Gözəl gələcəyi nə təhlükə altında qoya bilər? Yalnız pis keçmiş.
Britaniya parlamentinin deputatı Ser Robert Çiltern düzlüyü və namusu ilə ad qazanmışdır. Həyat yoldaşı ledi Çiltern də yüksək əxlaq nümunəsidir. Ancaq Robertin keçmişi elə də təmiz deyil. Ledi Laura Çivlinin əlində ləkəli keçmiş haqda sübutlar var və onlarla Robertə hədə-qorxu gəlmək niyyətindədir. Beləliklə, Çilternin adı və karyerasına ziyan dəyə, bununla yanaşı, xoşbəxt nikahını dağıda, arvadının məhəbbətini itirə bilər. Elə bu vaxt köməyə ən yaxşı dostu Lord Qorinq gəlir. Lord Qorinq bu məsələyə əl uzadıb, Roberti xilas edə biləcəkmi?
Karandaşın izi ilə
Ledi Bezildon. Əzizim Marqaret, biz səninlə necə əzab çəkirik!
Missis Marçmont. Və bu bizə necə də yaraşır, Oliviya!
***
Meybl Çiltern. Niyə Lord Qorinqi avara adlandırırsınız?
Lord Kaverşem. Çünki o, belə mənasız ömür sürür.
***
Mənimsə London cəmiyyəti xoşuma gəlir. Məncə o, axır vaxtlar yaxşılığa doğru inkişaf edib. Və indi başdan ayağa gözəl səfehlərdən və ağıllı dəlilərdən ibarətdir. Elə cəmiyyət də bunlardan təşkil olunmalıdır.
***
Axşamınız xeyir, əziz hersoginya. Hersoqun canı-başı necədir? Yenə də ağıl zəifliyindən əziyyət çəkir? Bu belə də olmalı idi, rəhmətlik atasına çəkib. Bilirsiniz də qədim nəsildir. Nəcib qan başqa şeydir!
***
Hə, onların maraqlı dilləri var. Fikirləşirəm ki, o, ən geniş intişara layiqdir.
***
Görkəmli şəxslər nadir halda insanda rəğbət oyadır.
***
Xarici görünüşün bu ziddiyyəti ruh ziddiyyətinin olmasına şübhə yaradır. Adama elə gəlir ki, şəhvət və şüur, fikir və duyğu onun içində ayrı-ayrı, məcburi iradə əmri ilə hərəsi öz mühitində yaşayır.
***
Komplimentlə başlayan tanışlığın möhkəm dostluğa çevrilmə şansı var.
***
Məgər qadını cazibədarlığına görə mükafatlandırırlar? Məncə onu buna görə cəzalandırırlar. Nə qədər qadın vaxtından tez qocalıb! Nə var, nə var pərəstişkarları onlara sadiq qalıblar. Sizin London gözəllərinin yorğun görkəmini başqa cür izah edə bilmirəm.
***
Ser Robert Çiltern. Missis Çivli, başa düşürəm, sizi təsnif etmək ədəbsizlik olardı. Ancaq yenə də deyin – ürəyinizin dərinliyində siz bədbin insansınız yoxsa nikbin? Axı bizim elə bu iki müasir dinimiz qalıb.
Missis Çivli. Yox, nə o, nə də bu. Nikbinlik – ağzı qulağına çatanadək gülmək, bədbinlik isə göy eynəkdir. Bundan başqa hər ikisi sadəcə pozadır.
Ser Robert Çiltern. Siz təbii olmağa üstünlük verirsiniz?
Missis Çivli. Hərdən. Bu çox çətin pozadır – uzun müddət dözmək olmur!
***
Missis Çivli. Qadının gücü ondadır ki, onu psixologiyanın köməyilə izah etmək olmur. Kişiləri təhlil etmək olur, qadınları isə…yalnız sevmək.
Ser Robert Çiltern. Elə düşünürsünüz ki, elm qadın probleminin öhdəsindən gələ bilməz?
Missis Çivli. Elm irrasionallığın öhdəsindən gələ bilmir. Ona görə bizim dünyada elmin gələcəyi yoxdur.
Ser Robert Çiltern. Məgər bizim dünyada qadınlar irrasionallığı təmsil edir?
Missis Çivli. Yaxşı geyinənlər – bəli.
***
Ser Robert Çiltern. Mənə deyin görək şən Vyananı tərk edib bizim bu darıxdırıcı Londona gəlməyə sizi nə vadar etdi? Yoxsa bu nəzakətsiz sualdır?
Missis Çivli. Nəzakətsiz sual olmur. Cavablar isə hərdən olur.
Ser Robert Çiltern. Yenə də deyin görək, sizi bura nə gətirib – siyasət yoxsa əyləncə yanğısı?
Missis Çivli. Siyasət mənim yeganə əyləncəmdir. Axı indi qadına qırx yaşından tez cilvələnməyə, qırx beşdən tez də romantik hisslər yaşamağa icazə verilmir. Ona görə bizlərə, otuz yaşa çatmayan – və ya çatmadığını deyənlərə, – təkcə xeyriyyəçilik və siyasət qalır. Xeyriyyəçilik yaxınlarını boğaza yığanların sonuncu sığınacaq yeridir. Mən isə siyasətə üstünlük verirəm.
***
Bilirsinizmi, qadınlar az qala kişilər kimi hər şeyə maraq göstərirlər.
***
Missis Çivli, ümid edirəm xahişiniz kiçik deyil? Kiçik xahişləri yerinə yetirmək elə çətindir.
***
Missis Çivli. Heyif, o, memuar yazmayıb. Maraqlı olardı!
Ser Robert Çiltern. Hə, o da qədim yunanlar kimi çox adam tanıyırdı və çox şəhərlər gəzmişdi.
Missis Çivli. Və evdə yol gözləyən Penelopa kimi ağır yükü yox idi.
***
Qəliz olmaq onun xoşuna gəlir. Belə olmaq sanki onu ətrafdakılardan yüksəyə qaldırır.
***
Missis Çivli. Yadda saxlamaq istədiyim şeylər üçün yaxşı yaddaşım var. Hələ də evli deyilsiniz?
Lord Qorinq. Deyəsən…yox.
Missis Çivli. Necə də romantik!
Lord Qorinq. Yox, heç də romantik deyiləm. Bunun üçün kifayət qədər yaşlı deyiləm. Romantikanı yaşda məndən böyük olanlara həvalə etmişəm.
***
Meybl Çiltern. O necə qadındır?
Lord Qorinq. O?.. Səhərlər dahi, gecələr gözəl.
Meylb Çiltern. O nəsə mənim xoşuma gəlmir.
Lord Qorinq. Bu, yaxşı zövqünüzün olmasına sübutdur.
***
Vikont de Nanjak. Sizin bütün ingilis qəzetlərinizi oxuyuram. Onlar çox maraqlıdır.
Lord Qorinq. Deməli, əzizim Nanjak, sətirlərin arasını oxuyursunuz.
***
Lord Kaverşem. Başa düşə bilmirəm, indiki London cəmiyyətinə necə dözürsünüz. Mənasız şeylər haqda danışan miskinlər dəstəsi.
Lord Qorinq. Ata, mən mənasız şeylər haqda danışmağı sevirəm. Nəsə bildiyim yeganə mövzudur.
Lord Kaverşem. Siz, deyəsən, yalnız zövq-səfa üçün yaşayırsınız.
Lord Qorinq. Ata, daha nə üçün yaşayım ki? Xoşbəxtlik üçün? İnsanı xoşbəxtlik qədər qocaldan ikinci bir şey yoxdur.
***
Siyasi zallara məftunam. Siyasət haqqında danışılmayan yeganə məkan.
***
Lord Qorinq. Əlbəttə. Axı qulaq asmaq çox təhlükəlidir: səni fikrindən döndərə bilərlər. Ağlın səsi ilə fikrindən dönən belə insan isə çox ağılsız məxluqdur.
