Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Oskar Uayld “Ciddi olmağın vacibliyi”

kko_oskar_uayld_ciddi_olmaghin_vacibliyiAnnotasiya

“Ciddi olmağın vacibliyi” (ingiliscə “The Importance of Being Earnest”) – Oskar Uayldın komediyası. Pyes 1895-ci il fevralın 14-ü Sent-Ceyms teatrında (London) səhnəyə qoyulub. Tamaşa az qala qalmaqalla bitəcəkmiş. Markiz Kuinsberri Uayldı oğlu Alfredi yoldan çıxartdığına görə günahlandırmış, pyesin səhnəyə qoyuluşunu əngəlləmək istəmiş, ancaq dramaturq vaxtında polisə müraciət etmişdir.
Komediyanın adı kalamburdur – “Earnst” sözü ingiliscə həm “ciddi” deməkdir, həm də Ernest adı ilə həmavazdır. Nədənsə əsərin iki qadın qəhrəmanı sevgililərinin adının Ernest olmasını istəyir. Cavanlara – Alcernon və Cekə – isə özlərini belə qələmə verməkdən, qızların linqvistik kaprizlərinə dözməkdən başqa çarələri qalmır.
Pyesin dili müəllif neologizmləri ilə zəngindir (Bunburism – Alcernon tərəfindən uydurulmuş cənab Benberi, womanthrope – qadın-sevməz).
Əsər tamaşaçılar tərəfindən isti qarşılanmışdır. Bernard Şou əsəri “son dərəcə gülməli”, Herbert Uells “təravətli”, Uisten Oden isə “filoloji opera” adlandırmışdı.

Karandaşın izi ilə

Madam ki, söhbət fortepianodan gedir – gücüm hisslərimdədir. Elmi dəqiqliyi həyat üçün saxlayıram.

***

Leyn. Tez-tez ailəli evlərdə şampan şərabının yaxşı sortdan olmadığının şahidi olmuşam.
Alcernon. İlahi, Leyn! Məgər ailə həyatı insanı bu qədərmi korlayır?

***

Qvendolenlə mazaqlaşmaq tərzin qətiyyən ədəb qaydalarına sığmır. Qvendolenin tərzi də səninkindən geri qalmır.

***

Alcernon. Evlilik təklifində heç bir romantika görmürəm. Aşiq olmaq həqiqətən romantikdir. Ancaq evlilik təklifi? Təklifi qəbul edə bilərlər. Adətən də edirlər. Onda əlvida, cazibədarlıq. Romantikanın məğzi qeyri-müəyyənlikdədir. Əgər qismətimdə evlilik varsa, əlbəttə ki, evli olduğumu unutmağa çalışacam.
Cek. Dostum, buna heç bir şübhəm yoxdur. Boşanma işləri üzrə məhkəmə də elə yaddaşı zəif olan insanlar üçün yaradılıb.

***

Qızlar mazaqlaşdıqları kişilərlərə ərə getmirlər.

***

İndi isə izah et. Və elə et ki, həqiqətə az oxşasın.

***

Ədəbi tənqid sənlik deyil, dostum. Özünü bu yola atma. Bu işi universitetdə təhsil almayanların öhdəsinə burax. Onlar bununla qəzetlərdə elə uğur qazanırlar ki.

***

Biyabırçılıqdır, Londonda nə qədər qadın öz əri ilə mazaqlaşır. Adamın ürəyi bulanır. Bu işin hamının gözü qabağında təmiz paltar yumaqdan heç bir fərqi yoxdur.

***

Cek. Axmaq-axmaq danışma. Qvendolen kimi füsunkar bir qızla evlənsəm, və o evlənmək istədiyim yeganə qızdır, inan mənə sənin cənab Benberini tanımaq belə istəməyəcəm.
Alcernon. Onda arvadın istəyəcək. Deyəsən, başa düşmürsən ki, ailə həyatı üçlükdə əyləncəlidir, ikilikdə darıxdırıcı.
Cek. Əzizim Alci! Əxlaqsız fransız faciələri artıq yarım əsrdir ki, bunu yayır.
Alcernon. Hə, xoşbəxt ingilis ailəsi isə onu iyirmi beş ilə qavradı.
Cek. Allah xatirinə, həyasızlaşma. Belə olmaq elə asandır ki.

***

Ledi Berknell. Ümidvaram, özünü yaxşı aparırsan?
Alcernon. Avqusta xala, özümü yaxşı hiss edirəm.
Ledi Berknell. Bu ikisi eyni şey deyil. Dahası, nadir halda üst-üstə düşür.

***

Musiqi yaxşıdırsa, ona heç kim qulaq asmır, pisdirsə, söhbət etmək olmur.

