənasında olan bu beyt Rüstəmin sözüdür. Ova çıxan Rüstəm atı Rəxşi otlamağa buraxmış, yəhərini çıxarıb başı altına qoymuş, uyumuşdu. Oyananda Rəxşin qaçırıldığını anlamış, yəhərini belinə alaraq atını aramağa getdiyi zaman Firdovsi ona bu beyti söylədir.

***

Xain — qorxaqdır — deyərlər. Bunu tərsinə söyləsək, «qorxaq xain olur».

***

«Yaqo»nun dəsmal intriqasını bilirsinizsə, Əfrasiyabla Siyavuş da Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar.

***

Kürəkəniniz öz gözəl əxlaqı və ədəbi ilə mal və mülkünüzə layiqdir.

***

O qamət və ağıl sahibi dedi ki, nəhs talehlə mərdlik etmə.

***

Firdovsinin düşüncəsinə görə, qanı iki millətdən qarışmış olan qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət bəslərlər.

***

Bir qüvvə, bütün səbirsizliklə ağrı — acıları mərkəzə doğru çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər. Mərkəzlə dairə arasında müvazinət olmuşsa, «çərxi-fələk« aləmin arzusunca dönmüş, tərsi olmuşsa, dünya və aləmə fəsad və ixtilafların çıxmasıyla həyatın nizamı pozulmuşdur.

***

Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir.

***

Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə sırf səmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur. Nə mərkəziyyət, nə də özünüidarə, nə səmiyyətlik, nə fərdiyyətçilik — bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq. Bu surətlə gül ilə göz muncuğu kimi səmiyyətlə fərdin çeşidli şəxsinin, hökumətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə bir-birlərini tamamlayıcıdır.

***

Hakimiyyət xalqdan deyil, Allah tərəfindən bir bəxşiş olaraq verildiyi zaman hökmdarlar çoban, məhkumlar qoyun hökmündə idilər. Məsuliyyət yalnız çobana aid olduğundan iradə ilə hökm də onun idi.

***

Əlbəttə, millət, bu günkü məfhumuyla bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir. Avstriya siyasət yazarlarından sprinker «Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyət zümrəsinə mənsub bilməsi ilə təyin edilir,» — deyir. Demək «Mən ərəfe pəfsəhu kəd ərəfe Rəbbahu» (öz gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqinə varır.). Bunu belə desək, «Mən ərəfe nəfsəhu kəd ərəfe millətehu» (öz gözəllik və əzəmətinin fərqində olan insan öz millətinin də gözəllik və əzəmətinin fərqinə varır) — mənası ortaya çıxır.

***

Əski zaman qəhrəmanları üzərində qanın görduyü işi, indiki millətlər üzərində mədəniyyətlərlə ideologiyalar körməkdədir.

***

İndiki Azərbaycandan ibarət olan bura əhalisinin türkmü, yoxsa, farsmı olması çox zaman münaqişəli olub, insanlarına, xalq ədəbiyyatına, aşıq dastanları ilə çoban türkülərinə, ən’ənə və adətlərinə baxanlar türk, rəsmi yazılarına baxanlar da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul etmişdir.

***

Rusiya inqilabı: əsrimiz Siyavuş gördü — Azərbaycan Cümhuriyyəti.

***

Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar.

***

Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq taleyin döndüyünü görmüş, yorğun bir halda İstambul divarlarına dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki: «sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı həddindən fəzlə uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzərində yaşarasan. Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda-Türküstündadır, fəqət sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin
xarab, taxtın da bərbad olar».

***

Müsavat» partiyasının çap orqanı olan «İstiqlal» qəzetinin şüarı «Türkləşmək, İslamlaşmaq, Müasirləşmək» idi.

***

Əski Türk yazısında «Qurtuluş» əfsanəsi məşhurdur. Bu əfsanəyə görə Çin ilə aparılan bir savaşma düşmən təqibindən qaçan türklər bir ala ceyranın ardınca uca dağlarla çevrələnmiş bir ovalığa çəkilmişdilər. Bunlar burada iki yüz il qalmış, doğub törəyib çoxalmışdılar. Özlərinə dar gələn bu yurddan bir tərəfə çıxmaq istəmişdilərsə də, yol tapmamışdılar. Nəhayət, çobanın biri bir gün qurd görmüş, onu təqib edərkən qurdun bir dəlikdən çıxdığını anlamışdır. Çoban gördüyü bu əcaib nağılı danışdıqdan sonra qurdun girdiyi dəliyin istiqamətində gələn əhalinin arasından bir dəmirçi çıxmış, dağın dəmir filizli olmasını kəşf et-miş, odun toplayıb od qalamış, dağı əridərək yol açmış, mühasirədə olan türklər bu yoldan çıxaraq yer üzünə yayılmışlar. Bu əfsanəni nəzm edən Gökalp bəy Ergenokon yurdun adı, Börteçinə qurdun adı deyə yuxarıda yazdığımız adların bu günkü türkcəyə tərcüməsini göstərmişdir.

***

«Rusiya dağılıb viran olacaq,
Türkiyə böyüyüb Turan olacaq.
Ziya Gökalp bəy

***

“Marat”- 1918-si ildə bolşeviklər tərəfindən Bakıda müsəlman əhali üzərində icraolunan qətl.

***

Təbiidir ki, Fironun fillərini məğlub edən bu dəmir süvariləri Ford hazırlamadığı kimi, onları hərəkətə gətirən neft də Amerikadan gələ bilməzdi: çünki o zaman nə Xristof Kolomb anadan olmuş, nə də Amerika kəşf olunmuşdu.

***

Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr.

***

İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradısıcı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır.

***

Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənkinliyi üçün alçaldılırdı.

***

Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izin verilməsini istəmişdi. Burası söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki: Hər ki hahəd, ku biya və hərçi hahəd ku be ku gibro nazu hacibə dərban dərin dərgah nüst(Kim dilərsə, söylə gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapısı, gərdası, kibr və paz) — tərifi bunun haqqında söylənmişdir.

***

Azərbaycanın əsgər ehtiyacını hər nə qədər türk komandanlığı öz üzərinə almışdısa da, Azərbaycanı tələsik tərk etmək məcburiyyətində qaldığından buna müvəffəq ola bilməmişdi: ordunun quruluşu azərbaycanlıların çox az olan öz zabitlərinin öhdəsinə buraxılmışdı. Başda ağsaqqal Səməd bəy olmaqla, müxtəlif ordularda xidmət etmiş Azərbaycan zabitləri qeyrət etdilər. Çox çətinliklər və ənkəllər içində bir ildə yoxdan 25 000-ə qədər çeşidli silaha sahib piyada, süvari, topçu, lağımçı, çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər

***

Son Novruz bayramında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş rəsmi keçid, mükəmməl və müntəzəm bir ordunun vücudunu paytaxtın sevincdən boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların göz yaşları içində dost və düşmənə göstərdi.