Ledi Bezildon. Bu əvvəllər kişilərdə və ərləri onları layiqincə qiymətləndirməyən qadınlarda başa düşmədiyim çox şeyi mənə izah edir.
***
Missi Marçmont. Mənim zavallı Oliviyam! Biz səninlə nümunəvi insanlara ərə getmişik, indi də əzab çəkirik.
Lord Qorinq. Elə bilirdim belə hallarda əzab çəkən kişilər olur.
***
Dahilərə tamaşa etməyi, gözəlləri dinləməyi sevirəm.
***
Marçmontla biz yeddi ildir ki evliyik. O, bir dəfə də olsun mənə pozğun deməyib. Kişilər heç diqqətcil deyillər!
***
Darıxdırıcı praktik mövzuları sevirəm. Sevmədiyim darıxdırıcı praktik insanlardır.
***
Əzizim ser Robert, siz ki işgüzar adamsınız. Deməli, sizi də almaq olar. İndi hamını almaq olar. Ancaq bəziləri çox bahadır. Məsələn, mən.
***
Hətta siz də, ser Robert, keçmişinizi satın almaq üçün kifayət qədər varlı deyilsiniz.
***
Hə, deyəsən, camaatın bir az nəfəsi kəsilib. Fikir vermişəm mövsümün sonuna yaxın çoxunda beyin yumşalması baş verir. Amma yenə də bu yüksək ziyalılıqdan yaxşıdır. O, görünüşü çox korlayır. Nədənsə ziyalı qızların həmişə uzun burunları olur. Sonra da onları ərə vermək olmur – kişilər bəyənmir.
***
Atam hələ bir saat əvvəl məsləhət gördü ki, gedim yatım. İndi isə eyni şeyi mən sizə məsləhət görürəm. Yaxşı məsləhətlərlə həmişə bu cür davranıram: onları başqalarına ötürürəm. Onlarla başqa heç nə etmək olmur, özümə də bir xeyri dəymir.
***
Keçmişimiz – biz özümüzük.
***
Heç bir şərait əxlaqdan güclü ola bilməz.
***
Şərəfsizlik labüd sayıla bilməz.
***
Robert, kişi özündən aşağıda duran qadını sevə bilər. Hətta ləkələnmiş, rüsvay edilmiş, abırsız qadını da. Biz qadınlar üçün isə məhəbbət pərəstişdir; və əgər pərəstiş yoxdursa, məhəbbət də yoxdur.
***
Robert, məhəbbət insanı müdrikləşdirir.
***
Ser Robert Çiltern. Hertruda, məni sev. Məni həmişə sev!
Ledi Çiltern. Səni həmişə sevəcəm. Çünki sən həmişə mənim sevgimə layiq olacaqsan! Qüsursuz birini necə sevməmək olar!
***
Başqalarının arvadından sirr saxlamaq bizim dövrümüzün zəruri dəbdəbəsidir. Ən azından klubdakı təcrübə ilə müdrikləşmiş, bütün başları keçəl kişilər dəfələrlə mənə belə başa salıblar. Onlar isə bu işdən baş çıxarırlar. Ancaq öz arvadından nəyisə gizlətmək bu bağışlanmaz yelbeyinlikdir. Onsuz da öyrənəcək. Qadınların bu sahədə yaxşı iybilmə qabiliyyəti var. Onlar aşkar şeylərdən başqa hər şeyi yaxşı görürlər.
***
Onda iyirmi iki yaşım var idi, ad-sanlı nəsildən olduğum halda yoxsul idim – cəmiyyətimizdə bağışlanılmayan iki günah.
***
Hər şöhrətpərəst insan dövrünün silahı ilə mübarizə aparmalıdır. Bizim dövrün silahı puldur. Bizim dövrün qibləgahı puldur. Bizim dövrümüzdə nəyəsə – vəzifəyə, hakimiyyətə nail olmaq üçün pul lazımdır. Pul, pul – nəyin bahasına olursa olsun!
***
Vicdanlı axmaqları üstün tuturam. Axmaqlığın xeyrinə çox şey demək olar. Şəxsən mən axmaqların önündə baş əyirəm. Yəqin, bu məndə qohumluq duyğusudur.
***
Cəh-calal yalnız fondur, pyesdə dekorasiyadır. Yaşamağa dəyən yeganə şey hakimiyyətdir, başqaları üzərində hakimiyyət, dünya üzərində hakimiyyət. İnsan üçün mümkün olan ən yüksək həzz, təngə gətirməyən yeganə sevinc. Dizim dövrümüzdə hakimiyyətə yalnız bir yol var – sərvət!
***
Doğrudan elə düşünürsünüz ki, yalnız zəif adamlar günaha batır? Sizi əmin edirəm, elə dəhşətli günahlar var ki, onlara batmaq üçün güc lazımdır. Güc və cəsarət. Bütün həyatını uduşa qoymaq, bir anın içində hər şeyini riskə atmaq, fərqi yoxdur nədən yana, hakimiyyət üçün ya həzz üçün, – yox, bu zəiflik deyil! Bunun üçün cəsarət gərəkdir.
***
Tanrılar insanı məhv etmək istədikdə onun arzularını həyata keçirirlər.
***
Həmişə ağzıma gələni danışıram. Yəqin ona görə ki, fikrimdəki dilimdədir. Bizim dövrdə bu riskli hərəkətdir.
***
İngiltərədə insan həftədə ən az iki dəfə geniş və əxlaqsız auditoriya qarşısında əxlaq haqqında boşboğazlıq edə bilmirsə, onun üzünə siyasi meydanın qapıları bağlıdır. Peşə cəhətdən onun üçün yalnız botanika və kilsə sahəsi qalır.
***
Ser Robert Çiltern. Siz deyəsən, onu əvvəllər də tanımısınız?
Lord Qorinq. Hə.
Ser Robert Çiltern. Yaxşı tanımısınız?
Lord Qorinq. Elə pis tanıyırdım ki, az qala Tenbigildə qonaq qalanda onunla evlənmişdim. Bizim nişanımız düz…yadıma düşsə, deyəsən, üç sutka davam etdi.
***
Dünən üzündəki ənlik əynindəki paltardan çox idi. Bu, qadınlarda ümidsizlik əlamətidir.
***
Soruşmağa həmişə dəyər. Cavab verməyə – həmişə yox.
***
Keçmişin də paltar kimi dəbi var. Ola bilsin, missis Çivlinin keçmişi bir az daha…açıq-saçıqdır. Bu isə indi dəbdədir.
***
Şöhrətpərəstlik ağına-bozuna baxmır. İnsan qəti şəkildə zirvəyə çatmaq qərarına gəlibsə, onu heç nə saxlaya bilməz. Daha sıldırımlı yerlərlə dırmaşmaq lazımdırsa, dırmaşacaq. Palçığa batmaq lazımdırsa…
***
İnsanlara qarşı mərhəmətlisənsə, onları başa düşə bilərsən. İnsanlara qarşı mərhəmətlisənsə, onlarla yaşaya bilərsən. Zira həyatın mənbəyi alman fəlsəfəsi yox, məhəbbətdir.
***
Bu gün səhər isə o, mənə Axilin qorxunc heykəlinin qarşısında evlilik təklifi etdi. Bu incəsənət əsərinin yanında həmişə nəsə kabuslar baş verir. Başa düşə bilmirəm, polis hara baxır.
***
Heç vaxt yaxşı gələcəyi olan insana ərə getməzdim.
***
Sizin elə yüksək, fədakar təbiətiniz var ki. Hətta dahilərə də dözə bilərsiniz.
***
Meybl, siz çox müasirsiniz. Bəlkə də, həddindən artıq müasir. Bu isə təhlükəlidir. Birdən dəbdən düşmək olar.
***
Ledi Çiltern. Robert qadınlar üçün daha yüksək təhsilin qatı tərəfdarıdır. Elə mən də.
Missis Çivli. Kişilər üçün daha yüksək təhsil – bax buna baxmaq istərdim. Kişilərin buna ehtiyacı var.
Ledi Markbi. Əzizim, tamamilə haqlısınız. Ancaq qorxuram ki, bunun bir xeyri olmaya. Məncə kişilər inkişafa qabil deyillər.
***
Ledi Markbi. Bizi öyrədirdilər ki, başa düşməyək. Əvvəlki tərbiyə sistemi bundan ibarət idi. Və bu çox maraqlı idi. Bacımla o qədər şeyi başa düşməməli idik ki – saysan qurtarmaz. Həmişə səhv salırdım. Müasir qadınlar isə hər şeyi başa düşür.
Missis Çivli. Öz ərlərindən başqa. Bu, müasir qadınların başa düşmədiyi yeganə şeydir.
Ledi Markbi. Elə yaxşı ki, başa düşmürlər. Əks halda çox az xoşbəxt ailə qalardı.
***
Həmişə unuduram ki, sizin əriniz istisnadır. Mənimki – ümumi qayda. Qadını isə həmişə gözünün önündə ümumi qayda görməkdən daha tez heç nə qocaltmır.
***
Biz onla dostdan da yaxınıq – eyni cinayətlə bir zəncirə buxovlanmış düşmənlərik.
***
Ledi Çiltern. Danışma…heç nə demə. Səsini eşidə bilmirəm…o məndə xatirələr oyadır…pis xatirələr…səni niyə sevdiyim haqda xatirələr..mənə dediyin bütün sözlər haqda xatirələr…Onları xatırlamaq istəmirəm, indi bunların hamısı…mənə iyrənc gəlir. Səni necə sevirdim! Sənə ibadət edirdim! Sən mənim üçün nəsə ali bir şey, adilikdən uzaq, təmiz, nəcib, müqəddəs, ləkəsiz idin. İnanırdım ki sən varsan deyə, dünya daha yaxşıdır. Yaxşılıq boş söz deyil. İndi isə…Gör mən kimi özümə ideal seçmişəm! Bütün ömrümün idealını!
Ser Robert Çiltern. Sənin səhvin elə budur. Sənin nöqsanın! Bütün qadınlar kimi. Niyə siz qadınlar bizi olduğumuz kimi sevə bilmirsiniz, bütün eyiblərimizlə?
Niyə bizi pyedestala qoyursunuz? Bizim hamımızın ayaqları gildəndir, kişinin də qadının da. Ancaq kişi qadını onun zəifliyi, bütün çatışmamazlığı, qəribəlikləri ilə birlikdə sevir, – ola bilsin ki, onlara görə qadını daha çox sevir. Doğru olan da budur. Çünki məhəbbətə möhtac güclü tərəf deyil, zəif tərəfdir. Biz özümüzü, başqaları bizi yaralayanda məhəbbət gəlib məlhəm olmalıdır. Yoxsa o, nəyə lazımdır ki? Əsl məhəbbət məhəbbətə qarşı olmayan bütün cinayətləri bağışlayır. O, sevgisiz həyatdan başqa, istənilən həyatı nura boyayır. Kişilərin sevgisi belədir. O, qadın sevgisindən daha geniş, daha xeyirxah, daha insanidir. Elə fikirləşirsiniz ki, bizdən ideal düzəldirsiniz. Ancaq elə özünüzə yalançı kumirlər hazırlayırsınız. Sən məndən həqiqətdən çox uzaq kumir düzəltdin. Mənim isə aşağı düşüb, sənə öz yaralarımı göstərməyə, zəif cəhətlərimi etiraf etməyə cəsarətim çatmadı. Məhəbbətini itirməkdən qorxurdum – əbəs yerə də deyil – çünki, budur, mən onu itirdim!
***
Görürsünüzmü, Fipp, adamın özünün geyindiyi şeylər dəbdədir. Dəbdə olmayan isə başqalarının geyindikləridir. Ədəbsizlik kimi. Bu sadəcə başqalarının özünü aparmaq tərzidir. Yalan başqalarının həqiqətidir. Başqaları, ümumiyyətlə, qorxunc kütlədir. Yeganə yaxşı cəmiyyət – sən özünsən. Özünə duyduğun məhəbbət bütün ömür boyu davam edən romanın başlanğıcıdır, Fipps.
***
Lord Qorinq. Biz ingilislərin aşağı təbəqəsinin təəccüblü xüsusiyyəti var – onların həmişə qohumları ölür.
Fipps. Bəli, milord. Bu cəhətdən onların bəxti çox gətirir.
***
Səni gözləmədikləri yerə getmək həmişə xoşdur.
***
Qadının əxlaq normaları yaxşı inkişaf edibsə, fəlakətdir.
***
Lord Qorinq. Ata, axı artıq saat yeddini keçib. Həkimim isə axşam yeddidən sonra mənə ciddi söhbətlər aparmağı qadağan edib. Yoxsa sonra yuxuda danışıram.
Lord Kaverşem. Yuxuda danışırsınız? Nə olsun ki? Onsuz evli deyilsiniz.
***
Lord Kaverşem. Siz çoxdan evlənməli idiniz. Artıq otuz dörd yaşınız var.
Lord Qorinq. Hə, ata. Ancaq həmişə otuz iki yaşım olduğunu deyirəm. Hətta yaxşı butenyorum olanda otuz bir yarım.
***
Lord Qorinq. İnsanlar bir-birlərinə az canıyananlıq etsəydilər, daha az bədbəxtlik baş verərdi.
Lord Kaverşem. Bu paradoksdur. Zəhləm gedir paradokslardan.
***
Gözlənilməzi gözləmək həqiqətən müasir zəkadır.
***
Lord Qorinq. Əziz atam, evlənməliyəmsə, onda heç olmasa icazə verin vaxtı, yeri və arvadı özüm seçim. Ələlxüsus arvadı.
Lord Kaverşem. Elə şey yoxdur. Siz seçə bilməzsiniz. Buna mən qərar verəcəm, siz yox. Burda əmlak maraqları var. Hisslərin isə bu işə aidiyyatı yoxdur. Nikahda hisslər sonra gəlir.
Lord Qorinq. Bəli. Ərlə arvad nifrətdən başqa bir-birlərinə heç nə hiss etməyəndə.
***
Lord Kaverşem. Bir onu demək istəyirəm ki, nikahda əsas ağıldır.
Lord Qorinq. Amma ağıllı qadınların hamısı nədənsə kifir olur. Fikir verməmisiniz? Əlbəttə, mən deyilənləri deyirəm.
Lord Kaverşem. Heç bir qadın, nə gözəli, nə kifiri ağıllı deyil. Ağıl bizim cinsin məziyyətidir.
Lord Qorinq. Hə. Və biz kişilər o qədər təvəzökarıq ki, heç vaxt ondan istifadə etmirik.
***
E, casuslar indi kimə lazımdır ki? Ölmüş peşə. İndi onların işini qəzetlər görür.
***
Mən bütün kişilər kimi torpağın tozuyam. O isə, əksər yaxşı qadınlar kimi bizdən çox yüksəkdir. Və öz doğruları ilə amansızdır, soyuqdur, sərtdir. Rəhmin nə olduğunu bilmir. Ancaq mən onu sevirəm, Artur. Bu gün onunla danışanda çox kobudluq elədim. Lakin günahkarlar müqəddəslərlə danışanda yəqin həmişə kobud olurlar.
***
Lord Qorinq. Çox şadam ki, baş çəkmisiniz. Sizə yaxşı bir məsləhət vermək istəyirəm.
Missis Çivli. Allah xatirinə, lazım deyil. Qadına gecə geyinə bilməyəcəyi heç nəyi vermək lazım deyil.
***
Qadının birinci vəzifəsi öz dərzisini razı salmaqdır. İkinci vəzifəsinin nədən ibarət olduğu isə hələ müəyyənləşdirilməyib.
***
Lord Qorinq. Nədir bəs, missis Çivli?
Missis Çivli. Niyə mənə Lora demirsiniz?
Lord Qorinq. Bu adı sevmirəm.
Missis Çivli. Amma vaxt var idi sevirdiniz.
Lord Qorinq. Hə. Məhz ona görə indi sevmirəm.
***
Onun söhbət üçün yalnız iki mövzusu var idi – podaqrası və arvadı. Və mən heç vaxt başa düşmürdüm ki, söhbət hansından gedir. O, hər ikisini elə pis söyürdü ki.
***
Missis Çivli. Artur, mən sizi sevirdim.
Lord Qorinq. Əziz missis Çivli, kimisə sevmək üçün siz çox ağıllısınız.
***
Kişi bir vaxtlar sevdiyi qadın üçün hər şey edər, məgər düz deyil? Bir şeydən – onu sevməyə davam etməkdən başqa.
***
İngilislərə danışmağı, irlandlara qulaq asmağı öyrətmək olsaydı, London cəmiyyəti yetərincə mədəni ola bilərdi.
***
Missis Çivli. Məgər evinizə gəlmiş bir qadını təhqir etmək nəzakətdir?
Lord Qorinq. Missis Çivli, qadın sizin kimi gözəldirsə, cins onun üçün müdafiə deyil. Bu, onun kişiyə meydan oxumasıdır.
***
Missis Çivli. Qadını komplimentlərlə tərk-silah etmək olmaz. Kişiləri olar. Fərq bundadır.
Lord Qorinq. Qadınları tanıdığım qədərilə, onları heç nə ilə tərk-silah etmək olmur.
***
Missis Çivli. Siz kişilər necə həmişə bir-birinizin tərəfini tutursunuz!
Lord Qorinq. Siz qadınlar necə həmişə bir-birinizə hücum edirsiniz!
***
Qadın həyatının yeganə bir faciəsi var – keçmişinin həmişə sevgilidən, gələcəyinin isə, adətən, ərdən ibarət olması.
***
İnsan qonaq gedəndə özünün yox, ev yiyəsinin vaxtını aparır.
***
Yalnız darıxdırıcı insanlar parlamentə seçilir. Və yalnız kütbeyinlər orda qabağa gedə bilir.
***
Lord Kaverşem. Niyə faydalı bir işlə məşğul olmursunuz?
Lord Qorinq. Ata, mən hələ çox cavanam.
Lord Kaverşem. Acığım gəlir, adam cavanlığının arxasında gizlənəndə. Hamı indi özünü cavan kimi aparır. Axmaq dəbdir!
Lord Qorinq. Cavanlıq dəb deyil, ata. Cavanlıq incəsənətdir.
***
Qadının vəzifəsi bizi mühakimə etmək deyil, ehtiyacmız olduqda bizi bağışlamaqdır. Onun işi əzizləməkdir, cəzalandırmaq deyil.
***
Lord Qorinq. Heç biri, nə kişi, nə qadın belə fədakarlığı qəbul etməməlidir. Bundan başqa, Robert artıq cəzasını çəkib. Özüdə artıqlaması ilə.
Ledi Çiltern. Biz ikimiz də əzab çəkmişik. Mən onu çox yüksəklərə qaldırmışdım.
Lord Qorinq. Onda indi onu lap aşağıya qoymayın.
***
Unudacaqsan. Kişilər tez unudur. Mənsə bağışladım. Dünya həyatındakı rolumuz da bundan ibarətdir. İndi başa düşürəm.
***
Lord Kaverşem. Əgər bu qıza ideal ər olmasanız, sizi vərəsəlikdən məhrum edəcəm.
Meybl Çiltern. İdeal ər! Axı mən onun ideal ər olmasını istəmirəm. Bu elə bir şeydir ki…həqiqətdən uzaqdır.