***

Cek. Qvendolen, arvadım olmağa razısınızmı?
Qvendolen. Əlbəttə, əzizim. Nə uzun çəkdi hazırlaşmağınız! Yəqin elə də tez-tez evlilik təklifi etməmisiniz.
Cek. Axı, əzizim, mən sizdən başqa heç kimi sevməmişəm.
Qvendolen. Bəli. Ancaq yalnız təcrübə yığmaq üçün kişilər tez-tez evlilik təklifi edirlər.

***

Nişanlanma gənc qız üçün gözlənilməz hadisə olmalıdır, yaxşı ya pis hadisə – bu artıq başqa məsələdir.

***

Ledi Berknell. Siqaret çəkirsiniz?
Cek. Boynuma alım ki, çəkirəm.
Ledi Berknell. Şadam. Hər bir kişinin məşğuliyyəti olmalıdır. Onsuz da London avaralarla dolub daşır.

***

Həmişə o fikirdə olmuşam ki, evlənmək istəyən kişi ya hər şeyi bilməlidir, ya heç nəyi.

***

Ledi Berknelll. Ledi Blokshem? Tanımıram.
Cek. Nadir halda evdən çıxır. Kifayət qədər yaşlıdır.
Ledi Berknell. Bizim dövrümüzdə bu, yaxşı tərbiyəyə zəmanət sayıla bilməz.

***

Düzü, ifritənin nə olduğunu bilmirəm, ancaq ledi Berknell əsl ifritədir. Hər halda, bədheybətdir, özüdə mifik yox, daha pisindəndir…

***

Qohumlar – dünyanın ən darıxdırıcı insanlarıdır. Necə yaşamaq haqda anlayışları yoxdur və nə vaxt öləcəklərini heç cürə təyin edə bilmirlər.

***

Cek. Alci, səncə əlli ildən sonra Qvendolen anasına oxşamaz ki?
Alcernon. Bütün qadınlar vaxt keçdikcə analarına oxşayır. Onların faciəsi də budur. Heç bir kişi anasına oxşamır. Bu da kişilərin faciəsdir.

***

Cek. Sesili və Qvendolen mütləq dostlaşacaqlar. Nədən istəyirsən mərc gəlim ki, görüşəndən yarım saat sonra onlar bir-birinə “bacı” deyəcəklər.
Alcernon. Qadınlar dişlərinin dibindən çıxanları bir-birlərinə dedikdən sonra belə edirlər.

***

Alcernon. Nahardan sonra hara gedirik? Teatra?
Cek. Yox, axmaqlıq eşitmək istəmirəm.
Alcernon. Onda kluba.
Cek. Yox. Axmaq-axmaq danışmaq istəmirəm.
Alcernon. Onda saat onda varyeteyə.
Cek. Axmaqlığa baxmaqdan zəhləm gedir. Əl çək!

***

Anamın heç xoşa gəlməyən tərzdə danışdığı romantik mənşə tarixiniz məni ürəyimin dərinliyinə kimi sarsıtdı.

***

Sesili. Ümid edirəm, sonluq yaxşı olmadı? Xoşbəxt sonluqlu romanları sevmirəm. Onlar məni yorur.
Miss Prizm. Yaxşılar üçün hər şey yaxşı qurtardı, pislər üçün pis. Bu belletristika adlanır.

***

Alcernon. Sesili, siz çox gözəl qızsınız.
Sesili. Miss Prizm deyir ki, gözəllik sadəcə bir tələdir.
Alcernon. Bu, ağlı başında olan istənilən adamın düşmək istədiyi tələdir.
Sesili. Mən ağlı başında olan adamı tutmaq istəmirəm ki. Onunla nədən danışım ki?

***

Çezübl. Məgər evli kişinin cazibədarlığı daha az olur?
Miss Prizm. Evli kişi yalnız öz arvadına cazibədar görünür.
Çezübl. Təəssüf ki, ona da həmişə yox.
Miss Prizm. Bu, qadının intellektual səviyyəsindən asılıdır.

***

Miss Prizm. Bildiyim qədərilə, qardaşınız subay idi?
Cek. Hə.
Miss Prizm. Yalnız şəxsi mənafeyi üçün yaşayanların əksəriyyəti belədir.

***

İndi, itki ilə barışdığımız bir vaxtda, onun qayıtması xüsusi təşvişə səbəb olur.

***

Yaxşı geyindiyim vaxtlarda, bunun günahını yaxşı tərbiyəmlə yuyuram.

***

Biz ayrıldıqdan sonra yazdığınız üç məktub elə yaxşıdır və o qədər orfoqrafik səhvlərlə doludur ki, indiyə kimi onları oxuyanda ağlamadan dura bilmirəm.