***

Azərbaycan hökuməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. 6—7 ay içində öz hakimiyyətini dəniz üzərinə də yaydıqdan sonra ticarət donanmasından başqa 6—7 gəmilik bir donanmaya aid işlər hazırlanmış, qarşıdakı ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman halına gətirmişdi.

***

Anarxiya əsnasında Azərbaycan dəmir yolları, qonşusu Gürcüstanın yollarına nisbətlə məhv olmuş kimi idi. Stansiyalar bərbad olmuş, körpülər uçurulmuş, lokomotivlər qaçırılmış, vaqonlar parçalanmış, oturacaqlar (divanlar) qoyulmuşdu. Az zamanda bunlar düzəldilmiş, yolun işləkliyi müharibədən əvvəlki halına gəlmiş, müntəzəm dəmir yolu hərəkəti təmin olunmuşdu.

***

Cümhuriyyətin quruluşundan əvvəl bir-birinin ətini yeyən əhali arasında hər yerdə meydana gətirilən zabitə sayəsində rus istilası zamanından daha yaxşı bir əmin-amanlıq və intizam vücuda gəlib, hər tərəfdə bələdiyyə və məhəlli idarələri qurulurdu.
Boş buraxılan ərazi ciddiyyətlə əkilməyə başlanmış, hər tərəfdə əkinçilik əvvəlki halını almışdı. Şəhərlər telefonlarla bir-birinə bağlanmış, teleqrafla da təbii bir dildə müharibəyə girmişdilər.
Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi ögrənimin (təhsilin — M. Ə.) həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkəklər və qızlar universitetləri vasitəsiylə öyrətmənlər hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstambuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya litseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.
Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi.
Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstambula yollanması qərara alınmışdı.
Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu, İstambul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə Azərbaycanın «Yavru bayrağı»nı Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib qutladı, sevindi. O üç rənkli köksü hilallı gənc-bayrağa arzular diləyərək dedi ki.

***

Dəmir yolu işçisi hazırlamaq məqsədiylə türklərə aid dəmir yolu, teleqraf və s. texniki ustalar hazırlamaq üçün yol idarəsi nəzdində xüsusi məktəblər açılmış, dəmir yolu məmurları yüzdə-əlli miqdarında milliləşmişdi.

***

Firdovsi, Siyavuşun diliylə deyir ki:
Çu hurrəmi şəvəd sayi arəstə
Pe did ayəd əz hər sui hastə.

***

Əsrimizin Siyavuşundan xüsusi bir sıxıntı ilə daralan və ondan intiqam almaq istəyən Gərsivəzlər də az deyildi. Bu Gərsivəzlər özlərinə türk kommunist qrupunun bəzəyini vermişdilər.

***

Cümhuriyyət zamanında teatr sənəti olduqca irəlilədi. Hökumət himayəsinə alınan türk səhnəsi ilə musiqisi ona verilən dövlət teatrında on illik bir irəliləmə əlaməti göstərdi. Dekor, oyun, rəqs, səs və ifa cəhətincə parlaq nümunələr, zəngin çiçəklər verdi. Az zamanda Azərbaycan sənəti Avropavari bəstəkar, tragediya, komediya, opera, operetta, aktyor və aktrisaları ilə ümid verən rəssamlara sahib olduğunu sübut etdi.

***

Firdovsidə böyük bir «fatalizm» var. Hər bir vaqeəni, o qatı çarəsizlik kimi göstərir. Onun hər qəhrəmanı başına gələcəkləri ya röyasında görür, ya da ilahidən eşidir və nə qədər çalışıb qeyrət etsə də, öz qədər və taleyindən bir təhər qurtula bilməz. «Şahnamə» şairi, bu şəkildə ən sevdiyi qəhrəmanlarından ayrılarsa da, daima: «Çinin əst ayin çərx-bülənd» (Dünyanın adəti belədir) — deyə ovunması olur. Fatalizm yalnız Firdovsi kimi bioqrafiya romantiklərində deyil, İranın qəzəl yazan lirik şairlərində var.

***

Azərbaycan Cümhuriyyəti hökuməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin üsyan bayrağı açdığını, digər tərəfdə.,.. «Bena qazi» (Binəqədi — M. Ə.) yanar dağı səmtindən Qızıl Ordunun atəş saçaraq gəldiyini və geri qaçmaq istərkən yolunun Türkiyəli bir zabit komandasında olan «Yardım alayı» tərəfindən kəsildiyini gördü.

***

Ağ saqqallı bir sosialist çıxdı. Bu faciəli gündə də adəti olan şəbədəçilikdən qalmadı, operetta qəhrəmanı Məşədi İbad kimi: — O olmasın, bu olsun! — dedi.

***

Birinci dəfə İranı, ikinci dəfə Turanı satmış olan qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı.

***

Yalandır. Gərsivəzlərə aldanmayınız: Gərvin əlindəki dolama zəhər bulaşmış bir intiqam xəncəridir, ona inanmayınız! Rus ordusunun hüdudumuzu keçdiyi bir vaxtda, müsəlman da olsalar, bolşeviklərin parıltılı yalanlarına uymayınız! Türkiyə Azərbaycanın sığınacaq yeridir. Öz sığınacaq yerini qurtarmağa gedən bir qüvvənin səmimiyyətinə inanarsa, Azərbaycan elə bir qüvvəyə özü yol verər, fəqət bizim istiqlal və hakimiyyətimizi ayaqları altında çığnayıb sərhəd gözətçilərimizi torpağı ölü sərən xain bir qüvvə Turan yardımçısı ola bilməz.!
Əfəndilər, eşitdiyiniz gurultular millətin deyil, düşmənlərin səsidir. Hakimiyyətinizə doğru uzanan və bizdən təslim olma tələb edən əllər, millətin müqəddəs hüququna uzanmış qəsbçi əllərdir. Ağ saqqallı generalımızın məyus halda komandanlıq zirvəsində deyil, deputat kürsüsündə oturması, bizi məyus etsə də, bilinməlidir ki, millətdən alınan haqq başqasına təslim edilə bilməz!
Bu kürsüdən çox kərə istiqlalılımızı göz bəbəyi kimi saxlamağa, hüruriyyətimiz yolunda canımızı sipər etməyə, öldü var, döndü yoxdur, deyə son damla qanımıza qədər dayanmağı and içmiş adamlar deyilikmi? Hazır olanlar, məsum qanı üçün çox-çox qanlar, axacaq, gözəl Siyavuşumuzu aldanmış Əfrasiyabların qəzəbinə, xain Gərsivəzlərin hiyləsinə xəbis yaradılışlı Gərvlərin xəncərinə təslim etməyək!
Qoy bizi bu haqqımızdan vaz keçməyə yalnız düşmən süngüləri məcbur etsin!

***

Tarix təkrarlardan ibarətdir deyirlər: fəqət bu təkrar, belə təsəvvür olunmasın ki, irili-xırdalı təfsilatı ilə yenidən yoxlanır. Heç bir hadisə zaman və məkan təsirindən qurtula bilməz.

***

Türklərin Azərbaycan üzərində mənəvi nüfuzundan istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə bildilər ki, bunlar müsəlmanların könlünü fəth edərək, Azərbaycanın istila deyil, əksinə İstambulu belə qurtaracaqlarına inandılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Mustafa Kamal Paşanın yardımına göndərəcəkdir.

***

İmzanı Nərimanlar, Əliheydərlər atırdısa da, hökmləri Mikoyanlar, Çorayevlər və Solovyovlar yazırdı.

***

Haqsız qan yerdə qalmaz. Necə ki, Siyavuş qanı qalmadı. Məzlum ahı ovunmaz, necə ki Kərbəla zülmü ovunmur. Zalım bədi olmaz — necə ki, Zöhhakın zülmü olmadı. İstiqlal nəşəsi fədailər yetişdirir necə ki, milli Türkiyə yetişdi. Fikir öldürülməz — necə ki, Neronun arslanları xristianlığı parçalaya bilmədi. Abidə iman yanmaz necə ki, Nəmruddun atəşi İbrahimi yaxa bilmədi.

***

Əsrimizin Siyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir.

***

Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı.
Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı və çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardı.
Yazıqlar olsun ki, biz daha səpələnmiş etiqadımızla, «— Bir kərə yüksələn bayraq bir daha enməz!» idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdirdik. İntriqaçı və zalım bir qüvvət tərəfindən susdurulduq. Dilim gəlmir… təslim olduq! Fəqət bu «təslim» bizi qurtardımı? Canımız, malımız, namusumuz qurtuldumu? —Xeyr, ilk zərbədə yerlə bir olanlar, yenə təslim fikrinin fədailəri oldular.

***

Yalan söyləməyin ruhumuza verdiyi qorxunu: «iş düzəldən yalan, fitnə çıxaracaq doğrudan daha yaxşıdır» – – fəlsəfə əxlaqının xarakterimizə verdiyi dözümü, ölüm qorxusunun iradəmizə verdiyi zəifliyi uzaqlaşdırıb bədbəxt olmayaq!
Qalileyə «Ah nə edim ki, bu lənətlənmiş dünya fırlanır!» — iddiasını başı üzərində duran cəlladlardan qorxmayaraq söylədən, Sokrata, imkanı varkən cismani ölümü mənəvi ölümə tərcihlə acı ölüm zəhərini içirdən: həzrəti-Hüseynə bütün dost və qoruyucularını itirdiyi halda təslim olmamaq cəsarətini verən: Həsən Sabbahın fədailərinə dağ başından atılmaq əfkəsini verən və nəhayət Anadolu hərbinin o şanlı qəhrəmanı Fəthi bəyə komandanın əmrini bir neçə dəqiqə yubatdığı üçün, qalibkən intihar etmək igidliyini göstərən bir vəzifə hissi ilə silahlanaq. Bilək ki, çoxdan öldürüldüyü zənn olunan millətlərin birər-birər dirildiyi, bu böyük məhşərdə ölmək istəməyən millətləri diri-diri gömmək qətiyyən mümkün deyil.

***

Öylə bir əsr içindəyəm ki, cahan
Zülmü vəhşətlə qovrulub yanıyor.
Üz çevirmiş də tanrıdan insan
Küfrü haq, səhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı
Məhv edən haqlı, məhv olan haqsız…
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız,
Gülüyor nurla daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor
(H.Cavid “Peyğəmbər”)

***

Ya qazi və ya şəhid olacaqsan.
“Çağdaş Azərbaycan Ədəbiyyatı”
Çox dolaşdım əski Şərqin ölü, hissiz yurdunu
Sübh olmuşdu, fəqət bir oyanan görmədim
Anlamazdı kimsə onun o şübheli dərdini.
Ağlamazdı ona kimsə, qəlbi yanıq görmədim.
Dedilər ki, öksüz Şərqin xəzan görmüş bağında,
Yeni başdan qızıl güllər, yasəmənlər açacaq,
Bu qaranlıq gecələrin ıssız, tutqun çağında
Almas yıldız doğacaq da, ufka yıldız saçacaq.
Dedilər ki, Azərbaycan türklərinim elində
Əski atəş yeni başdan alovlanmış. coşmuşdur,
Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə,
Yenə onu təqdis ilə ziyarətgah edəcək
Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə
Yenə onu təqdis ilə ziyarətgah edəcək.
Ey türk oğlu, səni tanrı Şərqə hadi göndərdi,
Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,
Ürəyində sönməyəcək bir həqiqi od yandır!..
(Əliyusif )

***

«Molla Nəsrəddin»in əski müdiri Cəlil Məmmədquluzadə «Kamança» adlı bir pyes yazır. Təəssüflər doğuracaq erməni-müsəlman toqquşması əsnasında bir erməni kamançaçı ondan intiqam almaq istəyən bir türkün əlinə keçir. Lakin sənətkar hər iki millət üçün ortaq olan bir musiqi çalmaqla düşməninin qəlbini yumşaldır və beləliklə ölümdən qurtarır. Nədənsə pyesi o zaman səhnəyə qoymurdular.
Həmin yazıçının «Anamın kitabı» adlı başqa bir əsəri də çox böyük rəğbət doğurur. Üç oğul müxtəlif məmləkətlərdə oxumuşlar: İran məktəbinin şagirdi molla olub dönmüş, özü ilə əski sxolastik zehniyyətini gətirmişdir. Türkiyə tərbiyəsi alan o birisi Azərbaycan şivəsini İstambul ağzı ilə dəyişdirməyi bir mərifət sayır. Rusiyada təhsil görmüş üçüncü oğul isə tamam başqa şeylərdən zövq alır. Ailədə ixtilaf başlayır. Bu qarışıqlıqdan bezmiş ixtiyar baba oğullarına öyüd verərək ananın kitabından uzaqlaşmamağı tövsiyə edir. Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı «Anamın kitabı»na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.

***

Milli Qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 may İstiqlal günü münasibəti ilə hürriyyət 52 pərisinə müraciət etdiyi «Nədən yarandım?» parçası son dərəcə lirikdir. Onun bu lirizmindən biz də aşina olaq:
Sən qüdrətin aşıb, çoşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Sehr dilli bir fırçanın əliylə,
Ahuların duruşundan yarandın!
Ay işığı gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın!
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın!
Qaranlıqda qırılırkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin,
Dan yeriylə görüşündən yarandın!
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca bir sokuşundan yarandın!
Qələm əldə ilhamımı dinlərkən,
Sən qəlbimin duruşundan yarandın!

***

Ən kiçik zərrə, ən böyük aləm
Tanrı eşqilə rəqs edib duruyor
İncə bir rəmzdir, o, çox mübhəm,
Hər böyük qəlb o rəmz için vuruyor
Yüksələn haqqa yaxlaşır ancaq
Onu duymaz sürüklənən həşərat.
Bir günəşdir o, möhtəşəm, parlaq,
Nuru heç dərk edərmi kor, heyhat!
Nerdə parlarsa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan
Orda var sevgi, orda var iman.
Orda var şübhəsiz, böyük yaradan!
(H.Cavid “Peyğəmbər”)

***

Əvət ən doğru, ən gözəl ayin:
Əhli-vicdanə busə, xainə—kin!..(H.Cavid “Peyğəmbər”)

***

Peyğəmbər təbliğat apararkən təhqirlərə məruz qalır. Onun dişini sındırırlar, ələ salırlar. Döyülmüş və təhqir edilmiş Peyğəmbərin naümid bir çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc uzadaraq belə söyləyir:
İnqilab istəyirmisən, mənə bax!
İştə kəskin qılınc, kitabı burax.
Parlayıb durmadıqca əldə silah,
Əzilərsən, qanın olar da mübah.
Eyləməz yardım incə hikmətlər,
Quru söz: busələr, məhəbbətlər,
Əvət, ancaq qılıncdadır qüvvət,
Bundadır haq, şərəf və hürriyyət!(H.Cavid “Peyğəmbər”)

***

Bolşevik dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük müvəffəqiyyət Cəfər Cabbarlıya nəsib oldu. Radikal düşüncəsi, yetişdiyi sosial sinif, əsasən məzlumların və nəsibsizlərin həyatından aldığı mövzular bolşeviklərin ona nisbətən yumşaqlıqla yanaşmalarına səbəb oldu.

***

Sovet tənqidçilərinə görə o mövcud yazıçılar arasında kollektivist düşünüşü ən çox mənimsəyən bir yazıçı kimi qiymətləndirilsə də, pyeslərinə verdiyi adların hamısı «Vəfalı Səriyyə», «Aydın», «Oktay», «Sevil», «Od gəlini», «Yaşar» və sairə fərdi xarakterdədir.

***

O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, «həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş» üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır.

***

Məmurun səkkiz yaşlı pioner, yəni kiçik kommunist bir oğlu var.

***

«Yeni rejim anamı öldürdü, atamı dəli etdi, məni isə hər hüquqdan məhrum etdi, qovdu. Nə etməli… hüquqlardan məhrum edilmiş bütün səfil məhrumların intiqamını almalı…»(Sabit Rehman Vefasız)

***

Bu dövrdən başlayaraq azəri və ya Azərbaycan türkcəsi yox, Azərbaycan dili, milləti və ədəbiyyatı vardır. Millət və dinin birləşməsindən yaranan mədəni mühit yox, yalnız kommunist ideologiyası və sovet vətənpərvərliyi vardır. Məhəlli və milli dəyərlər yalnız bu «müştərək və böyük vətən»in mənfəətinə uyğun gəldikdə sayılır və sevilir, əks təqdirdə əzilir və öldürülürlər. Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu islam və türk ideallarından üz çevirəcək, mədəni dünya ölçülərinə xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, «böyük» Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər.

***

Q A C A R — (Vaqifə) — Şair, hökmdarın hüzurundasan.
V A Q İ F — Bunu sizsiz belə düşünürəm mən.
Q A C A R — Bəs baş əymədiniz?
V A Qİ F — Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli…
(Səməd Vurğun “Vaqif”)

***

VAQİF—Dayan,.. bu bağçanın hər bir bucağı
Neçə çiçək, neçə güllər bitirmiş.
Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş.
(Səməd Vurğun “Vaqif”)

***

«Vətən və xalqa dərin sevgi və hörmət bizim ədəbiyyatın ən nəsib xüsusiyyətlərindən biridir. Xalqını göz bəbəyi kimi sevən ondan ayrılmağı özünə ölüm hesab edən böyük demokrat Həsən bəy Zərdabi yazmışdır: «Bir gün gimnaziyanın direktoru mənə məlum eylədi ki, sərdarın hökmünə görə gərək mən Yekaterinedar şəhərinin gimnaziyasına müəllim gedəm, ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim».

***

O cənnət ideal, bəkçisi iman,
İman olan yerdə şeytan yaşamaz!
Bir solğun çiçəyəm, bir sarı yarpaq
Candan şikayətkar, canandan iraq,
Çıxdım ki, yollardan alayım soraq.
Xəbər verən yoxdur, sorma dedilər!
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaslara batdım, geymədim əlvan.
Düşünüb o ulduz gözləri hər an,
Ağlarkən, özünü yorma dedilər!
Mənim göylərimdən günəş çəkildi
Parlaq həyatıma zülmət töküldü:
Vərəmli qəlbimə oxlar tikildi,
Qoy axsın qanları, sarma dedilər!
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər.

***

Hür dedim özümə, zəncir qıraraq,
Get də kəməndini cəhənnəmdə yak!
Yurdumun müəbbəd nigahbanıdır
Asırlar altından yüksələn bayraq!
Bayrağımız ölməz, ölərsə əgər,
Torpağın altına köçər ölkələr.
Azəri qanıyla yuyundun, yetər
Etdiyin Neronun zülmündən betər…
Bir zəhər sunsa69 da, əməl doğrudu
Türklüyün qəlbinə vurduğun neştər.
Qaldıqca ruslarda diyarım mənim
İntiqam alacaq şüarım mənim!
Azəri oğluyam, adımda şan var,
Damarlarımda zülmə hayqıran qan var:
Məni öksüz70 sanıb kükrəmə, düşmən,
Bax, arxamda haqqı sevən cahan var.
O cındır bayrağın əlbət solacaq,
Azərbaycan yenə mənim olacaq!
Qurtuluş, ey nazlı, sevimli pəri,
Könüldən vurğundur sənə azəri,
Dişimlə qıraram bir gün gələr də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa, ey həsrətlə doğan istiqlal!
Yaşa ey türk, yaşa ey gözəl hilal!
(Gültəkin)

***

Almas Yıldırım vətənə bağlılıq hissini «Qürbətdə» adlı şerində coşğun bir ifadə ilə anlatmaqdadır:
Mən torpağı atəşlə yoğrulan bir diyarın,
Doğdum yad çəkmələrlə,tapdanan yaxasında
Ömrümü udub keçən hər qışın, hər baharın,
İçində mən ağlaram yalnız onun yasında.
Basdığın hər torpağın qoy cənnət olsun yeri
Mən onu bircə anda adlayıb keçəcəyəm
Getsin də buz bağlasın hər bir çeşmənin gözü
Mən yenə o içdiyim ağunu, içəcəyəm.
Gəlsin hər çiçək mənə versin baharı müjdə,
Könlümdəki dağların getməz başımdan qışı…
Mən edəməm eşqimə yad bir məbəddə səcdə,
Burax, getdiyim yolun tufanlar olsun eşi.
Mən qürbətdə ölərsəm, qəlbinə salma çilə,
Söylə dostlar gömməsin nəşimi torpaqlara…
Yaxaraq vücudumu kül edib verin yelə
Bəlkə bir zərrə alsın rüzgar bizim dağlara?
Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Elə et, sevinməsin Kremlin vəhşi qurdu,
Mən tufanla doğmuşam, tufanla öləcəyəm!..

***

Gültəkin «Buzlu cəhənnəm» başlığını vermişdir. Bu dinləyəcəyiniz şairin şah əsəridir:
Sibirya, ey soyuq və qorxunc dəniz
Şimalın köksündə uyuma səssiz,
Qalx, bir müsafirin gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi — vəhşət!..
Əlinin buzunu eşqlə ərit,
Çıx, acıyan qəlblə qucağını aç.
Hədiyyən bir dəmət saralmış igid
Hamsı bitkin77, hamsı xəstə, hamsı ac.
Sən ey bu gün yalnız qatilin deyil,
Haq deyən başın da qəbri olan yer:
Bu solğun dəmətin önündə əyil,
Ona ölüm vermə, həyat və ruh ver!
Düşün ki, həpsini düşmən soldurmuş..
Hicran qəlblərinə bir damğa vurmuş…
Onları yollamış bədbəxt bir diyar,
Qəlblərində kədər, gözlərində nəm,
Onları incitmə, yetimdir onlar,
Ey soyuqla yaxan buzlu cəhənnəm!
Söylə tapındığın məbudun qışa,
Qucağında çılpaq uyuyanlar var.
Acısın məhv olan bu yaşayışa,
Dinsin qasırğalar, həp fırtınalar…
Soyuğun altında bir yumaq kimi,
Gömüldüyü qara,
Rüzgarların ilıq bir bucaq kimi,
Açılsın onlara.
Of… bu boğucu qaranlıq
Hardan endi gözəl yerə?!
Tıxandı hər nəfəs artıq,
Sanki boğuluyor kürə…
Bulanıq bir yerin kirli yaxası
Yerdə sürünüyor iştə Tundra…
Sibirya, Sibirya… əvət Sibirya:
Təbiətin o bir zalım cakası…
Nənə!
Yenə
Nələr düşündün ki, doldu gözlərin?
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox… onu düşünmə, indi övladın
Buzlu üfüqlərin qucağındadır,
O, ən əməlpərvər bir çağındadır:
Əmdikcə soyuğu, «yenə ver» deyir:
Qəlbindəki alov bax, nələr deyir:
Sil göz yaşlarını, dur, gözlə onu
Hər donduran qışın bahardır sonu!..
Və sizə, ey ölümün qorxunc yolunda
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir taleyin gizli qolunda
Yürürkən bəxti də sürüyən, gənclər!
Uzadın siz mənə əlinizi,
Təbrik eyləyim mən, igidlər sizi!
Baş əymədiniz siz haq yeyənlərə,
Dediniz yaşamaz azəri haqsız,
Sizi kəsmək üçün enən xəncərə
«Hürriyyət istərik» — deyə yazdınız!
Səlamət yoludur istədiyiniz yol,
Günəşlər doğacaq izlərinizdə.
Yalnız deyilsiniz, yoldaşınız bol,
Bir imanlı millət var yerinizdə.
Düşmən saldırsa da dörd yandan sizə
Qorxmayın «qurtuluş çox mahal» deyə,
Biz də gəlirik o yoldan sizə
İstiqlal, istiqlal, istiqlal, —deyə!

***

Dünya tarixinin xülasəsi haqq ilə batil, hürriyyətlə əsarət mübarizəsinin bir ifadəsidir. Bir yandan hürriyyət və demokrati o biri yandan isə totalitarizm ilə kommunizm cəbhəsinə ayrılan bu günkü dünya mənzərəsi həmin mübarizənin yeni, böyük qarşılaşması deməkdir. Bu, bəlkə də son qarşılaşmadır. Bu mübarizədə həqiqi ədib və şairlərin vicdanına tərcüman olan böyük şərhçilərə görə vətən, hürriyyət və istiqlal ideallarına bağlı qaldığını güclü surətdə elan edən milli Azərbaycan türklüyünün yeri çoxdan təyin olunmuşdur. Müqəddəratını hürriyyətsevər millətlərin və mədəniyyət dünyasının müqəddəratı ilə bağlamış Azərbaycan hürriyyət və demokratiya cəbhəsinin son və qəti zəfərinə əsla şübhə etməz! Duyduğu min bir iztirabdan sonra arzuladığı hürriyyət və istiqlalına qovuşaçaq, şair Gültəkinin bu beytini zəfər sevincləri içində təkrar edəcək:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!..

***

“Çağdaş Azərbaycan Tarixi”
Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 mayı qədər çağdaş Azərbaycan tarixinin ünlü bir günü yoxdur.

***

Həmin tarixdə, bir neçə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu tarix çağdaş tariximizin keçmişini və gələcəyini müşahidəyə yarayan yüksək bir baxım nöqtəsidir.

***

Lakin bu hekayəyə başlamaqdan əvvəl Azərbaycan istiqlal qurbanlarını və onların ardınca gedən fədakar qardaş şəhidlərini minnət və şükranla anmaq vəzifəmizdir.

***

Bu təhlükə qarşısında 1918-ci il 4 iyunda Batumdakı o zamankı Osmanlı hökuməti nümayəndələri ilə bir müqavilə imzalandı və bu müqaviləyə görə türk ordusu azərbaycanlı qardaşlarının köməyinə gəldi və 1918-ci ilin 15 sentyabrında birləşmiş qüvvələr Bakını qəsbkar əllərdən xilas etdilər. 1918-ci ilin 30 oktyabrında imzalanan Mondros sülh müqaviləsinə görə türk ordusu Azərbaycanı tərk etdi, onun yerini ingilis işğal ordusu tutdu, daha sonra ingilislər çəkildikdən sonra Azərbaycan respublikası öz işlərini özü idarə etməyə başladı.

***

Bütün milli müəssisələr bağlanılır, milli ordu dağıdılır, ziyalılar öldürülür, «Çeka» vəhşiliklər törədir, «soyğunçuluq həftəsi» təşkil edilir, sinfi mübarizə alovlandırılır, ictimai nifrət qızışdırılır, qardaş qardaşa qarşı təhrik edilir, bir sözlə, məmləkət sovetləşdirilirdi.
Bütün bunlarla bərabər milli müqavimət davam edirdi və Azərbaycanın hər tərəfində qanlı hadisələr olurdu. Müxtəlif yerlərdə davam edən üsyanlar arasında 1920-ci ildə baş vermiş Gəncə üsyanı xüsusilə diqqətəlayiqdir. Buradakı üsyanı yatırmaq üçün Qızıl Ordu 8000 nəfərlik hərbi hissə göndərmişdi. silahlı üsyanlar məmləkətdə daimi hal almışdı. 1925-ci ildə verdiyi bir raportunda Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir.

***

Bakıda, «Çeka»nın lap yaxınlığında”gizli bir mətbəə işləyirdi: burada çap edilən «İstiqlal» qəzeti 19-cu nömrəsini buraxmağa müvəffəq olmuşdu. Bu mətbəənin sirri yalnız bir təsadüf nətisəsində açıldı: polis qəlp pul düzəldən; maşın axtararkən «Müsavat» mətbəəsinin üstünə çıxdı.

***

Bolşevik leksikonu Azərbaycandakı bütün vətənpərvərləri müsavatçı adlandırır. Müsavatçılıq vətənpərvərliyin sinonimidir.

***

Azərbaycan Kommunist Partiyasının XVI Bakı qurultayında söz söyləyən partiya katibi Bağırov demişdir ki: «İndiki halda «Müsavat» partiyası mərkəzi komitəsinin üzvlərindən dördü «Çeka» həbsxanasındadır. Bunlardan hər biri sovet dövlət idarəsində yüksək mövqe tuturdu, sovet məmurluğu ilə müsavat partizanlığını bir şəxsdə necə birləşdirdiklərini onlardan soruşduqda onlar: bu həm asan, həm də ucuz başa gəlir deyə zarafat edirlərmiş. Bolşeviklərin — milliyyətçiliyi tamamilə yox etdik, — dedikləri bir çox bəyanatlarına baxmayaraq sovet mətbuatı ilə hökuməti son illərə qədər Azərbaycan vətənpərvərliyinin rəmzi kimi tanınan müsavatizmlə şiddətli mübarizə aparmışlar. 1932-ci ildə toplanan AKP-nin qurultayının qərarına görə «Müsavat» partiyası ilə sadəcə daxildə deyil, xaricdə də mübarizə aparılmalıdır.

***

1921-ci ilin 5 oktyabr tarixli Bakıda çıxan «Kommunist» qəzetində o zamankı maarif nazirinin yazıçıların qurultayındakı çıxışında belə yerlərə rast kə-lirik: «Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin «Müsavat» dövründən xəbəri yoxsa da, yenə nəzərdə tutulur) milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın Gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və «Baxımsız Azərbaycan» şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər («Kommunist», No2765—46. 1929.). Adları çəkilən şairlərin bir hissəsinin başqa yerlərə qaçaraq milli ideologiyanı tərənnüm etdiklərini də bilirik. Bakı mətbuatından öyrəndiyimizə görə Tağı Şahbazi, Böyükağa Talıblı, Əli Rza və Əhməd Cavad kimi yazıçılar sovet ədəbiyyatında millətçiliyi təbliğ etdiklərinə görə Yazıçılar İttifaqından xaric edilmişlər.

***

Daha sonra, 1924-cü ildə Azərbaycan Kommunist Partiyasınınn baş katibi Əyyub Xanbudaqov Azərbaycan sapıntıçılarına başçılıq etdi və bu cərəyanın istəklərini bu şəkildə formullaşdırdı:
1. Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq.
2. Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək.
3. Azərbaycan milləti öz-özünə idarə etmək çağına çatmış ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya «yerli millətçilik» damğası vurur. Buna qəti olaraq son qoyulaçaq.
4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil, gerçəkdən türkləşdiriləçək.
5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən sovet hökumətinin məskunlaşdırma siyasətinə son qoyulacaq.
6. Cənubi Qafqaz respublikalarında milli – mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının təşkilatı əsası ilə, qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. Bu federasiya sonradan dağıldı).
Xanbudaqovun bu çıxışı Azərbaycan kommunistləri arasında qüvvətli bir hərəkata səbəb oldu. Bu hərəkat Moskvanın zorakı tədbirləri ilə nəticələndi. Xanbudaqovu Azərbaycandan sürgün etdilər. Azərbaycan Kommunist Partiyasının baş katibliyinə bundan sonra Moskvadan tə’yin olunan yabançı katiblər göndərildi. Partiyanı Xanbudaqov tərəfdarlarından təmizlədilər. Komsomol adlandırılan gənc kommunistlərin belə 40%-i təşkilatdan qovuldu.

***

Moskvadan təyin olunan AKP baş katibi Polonski 1932-ci ildə Azərbaycanın Rusiyadan ayrılmasını və özbaşına, müstəqil bir dövlət olmasını istəyən yerli millətçiliyin öhdəsindən gəlməyi qərarlaşdırdı. 1937-ci ildə Azərbaycan sovet təşkilatının konstitusiyanın müzakirə edildiyi iclasında Ruhulla Axundov, Mikail Hüseynov, Məmməd Qasımov, Xanbəy Balayev və Kərim Abdullayev kimi yerli kommunist xadimləri burjuamillətçiliyində və əksinqilabçılıqda ittiham edilərək konfrans nümayəndəliyindən çıxarıldılar. Bunlardan hər biri Azərbaycan sovet idarələrində və Azərbaycan Kommunist Partiyasında yüksək mövqeyə malikdilər. Ruhulla Axundov isə dövlətdə və partiyada yüksək mövqe tutan bir ideoloqdu.

***

Türk dili hələ ki, özünə qarşı daha yaxşı rəftarı gözləməkdədir. Qonşu respublikalarda konstitusiyaya əsasən rəsmi dil yalnız ermənicə və gürcücə olduğu halda, Azərbaycanda türkcə ilə bərabər rusca da rəsmi dil səviyyəsindədir.

***

Azərbaycandakı rus-bolşevik hakimiyyətinin ruslaşdırma siyasəti iki şəkildə təzahür edir: iqtisadiyyatda mərkəzləşdirmə, mədəniyyət sahəsində ruslaşdırma. İqtisadi mərkəzçilik, məmləkəti Moskvanın nəzərdə tutduğu iqtisadi planlara tabe etməkdən ibarətdir. Bu məqsədlə Azərbaycanın neft sənayesi bilavasitə Moskvadan idarə olunur. Azərbaycan, Sovet İttifaqı sənayesinin ümumi mənfəəti üçün Türküstandan sonra, ikinci pambıqçılıq regionuna çevrilir. Azərbaycanın ərazisi Rusiyadan köçənlərlə məskun edilir. siyasi və iqtisadi müəssisələrdə Rusiyadan gələn yabançı ünsürlər hökm sürürlər. Şəhərlər getdikcə milli özünəməxsusluqlarını itirirlər. Sənaye işçilərinin sayı azərbaycanlıların zərərinə olaraq dəyişir. Bir sözlə ən demokratik Stalin konstitusiyası baxımından sözdə müstəqil Azərbaycan Respublikası metropoliya tərəfindən qeyri-məhdud bir miqyasda soyulmaqda və istismar edilməkdədir. Mədəniyyətin ruslaşdırılması— bu, Azərbaycanın həqiqi bir faciəsidir. Sovetləşdirmənin ilk dövrlərində bu siyasət mədəniyyətin «formaca milli, məzmunca kommunist» olmasından bəhs edən bolşevik formulu ilə maskalanırdı. Sovet hökuməti əvvəlcə ərəb hərfləri ilə yazmağa icazə verirdi.
Lakin sonra sovet mədəniyyət xadimləri Azərbaycan ədəbiyyatını dayandığı öz mədəni və tarixi köklərindən qoparıb, onu və onunla bərabər xalqın mədəniyyətinin bütün sistemini yeni sovet yoluna salmaq istədilər. Başqa sözlə, onu öz zəminindən götürüb rus zəmininə görürdülər.

***

1937-ci ildə Bakıda keçirilən «Orfoqrafiya və terminologiya» konfransında öz ifadə və formulunu tapdı. Bu konfransda rusofillər mütləq bir sovetləşdirmə məqsədi ilə bunları istəyirdilər:
1) Beynəlxalq terminlər əslində – olduğu kimi deyil, yalnız ruslarda olduğu şəkildə istifadə edilməlidir.
2) Ruscadan terminləri tərcümə etmədən eynilə saxlamaq lazımdır.
3) Başqa türk dillərindən sözlər alınmamalıdır.
4) Ərəbcədən, farscadan və osmanlıcadan alınan sözlər eyni mənanı verən rus sözləri ilə əvəz edilməlidir.
Buna qarşı olaraq «türkçülər» bunları istəyirdi:
1) Terminlər türkcələşdirilməlidir.
2) Azərbaycanın ruslaşdırılması ilə nəticələnən sovetləşməyə meydan verilməməlidir.
3) Orfoqrafiya məsələsində ümumi ədəbi əsaslara dayanmalı və eyni zamanda mümkün olduğu qədər digər türk dilləri ilə olan ortaq xüsusiyyətləri qorumağa çalışmaq lazımdır.

***

Leninlə Stalinin dili isə bu qaydaya tabe deyildir. Burada başqa bir qanun hökm sürür, bu qanuna görə yalnız rus xalqının müxtəlif təbəqələri deyil, Sovetlər Birliyindəki bütün millətlər də «oktyabr inqilabının müqəddəs dili»ni bilmək səviyyəsinə yüksəldilməlidir.

***

Rusiyada rus vətənsevərliyinin Aleksandr Nevski, Minin-Pojarski kimi qəhrəmanları, Suvorov, Kutuzov, Baqration və sairə kimi rus imperatorluğunun tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük imamı Şamil ilə Gəncənin igid müdafiəçisi Cavaddan 83 bəhs etmirlər. Bunun yerinə isə Azərbaycan tarixinin dərinlikləri aranaraq, oradan Babək kimi şəxsiyyətlər çıxarılıb ideallaşdırılır. Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki şəraitdə «kommunizm»ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir, Rusiyadan qorumaq isə əks-inqilabçıların əməlidir. Stalinin bir formulu məşhurdur: «hər hansı bir istismar olunanın hər hansı bir imperatorluqdan ayrılması—i n q i l a b , hər hansı bir məmləkətin sovetlər Birliyindən çıxması isə əksinqilabdır». Eyni metod mədəniyyət tarixinə də tətbiq olunmaqdadır. Məsələn, XII əsrdə yaşamış Nizami ideallaşdırılır. Ümum-dünya miqyaslı bir şair kimi, dünya ədəbiyyatındakı müstəsna mövqeyi göstərilir.

***

Lakin onun türklüyünü və ruslar əleyhinə misralarını gizlədirlər. Onlar Nizamini internasionalizmin böyük bir mübarizə və hətta sovet hakimiyyətinin gələcəyini öncədən sezmiş bir mübəşşir
kimi öyürlər. Mirzə Fətəli Axundzadə haqqında da yazırlar. Onlara görə Axundzadə XVIII əsr Avropasının əhvali-ruhiyyəsini yayan maarifçi bir yazıçıdan daha çox «inamlı rusofildir» və «bu-böyük rusluq mənafeyinin praktiki nəticələr güdən siyasi böyük rusluq mənafeyinin praktiki nəticələr güdən siyasi mülahizələrindən başqa ciddi bir kökü yoxdur.

***

Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizma qarşı amansız mübarizə aparan Ruhulla Axundov «pantürkizmin zəhərli bir nümayəndəsi və «Müsavat» partiyasının zavallı bir agenti» kimi günahlandırıldı. Sovet dərsliklərinə panturanist və panislamist fikirlərini soxuşduran «Türkiyə agentləri»ni cidd-cəhdlə üzə çıxarmağı özü üçün böyük bir hünər sayan Əliheydər Qarayev «Müsavat» partiyası ilə beynəlxalq faşizmin «soysuz bir uşağı» kimi ifşa edildi. Milli Azərbaycan hökumətinə qarşı konspirasiyası ilə məşhur olan Azərbaycanın inqilabi komitəsinin keçmiş üzvü, 1920-ci ildə Gəncə üsyanının yatırılması tapşırılmış baş komissar Həmid Sultanov inqlabi məhkəmənin qərarı ilə Azərbaycanı» sovetlər Birliyindən ayırmaq istəyən silahlı üsyan qüvvələrinin başçısı olduğu üçün ölüm cəzasına məhkum edildi: eyni zamanda o, yabançı bir dövlətə casusluq etməkdə də günahlandırıldı. Onunla birlikdə «sapıntıçı» kommunistlərin bir çoxu da cəzalandırıldılar.

***

Məmləkətin həyatında az-çox rolu olan adamlar aradan götürüldü. sovet Azərbaycanının yubileyi qeyd edildiyi gün, məsələn, «tarixi günün qəhrəmanı» kimi öyüləcək yerli bir ad tapılmadı. İlk Azərbaycan inqilabi komitəsinin sədri doktor Nərimanovun adı belə çoxdan ölüb getməsinə baxmayaraq, «milli sapıntıçı xainlərin hamisi» kimi ifşa edildi.

***

1942 və 1943-cü illərdə Almaniyanın xarici işlər nazirliyinin dəvəti ilə digər Qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi Qafqazya məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdi. «Ali irq»in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı tanımayan və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş tutmayacaqını təsdiq edərək meydandan çıxmaqdı. Elə də etdik. 1943-cü il, 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik.

***

1937-ci il təmizlənməsini xatırladaq: O zaman «yerli millətçiliyi» ifşa edənlər sapıntıçıların həm də «Azərbaycan məktəblərində Lenin və Stalin dilinin öyrədilməsində göstərdikləri səhlənkarlıq»-da günahlandırılırdılar.

***

Azərbaycandakı yeni nəsil, deyə biləriik ki, dinə qarşı laqeyddir. Dini mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə məlum
deyildir. Azərbaycanda əskidən çox böyük əhəmiyyətə malik olan bahar xalq bayramı —«Novruz» da dəbdən düşmüşdür. Azərbaycan, bütün sovetlər Birliyi ilə bərabər yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz. (Çox qüvvətli ailə ənənələrinin təsiri ilə adətləri yaxşı bilənlərə də təsadüf olunur). Krım cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar bacılar namaz qılan nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna legioner yazılmışdılar: bunlardan bir neçəsifaciəli bir hadisədən bəhs edirdilər. Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını islam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən
qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət bir çarə tapmışlar. Yeddi dəfə — «Ya Məhəmməd, ya Məhəmməd» — deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını «Arşın mal alan» operasından nəğmələr oxuyaraq basdırmışlar.

***

Gələcəkdə din yalnız yurddaşın şəxsi həyatına xas olaraq qalacaqdır. Bu, Mirzə Fətəli Axundzadədən başlayaraq Sabirin həcvlərinə qədər dinin təhqir edilməsi ənənələrinə yiyələnən çağdaş Azərbaycan ədəbiyyatının bir nəticəsidir.

***

Cəfər Cabbarlının (dramaturq) pyeslərini son dərəcə yüksək qiymətləndirirlər: bu pyeslərin sovet senzurası tərəfindən kəsilib dəyişdirilməsindən də xəbərsiz deyillər

***

«Babəki» sözü hələ XIX əsrdə Azərbaycanda söyüş kimi işlədilirdi. Dini ehkamlara əhəmiyyət verməyən azad düşüncəlilərə «babəki» deyirdilər. İndi isə Babək vətənpərvərliyin bir ifadəsi kimi işlədilir. Qırmızılar islamiyyət əleyhdarları olan bu simanı idealizə etməklə Azərbaycandakı vətənpərvərlik duyğularını şimala doğru çevirmək istədilər.

***

Mübaliğələndirilmiş bir optimizmə qapılmaq təhlükəlidir.

***

— Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda, nə üçün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz?
O heç çaşmadan mənə belə cavab verdi:
—Mən əsil sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir; bu QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi.
Əsirlərdən başqa birisiylə başqa bir söhbət:
—Sizlər hamınız kolxozdan şikayət edirsiniz. Yaxşı bir gün qolu qüvvətli birisi gəlib bir vuruşda rejimi yıxdı, iqtisadi azadlıq elan etdi. Sizlərə bir parça torpaq ayırıb dedi ki, çalışın, əkin, biçin və məhsulunuzdan istədiyiniz kimi istifadə edin, lakin buraxın bu mənasız milli mədəniyyət xəyallarını.
— Xeyr, min dəfə xeyr. Öz mədəniyyətimizdən heç bir vəchlə ayrıla bilmərik. İnsan heyvan deyil, o yalnız mədəsiylə deyil, ruhuyla da yaşar!..

***

Sovet rejimindən iki növ narazılar var, —dedi. Bir qismi sovetlərdən şəxsi motivlərə görə narazıdırlar. Bunlar var-dövləti əlindən alınan varlılar, mülkədarlar, fabrik və böyük torpaq sahibləridirlər. Bu, əhəmiyyətli müxalifət deyil. Əhəmiyyətli olan ikinci növ müxalifətdir. Bu, gənclərin müxalifətidir. Bunlar deyirlər: Yaxşı, bolşevik olaq, lakin nəyə görə Azərbaycanı azərbaycanlı kommunistlər deyil, Moskvadan gələn ruslar və başqa yabançılar idarə edirlər. Nə üçün Azərbaycan nefti Azərbaycana sərf edilmir, Moskvaya göndərilir. Nə üçün 100 biz öz yurdumuzun sahibi deyilik. Nə üçün milyonluq Finlandiya müstəqil ola bilər, Azərbaycan ola bilməz.

***

«Biz indi universal əsgərik iki böyük orduda ən kəskin hərbi intizam gördük və tarixin də qanlı bir müharibəsində ölümlə qarşılaşaraq təcrübələr keçdik. Hər millət öz azadlığını yalnız mübarizədə qazanır. Biz xalqımızın tarixən böyük məsuliyyət daşıyan mübariz kadrlarını təşkil edirik. 1918-ci ildə Azərbaycan xalqı bizim kimi hərbi təcrübə görmüş kadrlara malik olsa idi, şübhəsiz, məmlə- kətimizin tarixi tamamilə başqa cür inkişaf edəcəkdi».

***

Xanımlar, bəylər!
Tarixdən gələcək təhlükəni görən Stalin müharibədən əvvəlki illərdə öz rəhbərliyinə müxalifət təşkil edəcəkləri ehtimal olunan bütün ünsürləri «təmizlədi». Azərbaycanda bütün zərbə ictimai və siyasi həyatın hər sahəsində milliyyətçilərlə milli sapıntıçılara dəydi.
Bayaqdan dediyimiz sözlərdən göründüyü kimi, Azərbaycanda «sosializmin zahirən «türkizm» üzərində qələbəsi təmin olunmuşdur. Rus bolşevizmi Azərbaycan millətçiliyi üzərində qələbəsini bayram edir. Yabançı totalitarizm yerli demokratiyaya qələbə çalmışdır. Lakin bu, məsələnin sadəcə zahiri tərəfidir. Həqiqətdə isə, mübarizə hələ bitməmişdir: onun müqəddəratı müasir şəraitdə dünya miqyasında cərəyan edən böyük mübarizənin müqəddəratı ilə bağlıdır.
Azadlıq və demokratiyanın son qələbəsi müqəddərsə 86 (buna qətiyyən şübhəmiz yoxdur) o zaman 1918-ci ilin 28 mayında hüquqi ifadəsini tapan Milli Azərbaycan Respublikasının həyata keçirdiyi azadlıq və istiqlala yenidən qovuşacağı əlbəttə ki, həqiqət və müqəddərdir.

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram