Şərqlə Qərbin qarşılaşdırıldığı, müqayisə edildiyi, özəllikləri və gözəllikləri göstərildiyi hekayələrdən ibarət kitab.
Karandaşın izi ilə
Taleyin bəxş etdiyi hədiyyələri rədd etmək olmaz.
***
Və axmaq aşiqin görünüşü, demək olar uyğun hal aldı. Yəni axmaq hal.
***
Hər oğul atasını qul etməyə can atır.
***
Niyyətlər əməllərdən agah olur
***
Ürək titrəməsi nəyinsə mövcudluğundan deyil, məhz nəyinsə əskikliyindən yaranır.
***
Bütün variantların mövcudluq haqqı var.
***
Təhqir qəbul etməyi isə çoxdan əsas hüquqlar dərəcəsinə qaldırmışıq. Qəzəbimiz qədər heç nəyi belə çox qiymətləndirmirik. Çünki bizə elə gəlir ki, məhz qəzəb bizi müəyyən əxlaqi yüksəkliyə gətirib çıxarır. Ona çatdıqdan sonra isə çox asanlıqla düşmənlərimizi güllələyirik.
***
– Yəqin, o çox sevimlidir. Ancaq, əzizim, olmaz ki,…e-e…, özünə uyğun adam tapasan?
– Bununla nə demək istəyirsən? “Özünə uyğun”? Coys üzrə ixtisaslaşdırılmış biri? Yoxsa hündürlüyü beş fut üç düym olan biri? Ya da bəlkə qadın?
***
Prioritetlər sistemimdə rahatlıq və gigiyena “A” kateqoriyasına daxildir.
***
Mənim radikallığım ilə diplomatiyaya yox, terrorist olmağa getmək lazım idi.
***
Faciə, insanın necə ölməyindən deyil, necə yaşamağından asılıdır.
***
Qulaqlarımda Roy Orbisonun səsi “Hər şey bitdi” oxuyurdu; ancaq iş burasındadır ki, heç vaxt heç nə heç başlamamışdı da.
***
On altı yaşında hələ fikirləşirsən ki, atandan qaça bilərsən. Hələ öz səsində onun intonasiyasına fikir vermirsən, onun yerişini və jestlərini necə təkrarladığını görmürsən. Və hətta onun kimi necə imza atdığını da. Öz qanında ata pıçıltısını eşitmirsən.
Tərcümə: Lamiyə Göycəyeva