***

Məncə xoşagəlməz nəsə deməyə hazırlaşırsınızsa, hər şeyi açıq-aydın demək lazımdır.

***

Gündəliyim olmadan heç yana getmirəm. Qatarda əlinin altında həmişə maraqlı bir şey olmalıdır.

***

Sesili. İndi yalançı ədəb maskası gəzdimək vaxtı deyil. Əgər bel görürəmsə, mən ona bel deyirəm.
Qvendolen. Sizə həyatım boyu, heç vaxt bel görmədiyimi bildirməkdən xüsusi zövq alıram. Tamamilə aydındır ki, biz müxtəlif sosial mühitlərdə fırlanırıq.

***

Təkəbbürlü sükut kədərli nəticələrə gətirir.

***

Əhəmiyyətli məsələlərdə əsas səmimiyyət deyil, əsas tərzdir.

***

Cinsi bərabərlik haqda bütün söhbətlər axmaqlıqdır. İş fədakarlığa çatanda kişilər qat-qat bizdən üstündürlər.

***

Tərəddüd cavanlarda ruhi düşkünlük, yaşlılarda fiziki sönmə əlamətidir.

***

Üç ünvan sahibə inam oyadır. Hətta bu mal gətirən də olsa.

***

Ledi Berknell. Zavallı qızcığaz, paltarınız elə sadədir ki. Saçınız da təbiətin yaratdığı kimi. Ancaq düzələn şeylərdir. Təcrübəli fransız kameristkası qısa vaxt ərzində əla nəticələr əldə edə bilər. Yadımdadır, ledi Lansinq-ikinciyə kameristka tövsiyyə etmişdim və üç aydan sonra əri onu tanımırdı.
Cek. Altı aydan sonra isə onu artıq heç kim tanımırdı.

***

Alcernon, heç vaxt cəmiyyətə hörmətsizlik etmə. Bunu yuxarı dairələrə yolu bağlı olanlar edir.

***

Düzü, uzunmüddət nişanlı qalmağın əleyhinəyəm. Bu, qarşı tərəfin xasiyyətini öyrənməyə imkan verir. Məsləhət deyil.

***

Alcernon kifayər qədər münasib və dahası – hamının həsəd apardığı bəyliyə namizəddir. Qara qəpiyi də yoxdur, ancaq milyonerə oxşayır. Bundan yaxşı nə ola bilər ki?

***

Ledi Berknell. Əzizim, sizin neçə yaşınız var?
Sesili. Düzünə qalsa. hələki on səkkiz yaşım var, ancaq ziyafətlərdə hamıya iyirmi deyirəm.
Ledi Berknell. Bu balaca düzəlişi etməkdə haqlısınız. Qadın yaşının təyini məsələsində heç vaxt tam dəqiq olmamalıdır.

***

London cəmiyyəti uzun illər dalbadal öz xoşu ilə otuz beş yaşında qalan əsilzadə ailələrdən olan qadınlarla doludur. Məsələn, ledi Damblton. Bildiyim qədərilə, qırx yaşı tamam olandan bəri onun otuz beş yaşı var. Qırx yaşı isə illər öncə tamam olmuşdu.

***

Ledi Berknell. Adını çəkdiyiniz miss Prizm çirkin və bununla belə özünü mürəbbiyə kimi qələmə verən qadın deyil ki?
Çezübl. O, ən tərbiyəli qadınlardan biri və ləyaqət mücəssəməsidir.
Ledi Berknell. Deməli, özüdür ki var!

***

Cek. Sizi bir dəqiqəlik tərk etmək məcburiyyətindəyəm. Qvendolen, məni gözləyin.
Qvendolen. Tez qayıdacaqsınızsa, bir ömür boyu sizi gözləməyə hazıram.

***

Kübar ailələrdə qəribə təsadüflərə icazə verilmədiyini söyləməyə ehtiyac varmı? Bu hörmətsizlik sayılır.

***

Cek. Adı – Ernest-Con. Qvendolen, axı həmişə sizə deyirdim ki, mənim adım Ernestdir, elə deyil? Həqiqətən də Ernestəm. Bu belə də olmalı idi!
Ledi Berknell. Hə, indi yadıma düşür ki, generalın adı Ernest idi. Elə belə də bilirdim ki, bu adı xoşlamamağımda xüsusi bir səbəb var.

***

İnsan üçün bütün ömrü boyu həqiqəti və yalnız həqiqəti dediyini öyrənməkdən dəhşətli heç nə ola bilməz.

Tərcümə: Lamiyə Göycəyeva

2.5 (49.33%) 15 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram