Tənqidçilərin indi də Hardinin əsərlərindən ən faciəvi və nəticəsiz hesab etdikləri və gah Dostoyevskinin “Cinayət və cəza”, gah da Floberin “Xanım Bovari”si ilə müqayisə etdikləri kitab. Ucqar əyalət şəhərciyindən olan, “kiçik insan” çərçivəsində boğulan istedadlı gəncin hekayəsi əvvəlki kimi oxucunu valeh edir…
Karandaşın izi ilə
Onun ətrafı nə qədər rəzil idisə, arzuları bir o qədər əzəmətli idi.
***
Niyə sağ qaldım? Yəqin intihara da dəymərəm.
***
– Artıq böyük kişiyəm, – dedi. Arvadım var. Bundan əlavə, yetkinliyin növbəti pilləsinə çatmışam – onunla dalaşmışam, daha onu sevmirəm və onunla ayrılmışam.
***
Bene agere et la etari – Xeyirxahlıq yaratmaq sevincdir. (Spinoza)
***
Təbiət insanların xüsusi diqqətlə yüksəklərə qaldırdığı hisslərinə həqarətl baxır. Və onların canfəşanlığına laqeyddir.
***
Elə kişilər var ki, ona heç bir qadın, əgər o qadın kifir deyilsə, dözməz.
***
Məhəbbət özünə bəxşiş axtarmır.
***
Həyatını yaxşı yola soxmuş hər kəs az da olsa xudbindir. Özünü dəyişməyən uğursuzluğa məhkumdur.
Tərcümə: Lamiyə Göycəyeva