Roman cəmiyyətdə özünə yer tapa bilməyən bir gəncin həyatından bəhs edir. Terakt nəticəsində sevdiyi qızın həlak olması əsərin qəhrəmanının həyatında növbəti zərbə olur.
Romanda müasir insanın psixoloji sarsıntıları, ailə, cəmiyyət və insan problemi öz əksini tapmışdır.
Karandaşın izi ilə
Telefon xəttinin qırıq-qırıq səsləri anamın yerinə üzr istəyir.
***
Mənə çox vaxt cavan deyirlər, ya da “cavan oğlan” deyə müraciət edirlər, lakin mən özümü lap uşaqlıqdan çox yaşlı kimi hiss edirəm. İndi də daxilən çox qocayam. Görəsən, bunu məndən başqa hiss edəcək bir adama rast gələcəyəm? Ya da elə bir adama rast gələcəyəm ki, o adam özümü cavan hiss etməyə vadar etsin?
***
Neyləyək ki, şəhid deyil, şahid ola bildik?
***
Belə insanlarda Allaha inam ona and içməklə tamamlanır.
***
Amma onlar mənim kimi insanlardan qat-qat xoşbəxtdirlər. Düşüncələr onların beynini yemir, mükəmməl olmağa can atmırlar.
***
Təzə çıxıb kitabları rənglərinə görə düzür.
***
Bu gün hava küləklidir. Səmada boz buludlar dolaşır. Dalğalar isə… dalğalar əsl mənim istədiyim kimidir bu gün. Çırpılmağa qaya axtarırlar. Bu mənzərəni çox xoşlayıram. Dalğa olmayanda dəniz maraqlı olmur. Məni dənizə cəlb edən dalğadır. Sakit dənizi sevən bədbəxt adamlardır. Düzdür, mən də özümü xoşbəxt hesab etmirəm. Mən neytral səviyyədə durmuşam, iki qütbün – xoşbəxt və bədbəxtin arasında.
***
Çoxları Allaha inanmır, onun qüdrətindən bixəbər olanlar dalğalara da inanmır.
***
…bəzən insanlar öz nifrətlərində haqlıdırlar.
***
Ancaq əsl peşəkarlar onlara birinci növbədə bacardıqları işə görə qiymət verdiklərini çox gözəl anlayırlar.
***
Pəncərənin önündə dayanıb bulanıq rəngli havanı, dayanmadan yağan yağışı, dağıtmaq üçün yaranan küləyi görəndə adama elə gəlir ki, Bakı xəstələnib, Bakı da mənim kimi tənhadır, ona xəstələnəndə qulluq edəcək adam tapılmır.
***
– Bəs, nə əcəb, qoruyucu maska taxmamısan?
***
Yəqin, İmran tanış olduğu qızlara vizit kartı əvəzinə, Bulqakovu bağışlayır.
***
– Ya atan Ezopun dilində danışırdı?
***
Statistika komitəsində işlədiyi o dəqiqi məlum olur. Hamıdan xəbəri var.
***
İnsanlar evə getmək istəməyəndə hara gedirlər?
***
Onun başqasına mənsub olmaması mənə mənsub olmasına tərəf aparan yol deyil.
***
Məni cəlb edən yeksənəq həyatıma bir az rəng, bir az məna qatmaq idi. Onu da etdim. Artıq bəsdir. Çünki bu “rəng” artıq zülmə çevrilir.
***
Mənə indi ona tərəf aparan yolda deyil, ondan aparan yolda köməkçi lazımdır.
***
İnsanlara daim yeni hisslər və ya həmişəki hisslərin yeni rəngləri lazım olur.
***
– Onda onun sənətinə uyğun bir şey seçək.
– Vəkildir. Nə alım? Qəfəs?
***
Öz simasını çoxdan itirənlər isə güzgüdə öz əkslərini tapmayacaqlar.
***
– Zəhra, necə nağıldır?
– Məncə, maraqlı. Lakin hər şey sonluqdan asılıdır.
– Məncə, yox. Həmişə hər şey başlanğıcdan asılıdır. Başlanğıc isə artıq bizim xeyrimizə deyil.
***
Rəna sənin indiyə qədər doladığın, sevdiyin, atdığın qızlardan çox fərqlənir.
***
Rahatlıq istəyirəm. Özümü sübut etmək istəyirəm. Azadlıq yox, bu söz o qədər dərin, o qədər qorxuludur ki, onu istəməyə artıq taqətim qalmayıb, təkcə rahatlıq istəyirəm.
***
Özüm kimi
Mən özüm kimi olmaq istədim, qoymadılar.
Yerişimə, bxışıma, gözümə, sözümə
Söz dedilər tanımadığım qohumlarım, dostlarım.
Keçmədiyim yollarda yaşlandırmaq istədilər məni.
Az qala Allah olub məni təzədən yaratmaq istədilər,
Anam olub doğmaq istədilər məni.
Bəyənmədilər, dəyişmək istədilər səsimi…
Milçək kimi vızıldadılar, ilan kimi fısıldadılar
Köhnəlmiş ruhları geyindirmək istədilər bədənimə.
Bildilər ki, sevirəm dənizi,
Dalğa olub boğmaq istədilər məni.
Gördülər əllərimin arasında əllərini,
Gördülər o dünya boyda gəlinliyini,
Gördülər bu dünya boyda kəfənimi,
Yandırdılar bizi məhəbbətimizin atəşində.
Külümüzdən alovlandıq, günəş olduq, ay olduq,
Ruhuma, bədənimizə tay olduq,
Bax bu misralarda üzən çay olduq. (Mirbəhram Əzimbəyli)