Romandakı hadisələr 1950-ci illərdə cərayan edir. Qırx yaşlı argentinalı Horasio Oliveyra avaraçılıq edir və Buenos-Ayresdə yaşayan varlı qohumlarının arada bir göndərdiyi pul hesabına Parisdə yaşayır. Ən sevdiyi məşğuliyyət şəhəri məqsədsiz dolaşmaqdır. Romanın əsas qəhrəmanl o qədər xudbin və özünə qapalıdır ki, dostları və yaxınlarının əzabları onu qıcıqlandırır. Daşürəkliyi üzündən sevdiyi qadınını itirir, tək qalır, səfillərlə tanış olur və nəticədə polisə düşüb öz vətəninə sürgün olunur. Buenos-Ayresə qayıtdıqdan sonra onu intihar fikri bürüyür. Romanın finalı açıq qalır. Horasio boşluğa son addımını atırmı yoxsa fikrindən daşınırmı bunu müəllif dəqiq təsvir etmir, oxucuya onun taleyini fikirləşmək qalır.
Qeyd edək ki, romanın adı onun məzmunu ilə sıx bağlıdır, həqiqətən, qəhrəmanın taleyi uşaqların xana-xana oyununa bənzəyir.
Karandaşın izi ilə
Birinci kitab adi qaydada oxunur və 56-cı fəsillə başa çatır. Axırıncı sətrin altındakı üçulduz işarəsi SON mənasındadır. Ona görə də oxucu heç bir vicdan əzabı çəkmədən sonrakı fəsilləri oxumaya bilər.
***
Həmişə havalar azca soyuyanda, daha dəqiqi, payızın ortalarında ürəyimdən nəsə İks-sentrik və İks-zotik bir şey barədə düşünmək kimi vəhşi bir arzu keçir, məsələn, istəyirəm qaranquş olam və baş götürüb isti ölkələrə uçam, ya da qarışqa cildinə girib yuvacığımda gizlənəm və orada oturub yayda topladığım azuqəni xımır-xımır yeyəm, ya da ki, zooparkda soyuqdan donmamaq üçün şüşə qəfəsdə saxlanan ilana dönəm, bəzən çox bahalı olduğundan özlərinə pal-paltar ala bilməyən, kerosin, kömür, odun, yaxud hər cür yanacaq yoxluğu ucbatından qızına bilməyən insanlar da belə olur. Cibdə pul da yoxdur ki, zirzəmilərdən birinə düşüb içini qızışdıran bir şey sifariş verəsən, ancaq gərək Sui-istifadə etməyəsən, çünki Sui-istifadə etsən, dərhal «Su»ya düşəcək, əxlaqsızlığa yuvarlanacaqsan, əxlaqsızlıqdan cismani və mənəvi düşkünlüyə isə bircə addımdır və bir halda ki, maili müstəviylə bütün mənalarda yaramaz əxlaqa doğru yuvarlandın, artıq bu dünyada kimsə səni bu insan zibilliyindən xilas etməyəcək, heç kəs çapaladığın bu iyrənc bataqlıqdan çıxman üçün sənə əl uzatmayacaq.
***
Əgər mən bu adam olmasaydım, görəsən, kim olmaq istərdim…
***
Biz küçələri veyillənərək bir-birimizi axtarmasaq da, dəqiq bilirdik ki, görüşmək üçün avaralanırıq. Ah, Sibilla, sənə oxşayan hər bir qadında, doğrudan da, qulaqbatırıcı sakitlik, şiddətli, lakin cansız sükut var və bu sükut axır bir gün bağlanmış yaş çətir kimi qəmli-qəmli büzüşəcək.
***
Dəfələrlə olduğu kimi, bu gün burada olsaydın, bunun bir mənası olduğundan şübhələnməzdim, ancaq sən yoxsan, odur ki, mən öz məğlubiyyətimi qəti surətdə kiçiltmək üçün bunu məsələni fırlatmaq kimi qəbul edirəm.
***
Sən riyakarlıq etməyi bacarmırdın və mən bunu çox tez başa düşdüm: səni istədiyim kimi görmək üçün əvvəlcə gözlərimi yummalıydım.
***
Sənin kamilləşmə həvəsin, cırıq ayaqqabıların və daim mümkün olanı qəbul etməmək istəyin məni bir az əsəbiləşdirirdi.
***
Niyə mən Dez-ar körpüsünə gəldim? Axı bu dekabr həftəsinin dördüncü günü sağ sahilə gedib Lombar küçəsindəki kiçik kafedə çaxır içməyə hazırlaşmışdım. Orada madam Leoni ovcuma baxıb mənə uzun yol və gözlənilməz xoşbəxtliklər vəd edir. Mən heç vaxt səni madam Leoninin yanına aparmamışam ki, falına baxsın, bəlkə, sənin ovcuna baxıb mənim haqqımda həqiqətləri deməsindən qorxmuşam, çünki sənin gözlərin həmişə mənimçün dəhşətli bir güzgü olub, özünsə maşın kimi ancaq təkrarlamağı bacarırsan, bizim bir-birimizi sevmək adlandırığımız şey isə mənimçün, Sibilla, əllərimdə sarı çiçəklər sənin qarşında dayanmaqdan ibarətdi, sənsə iki yaşıl şam tutmusan və külək dönüklük və ayrılıq yağışını ağır-ağır üzümüzə çırpır, şiddətlənərək istifadə olunmuş metro biletlərini başımıza tökür.
***
əlbəttə ki, arabir dayanıb göy üzünə tamaşa etməklə, çünki bura Parisdə səmanın yerdən daha qiymətli olduğu nadir yerlərdəndir.
***
Onların rezin dabanları vardı, altları isə elə nazik idi ki, yağış yağanda ürəyimdə də su fırçıldayırdı.
***
Mən müstəsna durumlarla bağlı düşüncələrə keçirəm.
***
axtarmaq – gecələr evdən məqsədsiz çıxanların şüarı və bütün kompasqıranlar üçün bəhanədir.
***
Eyni şeyi deməyə başqa bir cəhd: belə şey baş verəndə artıq dünyaya, özümdən – başqasına baxan mən olmuram, ancaq bir anlığa mən özüm içimdəkiylə birlikdə dünya oluram, qalan hər şey isə mənə baxır. Mən özümü başqaları məni görən kimi görürəm. Bu, misilsiz bir andır; ona görə də, demək olar ki, uzanmır. Mən özümün bütün kiçilməmi ölçürəm, bizim özümüzdə heç vaxt görmədiyimiz hər şeyi görürəm. Olmadığım şeyi görürəm.
***
Təcrübə çatışmazlığı – labüd məsələdir, əgər mən Coysu oxuyuramsa, avtomatik olaraq başqa bir kitabı qurban verməli oluram və əksinə və s. və i.a.
oyunun şərtlərinə görə, keçmişdən yalnız əhəmiyyətsiz, dəyərsiz, itmiş şeyləri götürmək olardı.
***
Misallar olduqca lokal və miskindir, bəs ideyanı necə ifadə edəsən.
***
Üz-gözünə elə bir biçim verdi ki, onu yubanmadan fotolentə köçürmək lazım idi, mənsə güləcək durumda deyildim…
***
Mən elə düşünmürəm ki, işıldaquş təbiətin ən fövqəladə möcüzələrindən biri olduğunu şəksiz əsas gətirərək dərin məmnunluq hissi keçirir, gəlin fərz edək ki, onun şüuru var, onda aydın olacaq ki, bu həşəratın qarıncığı hər dəfə işıldamağa başlayanda qeyri-adilik duyğusu ona ləzzət edir.
***
Sibillaya gerçəkliyi dəqiq terminlərlə anlatmağın yersiz olduğunu başa düşmək o qədər də çətin deyil, təriflər və ya onların tam əksi onu əməlli-başlı pərt edərdi.
***
Çünki həyatımın əlifbası – əzab-əziyyətlə dolu axmaqlıqdır, çünki mənim həyatım dialektik vurnuxmalarda taqətdən düşüb, bunların nəticəsində mən nə isə etmək əvəzinə heç bir şey etməməyi və hamının qəbul etdiyi ədəb-ərkan əvəzinə, mötədil ədəbsizliyi seçmişəm.
***
Lakin mən bu şüurlu avaralığımla fəxr etmişəm.
***
Büsbütün batırılmış cəmiyyətdən yaxa qurtarmaq üçün, guya, bir az ədəb-ərkanın yetərli olmasıyla mən heç cür razılaşmaq istəmirdim.
***
Mənimçün mövcud olmaqdan və fəaliyyət göstərməkdənsə, düşünmək daha asandır.
***
Ona görə də özümü Sibillaya antoqonistcəsinə yaxın hiss edirdim, bizim sevgimiz dialektik sevgiydi, dəmir yonqarlarını və maqniti, hücumla mudafiəni, topla divarı birləşdirən sevgi kimi.
***
Ancaq mənə elə gəlir ki, məni hər şeydən çox mənə altdan-altdan baxdığının qətiyyən fərqində olmayan, əksinə, suveren müstəqilliyimə tamamilə əmin olan Sibillanın özü narahat edirdi.
***
Ancaq yox, əslində, məni azadlığa bir də heç vaxt indiki kimi bu qədər yaxın olmayacağımı düşünmək əsəbiləşdirirdi, bax onda Sibillanın dünyası tərəfindən təqib olunduğumu hiss etdim və ondan, həqiqətən, yaxamı qurtarmaq ehtirasım məğlub olduğumun etirafıydı.
***
Nədən Koçabamba küçəsindəki həyətdə ətirşah dibçəkləri satan adamlar kimi hər şeyə təbii və qayğısız yanaşmayaq?
***
Kəfkir günahsızcasına yellənməsini davam etdirir və mən yenidən rahatlıq gətirən məfhumlar barədə düşünürəm: mənasız fiqurcuq, transsendent roman, qəhrəmancasına ölmək. Mən onları ardıcıllıqla kiçikdən böyüyə düzürəm: fiqurcuq, roman, qəhrəmanlıq.
***
Digər tərəfdən, yetər sırf təsviri texnika, yetər «əxlaq» romanları, yetər əsl obrazlardan məhrum vicdanlı kinossenarilər.
***
Mətbəxsiz, makiyajsız, oxucuya arabir göz eləmədən necə danışasan? Yalnız təhkiyənin sənət olduğu fikrindən imtina etməklə. Onu sifətə maska üçün qoyulan gipsi hiss etdiyimiz kimi hiss etməklə. Ancaq sifət gərək özümüzünkü olsun.
***
Evdən çıxıb harasa getmək, nəyləsə məşğul olmaq, nəyisə yerbəyer etmək yatmağa kömək etmirdi. Yerbəyer etmək – bu nə sözdür? Etmək. Nə isə etmək, yaxşılıq etmək, çiş etmək, iş gözləyə-gözləyə bekarçılıqla baş girləmək, hara fırladırsan-fırlat, hər yer işdir.
***
Dəfələrlə onun güzgünün qarşısında dayanıb heyran-heyran öz bədəninə baxdığını, Suriya heykəlcikləri kimi ovuclarıyla döşlərini qaldırdığını və baxışlarını asta-asta dolandıraraq, sanki, dərisini tumarladığını görmüşdüm. Və mən onu yanıma çağırmaq istəyim qarşısında tab gətirməyib az öncə xeyli tək-tənha qalaraq bədəninin əbədiliyinə bu dərəcədə inanıb-vurulduqdan sonra yenidən mənimlə necə olacağını hiss etmək istəyirdim.
***
Lakin hər bir fəaliyyətin arxasında etiraz vardı, başqa sözlə, hər cür əməl hesab edir ki, nəsə hələ yoxdur, nəsə hələ edilməyib və bunu etmək olardı, məhz buna görə də nəyinsə daimi və aşkar qüsurunun, varlığın əskiklyinin və ya olmamasının əleyhinə səssiz etiraz.
***
Həyat deyilməyə layiq olan nəsnə elə əməllərin cəmidir…
***
Fəaliyyətdən imtina etirazın maskası yox, xalis etirazdır.
***
Qəti əmin idi ki, aldanmaqdansa həqiqəti dərk etməmək daha yaxşıdı. Fəaliyyətsizlik mötədil ruhi tarazlıq, bir yerə yığılmış dağınıqlıqdır.
***
«Mən sizə deyirəm, lənət şeytana!» Bu o deməkdir ki, «mən» çox dəyərliyəm» – Oliveyra düşünməyə başladı. – Bu «mən» bu böyük dünyada hansı çoxbilmişliyi təsdiq edə bilərdi?» On beş yaşında anladı ki, «mən bir şeyi bilirəm ki, heç nə bilmirəm»; və bu açıqlamanın ardınca gələn baldırğan zəhəri tamamilə labüd göründü, həqiqətən də insanlara «mən sizə deyirəm» kimi çağırış etmək cəzasız qala bilməz axı.
***
Hər şey çox sadədir, istənilən həyəcan və ya depressiya məni … üçün faydalı olan duruma itələyir – onu para-görüntü adlandıracağam, – yaxşısı budur, deyək (bəla burasındadır ki, demək lazımdır) – qəflətən özünü özündən kənarda qəbul etmək bacarığı peyda olur, özündən kənarda, ya da öz içində, ancaq bir qədər başqa planda – əgər özümə kənardan baxa bilsəydim, onda nə olardı – (daha yaxşı olardı – çünki, əslində, mən özümü görmürəm – əgər kimsə mənim yerimə bircə anlıq yaşasaydı, onda necə).
***
Sonradan o, məmnuniyyətlə əmin oldu ki, mədəniyyətin ən yüksək formalarına nüfuz, həmçinin biliyə və ağıla əsaslanan inam təsir göstərir.
***
Müəyyən məqamda həm qabar, həm skleroz, həm də tərif yaranıb: qara, yoxsa ağ, radikal, yoxsa konservator, homo, yoxsa geteroseksual, bədii, yaxud mücərrəd, «San-Lorenso», yaxud «Bokayuniors», ətli, yaxud vegeterian, kommersiya, yaxud poeziya. Tamamilə doğrudur, çünki insan cinsi Oliveyra kimi tiplərə bel bağlaya bilməz; qardaşının məktubu da məhz bu qəbuledilməzliyi ifadə edirdi.
***
O kəs xoşbəxtdir ki, özü seçir, gözəl qəhrəmanların, müqəddəslərin onu seçməsinə izn verir, həqiqətdə isə onlar gerçəklikdən rahatlıqla qaçırlar.
***
Ancaq onun nəzər nöqtəsi üzümə baxan tülkününküylə eynidir.
***
Şüur aydınlığının fəaliyyətsizliyə aparması şübhəli deyilmi, bunun içində xüsusi bir şeytan korluğu yoxdur ki?
***
– Sənin beynin səhərdən gecə yarısınadək baş sındırmağa, düşünməyə hazırdır, ancaq iş görmək sənlik deyil.
– Mən o prinsipdən çıxış edirəm ki, fikir fəaliyyətdən əvvəl gəlməlidir, ay axmaq.
***
Bəxtəvər gözüylə görmədiklərinə də inanmağa hazırdır.
***
…orada, uzaqda, mənə yalnız təmiz havanın göründüyü yerdə – yaxud bu şübhələrdə, bu seçim ayrıcında, mən özüm mənə məlum olmayan həmin o digər gerçəklikdə – gözləyəcəyəm və səylə ümid edəcəyəm.
***
Bu zaman Sibilla Çempenin və Qrasilanın niyə yaxşı qızlar olduğunu və Lusiananın onu paroxoda niyə yola salmağa gəlmədiyini izah edirdi. Lusiana snobdur, ona görə də ondan zəhləsi gedir.
– Necə yəni snobdur, bu nə deməkdir? – Oliveyra maraqla soruşdu.
– Necə başa salım, – Sibilla cavab verdi və başını aşağı elə əydi ki, sanki, sarsaqlayacağını qabaqcadan hiss etmişdi, – mən üçüncü dərəcəli kayutda gedəcəkdim, ikincidə getsəydim, əminəm ki, gələrdi.
– Ömrümdə bundan yaxşı qiymətləndirmə eşitməmişəm, – Oliveyra dedi.
***
Dahi olmaq – dahiyanə seçmək və duymaq deməkdir.
***
Hər şey çox sadədir, istənilən həyəcan və ya depressiya məni … üçün faydalı olan duruma itələyir – onu para-görüntü adlandıracağam, – yaxşısı budur, deyək (bəla burasındadır ki, demək lazımdır) – qəflətən özünü özündən kənarda qəbul etmək bacarığı peyda olur, özündən kənarda, ya da öz içində, ancaq bir qədər başqa planda – əgər özümə kənardan baxa bilsəydim, onda nə olardı – (daha yaxşı olardı – çünki, əslində, mən özümü görmürəm – əgər kimsə mənim yerimə bircə anlıq yaşasaydı, onda necə).
***
Bəs onun kəlləsində nə var? Külək, yoxsa şirniyyat, hər halda, çətin həzm olunan bir şeydir. Ancaq başı onun ən güclü yeri deyil.
***
Düşünürəm ki, onlar nəhəng sferalarının xaricindən başlanan şeyi arzulamağa ehtiyac duymurlar. Elə buna görə də onlar klassiklərdir.
***
O, orta sinfə mənsub idi, əslən Buenos-Ayresliydi və dövlət məktəbində oxumuşdu – belə şeylər isə izsiz ötüşmür. Bəla burasındaydı ki, öz görüşlərinin hədsiz milli məhdudluğundan qorxaraq, o, nəhayət, bütün «hə»ləri və «yox»ları tərəzinin gözlərində, sanki, tarazlıq mərkəzindən baxaraq, diqqətlə «çəkməyə» və olduqca böyük əhəmiyyət verməyə başladı. Parisdəki hər şeydə o, Buenos-Ayresi görürdü və əksinə; məhəbbəti nə qədər bölünsə də, əzab çəkərək bu itkiyə və unutqanlığa hörmətlə yanaşırdı. Bu cür davranış öldürücü dərəcədə əlverişli, hətta asan idi, çünki tədricən refleksə və texnikaya çevrilir (uzaqbaşı) və iflic olmuş adamın qorxunc-parlaq fikirlərini, yaxud gözəl-səfeh atletin cahilliyini xatırladırdı.
***
Eyni şeyi deməyə başqa bir cəhd: belə şey baş verəndə artıq dünyaya, özümdən – başqasına baxan mən olmuram, ancaq bir anlığa mən özüm içimdəkiylə birlikdə dünya oluram, qalan hər şey isə mənə baxır. Mən özümü başqaları məni görən kimi görürəm. Bu, misilsiz bir andır; ona görə də, demək olar ki, uzanmır. Mən özümün bütün kiçilməmi ölçürəm, bizim özümüzdə heç vaxt görmədiyimiz hər şeyi görürəm. Olmadığım şeyi görürəm.
***
Sibilla Parisə niyə gəldiyini o qədər də dəqiq bilmirdi, ancaq Oliveyra bilirdi ki, turizm agentliyində biletlə və ya vizayla bağlı balaca bir dolaşıqlıq baş versəydi, Sibilla eyni müvəffəqiyyətlə Sinqapurda və ya Keyptaunda da lövbər sala bilərdi. Əsas məsələ – Montevideodan uzaqlaşmaq və onun təvazöylə Həyat adlandırdığı şeyə baş vurmaqdı.
***
Bu, adətən, Klubda olurdu, orada daima nostalgiya, əsas sayılması mümkün olan uzaq məfhumlar, medalların tərs üzü, Ayın o biri tərəfi haqqında danışırdılar.
***
Sibillaya nəyisə izah etməyin mənası yox idi. Fokonye haqlıdır, belələri üçün tapmaca izahatdan başlayır.
***
– Bunu sənə anlatmaq mümkün deyil, – Etyen deyirdi. – Bunlar hamısı 7-ci səviyyədədir, sənsə hələ 2-cidəsən.
***
İstəyirsən ki, bir daha zənglərə oyanmayasan, tibbi termometrlər və banklara ehtiyac olmasın və dalından bir təpik vurub təqaüdə yollamasınlar (qırx il dalını döyənək edirsən ki, son məqamda çox da ağrılı olmasın, ancaq yenə də ağrıdır…)
***
Əlqərəz, homo sapiens ona görə qapı axtarmır ki, minillik səltənətə daxil olsun (halbuki, bunda heç bir pis şey ola bilməzdi, and içirəm, heç bir pis şey), yalnız onunçün axtarır ki, bu qapını arxasınca bağlasın və köpək kimi arxasını məmnuniyyətlə burcudaraq bilsin ki, bu alçaq həyatda təpik qapının o tərəfində qaldı və çəkmə bağlı qapını döyəcləyir, sənsə rahatca nəfəs alıb, arxayınlaşa bilərsən, öz zavallı arxanı büzmədən ayağa qalxıb gül-çiçəyə tamaşa edə-edə bağ-bağçanı dolaşa, oturub lap beş min il, əgər mümkündürsə lap elə iyirmi min il buludlara baxa bilərsən və heç kəs sənə hirslənməyəcək, burada qalıb ürəyin istəyən qədər çiçəklərə-buludlara da baxa bilərsən.
***
Ancaq bundan savayı, bu subyektlər də o biri sarsaqlar kimi inanırlar ki, biz bu dünyada yoxuq, nəhəng əcdadlarımız bizi axına qarşı buraxıblar və əgər ömrünü at heykəli, yaxud nəvələrə örnək göstərilən nümunəvi baba kimi başa vurmaq istəmirsənsə, buradan çıxmaq lazımdır və əgər hər şeyin itirildiyini və 1907-ci ilin gözəl bir avqust günündə o məşhur fəhlələrin anladığı kimi sıfırdan başlamaq gərəkdiyini deməyə kişiliyin çatırsa, demək hələ heç nə itirilməyib.
***
Gülüşün özü yer üzündə, dünyadakı bütün göz yaşlarından qat-qat çox və faydalı tunellər qazıb…
***
Yəqin ki, bir çıxış yolu var və bu çıxış həm də giriş olmalıdır. Əlbəttə, minillik səltənət də var, ancaq düşmən gülləsindən qaçan qalanı tuta bilməz. Ancaq elə bu günün özündə də əsrimiz min cür şeydən qaçır, qapı axtarır və hərdən onları vurub yıxır. Sonra nə olduğu isə məlum deyil, kimsə görə də bilər, ancaq sonradan biriləri həlak oldular və yaddaşlardan silinib getdilər, başqaları xırda qaçışla, şəhər kənarındakı balaca evlə, elmi və ədəbi məşğuliyyətlə, turizmlə kifayətlənirlər. Qaçışlar palanlaşdırılır, onların modulor və neylon düsturunun köməyilə hazırlanma texnologiyaları və qaydaları var. Üsullardan birinin əyyaşlıq, narkomaniya və ya homoseksualizm olduğuna inanan ağılsızlar da var. Ola bilər ki, istənilən şey öz-özlüyündə əla və ya vecsiz olsun, oncaq onun tərifini axtarılan səltənətə açar kimi göylərə qaldırmaq səfehlikdir. Bəlkə də, bu dünyanın içərisində başqa bir dünya da var, ancaq əgər biz onun ümumi cizgilərini ağlasığmaz nizamsızlıqla üst-üstə qalaqlanmış günlərimiz və həyatımızdan çıxış edərək biçməyə qalxsaq, onda onu tapa bilməyəcəyik, biz onu həyatımızın nə ölgünləşmiş, nə də hipertrofiyaya tutulmuş formalarında tapa bilməyəcəyik. Həmin dünya mövcud deyil, onu simurq quşu kimi yaratmaq lazımdır.
***
Öz-özünü şişirdən, iki həftəlik rejimini durmadan təkrarlayan insanın məşğuliyyəti nə qədər mənasızdır: eyni yeməklər, işlər də həminkilərdir, ancaq yenidən, qəzet də elə həmin qəzetdir və dəyişməyən durumlarda dəyişən prinsiplər.
***
Hətta əgər zamandan tarixin şallaqlayan qa alsaq, hətta əgər bütün həttalardan qalaq vurmasaq belə, biz yenə də əvvəlki tək gözəlliyi məqsəd, dünyadakı əmin-amanlığı desideratum kimi qəbul edəcək və qapının bu tərəfində, mahiyyətcə heç də hər şeyin pis olmadığı və bir çoxlarının həyatı tamamilə məqbul, qoxuları xoş, məvacibi yaxşı, ədəbiyyatı yüksək bədii, səsi stereofonik hesab etdiyi yerdə qalacağıq.
***
Bir anlıq ömrü olan bu tip nostalji tutmalarına beş dəqiqədən artıq vaxt sərf etmək üçün ya əməlli-başlı başdanxarab olmaq, ya da şair olub göylərdə uçmaq lazımdır.
***
Məsələ bunda deyil ki, yeni dünya Oruell və ya Haksli kabusundan ibarət olacaq; hər şey qat-qat pis olacaq,orada taxtabitilər və savadsızlar olmayacaq, toyuqlar isə nəhəng ölçüdə olacaq və hər birinin, yəqin ki, on səkkiz ayağı olacaq və hər şey gözəl olacaq – vannalar telemexanika ilə idarə olunacaq, suyu rəngbərəng olacaq, həftənin hər gününün öz rəngi olacaq, hər şey ən yüksək səviyyədə milli sanitariya və gigiyena xidmətinin tələblərinə uyğun olacaq. Hərənin otağında öz televizoru, misalçün, Reykyavik sakinlərinə ən yaxşı tropik mənzərələr, havanalılar üçün iqlu2 şəkli, istənilən mümkün narazılığı sakitləşdirmək üçün hər kəsə çox incə kompensasiyalar.Və s. və i.a.
Başqa sözlə, ağıllı adamları tam qane edən bir dünya.
Bəs onda bir nəfər də olsa ağılsız qalacaqmı?
***
Hər şeyi öldürmək olar, təkcə səltənət həsrətindən başqa, o bizim gözümüzün rəngində, hər birimizin sevgisindədir, qəlbimizdə fırtına qoparmağa qadir olan, bizi buxovdan qurtaran və aldadan hər bir şeydədir.
***
Hər şeydən çox qorxduğu minnətdarlığın ən incə tərziydi ki, sonradan it vəfasına çevrilir; o istəmirdi ki, Sibillaya yaraşan yeganə paltar olan azadlıq qadın itaətkarlığının içində əriyib itsin.
***
Əyləncələri müqəddəsləşdirmək taundan da betər idi. Bundan günbəgün, həftəbəhəftə, aybaay hər bir otel nömrəsində, hər bir meydanda, hər bir sevgi pozasında və hər səhər bazar meydanındakı kafedə masanın arxasında oturarkən uzaqlaşmaq lazım idi: amansız mübarizə, aydın olmayan parlaq nəticələriylə incə şəkildə düşünlümüş əməliyyat.
***
Aristofana görə, sofistlər yeni ideyalar irəli sürmək qabiliyyətinə malikdirlər.
Gəlin yeni ehtiraslar yaradaq, ya da köhnələri eyni dərəcədə yenidən canlandıraq.
Kökləri Paskala gedib çıxan bu nəticəni bir də təhlil edirəm: əsl inam mövhumatla azadfikirlilik arasındadır.
Xose Lesama Lima, «Havana haqqında traktatlar».
***
Onun boş şeylərdən, uşaq hərəkətlərindən, bir parça sapdan, ya da Sten Getsin hər hansı solosundan həzz alması faktı dostları tərəfindən təəssüf doğuran mənəvi yoxsulluq kimi qiymətləndirilir;
Onunçün ehtimalların təhlili, seçim və ya sadəcə, ayaqların öz-özünə yeridiyinə inam Sibillaya tale kimi gəlirdi. «Birdən əgər sən mənə rast gəlməsəydin?» – o soruşurdu. «Bilmirəm, ancaq sən buradasan…» Cavab anlaşılmaz şəkildə «yox»a aparır, sual onun məntiqi yaylarının yararsızlığını çılpaqlaşdırırdı.
***
Beləcə, onlar yaşayırdılar, Panç və Cudi, bir-birini cəlb edərək və itələyərək, əgər sevginin rəngli açıqca və ya sözsüz mahnıyla bitməsini istəmirsənsə, belə də lazımdır. Ancaq məhəbbət nə gözəl sözdür…
***
Bir də haradansa oxuduğum anlaşılmaz bir şey düşdü yadıma, guya, balıq akvariumda tək qalanda darıxmağa başlayır, amma akvariuma güzgü qoyan kimi sakitləşir…
***
Biz formalarda yaşayan, üçüncü ölçüdən məhrum həyat kəşf etmişdik.
***
Səninçün sevgi proseduru çox sadədir və bu xəstəlikdən mənə nisbətən daha tez sağalacaqsan, halbuki, sən də məni mən səni sevdiyim kimi sevirsən. Əlbəttə, sağalacaqsan, sən sadə və sağlam yaşayırsan, odur ki, məndən sonra da sənin kiminsə olacaq, kişi ilə lifçik dəyişməyin nə fərqi var ki.
***
Sən mənə sonsuzluq bəxş edirsən, ancaq bağışla, mən onu götürə bilmirəm. Sən mənə alma uzadırsan, mənsə protez çənəmi yataq otağında tumbanın üzərində unutmuşam. Dayan, bax belə. Kobud da ola bilərəm, təsəvvür edirsən? Yaxşı təsəvvür et, çünki bu, sənə baha oturacaq.
***
Mən sənin dodaqlarına toxunuram, barmağımı ağzının kənarlarıyla gəzdirirəm və onu elə çəkirəm ki, sanki, mənim əlimdən çıxıb, beləcə, sənin ağzın, sanki, ilk dəfə açılır və göz vurmağım yetər ki, dərhal yumulsun, sonra isə hər şeyi yenidən başlayırıq, mən hər dəfə sənin ağzını yenidən doğulmağa məcbur edirəm, öz arzuladığım kimi, sənin, sifətində mənim əlimlə seçilmiş və çəkilmiş ağzın, sənin ağzın, uca azadlığın iradəsiylə seçilmişlərdən biri, mənim seçimim, öz əlimlə sənin sifətində çəkmək üçün etdiyim seçim, tam təsadüfən eynilə sənin ağzın kimi (mən bunun necə baş verdiyini anlamağa çalışıram) alınan ağız öz əlimlə çəkdiyim ağzın altından mənə gülümsəyir.
Sən mənə baxırsan, yaxından baxırsan mənə, lap yaxından, biz təpəgöz oyunu oynayırıq, bir-birimizə baxırıq – üzlərimizi yaxınlaşdıraraq; gözlərimiz böyüyür, böyüyür və getdikcə yaxınlaşır, bir-birinə vintlənir: təpəgözlər bir-birinə baxırlar, nəfəsimiz təntiyir və ağızlarımız görüşür, bir-birinə girir, bir-birimizin dodaqlarımızı ehmalca dişləyərək, dilimizi yüngülcə dişlərimizə dirəyərək və qədim, tanış və sakitlik qoxan ağır, qırıq-qırıq nəfəsimizlə bir-birimizi qıdıqlayaraq. Mənim əllərim sənin saçlarını axtarır, onların dərinliyinə dalaraq sığallayır və biz elə öpüşürük ki, sanki, ağızlarımız qeyri-müəyyən ətir saçan çiçəklərlə, yaxud diri, çırpınan balıqlarla dolub. Birdən hansımızsa dişləsə belə, bunun ağrısı da şirindir və eyni anda udqunaraq havanı bir-birimizdən alsaq və hansımızsa bu öpüşdən boğulsa belə, bu ani ölüm də gözəldir. Bizim ağzımızın suyu da birdir və bu, ikimizin də daddığımız yetişmiş dadlı meyvədir və mən hiss edirəm ki, sən mənim içimdə necə də titrəyirsən, gecə sularında titrəyən ay kimi.
***
Sevgilim, mən səni özümə görə, sənə görə, bizim ikimizə görə sevmirəm, mən səni ona görə sevmirəm ki, damarlarımda qanım qaynayır və məni səni sevməyə çağırır, mən səni ona görə sevirəm və istəyirəm ki, sən mənim deyilsən, ona görə ki sən – o tərəfdəsən, o biri sahildəsən və oradan məni özünə doğru tullanmağa səsləyirsən, ancaq mən tullana bilmirəm, çünki sənə nə qədər sahib olsam da, sən mənim içimdə deyilsən, mən səni tuta bilmirəm, sənin bədənindən, sənin gülüşündən o tərəfi dərk edə bilmirəm və bəzən məni sevdiyinə görə əzab çəkirəm.
***
Mən sözlərin və mürəkkəbin proksenitizmindən qorxuram: dünyanın arxasını yalayan dillər dənizi.
***
Bax belə, hər cümləni ləkələyən namus, namuslu qızlardan ibarət fahişəxana kimidir, əgər belə bir şey mümkündürsə.
***
Bir çoxu məhəbbətin qadın seçib onunla evlənməkdən ibarət olduğunu düşünür. Seçirlər də, and içirəm, gözümlə görmüşəm. Heç məhəbbəti də seçmək olar, məgər məhəbbət səni həyətin ortasında qəfildən yaxalayıb yerə mıxlayan şimşək deyil. Deyəcəksiniz ki, elə ona-görə-də-seçirlər-ki-sevsinlər, mənsə əksinə düşünürəm. Beatriçeni seçmirlər, Cüllettanı da seçmirlər. Axı konsert salonundan çıxanların başına tökülərək onları bir andaca təpədən-dırnağa isladan leysanı da seçmirlər.
***
Yaxşı, cəhənnəm olsunlar, bizə düşünmək lazımdır, məhz düşünmək adlanan şey lazımdır, xüsusilə də: hiss etmək, möhkəmlənmək və ən qısa baş və ya budaq cümləyə qərar verməzdən qabaq nəyin necə olduğunu başa düşmək lazımdır.
***
Söz də vardı (əvvəl Söz vardı) və özünü insan sayan insan vardı.
***
Hər şeyə, hətta utandırıcı şeylərə razı və hazır gözlərimizlə hər şeyi yoxladıq.
***
Qorxuram ki, saxtakarlıqla məşğul olam, bu elə asandır ki. Buradan fikri götürürsən, o biri rəfdən hissi və sözlərin, bu qara qancıqların köməyilə onları birləşdirirsən. Və ümumiyyətlə, belə çıxır ki, mən səni öz bildiyim kimi sevirəm. O cümlədən, səni arzulayıram. Nəticə: mən səni sevirəm. Və mənim bir çox dostlarım beləcə yaşayırlar, hələ arvadlarını sevdiklərinə kor-koranə inanan əmimi və iki əmim oğlunu demirəm.
***
Məhəbbət – alovdur, o, Bütün varlığı seyr edərək əbədi yanmalıdır. Bütün varlığı. Buyur, səndən yenə də axmaq sözlər tökülməyə başladı…
***
Sağollaşarkən biz özümüzü səs-küylü ad günündə dostlaşan və heç cür bir-birindən ayrılmaq istəməyən uşaqlar kimi hiss etdik, valideynlərimiz isə artıq əlimizdən tutub müxtəlif istiqamətlərə dartır, ürək şirin-şirin sancır və sən nəyi gözləyirsən artıq bilirsən ki, onun adı Toni, o birininki isə – Luludur, vəssalam, ürək isə yetişmiş alma kimidir, bir də görəcəksən ki, qopub düşdü…
***
Əgər siz əşyanın adını çəkməsəniz, onu görə bilməzsiniz. Bunun adı itdir, bunun adı evdir.
***
Biz qavrayış formaları haqqında danışmağa başlayan kimi söhbət iki karın mübahisəsinə çevrilir.
***
Sibilla ona daha da bərk qısılmışdı. «İndi növbəti cəfəngiyatı goplayacaq, – Olivyera düşündü. – Ona həmişə əvvəlcə özünü mənə sürtüb, dərisiylə danışmaq lazımdır»
***
Heyif ki, biz soyqırımın nə olduğunu bilirik, ancaq sevgiqırım haqda heç nə bilmirik.
***
Absolyut, – Sibilla çəkməsinin burnuyla daşları gölməçədən-gölməçəyə vuraraq dedi. – Horasio, absolyut nədir?
– Ümumiyyətlə götürdükdə, – Oliveyra dedi, – bu elə bir məqamdır ki, bu vaxt bir şey öz maksimal tamlığına, maksimal dərinliyinə, maksimal mənasına çatır və tamamilə maraqsız olur.
***
Axşam saat doqquzda sükut tanrısı buraya enir, ona həqarət edənə yazıqlar olsun.
***
– Texnika incəsənətə bax belə təsir edir, – Ronald valların içində eşələnərək dedi. – Uzunmüddətli lentlər ortaya çıxanadək artistin cəmi üçcə dəqiqə çıxış etmək imkanı vardı. İndisə hansısa Stən Gets mikrofonun qarşısında düz iyirmi beş dəqiqə dayanaraq kefi istəyən qədər ulayıb nəyə qadir olduğunu göstərə bilir.
***
Gecə qorxuları isə – əsl xəyal ziyafətiydi…
***
Luisa siz öz uşaqlığınızdan danışdınız. Bu mənə ona görə maraqlı deyil ki, bunsuz sizi çayın sahilində qoşa hörüklü və yanaqları qıpqırmızı qızarmış təsəvvür edə bilmirəm. Mənim Transilvaniyadan olan yerlilərim də lənətə gəlmiş Lütesiya iqlimindən saralıb-solanadək belə olurlar.
***
Mən, sadəcə, sizin həyatınız haqqında bir azca çox bilmək, sizin kimi hərtərəfli bir varlığı anlamaq istəyirdim.
– Mənim həyatım haqda, – Sibilla dedi. – Mən heç kefli halımda da onu danışa, sizsə başa düşə bilməzsiniz.
***
Mənim ingilis anam hərdənbir zühur edir, ancaq qarabasma kimi yox, bir az islanıb ləkə düşmüş xatirə kimi, bax belə.
***
Həyat – bizim çata bilmədiyimiz nəsə başqa bir şeyin açıqlaması kimi bir şeydir: o lap yaxındadır, bircə sıçrayış yetər, ancaq biz tullanmırıq.
Həyat – tarixi mövzuda baletdir, tarixsə – yaşanmış fakt haqqındadır, fakt isə real hadisə üzərində yaşanıb.
Həyat – noumenin fotoşəklidir, qaranlıqda sahib olmadır (qadına, xortdana?), həyat – ölümün aradüzəldənidir, parlaq kart dəstidir, mənası unudulmuş və kiminsə podaqralı əllərinin kədərli tənhalıqda payladığı oyun kartladır.
***
Amma çox kədərlidir, Horasio, ona görə ki, gözəldir.
***
Bizi maraqlandıran roman öz personajlarını situasiyaya yerləşdirən deyil, personajlara situasiya təklif edən romandır. Bunun sayəsində sonuncular, sadəcə, personaj olmayaraq, personaya, şəxsiyyətə çevrilirlər. Ekstrapolyasiyaya bənzər bir şeyin vasitəsilə ya onlar bizim yanımıza gəlir, ya biz onlara gedirik.
***
Hər şey başdansovdudur, bala, hər şey e-pi-der-mis səviyyəsində qəbul olunur.
***
Bəps artıq əməlli-başlı keflənmiş və Bessini dinləyərək ağlayırdı, bütün bədəni gah ritmə uyğun, gah da onun əksinə titrəyərək ağlayırdı, boş yataq, sabahkı gün, gölməçələrdə şappıldayan başmaqlar, kirayə haqqını ödəməyə pul olmayan otaq, qocalmaq qorxusu, yatağın ayaq tərəfindəki güzgüdə əks olunan kül rəngli dan yeri haqqında blyuzdan (ah, bu blyuzlar həyatın bitib-tükənməyən kədəridir) ayrılmamaqçün hönkürtüsünü boğaraq ağlayırdı.
***
Maraqlıdır: uşaq vaxtı evdə elə hey böyüklərlə – nənəmlə, bacılarımla, bütün geneoloji sələflərimlə cırmaqlaşırdım; bilirsən niyə? Boş-boş şeylər üstündə, həm də ona görə ki, qadınlar üçün onların məhəlləsində baş verən istənilən ölüm, ya da özləri dedikləri kimi, istənilən əcəl cəbhədəki istənilən hadisədən, zəlzələdən, on minlərlə adamın öldürülməsindən və sairədən daha əhəmiyyətlidir.
***
Sən Platonu, kilsə xadimlərini və klassiklərin hamısını başdan-ayağa oxuya bilərsən, dərk olunandan artığını bilərsən, ancaq bir də görürsən ki, ağlasığmaz dərəcədə axmaqlaşmısan: başlamısan savadsız anana ilişməyə və əsəbiləşməyə ki, nə var-nə var yazıq qadın qonşuluqda yaşayan hansısa bədbəxt bir rusun, ya da kiminsə bibisi qızının ölümünə görə həddindən artıq həyəcan keçirir. Sənsə Bab-əl-Məndəbədə baş verən zəlzələdən, yaxud Vardar-İnq rayonuna hücumdan bəhs edərək onun zəhləsini tökürsən, istəyirsən ki, zavallı qadın İran ordusunda üç qoşun növünün ləğv edilməsinə görə əzab çəksin, halbuki bu onunçün tam mücərrəd bir şeydir…Əslində isə, məsələ aydındır: göz görmür, ürək bulanmır… Lütfən deyin, qoca qarılara bizim üfunətli puritan kretinizmi yedirməyə nə lüzum var?
***
Təsəvvür edirsiniz, bu cür boş şeylərə seçim necə böyükdür, bunların tədqiqi və dərindən öyrənilməsi necə böyük perspektivlər açır?! Yalnız dırnaqtutan qayçıların tarixini öyrənmək üçün iki mindən artıq kitab oxumalısan ki, bu peredmetin 1675-ci ilədək mövcud olmadığına tam əmin olasan. Sonra hansısa Maqunsiyada kimsə dırnağını kəsən qadının şəklini çap edir. Qayçıyla deyil a, nəsə başqa bir şeylə. XVIII əsrdə Filipp Mak-Kinni adlı biri Baltimorda ilk yaylı qayçıları patentləşdirir: ura, problem həll olundu, istənilən qalınlıqda və tez uzanan ayaq dırnaqlarını tutmaq olar, qayçını axıradək sıx, sonra özü avtomatik olaraq açılacaq. Əsərlərin adı olan beş yüz kartoteka kartı və il boyu iş var. Bəlkə, vintin kəşfi ilə məşğul olaq, ya da VIII əsr pali ədəbiyyatında “gond” felinin işlənməsi ilə…
***
Biz çayın sahilində həyəti olan böyük bir evdə yaşayırdıq. Yaxşı yadımdadır, o zaman mənim həmişə on üç yaşım vardı. Mavi səma, on üç yaş və çəpgöz müəllimə.
***
– Danış, ətraflı danış, – Oliveyra dedi.
– Vacib deyil, ümumi fikir yetər, – Qreqorovius dedi.
– Ümumi fikirlər olmur, – Oliveyra dedi.
***
Həmişəki kimi, bir şey qəribədir – forma ilə məzmun arasındakı iblisanə ixtilaf. Sənin danışdığın hadisə mexanizm etibarilə yüngül müqavimət və bəlkə də, müəyyən aqressivlik istisna olunmaqla iki sevgili arasında baş verən halla tamamilə üst-üstə düşür.
– İkinci fəsil, dördüncü bölmə, paraqraf A, – Oliveyra dedi.
– Şanlı xatirələr üçün münasib sərlövhə, – Oliveyra stəkanını qaldıraraq dedi.
Sənəsə, gözəlim, gerontoloji bir klinika tapmaq lazım olacaq. Bir Osipə bax, sən onu öz sevimli xatirələrinlə iyirmi yaş cavanlaşdırmısan.
– O özü xahiş etdi, – Sibilla incidi. – Əvvəl xahiş edirlər, sonra isə xoşlarına gəlmir.
***
Bəzən çoxdan vəfat etmiş insanların sözü ilə həyatda olanların fikirləri üst-üstə düşür (əgər sonuncular, doğrudan da, diri, o birilər ölüdürlərsə).
***
Ağlına pafoslu fikirlər, onun fikrincə düz hədəfə dəyən şeirlərdən misralar gəldi. Məsələn, bir tərəfdən: «I ain’t nobody, and nobody cares for me» – deyə düşünsə də, qətiyyən belə deyildi, çünki buradakılardan ən azı ikisinin onun ucbatından kefi pozulmuşdu…
***
Əgər əsərin həcmi və üslubu müəllifin ümumi nəticə çıxarmaq səviyyəsinə qalxmaq istəməsi fikrini oyatmağa başlayırsa, dərhal göstərmək lazımdır ki, onu tamamilə əks bir şey – əhəmiyyətsiz nəticələrlə qalmaq təhlükəsi gözləyir.
***
– Horasio – fırtınada bir udum sudur.
***
– O gərək madam Leoninin azca içəndən sonra haqqında danışdığı zamanlarda doğulaydı. O vaxt insanlar həyəcanlanmaz, əsəbiləşməzdilər, tramvayları elektrik enerjisi deyil, atlar çəkərdi, müharibələr isə savaş meydanlarında aparılardı. O zamanlar hələ yuxusuzluğa qarşı həblər də yoxmuş…
***
Elə qəribə şeylər danışırdı ki, guya ki, mahiyyətini bilmədiyin şeylərdən, kiminsə nəyisə toxtatmaq üçün fikirləşdiyi şeylərdən istifadə etmək ziyanlıdır…
***
– Bax, siz neçə dəfə «şey» sözünü işlətdiniz, – Qreqorovius dedi. – Allah bilir, bu necə sözdür, ancaq Horasioya nə olduğunu izah etməyə yarayır. Tamamilə aydındır ki, o, şeyləşdirmənin qurbanıdır.
– Şeyləşdirmə nədir? – Sibilla soruşdu.
– Kifayət qədər xoşagəlməz duyğudur: bir şeyi dərk etməmiş, onu dağıtmağa başlayırsan. Mücərrəd və hətta alleqorik dildən istifadə etdiyimə görə təəssüf edirəm, ancaq sizə deməliyəm ki, Oliveyra, yumşaq desək, onu əhatə edən hər şeyi – yaşadığı dünyanı, bəxtinə düşən hər nə varsa, hamısını basıb əzməyə patoloji olaraq meyillidir. Bir sözlə, mövcud vəziyyət onu çox sıxır. Daha dəqiqi: dünyadakı hər şey ona əzab verir.
***
Bir var emosiya verən musiqi, bir də var musiqiyə bənzəməyə çalışan emosiya. Atanın iztirablarını fa-diyezdə ifadə etmək – sarı-bənövşəyi-qara rənglərlə sarkazm yazmaq kimi bir şeydir. Yox, dostum, incəsənət ya bundan əvvəl, ya da sonra başlanır, ancaq bununla yox.
***
Artıq axşam düşdüyündən onlar özlərini öpməyə icazə verirlər və bu zaman «The blues cith a feeling»” qoyulur və heç kəs rəqs etmir, sadəcə, dayanıb yırğalanırlar, ancaq qəlblər narahatdır, natəmiz və iyrəncdir və istisnasız olaraq hər kəs əlini qızının kürəyində nəvazişlə gəzdirərək onun zərif lifçiyini soyundurmaq arzusunu sınaqdan keçirməyə başlayır, qızlarsa ağızlarını azca aralayıb dadlı qoxuya və gecəyə təslim olurlar və birdən truba özünü araya soxur və bütün kişilərin əvəzinə bircə hərarətli frazayla bütün qızları dəlib keçir və onlar çalınmış ot kimi tərəf müqabillərinin qucağına düşürlər və artıq heç bir şey yoxdur, yalnız hərəkətsiz qaçış, gecənin qaranlığına hava sıçrayışı var. Sonra royal onları yavaş-yavaş özlərinə gətirir, əldən salınmış, sakitləşdirilmiş və əvvəlki tək ismətli – növbəti şənbəyədək; və bunlar hamısı musiqidir.
***
Caz isə quş kimidir, uçur, uçub gəlir, uçub gedir, uçub köçür, heç bir hüdud və sərhəd tanımadan; caz heç bir gömrük nəzarətinə tabe olmadan bütün dünyanı gəzir və bu gün axşam Vyanada Ella Fitscerald oxuyur, eyni vaxtda Parisdə Kenni Klark hansısa «cave»1ni açır, Perpinyanda isə Oskar Pitersonun barmaqları klavişlərin üzərində gəzir və hər yerdə – Birmingemdə, Varşavada, Milanda, Buenos-Ayresdə, Cenevrədə, bütün dünyada – Satçmo ona bu istedadı bəxş edən tanrı kimi hər yerdə hazırdır və nə olursa-olsun, o olacaq, yağış kimi, çörək kimi, duz kimi, sarsılmaz ənənələrə və milli dayaqlara, müxtəlif dillərə və özünəməxsus folklorlara baxmayaraq, sərhəd tanımayan bulud kimi, hava və su kəşfiyyatçıları kimi, formanın proobrazı kimi, hər şeyə qədər və hər şeyin altında olan bir şey kimi, meksikalıları norveçlilərlə, rusları ispanlarla barışdıran bir nəsnə kimi hər şeyi yenidən unudulmuş, bilinməyən, əxlaqsız və qəzəbli daxili bir yanğıya kökləyir, uzun müddətə olmasa da, onları xəyanət etdikləri qaynaqlara qaytarır, göstərir ki, bəlkə də, başqa yollar da varmış və onların seçdiyi yol, yeganə və yaxşı yol deyilmiş, bəlkə, başqa imkanlar da varmış və onların seçdiyi yaxşı olsa da, hər halda, başqa yollar da varmış və bu yolları keçmək fərəhliymiş, ancaq onlar bu yolla getməyiblər, yaxud gediblərsə də, lazımi qaydada getməyiblər və insan olmaq həmişə, sadəcə, insan olmaqdan çox, insan olmaqdan azdır; çoxdur ona görə ki, canında cazın dediklərini, üstündən keçdiklərini, hətta sezdiklərini gəzdirirsən, azdır ona görə ki, insan bu azadlığı estetik və mənəvi oyuna, özünün miskin fil və ya at roluyla məhdudlaşdığı şahmat oyununa çevirib, onu məktəblərdə öyrədilən azadlığın tərifinə bağlayıb, o məktəblərdə ki, orada heç vaxt uşaqlara reqtaymın birinci taktını, blyuzun birinci frazasını və sairəni və ilaxıranı öyrətməyiblər və öyrətməyəcəklər də.
***
Cazologiya – deduktiv elmdir və səhər saat dörddən sonra yaxşı mənimsənir. Məsləhət hörmətli cənablar və ruhanilər üçün faydasızdır.
***
Qreqoroviusu, fərqli fəaliyyət göstərən güclər agentini Morellinin bir yazısı çoxdan düşündürürdü: «Reallığa, yaxud reallığın mümkün ipostasiyasına girərək hiss edirsən ki, ilk vaxtlarda ən mənasız absurd kimi görünən şey başqa absurd formalarla qarışaraq və ya müxtəlif növ parçaların üzərində mükəmməl rəsm görünməyənədək qarışmayaraq yavaş-yavaş məna kəsb etməyə başlayır, bu məna yalnız əvvəlki ilə cəsarətsiz müqayisədə mənasız və ya sərsəmləmə, yaxud da anlaşılmaz görünə bilər. Əcəba, çox lovğalanmaqla günaha batmıram ki? Psixologiyadan imtina etmək və eyni zamanda, oxucunu (doğrudur, müəyyən oxucuları) öz daxili aləminlə, öz şəxsi təcrübənlə və düşüncələrinlə tanış etməyə cəsarət etmək… Mənim oxucumun körpüləri, ara birləşdiriciləri, səbəb əlaqələri çatışmayacaq. Hər şey ümumi görkəmdədir: əməllər, toplanan güclərin nəticələri, partlayışlar, qəzalar, təhqirlər. Harada ki, ayrılma olmalıdır – divarda şəkil var; qışqırıq yerinə – qarmaq var; ölüm mandolina triosuna çevriləcək. Ancaq bu elə ayrılıqdır, qışqırıq və ölümdür, lakin kim yerindən tərpənməyə, özündən çıxmağa, olduğu mərkəzi tərk etməyə razıdır? Romanın zahiri formaları dəyişib, ancaq qəhrəmanları elə həminkilərdir – Tristan, Cen Eyr, Lafkadio, Leopold Blum, küçədəki adamlar, evdəki, yataqdakı adamlar, xarakterlər. Ulrix (more1 Müzil), yaxud Molloy (more Bekket) qəhrəmanlara minlərlə Darli (more Darrel) tapılar. O ki qaldı mənə, onda soruşuram, görəsən, mənə haçansa məni maraqlandıran əsl və yeganə personajın oxucu oluğunu hiss etdirmək nəsib olacaqmı, yəni mənim yazdıqlarımdan nəsə onu dəyişə, yerindən tərpədə, heyrətləndirə, özündən çıxara biləcəkmi?
***
Pilləkən meydançasına çıxıb aşağı düşmək, tək düşmək, küçəyə çıxmaq, tək çıxmaq və getmək, tək getmək, tinədək getmək, tənha tinədək, Maksın kafesinədək, tənha Maksın, Belşaz küçəsindəki fənərədək, tənhalığa… tənha olduğun yerə. Ola bilsin ki, artıq bu dəqiqədən təksən.
***
Və yenidən sevişəsən, ancaq elə edəsən ki, Sibillanın da xoşuna gəlsin, yalnız ona görə yox ki, birlikdə olub sonra heç bir şey olmamış kimi hərə bir tərəfə getsin, çünki münasibətlərin bu cür səthi olması, hər şeydən öncə, həqiqətən, yaxın olmağa istənilən cəhdin faydasızlığını ört-basdır edir – belə yaxınlığa yalnız alqoritmlər əsasında fəaliyyət göstərən marionetlər, kobud desək, öyrədilmiş itlər və polkovnik qızları qadirdir.
***
Ağılla dərk etmək mümkün deyil, möcüzə kimi qəbul etmək lazımdır. O zaman itirilmiş cənnəti yenidən əldə etmək haqqında niyə düşünməyək: ola bilməz ki, burada olaq, ancaq mövcud olmayaq.
***
Horasio, gəlin əvvəlcə şaquli vəziyyət alıb küçəyə çıxmağa çalışaq və əlimizi ürəyimizin üstünə qoyub özümüzə sual verək (əlimizi ürəyimizə? Yoxsa dişimizi dişimizə – bir sözlə, nəsə bunabənzər bir şey. Toponimiya, toponimiya-anatomiya, iki cilddə, illüstrasiyalarla), – sual verək ki, bu işin qulpundan yapışmağa dəyərmi, əgər dəyərsə, o zaman yuxarıdan, yoxsa aşağıdan…
***
Bəlkə də, belə yaxşıdır, dalğın və fikri dağınıq və heç bir şeyə xüsusi diqqət yetirmədən süngər kimi canına çəkməmək, çünki yaxşıca, düzgün nəzərlərlə baxdıqda hər şeyi süngər kimi özünə hopursan.
***
Hər yanda səliqəsizlik hökm sürür, otaqlara yayılırdı, ordan-burdan kirli saç kilkələri sallanırdı, gözlər şüşə kimi parlayırdı, heç bir kombinasiya olmasa da, əllər kartla doludur və hara baxsan, hər yerdə əvvəli və axırı bilinməyən imzasız məktublar, masaların üzərində soyumuş şorba dolu boşqablar, döşəməyəsə alt tumanları, çürük almalar, çirkli bintlər səpilib. Bütün bunlar artaraq, böyüyərək, çoxalaraq əcaib bir musiqiyə çevrilmişdi, bu onun qüsursuz qohumlarının tərtəmiz mənzillərində hökm surən məxməri sakitlikdən də qorxuluydu, ancaq keçmişin hətta köynəyinin düymələrini tapa bilmədiyi, indinin isə ülgüc gül dibçəklərindən birinin dibində unudulduğundan şüşə qırığıyla təraş olduğu bu qarmaqarışıqlığın ortasında, istənilən küləkdə fırlanmağa hazır yelqovan timsalı zamanın ortasında insan sinə dolusu nəfəs alır və onu əhatə edən səliqəsizliyi görərək hədsiz dərəcədə təbii yaşadığını hiss edir və özündən bütün bunların bir mənası varmı deyə soruşur.
***
Yəqin ki, ağılsızlıqdan keçərək kamala yetmək olar, əgər bu onsuz da ağılsızlıqdan məhv olacaq həminki kamal deyilsə.
***
– Siz əsl buenos-ayreslisiniz, əsnəyirsiniz, onlar sizi aldadacaqlar.
Çalışaram əsnəməyim.
Yaxşı olar.
***
– Deyəsən, səni başa düşürəm, – onun saçlarını sığallayan Sibilla dedi. – Sən nə axtardığını özün də bilmirsən. Heç mən də, mən də bilmirəm bu nədir. Ancaq başqa-başqa şeylər axtarırıq.
***
Bütövlük, əlbəttə, başa düşürəm bütövlük nədir. Sən demək istəyirsən ki, sənin həyatında hər şey bir-birinə birləşməlidir ki, sonra hər şeyi eyni vaxtda və bir yerdə görə biləsən. Elə deyil.
– Az-çox, – Oliveyra razılaşdı. – Çox qəribədir, mücərrəd məfhumlar sənə çox çətin çatır. Bütövlük, çoxluq… Sən onları elə-belə, misal gətirmədən dərk edə bilmirsən. Əlbəttə, bilmirsən. Gəl baxaq: sən öz həyatını bütöv təsəvvür edirsən?
– Yox, məncə, yox. O, hissəciklərdən ibarətdir, ayrı-ayrı xırda həyatcıqlardan.
– Ancaq sən bir-bir onların içərisindən keçmisən, bu sap bu yaşıl daşların içindən keçdiyi kimi.
***
Oliveyra, demək olar ki, sağlam düşüncənin bu cür kobud hücumuna valeh olmuşdu.
***
Tənha və kədərli olanlar üçün vətənimiz Argentinanın hədiyyəsi.
***
Problem hətta qəhrəman, müqəddəs, cinayətkar, boks üzrə çempion, məşhur adam və ya dini rəhbər olmadan öz bütövlüyünü anlamaqdadır. Bütövlüyü onun bütün çoxcəhətliliyi ilə, eyni zamanda çökmüş, soyumuş, içilib qurtarmış mate kimi deyil, coşub-qaynayan girdab kimi anlamaq lazımdır.
***
Halbuki onların bütövlüyü ondan ibarət idi ki, bu adamlar öz ana dillərinin çərçivəsindən və erkən skleroz nəticəsində zədələnmiş xarakterlərindən kənara çıxa bilmirlər.
***
O isə qəddar düşmənin yanına qaçıb ondan kömək ummaq və onun vasitəsilə azad ola biləcəyi yerə getmək istəyirdi ki, bəlkə, sonrasını tək getsin – necə və nə cür, aydın gecədə, yoxsa tutqun gündüzdə? – öz-özü və mövcud olduğu gerçəkliklə son barışığa. Sözdən istifadə etmədən sözə gəlmək (bu necə də uzaq, necə də inanılmazdır), ağlın gücündən istifadə etmədən bütövlüyün dərinliyinə enmək…
***
Oliveyranın isə bütün günü ağzından iyrənc dad getmirdi, çünki Ronalda «yox» demək, bunu öz-özünə deməkdən qat-qat asan idi. O yalnız bircə şeyə əmin idi: satqınlıq eləmədən tabe olduğu və Parisə gəldiyi gündən içində yaşadığı passiv gözləmədən imtina etmək olmaz. Yüngül fədakarlığa uyaraq küçələrə plakat yapışdırmağa yollanmaq onunçün fani dünya işlərindən idi; hər şey, sanki, onun cəsarətini böyük suallara tapdığı cavablardan daha yüksək qiymətləndirəcək dostlarla münasibət planına keçirdi. O hər şeyi mənasız-zaman və mütləq nöqteyi-nəzərdən ölçərək birinci halda səhv etdiyini və hədəfi ikincidə vurduğunu hiss etdi.
***
Hər şey qaydasındadır, bəli, etiraf etmək lazımdır, onun xarakteri ayaqqabı altı kimidir.
***
Başqasının hesabına həmişə müqəddəs olmaq olar və s. və i.a.
***
O kəslər xoşbəxtdirlər ki, tarixdə yaşayıb ölüblər. Fədakarlıq, demək olar ki, həmişə dini köklərə malik fəaliyyət xarakteri daşıyır. Xoşbəxt o kəslərdir ki, ona yaxın olanı özü kimi sevib. Hər necə olsa da, Oliveyra öz «mən»i üçün bu yolu inkar edirdi. Başqasının ağılına bu xeyirxah soxulma, nəticə etibarilə onu atanı zənginləşdirəcək, ona insanlıq və müqəddəslik verəcək bu ontoloji bumeranq nəyə lazımdır.
***
Bu adamların ictimai fəaliyyəti ciddi şəkildə alibiyə və bəhanəyə söykənirdi, bu eynilə həyatda zəruri olan işlərlə məşğul olmaq istəməyən analar üçün uşaqların tez-tez bəhanəyə çevrilməsinə bənzəyirdi, erudisiya və gözlərin ətrafındakı halqalar isə qonşu məhəllədə yerləşən həbsxanada günahsız insanların edam olunmasını görməmək üçündür.
***
Saxtakar fəaliyyət, demək olar ki, həmişə diqqəti cəlb edib və hörmətə layiq bilinib, şərəfləndirilib, sonda isə – at heykəli şəklində abidə olub.
***
Satqınlıq, hər zamankı kimi, əyalətin xeyrinə mərkəzdən imtina olub və eyni fəaliyyətlə məşğul olan başqa insanlara qarşı gözəl və fərəhli qardaşlıq duyğusu oyandırıb.
***
Bir halda ki, belədir – iştirak edib günaha batmaqdansa, etmədən günaha batmaq yaxşıdır.
***
Bəzən birdən-birə bəzi rəsmlər, bəzi qadınlar, bəzi şeirlər ona ümid verirdilər ki, nə vaxtsa o da özüylə barışa biləcəyi və özünə qarşı bu cür nifrət və inamsızlıq duymayacağı xoşbəxt zonaya gedib çıxacaq. Onun böyük bir üstünlüyü vardı – ən pis qüsurları, bir qayda olaraq, ona hələ yol olmayan, fəqət əsl yola doğru həqiqi yaxınlıq axtarışlarında kömək edirdi. «Mənim gücüm – mənim zəifliyimdədir, – Oliveyra düşündü. – Ən böyük qərarları mən həmişə qaçmağımı ört-basdır edərək qəbul etmişəm».
***
Onun bütün sevgi macəraları belə başa çatırdı, – ya da sadəcə, yavaş-yavaş çıxıb gedirdi, eynilə, məsələn, dostunu daha az-az yoxlamağa, hansısa şairi daha az oxumağa, kafeyə getməməyə başladığın kimi – bir sözlə, sənə yaxınlaşan bir şeyi yavaş-yavaş irəli buraxırsan ki, ağrılı olmasın.
***
Əgər yalnız bu qeyri-bədnam ziddiyyət ruhu özünü bildirirsə, çağırış və fəaliyyət üçün niyə darıxırıq?
***
Sonra anladı ki, onun sevgisindəki şey saf deyil, çünki özündə bu ümidi saxlayır, eyni zamanda həqiqətən sevən sevgidən başqa heç nə gözləmədən sevir və günün daha da maviləşməsini, gecənin daha da şirinləşməsini, tramvayın isə daha az narahat olmasını kor-koranə qəbul edir. «Mənsə hətta şorba yeməyi də dialektik prosedura çevirməyi bacarıram», – Oliveyra düşündü.
***
Əvvəlcə qadınlar həmişə ona valeh olurdular (o valehedici idi), heyran olurdular (o da onlara vurulurdu), sonradan nəsə onları boşluqdan şübhələnməyə sövq edirdi. Onlar geriyə atılır, o isə qapını açmaqla onların qaçışını asanlaşdırırdı: qoy gedib başqa yerdə oynasınlar. İki halda o azca rəhmə gəldi və onlara illüziyalar buraxmadı ki, onu başa düşsünlər, ancaq nəsə ona gizlicə söyləyirdi ki, bu mərhəmət həqiqi deyil və daha çox onun şəxsi eqoizminin, tənbəlliyinin və vərdişlərinin bayağı təzahürünə bənzəyirdi. «Mərhəmət məhv edir», – Oliveyra düşünür və onları buraxırdı, sonra isə tezliklə unudurdu.
***
Əvvəlcə zəncidən başla.
– Hə, – Sibilla düz onun gözlərinə baxaraq dedi. – Əvvəlcə zənci, sonra isə Ledesma.
– Əlbəttə ki, sonra Ledesma.
– Bir də karnaval vaxtı gecə tindəki üç nəfər.
– Başlanğıc üçün, – Oliveyra mateni uzadaraq dedi.
– Bir də otel sahibinin qardaşı müsyö Visent.
– Axırda.
– Bir də parkda ağlayan əsgər.
– Bu da varmış.
– Bir də ki, sən.
– Axırda mənim də siyahıya salınmağım qaranlıq fikirlərimi təsdiq edir. Amma siyahının tam olması üçün gərək Qreqoroviusu da ora salaydın.
***
– Bunu mənə niyə deyirsən?
– Mənə belə lazımdır.
– Sənə lazımdır. Sən həmişə özünə lazım olanları axtarırsan.
– Əzizim, – Oliveyra nəzakətlə dedi, – göz yaşları matenin dadını korlayır, bunu hamı bilir.
– Mənim ağlamağım da yəqin sənə lazımdır.
– Hə, özümü günahkar saydığım dərəcədə.
– Çıx get, Horasio, belə daha yaxşıdır.
– Ola bilər. Diqqət et: indi getmək – demək olar ki, qəhrəmanlıqdır, çünki səni pulsuz-parasız, xəstə uşaqla tək qoyub gedirəm.
– Hə, – Sibilla göz yaşları içində ümidsizcəsinə dedi. – Elədir, demək olar ki, qəhrəmanlıqdır.
– Ancaq mən qətiyyən qəhrəman deyiləm, ona görə də hesab edirəm ki, hər şey aydınlaşana qədər qalsam yaxşı olar, görək mənim bəlağətli danışmağı sevən qardaşım nə deyəcək.
– Qalırsan, qal.
– Bəs sən nəyə görə bu qəhrəmanlıqdan imtina etdiyimi və bunun mənə nəyin bahasına başa gəldiyini başa düşürsən?
– Əlbəttə.
– Onda de görüm niyə getmirəm.
– Ona görə getmirsən ki, yetərincə burjuysan və düşünürsən ki, getsən, Ronald, Bəps və başqaları buna nə deyər.
– Tamamilə doğrudur. Yaxşı ki, başa düşürsən: bunun sənə qətiyyən dəxli yoxdur. Mən birgə məsuliyyətə görə qalmıram, sənə acıdığımçün, yaxud Rokamadura əmzik verməkçün də qalmıram. Ya da ki, guya, bizi bir-birimizə nəsə bağlayır.
***
– Gəl Osipə qayıdaq…
– Bəsdir səfehlik elədin, Horasio, sənə deyirəm ki, onunla yatmamışam. Yoxsa mən müqəddəslərə and içməliyəm.
– Lazım deyil, deyəsən, axırda sənə elə-belə də inanmalı olacağam.
– Bir də ki, – Sibilla dedi, – mənə elə gəlir ki, Osiplə yatmalı olacağam, ona görə ki, sən bunu çox istəyirsən.
– Bu tip doğrudan da, sənin xoşuna gələ bilər?
– Yox. Sadəcə, həyatda hər şeyin əvəzini ödəmək lazımdır. Sənin mənə bir qəpiyin də lazım deyil, ancaq Osiplə elə-belə olmaz, ondan almaq, özünü isə həyata keçməyən arularla qoymaq lazımdır.
***
Hə, mərhəmətli olmaq mənim məziyyətlərimə daxıl deyil.
***
Biz heç vaxt bir-birimizi sevməmişik, – Oliveyra onun saçlarını öpə-öpə dedi.
– Mənim əvəzimdən danışma, – Sibilla gözlərini yumub dedi. – Sən mənim sevib-sevmədiyimi bilə bilməzsən. Hətta bunu da bilə bilməzsən.
– Məni bu qədər kor hesab edirsən?
– Əksinə, bir az kor olmaq sənin xeyrinə olardı.
– Hə, əlbəttə, dərketmə əvəzinə toxunma, çünki instinkt ağıldan uzağa gedir. Qəlbin dərinliklərinə sehrli yol.
***
Etiraf edirəm: mənim rəfiqələrimdən heç biri hələ intihar etməyib, baxmayaraq ki, bu mənim qüruruma ölümcül zərbədir.
***
Özümü öldürə bilmək düşüncəsi daim mənə təsəlli verir.
***
Mən dərhal başa düşdüm ki, sənin mənə ehtiyacın yoxdur. Biz bir-birimizi sevirdik, bu, sonata çalmaq üçün iki musiqiçinin bir-birinə yaxınlaşmasına bənzəyirdi.
– Sənin danışdıqların çox gözəldir.
– Belə də olub: royal – özününkü, skripka da özününküdür və birlikdə sonata alınır. Ancaq gördüyün kimi, əslində, biz bir-birimizi tapa bilməmişik. Mən bunu dərhal başa düşdüm, Horasio, ancaq sonatalar çox gözəl idi.
***
O ki qaldı kimin özünü boğmasına, bu adam mənəm, ay səfeh. Ancaq söz verirəm ki, son anda səni xatırlayacağam, mənim əzizim, qoy rəngli cildi olan ucuz roman kimi bir az sentimental olsun.
***
Mən əclafam, – Oliveyra dedi. – Qoy buna görə cəzamı çəkim. Bundansa öz oğluna ağla, bəlkə də, o ölə bilər, ancaq mənə görə hədər yerə göz yaşları tökmə. İlahi, Emil Zolyadan bəri belə səhnə olmamışdı. Xahiş edirəm, burax məni.
– Nəyə görə? – Sibilla döşəmədən qalxmadan it kimi ona baxaraq dedi.
– Nə – nəyə görə?
– Nəyə görə?
– Hə, sən soruşursan ki, bütün bunlar nəyə görədir. Get öyrən, mənə elə gəilr ki, bunda nə sənin, nə də mənim elə bir günahımız yoxdur. Sadəcə, biz hələ böyüməmişik, Lusia. Bu – yaxşı bir şeydir, ancaq onun əvəzini vermək lazımdır. Uşaqlar kimi: oynayırlar, oynayırlar, sonra bir-birinin saçından yapışırlar. Yəqin ki, bizdə də bunabənzər bir şeydir. Bu barədə düşünmək lazımdır.
***
Əslində, qırx yaşdan sonra bizim əsl sifətimiz boynumuzun ardındadır…
***
Bu qədər qəhvə içəndən sonra canından bezib elə indicə özünü asmaq istəyəndə kitabın doxsan altıncı səhifəsini açıb müəlliflə söhbət etməkdən başqa çarən qalmırsa, bu duruma düşmək kədərlidir.
***
Əngəl bundadır ki, təbii və həqiqi, nədənsə, birdən-birə düşmənə çevrilir, vaxt gəlir və təbii olan da dəhşətli saxtakarlıq kimi səslənməyə başlayır, iyirmiyaşlıların həqiqətilə qırxyaşlıların həqiqəti bir-birini dirsəkləriylə itələməyə başlayır və hər bir dirsəkdə paltarı cıran ülgüc var. Mən eyni zamanda mövcud olan və bir-birindən fərqli dünyalar açıram, hər dəfə də daha çox şübhələnirəm: ən pis illüziya uzlaşma şəraitində olmağın mümkünlüyünü düşünməkdir.
***
Bugünkü gün məni öz ağuşuna alır, ancaq mən ona dünəndən baxıram.
***
Nə edəsən? Bu nəhəng səliqəsizliyin ortasında mən özümü yenə də yelqovan kimi hiss edirəm, bu qədər fırlanandan sonra, nəhayət, şimalla cənubun harada olduğunu göstərməyin vaxtıdır. Kiməsə yelqovan deməkdən ötrü o qədər də güclü fantaziya tələb olunmur: deməli, onun fırlandığını görürsən, ancaq milinin yelkən kimi hava axınına qarışaraq havayla dolmaq istəməsini görmürsən.
***
Hər şey bitib, mənsə burada boş-boş avaralanıram, fırlanır, fırlanıram, şimalın harada, cənubun harada olduğunu axtarıram, əgər ancaq bunları axtarıramsa. Əgər yalnız bunları axtarıramsa. Əgər bu deyilsə, bəs, əslində, nədir? Ah, məhəbbətim mənim, mən səninçün darıxıram, sənsiz mənim dərim ağrıyır, sənsiz boğazım göynəyir, mən boğuluram və sanki, köksüm boşluqla dolur, çünki artıq orada sən yoxsan.
***
Və hər dəqiqə mən daha az hiss edir, daha çox xatırlayıram, bu xatirələr duyğuların dili deyilsə, bizə fellərlə, sifətlərlə, nitq hissələriylə qayıdan şəxslərin, günlərin, qoxuların lüğəti deyilsə, bəs nədir? Və sakitcə xalis həqiqi olana yaxınlaşdıqca tədricən özləri də əşyalaşırlar və zaman keçdikcə onlar, həmin sözlər keçmiş duyğuların əvəzinə bizə qəm-qüssə gətirir, yaxud dərs verir, bizim mövcudluğumuzun özü keçmişi əvəz edənə qədər.
***
Məgər biz həmişə belə yaşamamışıq və bir-birimizi sevərək yaralamamışıq?
***
Mən bu çayları təsvir, tərif edirəm, o isə onlarda üzür. Mən onları axtarıram, onları tapıram, onlara körpüdən baxıram, o isə onlarda üzür.
***
Görünməmiş mühakimə, elə bir mühakimə ki, öz əlinlə məhkəmə quracaqsan, elə bir mühakimə ki, səninçün universitet küçələr olub, elə bir mühakimə ki, mənə baxmağın kifayətdir ki, qarşında olum, özü də çılpaq, elə bir mühakimə ki, sən belə yöndəmsizsən, belə uğursuzsan və fərsizsən, tayı-bərabəri olamayan gicbəsərsən. Bütün bunlara görə mən bütün biliyimlə, universitet təlim-tərbiyəsi görmüş bütün çürümüş və axtalanmış içalatımla bu acı həqiqəti dərk edirəm – bütün bunlar – mühakimədir.
***
Məni ora körpələrə laylay çalan qadın əlləri aparacaq, cəza gözləyir, saxta qayda-qanun gözləyir, orada mən təkbaşıma özündənrazılıq elmini, özünüdərketmə elmini, şüur elmini dərk edəcəyəm. Bütün bu elm və bilik kütləsini anlayandan sonra nədən ötrüsə bərk darxacağam, məsələn, yağışdan ötrü, burada, bu kiçik dünyada yağacaq yağışdan, ən nəhayət, yağacaq o yağışdan ötrü ki, torpaq qoxusu gəlsin, canlı, axır ki, nəsə canlı bir şeyin ətri duyulsun.
***
Öz-özlüyündə mesaj yoxdur, elçilər var, mesaj da elə onlar özləridir, sevən kəsin sevgisi kimi
***
Qərbin bütün seçkin əsərləri kimi roman da qapalı struktura malikdir. Buna qarşı qətiyyətlə çıxaraq strukturu açmaq imkanları tapmaq, bununçün xarakter və situasiyaların
sistematik konstruksiyalarını kökündən baltalamaq. Metod: ironiya, öz-özünə qarşı daimi tənqidi baxış, inkonqruyentlik, heç kəsə tabe olmayan təxəyyül.
***
Hər yazıcı, bir qayda olaraq oxucudan öz şəxsi təcrübəsi nöqteyi-nəzərindən onu başa düşməsini, yaxud müvafiq mesajı anlamasını və öz təcrübəsinə tətbiq etməsini umur. Romantik yazıçı istəyir ki, onu birbaşa və ya qəhrəmanları vasitəsilə anlasınlar; klassik realizm üslubunda yazan yazıçı isə öyrətmək, tarixdə iz buraxmaq istəyir.
Üçüncü imkan: oxucunu şərik, yol yoldaşı etmək. Onları eyni vaxtda birləşdirmək, çünki mütaliə oxucunun vaxtından alıb müəllifin vaxtına verir. Beləliklə, oxucu həmin andaca və həmin formadaca yazıçının keçirmiş olduğu təcrübəyə acıyan yoldaş olur. Bütün estetik fənlər bu durumda faydasızdır: materiya köhnəlməli və yetişməlidir, mütləq həyat təcrübəsi lazımdır.
***
Bu oxucu üçün, «mon semblable, mon frere»(mənim yaxınım, mənim qardaşım), komik roman (bəs «Uliss nədir»?) adi hadisələrin arxasında daha ciddi mətləblərin gizləndiyi və bizim həmişə anlaya bilmədiyimiz yuxu kimi olmalıdır. Bu mənada komik roman qeyri-adi dərəcədə sadə olmalıdır: o, oxucunu yoldan çıxartmır, emosiyaları və ya digər duyğuları cilovlamır, lakin ona inşaat materialı, palçıq verir ki, onun üzərində qəlibə salınmalı şeyləri yalnız ümumi şəkildə nişanlamaq olar və ola bilər ki, özündə individual deyil, kollektiv yaradıcılığın nəticəsi olan nəyinsə izlərini daşıyr. Daha dəqiq desək, bu arxasında sirr gizlənən qapılı-pəncərəli fasada bənzəyir, həmin sirri oxucu özü axtarıb tapmalıdır (şəriklik də elə bundadır), amma axtarmaya da bilər (belə olduğu halda – onun dərdinə şərikik). Roman müəllifinin özü üçün əldə etdiyi şeyləri oxucu-şərik də əldə edəcək (dəfələrlə, möcüzə də elə bundadır). O ki qaldı dişi oxucuya, o fasadın önündə dayanacaq, fasadlar isə, məlum olduğu kimi, çox gözəl olurlar, fövqəladə trompe l’oeil(həqiqiyə oxşar) və onun fonunda tam məmnuniyyətlə honnete homme(nəcib adam haqqında) komediyalar və faciələr oynamaq olar. Hər kəsin böyük məmnunluğuna rəğmən, kimsə etiraz edəcəksə, görüm onu beriberi(avitaminoz) olsun.
***
– Sinəsindən vurdu, – oğlan dedi. – Mən öz gözlərimlə gördüm.
– Onda… Ailəsinə xəbər vermək lazımdır.
– Onun ailəsi yoxdur, o yazıçıdır.
***
İstənilən fəaliyyət zamanı insanlarla yaranan əlaqələr – işdə, yataqda, idman meydançasında – ayrı-ayrı ağacların budaqlarının və yarpaqlarının təmasına bənzəyir, elə olur ki, budaqlar bir-birinə dolaşır, yarpaqlar nəvazişlə bir-birinə toxunur, bu zaman onların gövdələri paralel və kəsişməyən yollarla lovğa-lovğa yuxarı qalxırlar.
***
Ünsiyyətin tam yoxluğu, – Oliveyra düşündü. – Yalnız ona görə yox ki, biz tənhayıq, bu öz yerində, heç kəs sənə doğma xala deyil. Tənha olmaq nəticə etibarilə elə bir müstəvidə tək olmaq deməkdir ki, orada başqa tənhalıqlar da bizimlə ünsiyyət saxlasın, əgər bu, ümumiyyətlə, mümkündürsə. Lakin istənilən konflikt, məsələn, küçədəki bədbəxt hadisə, yaxud müharibə elan olunması zamanı müxtəlif müstəvilərin kəsişməsi baş verir və nəticədə ola bilsin ki, sanskrit və ya kvant fizikası sahəsində nəhəng mütəxəssis olan insan onu «təcili yardım» maşınına qoyan sanitar üçün pepere(atacan) olur.
***
«Daxilən də üzdə olduğumuz kimi ola bilərdik, – Oliveyra düşündü, – ancaq bununçün başqa cür yaşamaq lazım gələrdi. Bəs başqa cür yaşamaq nə deməkdir? Ola bilsin ki, absurda son qoymaq naminə absurd yaşamaqla, özünə elə amansızcasına qapılırsan ki, öz içinə etdiyin bu sıçrayışla özünü başqasının ağuşunda tapırsan. Bəli, yəqin ki, bu sevgidir, ancaq otherness qadına qarşı hisslərimizin davam etdiyi qədər olur və yalnız həmin qadına dəxli olanlara aid olur. Əslində, heç bir otherness yoxdur, yalnız xoş olan togetherness var. Doğrusu, bu o qədər də pis şey deyil…
***
Özünə hakim olmağı bacarmadan fərqliliyə də sahib olmaq mümkün deyil. Bəs, həqiqətən, özünə hakim olan varmı? Mütləq tənhalıqdan öz içinə qayıtmaq indiyədək kimə nəsib olub, elə bir tənhalıqdan ki, sən hətta özün-özünə də hesabat verə bilmirsən, odur ki, uzaq başı başqalarının arasında tənha qalmaq üçün məcburən başını ya kinoya, ya da fahişəxanaya soxursan, yaxud dostlara qonaq gedirsən, ya da hər şeyi unutduran hansısa bir peşəyə üz tutursan, ya da ki, evlənirsən.
***
Zərif münasibətlər, dünyayla ecazkar uzlaşma üzərində qurulan əsl fərqlilik birtərəfli istəklə məhdudlaşa bilməz, uzadılmış əl başqa bir əllə görüşəcək, başqa bir fərqli əllə.
***
İçimizdə məskunlaşan yad qüvvələr yaşayış hüququ əldə etmək üçün hücuma keçirlər; bizdən daha yüksək olan nəyinsə axtarışına çıxır və homo sapiens durumundan uzaqlaşmağa dumanlı ehtiyac duyaraq bizdən vasitə kimi istifadə edirlər… hansı homodan? Çünki sapiens – daha bir köhnə, köhnə sözdür, o sözlərdəndir ki, onu əvvəlcə yaxşı-yaxşı yuyub-təmizləmək, sonra məna verib işlətmək lazımdır.
***
Beləliklə, yenidən yağış yağan kimi bənnalar bardakı sütunun yanına, tələbələr öz masalarına, ikslər ikslərin, iqreklər də iqreklərin yanına qayıdacaqlar.
***
Yalnız mənasız və absurd yaşamaqla haçansa bu sonu bilinməyən absurdu dağıtmaq olar.
***
Oliveyranın yadına düşdü ki, girişdə ona proqram veriblər. Pis çap olunmuş vərəqdə qızıl medallı madam Bert Trepanın, Roz Bobun «Üç qeyri-müntəzəm hərəkət»ni (ilk ifa), Aliks Aliksin «General Leklerkin şərəfinə pavana»sını (ilk dünyəvi ifa) və Delibin, Sen-Sansın və Bert Trepanın müştərək əsəri «Sintez: Delib – Sen-Sans»ı ifa edəcəyi çətinliklə oxunurdu.
«Kül başına, – Oliveyra düşündü. – Proqrama bax».
***
Məsələn, madam Trepanın sevimli tələbəsi Roz Bobun «Üç qeyri-müntəzəm hərəkət» əsəri olduqca bərkdən çırpılmış qapının musiqiçinin sənətkar ruhunda oyatdığı təəssüratdan yaranmışdır və hərəkətin birinci hissəsini təşkil edən otuz iki akkord həmin qapı zərbinin əks-sədasıdır; əgər auditoriya bu qədər mədəni olmasaydı, natiq «Sintez»in əsasını təşkil edən kompozisiya texnikasının ən primitiv və ezoterik güclərə yaxın olduğu sirrini açmazdı.
***
Deyilənlərə çox şey əlavə etmək olardı, ancaq natiq fransız ruhunun mayaklarından biri və geniş publikaya məlum olmayan dahilik nümunəsi madam Trepanı salamladıqdan sonra getməyi özünə borc bilir.
***
Şokdan sonra həmişə belə olur, insanın özünü idarə edə bilmədiyi xoşbəxt səltənət fasiləsi və çarpayı – çarpayı deyil, Nuhun gəmisidir, özünsə, sanki, ödənişli məzuniyyətdəsən,hər necə olursa-olsun, adət etdiyin gündəlik həyat qırılıb.
***
İyirminci akkorddan sonra qaxsımış qalıq qız nümunəsi olan ən yaşlı xanımlardan biri çətirindən yapışıb nəsə deməkçün ağzını açmışdı ki, iyirmi birinci akkord nəzakətlə onun səsini batırdı.
***
Sonrakı iki-üç dəqiqəni Oliveyra özünə əziyyət verərək həm Bert Trepanın var qüvvəsiylə zala boşaltdığı qeyri-adi həftəbecəri, həm də qocaların və cavanların açıq və ya gizli şəkildə aradan çıxmalarını izləməyə çalışdı.
***
Oliveyra hiss etdi ki, artıq hər şeyi əhatə edən iflasdan və bu iflasa uğrayan azsaylı təbəqəyə hesablanmış çürüməkdə olan və heç kəsə lazım olmayan artistlik fəaliyyətinin gərəksizliyindən başqa heç bir şey haqqında düşünə bilmir.
***
Bayırdakı axmaq havadan və içimdə baş verənlərdən danışmağa belə dəyməz. Xüsusən də, mənim içimdəkilərdən.
***
Oliveyra gedən qadının arxadan vurulan yaxşı bir təpiyə layiq olduğunu düşündü.
***
Nitsşe demişkən, əsl sənətkar yalnız ulduzlarla danışar.
***
– O, siz və yaradıcılığınız haqqında elə fərəhlə danışırdı ki.
– Beş yüz franka o, iylənmiş balıq haqqında da fəxrlə danışa bilər.
***
Bəzən boş zal əsl triumf sayılır.
***
– Siz hansı ölkədənsiniz, cavan oğlan?
– Argentinadan, madam, yeri gəlmişkən deyim ki, mən artıq çoxdan cavan oğlan deyiləm.
***
Bəlkə də, başqaları daha yaxşı izah edə bilərlər, mənimçünsə sevindirici şeylərdənsə, kədərli şeylər haqqında danışmaq daha asandır.
– Bu qanundur, – Qreqorovius dedi. – Gözəl deyilmiş ağıllı fikirdir. Əgər onu ədəbiyyatın dilinə çevirsək, deyə bilərik ki, gözəl duyğulardan axmaq ədəbiyyat meydana çıxır və sairə. Xoşbəxtliyin tərifi yoxdur, Lusia, bəlkə də, ona görə ki, o, Mayya örtüyünün ən mükəmməl anıdır.
***
Siz, yəqin ki, diqqət etmisiniz, bədbəxtlik, belə deyək, daha tez nəzərə çarpır, çünki onda, sanki, obyektlə subyekt arasındakı hüdud bəlli olur. Ona görə də yaddaşa həkk olunur və haqqında danışmaq da asan olur.
– Məsələ burasındadır ki, – Sibilla qazançada qızdırdığı südü qarışdıraraq dedi, – xoşbəxtlik bir adam üçündür, bədbəxtlik isə əksinə, sanki, hamı üçündür.
***
Ancaq mənə elə gəlmir ki, siz bir-birinizi tamamlayırsınız.
– Bu sizi niyə narahat edir?
– Narahat etmir, ancaq siz dediniz ki, Horasio getdi.
– Bunun dəxli yoxdur, – Sibilla dedi. – mənim xoşbəxtlik haqqında danışa bilməməm o demək deyil ki, heç vaxt xoşbəxt olmamışam.
***
Qreqorovius, doğrudan da, küt idi. Horasionu saymasaq (o da hərdənbir…), onu arzulayan bütün kişilər özlərini tam başdanxarab kimi aparırdılar.
***
Yadda saxlamaq lazımdır ki, necə deyərlər, «fransız üslubunda» planlaşdırılmış, çiçək ləklərinin, qazonların, cığırların ciddi həndəsi ölçülər əsasında salındığı bağ yüksək səviyyəli bilik və ciddi qulluq tələb edir.
İngilis üslubunda olan bağda isə, əksinə, həvəskar bağbanın buraxa biləcəyi səhvlər asanlaqıla ört-basdır edilə bilər. Bir neçə kol, bir kvadrat qazon, divar və ya canlı hasar boyu çiçək ləkləri – bütün bunlar dekorativ və olduqca praktik ansamblın bir-birinin ardınca nəzəri cəlb etməyən əsas elementləridir.
Əgər bədbəxtlikdən ayrı-ayrı nüsxələr lazımi nəticəni verməsələr, onları başqa bir yerə əkmək olduqca asandır; və onlar bütün bağın qeyri-mükəmməl olduğu və baxımsızlıq duyğusu yaratmayacaqlar, çünki bağın hər tələfinə səpələnmiş müxtəlif rəngdə və boyda olan güllər hər zaman göz oxşamağa qadirdir.
Bu planlaşdırma üsulu Böyük Britaniya və Birləşmiş Ştatlarda fövqəladə qiymətlidir və «mixed border» adlanır, yəni «qarışıq qazon». Bu şəkildə əkilmiş çiçəklər sarmaşaraq bir-birinə qarışır və əgər onlar özləri bitiblərsə, bağa təbii görünüş verirlər, eyni zamanda, kvadrat və dairəvi ləklərdə əkilmiş çiçəklər də hər zaman süni mənzərə yaradaraq qüsursuzluq və mükəmməllik tələb edir.
Başqa sözlə, həm praktik, həm də estetik baxımdan həvəskar bağbana mixed border tövsiyə olunur.
***
Qəflətən sözlər, bütün dil, bütöv üslubun qurulması, semantika, psixologiya, məharətlə qurulan bütöv bir inşa – hər şey dəhşətli xarikiriyə yönəlirdi. Banzay!
***
Çox gözəl orkestrəşdirilmiş dünya həssas qulağa heç nə eşitdirə bilmirdi;
***
Bu məqamda Qərb mənəviyyatı onlara istər-istəməz üç min il ərzində irsən alınan, mənimsənən və çeynənən bütün arzu və xəyalları bir-birinin ardınca ifadə edən vasitəçi kimi görünür. Çiçəyin heç bir şey üçün deyil, elə-belə də gözəl ola biləcəyi inancından imtina etmək çətindir; zülmət qaranlıqda rəqs etməyin mümkünlüyünü etiraf etmək acıdır.
***
Bu eyhamlar onları əsəbləşdiridi, çünki onlara ümid verməkçün, haqq qazandırmaqçün saman çöpü uzadır, ancaq eyni zamanda dözülməz riyakarlıqla etibarlılıq duyğularını tamamilə əllərindən alırdılar.
***
Fikirlə qidalanan sevgi yoxsuldur.
***
Bunu necə izah edəcəyimi bilmirəm, ancaq biz bir-birimizi çox sevirdik. Nəyə görə – bilmirəm. Bilmirəm. Ona görə bilmirəm ki, mən düşünə bilmirəm və o, mənə məhz buna görə nifrət edir.
***
Taro kartlarındakı fiqur kimi, indicə doğacaq bir şey kimi, hər tərəfinin və hər üzünün bilavasitə öz mənası olan çoxüzlü kimi, hər şey vasitəli bir mənayla uyğun gələnə və kəşf olunana qədər yalan.
***
– Əslində, qoca haqlıdır, üstəlik o həm də qocadır.
– Onun qoca olması hələ səbəb deyil, – Sibilla dedi.
– Bəlkə də, səbəb deyil, amma üzrdür.
– Sən ki özün deyirdin: Argentinanın faciəsi ondadır ki, onu qocalar idarə edir.
***
Kaş ki yatağa girib iki il yata biləydi. «Miskin qorxaq», – o düşündü.
***
Hələ üstəlik Bəps də qapıçı qadınla, ümumiyyətlə, binanın bütün qadınlarıyla dalaşıb, onlarınsa hamısı əlli-yetmiş yaşlarındadır.
– They are acful, – Bəps çantasından çıxardığı konfeti ağzında çeynəyərək dedi. – Daim elə bilirlər ki, marixuana iyi gəlir, lap qovurma bişirsən də.
***
Kommunikasiya nəzəriyyəsi – ədəbiyyatın hələlik öz qarmağına keçirə bilmədiyi ən maraqlı mövzulardan biri, yeni Hakslilər və Borxeslər ortaya çıxmayanadək heç keçirə bilməyəcək də.
***
Parisdə gecə yarısı telefon zəngi – görünməmiş işdir. «Başqa ölən də var, – Oliveyra düşündü. – Yuxuya bu qədər hörmət bəslənilən bu şəhərdə başqa cür ola bilməzdi.
***
Hə, əzizim, gözünün qabağına yerkökü asılmış uzunqulaq kimi hara gəlib çıxdın.
***
Gicbəsərin biri», – ona dedim. «Cəhənnəm ol», – o cavab verdi. Həkim qulağıma pıçıldadı ki, bu yaxşı əlamətdir.
***
Bu gün səhər «Bardo»nu oxuyaraq xeyli əyləndim. Tibetlilər fövqəladə məxluqlardır.
– Səni kim ağıllandırıb?
***
– Vonq məni bəzi testlərdən keçirib, – Ronald izahat verdi. – O deyir ki, mənim kifayət qədər ağlım var, artıq ondan səmərəli istifadə etməyin vaxtdır.
***
Ronald bu yaxında üzərinə düşmüş erudisiyanın təsiri altında «Bardo»nun nə demək olduğunu kiməsə izah etmək istəyilə alışıb-yanırdı.
***
Bilirsən, əziz argentinalı dostum, Şərq heç də orientalistlərin iddia etdiyi kimi xüsusi bir şey deyil. Şərq mətnlərinin dərinliyinə azca baş vurmaq yetərlidir ki, hər zaman hiss etdiyini (ağlın anlaşılmaz şəkildə yolunu azaraq elə həmin ağlın köməyilə intihara qərar verməsi) yenidən hiss etməyə başlayasan. Əqrəb neştərini sancır, halbuki o, öz əqrəbliyindən artıq bezib, ancaq özünü öldürməklə öz əqrəb mahiyyətini göstərmək zərurəti hiss edir.
***
Ancaq hər hansı reallığı inkar etmək axmaqlıq olardı, hətta biz onu dərindən bilməsək də…
***
Sənin mübaliğələrin mənim sözlərimdən zərrə qədər etibarlı deyil, oğlum.
– Hər halda, mənim mübaliğələrim izahata iddialı deyil.
– Sən də heç bir izahatın olmamasıyla barışırsan?
– Yox, barışmıram, – Etyen dedi, – ancaq mənim etdiklərim faniliyin iyrənc dadını bir qədər dəf edir. Əgər araşdırsaq, homo sapiensin mahiyyətini müəyyən edən də elə budur.
– Onun mahiyyətini müəyyən etmir, ona təsəlli verir.
***
Əslində, bizim hər birimiz ikinci pərdədən baxmağa başlanılan teatr pyesiyik. Hər şey gözəldir, ancaq heç nə aydın deyil. Aktyorların nə danışdıqları, nə etdikləri, səhnədə nə baş verdiyi məlum deyil. Biz onların davranışlarına öz kobudluğumuzu proyeksiya edirik və onlar ciddi şəkildə girib-çıxmaları ilə bizə axmaq təsiri bağışlayırlar. Yeri gəlmişkən, bunu artıq Şekspir deyib, əgər deməyibsə, onda mən deməliydim.
***
Gerçəklik – budur, biz də onun içindəyik və hər kəs onu öz dilində başa düşür, ancaq biz hamımız onun içərisindəyik.
***
Əgər sən bu otaqda indi mənim (keçmişim və bu günümlə) yerimə ola bilsən, eyni zamanda Bəpsin (keçmişi və bu günüylə) yerinə ola bilsən, onda, bəlkə də, başa düşərsən ki, sənin vecsiz eqosentrizmin real gerçəklik haqqında sənə heç bir təsəvvür vermir. Bu eqosentrizm yalnız qorxuya əsaslanan inam verir, yalnız səni əhatə edənləri təsdiqləmək zərurəti verir ki, səni hara aparacağı bəlli olmayan nizamsızlıq burulğanına düşməyəsən.
***
Biz köhnə izlərlə gedirik. Binəva məktəb uşaqları kimi, ağarıb-toz basmış arqumentləri çırpırıq və bütün bunlar ona görədir ki, əzizim Ronald, dialektik mühakimə yürüdürük.
***
Ancaq geriyə atılan addımlar böyük məqsədlə gedilmiş yolları, sanki, pozur…
***
– Dilsiz insan ola bilməz. Tarixsiz insan ola bilməz.
– Cinayət yoxdursa, cani də yoxdur. İnsanın başqa cür ola bilməməsinin sübutu varmı?
***
İnsan son ümid yeri kimi elmdən yapışır, halbuki necə yapışmaq lazım olduğunu, bunun nə olduğunu heç vaxt bilməyib.
***
Bütün marağına və qeyri-məmnunluğuna baxmayaraq, elm, başqa sözlə, idrak bizi sakitləşdirən şeylərdən başlayır. «Sən burada, bu otaqda dostlarınla lampanın ətrafındasan. Qorxma, hər şey yaxşı gedir. İndisə gəl baxaq görək bu işıqsaçan fenomenin təbiəti necədir? Sən bunun zənginləşdirilmiş uran olduğunu bilirsən? İzotoplar sənin xoşuna gəlirmi, artıq bizim qurğuşunu qızıla çevirdiyimiz sənə məlumdurmu?
***
Aydınlıq – olsa-olsa intellektual tələbatdır, vəssalam.
***
Bizim bütün olanları, yaxud istənilən digər məqamı, guya, bütövlükdə qavraya biləcəyimizə, yaxud da hətta ona bağlılığımızı və onu dərk edəcəyimizi intuitiv olaraq hiss edəcəyimizə inanmaq axmaqlıqdır.
***
Sən çox gözəl bilirsən ki, böhranın kulminasiya məqamında biz həmişə impulsiv hərəkət edirik, bütün gözləntilərin ziddinə gedir və ən inanılmaz şeylər edirik.
***
Ağlımız bizə yalnız sükunət halında olan gerçəklikdən preparat hazırlayanda, yaxud onun gələcək fəlakətlərini təhlil edəndə xidmət edir, ancaq heç vaxt bizi qəfildən yaxalayan böhrandan çıxmağımıza kömək etmir.
***
Biz ağlın yoluyla getməsək – olsa-olsa cinsi ehtirasları oyanmış pitekantropun tam təbii və adi vəziyyəti ola bilərdi.
***
Möcüzələr heç vaxt mənə absurd görünməyib; absurd olan onları qabaqcadan xəbər vermək və arxasınca düşməkdir.
***
Ehtimal ki, bizim duyğularımız içərisində yeganə bizim olmayan ümid hissidir. Ümid həyata məxsusdur, o, həyatın özüdür və qorunur.
***
– Mən ətrafımdakı çox şeyin absurd olmasıyla razıyam, ancaq ola bilər ki, biz anlaya bilmədiklərimizi absurd adlandıraq. Bunlar nə vaxtsa aydınlaşacaq.
– Əla optimizmdir, – Oliveyra dedi. – Bəlkə də, bu optimizmi təmiz həyata aid etmək olar. Sənin gücün ondadır ki, səninçün gələcək yoxdur.
***
– Absurd – absurd kimi görünən deyil, – Oliveyra müəmmalı tərzdə dedi. – Absurd ondadır ki, sən səhər-səhər qapıdan çıxıb kandarda bir şüşə süd tapırsan və sən tamamilə sakitsən, çünki dünən də belə olmuşdu və sabah da belə olacaq. Absurd – bu durğunluqdadır, bu «belə də olacaq»dadır, müstəsna qaydaların şübhəli əskikliyindədir.
***
– Sənə qulaq assam, mən gərək küçələrə çıxıb Əlcəzairin azadlığına çağıran plakatlar yapışdıram, ictimai mübarizəyə əlimdən gələni əsirgəməyəm.
– Fəaliyyət sənin həyatına bir anlam verə bilər…
***
Nəyin yaxşı və nəyin həqiqi olmasıyla bağlı əvvəlcədən təməl prinsiplər işləyib hazırlamadan necə fəaliyyət göstərmək olar? Sənin yaxşılıq və həqiqət haqqındakı təsəvvürlərin – tarixi təsəvvürlərdir və irsi etikaya əsaslanır. Mənsə tarixə də, etikaya da yüksək dərəcədə şübhəylə yanaşıram.
***
Nəyinsə mərkəzində olmaqla ətrafında fırlanmaq arasında böyük fərq var, razılaş və fikirləş.
***
– Üçə on dəqiqə qalıb. Gedək, Ronald, çox gecdir.
– Biz dördə beş dəqiqə işləmiş gedəcəyik, – Ronald dedi.
– Niyə dördə beş dəqiqə işləmiş? – Sibilla soruşdu.
– Çünki saatın birinci on beş dəqiqəsi düşərli olur, – Qreqorovius dedi.
***
– Rəssamlıq yalnız incəsənətin bir növüdür, – Oliveyra dedi. – Onu həddən artıq müdafiə etməyə lüzum da yoxdur. Bundan başqa, hər bir Rembrandta ən azı yüzlərlə adi rəssam düşür, ona görə də rəssamlıq yaşayacaq.
– Yaxşı ki, – Etyen dedi.
– Yaxşı ki, – Oliveyra razılaşdı. – Yaxşı ki, bu mümkün aləmlərin ən yaxşısında hər şey yaxşılığı doğrudur.
***
Oliveyra düşündü ki, yatağa yaxınlaşıb əyilmək və Sibillanın qulağına bir neçə kəlmə pıçıldamaq o qədər də çətin deyil. «Ancaq bunu özümçün etmiş olacağam, – o düşündü. – İndi onun buna ehtiyacı yoxdur. Bu mənim sonra rahat yatmağım üçündür, halbuki bütün bunların sözdən başqa bir şey olmadığını bilirəm. Əgər indi onu öpüb, təsəlli versəydim, bu adamların dediyini təkrarlasaydım, mən, mən daha rahat yatardım.
***
Don vurmuş bülbülə yayın nə xeyri?
***
– Qəribədir, sənin ağzın niyə belə titrəyir? – o soruşdu.
– Əsəbdəndir.
– Bu əsəb sənin abırsız görkəminə o qədər də uyğun gəlmir.
***
«British Medical Journal» uşaqların başına gələ biləcək bədbəxt hadisələrin yeni tipi haqqında məlumat verir. Bizim tibbi məsələlər üzrə müxbirimiz xəbər verir ki, həmin bədbəxt hadisələrin səbəbləri bundan ibarətdir ki, uşaq şalvarlarının miyançasında düymə əvəzinə «şimşəklərdən» istifadə olunmağa başlanılıb.
Təhlükə bundan ibarətdir ki, uşaqların cinsi orqanı «şimşəyin» ilgəyi arasında sıxılıb əzilə bilər. Artıq iki belə hal qeydə alınıb və hər iki halda uşağı ağrıdan xilas etmək üçün sünnət etmək zorunda qalınıb.
Bədbəxt hadisə daha çox uşaqlar ayaqyoluna təkbaşına gedəndə baş verir. Ona kömək etmək istəyən valideynlər sürgünü qeyri-düzgün istiqamətə çəkməklə vəziyyəti daha da gərginləşdirə bilərlər, çünki uşaq bədbəxt hadisənin sürgünü açarkən, yoxsa bağlayarkən baş verdiyini izah edə bilmir. Əgər uşaq sünnət olunubsa, zədə daha ağır ola bilər.
Həkim hesab edir ki, «şimşəyin» üst hissəsini kəlbətin və ya yastıağızla kəsdikdən sonra onu asanlıqla aralamaq olar. Lakin dəriyə girən hissələri çıxarmaq üçün yerli narkozdan istifadə qaçılmaz olacaq.
«Obzerver», London.
***
Yaşadığım bu ev hər şeyi ilə öz evimə oxşayır: otaqların yerləşməsi, girişdəki qoxu, mebel və işıq, səhərlər günəşin çəpəki, günortalar ilıq, axşamüstü zəif şüaları; hər şey eynidir, hətta cığırlar da, bağçadakı ağaclar da, köhnə sınıq doqqaz da, döşənmiş həyət də.
Keçən vaxtın saatları və dəqiqələri də mənim həyatımın saat və dəqiqələrinə bənzəyir. Onlar qaçır, mənsə düşünürəm: «Doğrudan da, oxşayırlar. İndi yaşadığım saatlara necə də oxşayırlar!»
O ki qaldı mənə, evdəki bütün əksetmə səthlərini ləğv etməyimə baxmayaraq, pəncərənin şüşəsi (onsuz keçinmək mümkün deyil) əksimi özümə qaytarmağa cəhd edir, mən orada özümünkünə oxşayan sifət görürəm. Hə, yaman oxşayır, boynuma alıram!
Lakin qoy, guya, onun mən olduğumu israr etməyə çalışmasınlar! Bax belə! Burada hər şey saxtadır. Bax mənim evimi və mənim həyatımı mənə qaytaranda, əsl sifətim də özümə qayıdacaq.
Jan Tardye
***
Sonra onun danışmaq növbəsi çatırdı və bəzən yarıya çatmamış arvadının əlləri onun əllərinə sığal çəkməyə başlayırdı və onlar yuxudan sevişməyə keçir, yenidən yuxuya gedirdilər, sonra da hər yerə gecikirdilər.
***
Artıq ürəkdən arzuladığı şeyin baş verəcəyinə inanmırdı və bilirdi ki, əgər inanmırsa, deməli, heç olmayacaq. O bilirdi: inanmasan, olmalı olan əsla olmayacaq, inansan da, demək olar ki, olmayacaq.
***
Ya da müəllifləri vaxt itirmək istəməyən çoxsaylı romanların qadın qəhrəmanları belə danışırlar, ona görə də ən dəyərli fikirlərini dialoqlarda verir və beləliklə, xoş olanla faydalı olanı birləşdirirlər.
***
Onu həmişə qadınların əlləri cəlb edirdi, onlara toxunmaq, sadəcə, ona lazım idi, barmaq sümüklərini bir-bir nəzərdən keçirmək, yapon kinesikoloqu kimi venaların hissolunmaz yolunu bir hərəkətdə yoxlamaq, dırnaqlar haqqında hər şeyi öyrənmək və falçı kimi ovucdakı bədbəxt və xoşbəxt cizgiləri tapmaq, balaca məhəbbbətdən, ya da çay dolu fincandan azacıq nəmlənmiş ovucu qulağına tutaraq ayın uğultusunu eşitmək.
***
Ətirlər, orfik1 himnlər, müşk və ənbər… Burada sən sardoniks2 qoxuyursan. Burada isə – xrizopraz3. Burada, dayan bir, buradan, deyəsən, ot qoxusu gəlir, cəfəri qoxusu, az-maz, elə bil, maral dərilərinin arasında cəfəri yarpağı qalıb. Burada isə sənin qoxun başlayır. Doğrudan da, qəribədir, qadın öz qoxusunu kişi onu hiss etdiyi kimi hiss edə bilməz. Məsələn, burada. Tərpənmə, görüm. Burada sən gecə kremi, tütünqabına qoyulmuş bal qoxuyursan, burada isə – yosun, nə isə bu adi məsələdir, bu barədə danışmağa dəyməz. Amma yosunların da qoxusu müxtəlif olur. Sibilla sonuncu dəniz dalğasının sahilə atdığı təzətər yosun ətri qoxuyurdu. Və dalğa qoxuyurdu. Və bəzən elə günlər olurdu ki, yosunların qoxusu nəsə daha tünd qoxuya qarışırdı, onda mən başqa bir qabiliyyətimi köməyə çağırmalı olurdum… Və onda bütün qoxular qəflətən qırılırdı, qəribə tərzdə qırılırdı və hər şey dada çevrilirdi, köhnə şirələr ağzımı yandırırdı və hər şey qaranlığa qərq olurdu.
***
Sibillanı sevmək onunçün aydınlaşacağı gözlənilməyən bir ayin idi;
***
Başa düşmək istəmirdi ki, gözləməklə özünü məhdudlaşdıraraq bütün real imkanları məhv edir, sanki, özünü məhdud və dəyərsiz olan bugünkü günə öncədən məhkum edirdi.
***
O, Sibilladan Polaya, bir yataqdan digərinə keçdi, bu zaman Sibillanı incitməyərək, ondan inciməyərək və özünü o qədər də çətinə salmadan Polanın çəhrayı qulaqlarını sığallayaraq Sibillanın həyəcanlandırıcı adını pıçıldadı. Pola ilə uğursuzluğa düçar olmaq bu sıradan olan uğursuzluqların üzərinə birinin də əlavə olunması, öz-özlüyündə gözəl olan bir oyunu uduzmaq demək idi.
***
Bir dodağı o birinə dəyişmək, yumulu gözlərinlə əlnin elə indicə gəzdiyi boyunu axtarmaq nə qədər cazibədar və nə qədər kədərlidir, qəflətən hiss edirsən ki, əlinin altında başqa bir zəriflik var və o daha möhkəmdir, vətərləri azca gərilib, yəqin ki, o öpmək, ya da yüngülcə dişləmək üçün qalxmaq istəyir. Bədəninin hər anı şirin bir yadlıq hiss edir, öncə lap yanında olan ağzını tapmaq üçün həmişəkindən bir az çox yaxınlaşmaq, yaxud başını aşağı salmaq lazımdır, o qədər də bərk olmayan budlarını tumarlayır, cavab nəvazişi gözləyirsən, ancaq almırsan, indi hər şeyi yenidən düşünməyin zərurətini anlayanadək dağınıq halda təkid edirsən, axı hələ yeni qanunlar formalaşmayıb, yeni kod və şifrə kəşf etmək lazımdır, onlar başqa cür olacaq və tamamilə başqa məna kəsb edəcəklər. Çəki, qoxu, gülüş və ya xahiş intonasiyası, ritmlər və ehtiraslar – hamısı eynidir və hamısı tam fərqlidir, hər şey yenidən doğulur, baxmayaraq ki, bütün bunlar ölməzdir, məhəbbət uydurma oyun oynayır, öz-özündən qaçır və qorxmuş spiralın yeni burumunda geri qayıdır, köksündə başqa cür oxuyur, dodaqların öpüşə başqa cür uzanır, yaxud sanki, uzaqdan öpür. Əvvəlcə qəzəb və həyəcan dolu anlar indi qayğısız oyun və şadlıqla doludur, yaxud da əksinə, əvvəllər yuxunun əldən saldığı dəqiqələr indi şirin mızıltılara və nəvazişkar səfehliklərə çevrilmişdi; indi sən daim gərginsən və hiss edirsən ki, ürəyində nəsə deyilməmiş bir şey zoğ vermək istəyir, nəsə tamahkar qəzəb kimi bir şey. Yalnız həzzin son həyəcanı həminkidir, ona qədər və ondan sonra dünyada olanlarsa darmadağın oldular, odur ki, hər şeyə yenidən ad vermək lazımdır, bir-birinin ardınca bütün barmaqlara da, dodaqlara da, ayrı-ayrılıqda hər bir kölgəyə də.
***
– Adamın inanmağı gəlmir ki, bu səfeh dünyada bu qədər duzlu su var.
– Əvəzində hava azdır, – Sibilla dedi.
***
Avara qadına baxmaq – müftədir, məhəbbətlə məşğul olmaq – müftədir, sənə pis adamsan demək – müftədir, səni sevməmək…
***
– Baxsana, onlar bir-birini necə sevirlər, – Sibilla dedi. – Gör bir necə baxırlar.
– Bu onun içdiyi çaxırın təsirindəndir, gözləri xumarlanıb.
***
– Bilirsən, sənə səni sevirəm demək nə qədər çətindir. İndi çox çətindir.
– Hə, bu mənə surət kimi, surətçıxaranda çıxarılmış surət kimi görünərdi.
***
Onlara aşiq olan qapıçı qadın dedi ki, hər ikisinin sifəti meyit, yaxud kosmosda yaşayanlar rəngdədir, bundan belə anladılar ki, madam Bobe elmi-fantastik əsərlər oxuyur…
***
Və tanrı xətrinə, heç bir tərəddüd-filan etmədən boynuma alıram ki, sizin İncəsənətinizdən uzaq olmağı arzulayıram, elə sizin özünüzdən də, çünki sizdən də, sizin İncəsənətinizdən də, sizin konsepsiyalarınızdan da, sizin artistlik fəaliyyətinizdən də və ümumiyyətlə, sizin artistlik mühitinizdən də zəhləm gedir!
***
Deyəsən, 10 saylı çarpayıdır. Gərək ona bir şey gətirəydik, boş əllə gəlmək heç yaxşı olmadı. Heç olmasa, rəsmlərindən birini hədiyyə edərdik.
Mənim rəsmlərim satılır, – Etyen dedi.
***
Mən elə indi də iyirmi yaşımdakı kimi mütləq olanın həsrətindəyəm; ləzzətin şirin-şirin qıc olması, yaradıcılıq prosesinin kəskin və acı sevinci, yaxud gözəlliyi seyr etmək artıq mənimçün, sadəcə, mükafat, mütləq və qaneedici gerçəkliyə yaxınlaşma kimi görünmür. Mənə bu yaxınlaşmanı hələ də verə biləcək yalnız bircə gözəllik var, o, vasitə deyil, hədəfdir və ona görə elədir ki, onun yaradıcısının şüurunda insanın mahiyyəti ilə rəssamlığın məğzi oxşardır. Əksinə, estetik tərəf mənə yalnız estetik görünür, vəssalam. Bundan aydın izah edə bilmərəm.
***
Bütün xəstəxanalar istisnasız iyrəncdirlər.
***
Ölü doğulmuş kitab işıq üzü görəndə yeganə nəticəsi azsaylı, ancaq dürüst müxbirlər olur.
***
Yenə obrazlar, – Morelli dedi. – Onlarsız keçinmək necə də çətindir, onlar çox gözəldirlər. Ağıllı qadınlar kimidirlər, doğru sözümdür.
***
Nömrə 52: demək, sadəcə, onu yerinə – 51 və 53-cü nömrələrin arasına qoymaq lazımdır. Dünyada ən asan nömrələmə sırası ərəb rəqəmləriylədir.
***
– Mənim kitabımı hər kəs öz bildiyi kimi oxuya bilər. Liber Fulguralis, mantik vərəqlər və ilaxıra. Mən, sadəcə, onları oxumaq istədiyim şəkildə qoyuram. Ancaq hətta hər şey bir-birinə qarışsa belə, bəlkə də, əla bir kitab ortaya çıxa bilər. Bu, mahir tələ və kələk ustası Hermes-Pakunun zarafatı olacaq. Bu sözlər xoşunuza gəlir?
– Yox, – Oliveyra dedi. – Nə mahir, nə də tələ. Kifayət qədər çeynənmiş sözlərdir.
***
Yenə olmadı, bu gün bunlar olmamalıydı, altmış fiqurlu mənasız şahmat oyunu, dərin kədərin qızğın çağında gərəksiz sevinc, onu milçək kimi qovmaq və kədəri seçmək lazım idi.
***
Bu sevincin ortasında özünü kədərli və iyrənc hiss edirdi, yuxusuz gecə və günahkarlıq qoxuyan dərisi yorulmuş, gözləri çirklənmişdi, çünki artıq kimsə yox idi və bütün bu günləri doğru hərəkət etdiyini və ya etmədiyini anlaması üçün vaxt da hələ gəlib çatmamışdı.
***
Necə də yubandı bu sevinc, bəlkə, çox erkən gəldi və hələ heç qazanılmayıb.
***
Qəzetlərdəki və jurnallardakı ədəbi məqalələrə bənzər həyatlarda başlanğıc dəbdəbəli, son isə haradasa otuz ikinci səhifədə diş məcunu satışı elan və reklamlarının arasında itib-batmış zəif quyruqdur.
***
Şagirdlərin suallarına müəllimlərin cavabı, adətən, birincilərin başına taxtayla vurulması və ya bir bardaq soyuq su tökülməsi, təpiklə bayıra çıxarılma, yaxud ən yaxşı halda onların üzünə baxaraq öz suallarının təkrar olunmasıyla müşayiət olunurdu.
***
Sonuncuya ümid edərək daha bir sitat (Sudzukidən): müəllimin qeyri-adi dilini anlayan şagird deyilən fikirdəki mənanı deyil, özünü dərk edəcək. Bic-müdrik avropalı filosofun gələ biləcəyi nəticəyə qarşı: dzen müəlliminin dili hisslər və ya arzular aşılamır, o, ideyalar verir. Ona görə də, o, adətən, dilin oynadığı rolu oynamır; madam ki, cümlələrin seçimi müəllimdən gəlir, möcüzə də ona xas olan sahədən gəlir və şagird öz-özünə açılır, özünü dərk edir və beləcə adi cümlə açara çevrilir.
***
O inanırdı ki, individual xilas (hər kəsin ayrılıqda) mümkün deyil və birinin səhvi hamını ləkələyir və əksinə.
***
Dünyada hər şey lazım olduğundan bir az çox davam edir.
***
İş sənin günahkar olmağında deyil, çe. Sən Dostoyevskinin qəhrəmanları kimisən – eyni zamanda həm iyrəncsən, həm də sevimli, sən metafizik jopolizsən.
***
Sənin sayəndə biz səninlə «sən»ə keçdik, odur ki, indi bəzi şeyləri sənə deməkdə çətinlik çəkirəm. Çox qəribə olsa da. Bəlkə də, ona görə ki, bizim «sən»imiz saxtadır.
***
– Bunları sənə niyə danışdığımı heç özüm də bilmirəm.
– Yəqin, ona görə ki, bunların məni qətiyyən maraqlandırmadığını bilirsən.
***
Mənim əcdadlarımın ən yaxşı cəhəti odur ki, onlar ölüb gediblər; təvazökar səslənir, mən onların bu keyfiyyətini irsən alacağım anı şərəflə gözləyirəm.
***
Treveler öz lənətə gəlmiş həyatına rəğmən, mənim şeirlərimi anladı, düşünsənə, onlar belə başlayırdı: «Mən öz yuxuma unitazla girirəm».
***
İnsan – sual verən heyvandır. Həqiqətən sual verməyi öyrənəcəyimiz gün dialoq başlanacaq. Hələliksə suallarımız bizi yalnız başgicəlləndirici şəkildə cavablardan uzaqlaşdırır.
***
Qreqorovius düşündü ki, Oliveyra Sibillanın harada ola biləcəyini təxmin edən kimi otaqdan bayıra cumacaq. Görünür, onun sənəti – itiriləni tapmaqdır. Əvvəlcə gözdən itməyə imkan verir, bilə-bilə itirir, sonra isə dəli kimi düşüb axtarır.
***
– Adgül hər gün Parisdən zövq alacaq, – Oliveyra matesini dəyişərək dedi. – Əgər o, cəhənnəmi axtarırsa, buradakı şeylərin bəzisini ona göstərmək yetər. Sadə bir şey, fikir versənə, cəhənnəm də ucuzlaşıb. Bugünkü nekias: yeddinin yarısında metroda getmək, ya da «carte de sejour»u uzatmaq üçün polis şöbəsinə getmək.
***
Əlbəttə, əgər bu gün bizim əsas girişimiz unitazın deşiyidirsə, nə etmək olar.
***
Mən səni tanıyandan elə hey nəsə axtarırsan, ancaq adama elə gəlir ki, axtardığın şey sənin cibindədir.
– Bu barədə mistiklər də deyiblər, ancaq cib barədə danışmayıblar.
– Eyni zamanda bir çox insanın həyatını korlayırsan.
– Onlar özləri buna gedirlər, özləri. Onlara balaca bir təkan lazımdır, mən yalnız yanlarından keçirəm və onlar hazırdır. Mənim heç bir pis niyyətim olmayıb. Heç bir pis şey olmasını istəməmişəm.
– Ancaq sən, hər halda, axtarırsan, nə istəyirsən, Horasio?
– Yaşamaq hüququ.
– Burada?
***
Sən yaşamaq hüququ, şəhərdə yaşamaq haqqı istəyirsən? Yox canım, sən şəhərə hakim olmaq istəyirsən. Dilxorluğun isə sağalmaz xudbinliyindən qaynaqlanır. Bura gələndə düşünürdün ki, Dofin meydanında sənə heykəl qoyacaqlar. Yeganə başa düşmədiyim şey sənin texnikandır. Şöhrətpərəstliyin isə tam qanunauyğundur. Sən bir çox mənalarda kifayət qədər qeyri-adisən. Lakin görürəm ki, indiyədək etdiklərin sənin yerində ola biləcək başqa şöhrətpərəstlərin edəcəklərinin tam əksidir.
– Hə, – Oliveyra dedi, – görürəm gözlər sənə boş yerə verilməyib.
***
Mən heç bir şeydən imtina etmirəm, sadəcə, elə edirəm ki, mövcud olan hər şey məndən imtina edir.
***
– Biz, həqiqətən də, dostlaşa bilərdik, – Qreqorovius dedi, – əgər səndə kiçicik bir insani keyfiyyət olsaydı. Mən Lusianın da sənə eyni şeyi deməsindən şübhələnirəm.
– Tamamilə doğrudur, hər beş dəqiqədən bir. Maraqlıdır, adamlar bu sözlə oynamağı nə qədər yaxşı öyrəniblər – insani. Bəs niyə o halda Sibilla səninlə qalmadı, sənin ki bütün məsamələrindən insanlıq fışqırır.
– O, məni sevmir.
***
– Bəlkə də, Lukkaya gedib. Ona istənilən yer səninlə olmaqdan yaxşıdır.
***
Karandaşla cızıqlanmış kağızlar, sən demə, xüsusi məktublarmış.
***
Yox, hər halda, inanmıram və sənə ona görə yazıram ki, oxuya bilmirsən. Əgər oxuya bilsəydin, mən bunu sənə yazmazdım, ya da vacib bir şey yazardım.
***
Mən sənin burada mənimlə yaşamağına razı ola bilmərəm, bu bizim hər ikimiz üçün yaxşı deyil, mən Horasio ilə tək olmalıyam və kim bilir, onun axtardığını tapması üçün ona hələ nə qədər kömək etməliyəm, sənin də gələcəkdə axtaracaqlarını tapmaq üçün, Rokamadur, ona görə ki, sən kişi olacaqsan və sən də axtaracaq, axtaracaq və axtaracaqsan, böyük adam və dəli kimi.
***
Hərdən mən səni düşünmürəm və mənə elə gəlir ki, buna görə sən nə vaxtsa mənə sağ ol deyəcəksən…
***
Bunlar, sadəcə, kafe deyil, onlar – qəlbləriylə vidalaşmış insanların neytral əraziləridir…
***
Yəqin ki, Cənnət, bizim onu xəyal etməyə çalışdığımız kimi, yaxşı anların hələ şüursuz döl şəklində olduğu mifoloji-poetik proyeksiyasıdır.
***
Mərhəmətin nə olduğunu düşünərək romanı çıxardı. Mərhəmət – lap dissertasiya mövzusudur. Öz-özünə mərhəmət: bu artıq yaxşıdır. «Mən heç vaxt özümə xoşbəxtlik vəd etməmişəm, – romanı vərəqləyərək düşündü. – Bu üzr deyil, etiraf da deyil.
***
Mənimsə tək günahım odur ki, onun əllərini və ayaqlarını qızdırması üçün daxilimdəki yanacağım çatmadı. O, məni yanmayan qübbə kimi seçdi, mənsə onun – işə bax ha! – boynunun ardında soyuq su oldum. Yazıq qız, lənət olsun mənə…
***
Mən həyatımdan tam razı, fit çala-çala çəkmələrimin bağını bağlayıram və birdən hiss edirəm ki, bədbəxtəm. Bu dəfə səni tuta bildim, qüssə, mən hələ səni beynim qeydiyyatdan keçirməzdən öncə, o, sənə öz mənfi hökmünü çıxaranadək hiss etmişdim. Əgər boz rəng ağrı, mədə ağrısı olsaydı, nə olardı? Və demək olar ki, dərhal (lakin sonra, bu dəfə sən məni aldada bilməzsən) vərdiş etdiyimiz izahat ortaya çıxır: «Hə, bir gün də yaşamalıyam və s.» Bundan sonra da: «Canım sıxılır, ona görə ki… və s.»
***
Yuxudan duranda jalüzlərin arasından sübh şəfəqlərini gördüm. Mən gecənin elə bir dərinliyindən çıxırdım ki, elə bilirdim, öz-özümü qaytarıram; məni hər şeyin həmişəki kimi və həminki ruhsuz ardıcıllıqla olacağı yeni gün qorxudurdu: şüur işə düşür, işıq duyğusu əmələ gəlir, gözlər açılır, jalüzlər və aralarındakı işıq görünür.
Elə bu an mən yarıyuxulu halda dinləri heyrətə gətirən və məftun edən bütün dəhşəti başa düşdüm: kainatın əbədi kamilliyi və yer kürəsinin öz oxu ətrafında daim fırlanması. Və qəm-qüssədən, dözülməz əlacsızlıq duyğusundan boğuldum. Mən hər səhər günəşin çıxmasına dözməyə məcburam. Bu dəhşətdir. Qeyri-insanidir.
***
Mən şorba içirəm. Və birdən mütaliədən ayrılaraq düşünürəm: «Şorba mənim içimdədir, o, mənim heç vaxt görməyəcəyim kisəmdədir, mənim mədəmdədir». İki barmağımla özümü əlləyirəm, barmaqlarımın altında köp və yeməyin içəridəki hərəkətini hiss edirəm. Belə çıxır ki, mən yemək doldurulmuş kisəyəm.
Elə burada da can doğulur: «Yox, mən – bu deyiləm».
Yox əşşi (heç olmasa, bir dəfə düz olaq) –
mən – məhz buyam. Kiçik düzəlişlə, çox zərif təbiətlər üçün: «Mən – həm də buyam». Yaxud daha bir pillə: «Mən – bundayam».
***
İstənilən ağrı mənə iki cür təsir edir: heç vaxt olmadığı kimi, mənim «mən»imin və mənim bədənimin tamamilə iki fərqli şey olduğunu hiss etməyə məcbur edir.
***
– Çox az adam tanrının rəhmətinə layiqdir, – Ronald dedi. – Özünü az təriflə…
***
Əslində, biz hamımız eyni yolun yolçularyıq, ancaq biriləri öz yolunu sol tərəfdən, başqaları isə sağdan başlayır.
***
Biz hamımız özümüzü heç də pis hiss etmirik və kollektiv biliyimizdən tam məmnunuq.
***
Qulaq as, hətta mən dəhşətli adamamsa, məndə tərifəlayiq heç nə yoxdursa, hətta mənimçün sən də yoxsansa, madam ki, mənim səni itirməyim artıq həll olunub (hətta itirmək də yox, çünki itirmək üçün əvvəlcə tapmaq lazımdır)
***
Onun çarəsiz və dərin kədərinin səbəbi məni üç qızından heç biri ilə evləndirə bilməməsiydi, bu, mümkün deyildi, çünki qızların hər üçü – fəlakət! – artıq ərə getmişdi.
***
Zamanın nə etdiyini, guya, anladığımızı düşünmək lovğalıqdan başqa bir şey deyil:
***
Ancaq eyni zamanda o başa düşürdü ki, yazmağı hələ heç vaxt bu qədər arzulamayıb. Refleks, yoxsa ətalət – bu özünlə sətir-sətir mübarizə apardığın nə şirin və yorucu tələbatdır?
***
Axı yazıçı ədəbiyyatı dağıtmaqdan başqa nəyə yarayır ki? Və bizlər, dişi oxucu olmaq istəməyənlər, əgər bu dağılmaya mümkün qədər kömək etmiriksə, onda biz nəyə lazımıq?
***
Şairlər durur, mübahisə yoxdur, ancaq artıq onları oxuyan da yoxdur.
***
– Əgər əsas hədəfi müəyyənləşdirə bilmirsənsə, mərhələlər barədə danışa bilməzsən.
***
Məsələn, onun silsilə romandan zəhləsi gedir. Əvvəldən axıradək asanca oxunan kitabdan, sözəbaxan uşaq kimi sakit kitabdan.
***
Materiya adlanan şeyə inanasan, yoxsa ruh deyilən şeyə, Emmanuel kimi yaşayasan, yoxsa dzen-buddizm normalarına uyğun, insan həyatına iqtisadi problem kimi baxasan, yoxsa xalis absurd kimi – bu siyahını sonsuzadək uzatmaq olar və seçim imkanları da çoxdur.
***
Sadəcə, biz özümüzü bu dalanda – Qərb Dünyasının Böyük-İdeal-Real-Mənəvi-Materialist şöhrətpərəstliyində bir azca az tənha hiss edəcəyik.
***
Sən demə, təfəkkür adlarını xatırlamağa ərindiyim turşuların qarşılıqlı fəaliyyətinin nəticəsiymiş.
***
– Bu cür nihilizm şəraitində bircə yol var: xarikiri, – Etyen dedi.
***
Heç kəs əbədi ağlaya bilməz, hətta dullar da ərə gedirlər.
***
Ancaq sərxoş Bəps üst-üstə qalaqlanmış plaşların və şarfların içində çaşbaş qalıb dəhlizdən otağa qayıtdı ki, hər halda, Oliveyra ilə haqq-hesabı çürütsün, bu ona inkvizitor haqqında dişinin dibindən çıxanı demək və bu murdar həyatda ondan da yaramaz alçaqlar, köpəkoğlular, sadistlər, əclaflar, cəlladlar, utanmaz və vicdansız rasistlər, çirkin oğraşlar, üfunətli, murdar dəyyuslar, sifilislilər gördüyünü göz yaşları içində təsdiqləməkçün ideal məqam idi. Bu məlumat Etyenə və Perikoya hədsiz ləzzət eləsə də, qalanlarında, həmçinin ünvan sahibində təzadlı duyğular yaratdı.
***
Onlardan biri ağlamağa başlayar, göz yaşları yoluxucudur, artıq üçü də bir-birini bağışlayana qədər zırıldayıb ağlayır, sonra isə nə desən ola bilər – suyu çəkilmiş qadınlar dəhşətlidir.
***
Oh, qadınlar, mən artıq sizin tanıdığınız deyiləm. Hoqqabaz. Təsəlliverən. Empuslu, lamiyəli gecə, uğursuz gecə, böyük oyunun sonu.
***
Bütün məsələ isə bundadır ki, olduqca çox əzab var, hamısı da məndə, özünü əzab çəkməyi bacaran biri hesab etməyəndə. Mənim sevdiyimi sevmək olmaz, həm də mənim kimi sevmək, hələ üstəlik də insanlar arasında yaşamaq olmaz. Təkbaşına yaşamağı öyrənmək lazımdır ki, sevgi öz işini görsün, məni ya xilas, ya da məhv edərdi…
***
Nəhayət, uçura biləcəyin bir məkan və gecələr çıxıb zamanın yuduğu üzünü küləyə verəcəksən və dünyayla, Böyük Çılğınlıqla, Möhtəşəm Cəfəngiyatla qovuşacaqsan, arzuların kristallaşmasına doğru gedəcəksən.
***
Çünki Oliveyra insan cinsinin nümayəndəsi olaraq özü haqqında yetərincə yüksək fikirdəydi.
***
Yalan və burulğanlar içində, dal-dalı gediləsi mümkün olmayan yola çıxmış insan adlı heyvanın əl atdığı kələklər.
***
O günlər hər şey hələ ki, arzuolunan cəmiyyətə uyğun idi, hər halda, birlik hələ mümkün idi – küçələri dolaşmaq, bukinistlərin yeşiyinə RİP yazmaq və avaraların sevgisi ilə nəşələnmək, hələ ki hər şeyin əksinə getmək, nə etmək, nəyi sınamaq, nəyi geridə buraxmaq zərurətinin qeyri-müəyyən siyahısına daxil idi. İndisə soyuqdur, cəmiyyətdən heç nə qalmayıb.
***
Oliveyra düşündü: görəsən, hansı ağlasığmaz şərait zənciri onun saçlarını peroksidlə məhv etməsinə səbəb olub?
***
Özünü bir daha tam axmaq hesab etmək üçün kifayət qədər vaxt vardı.
***
Əgər gözləməsən, heç vaxt gözlənilməzlə görüşməzsən.
***
Xana-xananı belə oynayırlar: daşı çəkmənin burnuyla vururlar. Bununçün nə lazımdır: daşın səthinin hamar olması, çəkmə və bir də qəşəng çəkilmiş xanalar, tabaşirlə, yaxşı olar ki, rəngbərəng olsun. Yuxarı damada – Göyüzü, aşağıda isə – Torpaq. Daşla Göyüzünə gedib çatmaq çox çətindir, adətən, haradasa səhvə yol verirsən və daş damadan kənara çıxır. Lakin tədricən zəruri vərdişlər yaranır, damadan-damaya tullanmağı öyrənirsən (balıqqulağı, düzbucaqlı, qarışıq xanalar da var, ancaq bunlar az oynanır) və sən demə, günlərin bir günündə sən Torpaqdan qoparaq öz daşınla birlikdə Göyüzünün özünə tullana və Səmaya daxil ola bilərsənmiş , pis olan yalnız odur ki, bu zaman ətrafda, demək olar ki, heç kəs Göyüzünə çata bilmir, sənsə öyrənmisən və elə bu vaxt uşaqlıq sona yetir və sən kitabların arasına girirsən, allah bilir nəyə görəsə qəm dəryasına qərq olursan, başqa bir Göyüzünün seyrinə dalırsan, halbuki ona gedib çatmağı hələ öyrənmək lazımdır. Artıq uşaqlıqla vidalaşdığından yaddan çıxarırsan ki, Göyüzünə çatmaq üçün daşlar və çəkmənin burnu lazımdır.
Axırıncı dəfə l’azuru, l’azuru, l’azuru, l’azuru(mavi) nişan alaraq necə lazımdırsa vurmaq və tarap, şüşə xıncım-xıncım oldu, indi şirniyyatsız yıxıl-yat, yaramaz uşaq, kimin nə vecinədir, həmin qırılmış şüşənin arxasında sənin arzular cəmiyyətin yerləşirdi və Göyüzü elə arzulanan o cəmiyyətin və sığınacağın özüdür ki var, ancaq uşaqlıqda biz onu Göy adlandırırıq.
***
Təsəlli üçünsə həyatında baş verən yaxşı şeyləri yadına saldı.
***
Məsələn, onun həyatının ən yaxşı xatirələrindən biri 1940-cı ildə olmuşdu; o, səhər-səhər əlində stəkan öz şefinin kabinetinə daxil olub oradan işdən azad olunmuş vəziyyətdə çıxanda, rəis otaqda islanmış üzünü qurulayırdı. Bu onun həyatında baş verən yaxşı şeylərdəndi, çünki məhz həmin ay onun vəzifəsini böyütmüşdülər, ancaq yaxşı olan bir şey də onun Talitayla evlənməsiydi (hətta onlar hər ikisi bunun əksini söyləsələr də);
***
– Yəqin, daxili soyuqdəymədir, – sinyor Qutuzzo deyirdi. – «Qara bağır» deyirlər.
– Yox, sinyora onun qəlbi ağrıyır. Mənim ərim şairdir axı, inanın.
***
Talitanın anlayışı haqqında xüsusi olaraq danışmaq lazımdır. Bu, ironik-incə və sanki, kənar bir anlayışdır. Onun Trevelerə olan məhəbbəti bulaşıq qazanların yuyulmasından, uzun və yuxusuz gecələrdən, ərinin bütün nostalji fantaziyalarının qəbulundan, tanqoya və trukoya olan həvəsindən hörülür.
bir sözlə, qadının kişi qarşısında olan bütün öhdəliklərini yerinə yetirmək və asan olmasa da, kölgədə qalmaq lazımdır.
***
Talita əmindi ki, Treveler gənclik dostunun uzaq ellərdən geri qayıtmasına sevinir, çünki «Andrea S» gəmisində Horasio adlı birinin zorla Argentinaya köçürülməsi barədə xəbəri eşidəndə Treveler ilk olaraq sirkdəki sayan pişiyə bir təpik vurub, sonra da elan etdi ki, həyat – çox alçaq bir şeydir. Buna baxmayaraq, Talita ilə birlikdə sayan pişiyi də səbətə qoyub onu qarşılamaq üçün limana getdilər.
***
– Tanış ol, arvadımdır, – Treveler dedi.
Oliveyra «çox şadam» dedi və demək olar ki, Talitaya baxmadan əlini uzatdı və dərhal soruşdu ki, pişik onun nəyidir və niyə onu səbətdə limana gətiriblər. Bu münasibətdən inciyən Talitanın ondan tamamilə zəhləsi getdi.
***
Treveler öz işi və daha yaxşı iş tapmaq ümidini itirdiyi barədə danışdı, başqa sözlə, harada ki iş azdır, orada sifət çoxdur.
***
Hə, bir dəfə Vyanaya qədər gedib çıxmışdım. Oarada əla kafelər var, gonbul qadınlar öz itlərini və ərlərini oraya strudel yeməyə gətirirlər.
***
– Bir dəfə kafedə qənd əlimdən masanın altına düşdü. Parisdə, yox Vyanada.
– Kafedən danışmağa görə o boyda gölməçəni üzüb gəlmənə ehtiyac yox idi.
***
Kamillik – əgər belə bir şeyin mövcudluğunu fərz etsək, o, ikiüzlülükdən başqa bir şey deyil.
***
İnsanlar özlərini ona görə bir-birinə dost hesab edirlər ki, həftənin bir neçə saatını bir divanın üstündə, bir kinozalda, bir yataqda keçirirlər, ya da ona görə ki, bir yerdə eyni işi görməyə məcbur olurlar. Gənclikdə bir kafedə oturaraq, olurdu ki, tənhalığın aldadıcı təsirindən özümüzü dostlarla xoşbəxt hiss edirdik. Biz özümüzü yalnız davranışlarına görə tanıdığımız kişilərin və qadınların həyatıyla əlaqədə hiss edirdik, ona görə ki, onlar ancaq ümumi cəhətlərini göstərirdilər.
***
Davamsız olan bizə möhkəm görünürdü, bu isə özünəməxsus tərzdə ölümsüzlük vəd edirdi.
***
Elə də təvazökardır ki, diplomu olan argentinalı qadınçün nadir xüsusiyyətdir, burada qadına miskin bir yerölçən vəzifəsi vermək kifayəidir ki, bir havaya girsin, gəl görəsən.
***
Sən öz abırsızlığından əl çəkməyəcəksən//və həmişə özün olaraq qalacaqsan». Mənfur Odissey.
***
Hər halda, açığını desək, bizim yaşadığımızı zənn etdiyimiz həyatlarda ən mənasız şey əlaqələrimizin saxtalığıdır. Hər kəsin öz orbiti var, yalnız arabir təsadüfi əlsıxmalar, beş dəqiqəlik söhbətlər, küçələrdə ora-bura vurnuxmaqla keçən gün, gecəni – operada və birdən bədənin yadına düşür və gözlənilmədən hamı özünü daha əvəzolunmaz hiss edir.
***
Sevgi və zəriflik isə – təkərin altından çıxan ontoloji çamurun mahiyyətidir, çe, ələ keçirilməsi mümkün olmayana sahib olmaq cəhdidir.
***
İzah etdi ki, şəhəri söyməsi onu sevməməsi anlamına gəlmir və yalınız ağıldan kəm adamlar bunu yanlış dəyərləndirə bilər.
***
Xekreptenin mehriban qayğıları ilə əhatə olunmuş Oliveyra onun nəvazişlərindən tamamilə ərköyünləşərək günortayacan yatır, maariflənmə dəqiqələrində çamadanın dibindən çıxardığı Krevelin kitabçasına baxır və getdikcə daha çox rus romanlarının qəhrəmanlarına bənzəyirdi.
***
Məsələn: mən mate içmək istəyirdim. Ancaq bu gəlib başlayır südlü qəhvə dəmləməyə, halbuki ondan kimsə xahiş etməmişdi. Nəticədə: əgər mən onu içməsəm, qaysaq əmələ gələcək. Bir sözlə, ciddi bir şey yoxdur, ancaq qıcıqlandırır.
***
Manu ilə mənim fərqim hər ikimizin, demək olar ki, eyni olmağımızdadır. Bu halda xırdaca bir fərq nəhəng kataklizmə bərabərdir.
***
Sən fasiləsiz zaman fəzasında tırtıl sürətilə hərəkət edirsən.
***
Qayğıkeş analar mətbəxin yanındakı masanın ətrafında oturub öz uşaqlarını südlü pəhrizə yönəldirlər, masanın üstündə yalnız təbəssüm, altında isə göyərənədək dümsük və çimdiklər.
***
Hamıya elə gəlir ki, əgər o danışırsa, demək başqaları onun hisslərini bölüşməlidir.
***
– Təkrar biliyin anasıdır.
– Sən başqalarının əleyhinə olan hər şeyi təkrarlamağa hazırsan.
– Tanrı məni sizin şəhərə hədiyyə göndərib, – Oliveyra dedi.
– Sizi iynələyirəm ki, yuxulamayasınız, – Oliveyra dedi.
***
Onlar ona çatdılar, onlar ona çatdılar
Daldan ağac taxdılar.
Yazıq sinyor! Fağır sinyor!
Çıxara bilməyəcək. (İki dəfə.)
***
Həyatın möhtəşəm qayda-qanunlarına boyun əyərək yaşadığını hiss etdiyin o əski çağlar necə də gözəl idi, o zamanlar ki, sonetlərin, ulduzlarla dialoqların, Buenos-Ayres gecələrinin fonundakı düşüncələrin, «Kolumb» kafesinin salonlarındakı, yaxud xarici maestronun mühazirələrindəki Göte sakitliyinin yaşamağa tam haqqı vardı. Onu hələ də məhz bu cür yaşayan, özünü bu cür – şüurlu dərəcədə gözəl və geyinib-kecinmiş, ustalıqla yaradılmış şəkildə sevən dünya əhatə edirdi.
***
Oliveyranın dünənki günün ağıllı frazalarını, danışmağı və susmağı bacarmaq kimi təmtəraqlı ayinlərini acı gülüşlə təqlid etməkdən savayı heç nəyi qalmamışdı.
***
Sirk çox gözəl idi: güləbətinin aldadıcı parıltısı, gurultulu musiqi və yavaşca ətrafa çilənən valeryankaya qüsursuz reaksiya verən sayan pişik, mütəəssir olmuş sinyorlar isə öz uşaqlarına Darvinin təkamül nəzəriyyəsinə dair bu qədər parlaq nümunələr göstərirdilər.
***
– Buna baxmayaraq, o axmaqdır, sən bunu çox gözəl bilirsən.
– Çox gözəl bilmirəm, amma bilirəm. Daha doğrusu, taxtanın üzərində oturanda bildim. Amma siz ki bilirsiniz, mən sizin aranızda tərəzinin ortasında adını heç kəsin xatırlamadığı şey kimiyəm.
***
– Buna baxmayaraq, sən qalırsan, Manu isə pis yatır.
– Əgər belədirsə, ona ekvanil həbi ver.
***
Buyurun, piylənənlər üçün bir neçə dissertasiya mövzusu.
***
İnsanlar arasında necə it olasan…
***
Gərək insan öz insan cinsindən aralanmaq qabiliyyəti əxz edib ya iti, ya da qəribə bir balığı öz-özünə gedən yolda özü üçün qaynaq, başlanğıc nöqtəsi seçəydi.
***
O, nə axtarır? Özünü axtarır? Əgər artıq tapmasaydı, o, özünü axtarmazdı.
***
Bir balaca ixtiyar verən kimi Ağıl dərhal sənə hazır ştamp soxuşdurur.
***
Gəlin sakitcə araşdıraq. Axı bu tip nə axtarır? Özünü axtarır? Şəxsiyyət kimi axtarır? Əgər şəxsiyyət kimi axtarırsa, onda necə deyərlər, hansı zaman xaricində olan, yaxud tarixi məxluqu? Əgər ikincidirsə, hesab elə ki, boşuna vaxt itirir. Əgər, əksinə, özünü mümkün olanın o tərəfində, haradasa itin yanında axtarırsa, bu o qədər də pis deyil.
***
Mərkəzi hər yerdə olan, çevrəsi isə heç yerdə olmayan dairədə ayağının birini götürüb o birini qoymaq dəhşətdir.
***
Onsuz həyat – həyat deyil, nifrət oyandıran məzhəkədir?
***
Bu müqəddəs olanın barışığı deyil, ona görə ki, itə qədər enmək, hər şeyi yenidən, itdən və ya balıqdan, yaxud palçıqdan, ayıbdan, miskinlikdən, zəiflikdən, yaxud da istənilən cüzi xırdalıqdan başlamaq çabasında hər zaman müqəddəsliyə həsrət var, lakin müqəddəsliyin dini olması istənmir (bütün cəfəngiyat da buradan başlanır), fərqliliklərin olmadığı və qüdsiyyətsiz bir durumda olmaq isləyirsən (ona görə ki, müqəddəs – həmişə müqəddəsdir və kim ki müqəddəs deyil, həmin bədbəxt başını aşağı salıb burulmuş corabını düzəldən qıza baxanlar kimi utanaraq həyəcan keçirir), başqa sözlə, bu barışıq müqəddəslikdən fərqli bir durum olmalıdır, başdan-ayağadək və büsbütün müstəsna bir vəziyyət olmalıdır.
İmmanent olan qurğuşunu qızıl naminə, sellofanı şüşə naminə, azı çox naminə qurban vermək lazım deyil. Mənəvi əməliyyatlar və onların nəticəsi üçün belə bir əl-kimya, belə bir qeyri-Evklid həndəsəsi, belə bir up to date1 qeyri-müəyyənlik. Məsələ qətiyyən yüksəlməkdə deyil, tarixin təkzib etdiyi bu köhnə uydurma bütlə, qart yerköküylə artıq heç bir uzunqulağı aldatmaq mümkün deyil. İş heç də kamilləşməkdə, böyüməkdə, günahları yumaqda, seçməkdə, hər şeyi əlində tutmaqda, alfadan omeqaya getməkdə deyil. Artıq hər şey var. Hər necə olsa da, var. Güllə artıq silahdadır, təkcə tətiyi çəkmək qalır, ancaq barmağımız bunu etməkdənsə avtobusa saxla işarəsi verir, ya da bunabənzər bir şey.
***
Lakin hər şey iyrəncdir, tarix sənə bu barədə deyir; bu da sən: bunları yaşamaq əvəzinə düşünürsən ki, demək, hər şey iyrəncdir, demək, biz kainatın disharmoniyasına qarışmışıq və bütün etirazlarımız və ixtilaflarımız ictimai qurumlarla, tarixlə, ion üslubuyla maskalanır, sağlam İntibah sevinciylə və romantizmin səthi kədəriylə; beləcə yaşayırıq, peşman olsaq da.
***
Treveler, doğrudan da, pis yatırdı, gecənin bir aləmində sinəsinə daş çökmüş kimi nəfəsini içinə çəkib Talitanı qucaqlayırdı, Talita da heç bir söz demədən ona qısılırdı ki, əri onu daha çox yaxın hiss etsin. Qaranlıqda onlar bir-birinin burnunu, dodaqlarını, gözlərini öpürdülər, Treveler əlini mələfənin altından çıxararaq Talitanın yanaqlarını sığallayır sonra yenidən gizlədirdi, elə bil, soyuqdan donacağından qorxurdu, halbuki hər ikisi tər-yaş içindəydilər; sonra Treveler bir neçə rəqəmi təkrarlayırdı – yuxuya getməkçün qədim üsul – və Talita onun qollarının gücdən düşdüyünü, dərindən nəfəs alaraq sakitləşdiyini hiss edirdi. Gündüzlər o tamamilə gümrah görünür, mate içə-içə fitlə tanqo çalır, ya da nəsə oxuyurdu, ancaq Talita mətbəxə keçib nəsə hazırlamağa başlayanda o, müxtəlif bəhanələrlə dörd-beş dəfə mətbəxə keçərək dil-boğaza qoymadan və əsasən də dəlixanadan danışırdı;
***
Musiqi bizimçün, sevgiylə yaşayanlar üçün kədərli qidadır!
***
– Bu nə deməkdir ki? – Talita onun yeşikdə nəsə gizlədərək açarı iki dəfə burduğunu xatırlayıb dedi. – Evləndiyimizdən bu yana ilk dəfədir ki, nə oxuduğunu məndən gizlədirsən.
– Budur o, istədiyin qədər baxa bilərsən, ancaq əvvəlcə əllərini yu. Ona görə gizlədirəm ki, qiymətli kitabdır, sənin əllərin isə daim ya yerkökülü, ya da nə bilim nəli olur və istənilən çap məhsulunu, mənim zəhmətkeş arvadım, bir dəfəyə yaman günə qoyursan.
***
– Problemlər, – Treveler dedi, – qızdırıcı primus cihazı kimdir, partlayana kimi onlarda hər şey qaydasında olur.
***
Maraqlıdır, siz haçansa məni rahat buraxacaqsınız? Mən sənə qəsdən ona oxşadığını deyirəm ki, biz bu səfehliyə birdəfəlik son qoyaq. Ola bilməz ki, Horasionun qayıdışı hər şeyi birdən-birə dəyişsin. Mən artıq dünən dedim: daha dözə bilmirəm, siz mənimlə tennis topuyla oynayan kimi oynayırsınız, biriniz bu tərəfdən vurursunuz, o biriniz digər tərəfdən, belə olmaz Manu, olmaz.
***
– Bilirsən, həyatda gizli şeylər var, gözlənilmədən ortaya elə bir şey çıxır ki, heç ağlımıza da gəlməz və hər şey alt-üst olur. Sən bunu bilməlisən.
– Deməli, sən, doğrudan da, hesab edirsən ki, o, məni əldə etməyə çalışır və…
– O, səni əldə etməyə-filan çalışmır, – Treveler onu döşəməyə buraxaraq dedi. – Oliveyra sənə tüpürmək istədi. İncimə, mən sənin necə gözəl olduğunu bilirəm axı və sənə baxanları, səninlə danışanları həmişə qısqanacağam. Ola bilsin ki, Horasio da sənə göz yetirib, ancaq istəyirsən məni dəli hesab et, ancaq yenə dediyimi-deyəcəyəm: onun səninlə işi yoxdur, ona görə mən narahat deyiləm. Burada başqa iş var. – Treveler bərkdən dedi: – Lənət şeytana, tamam başqa bir şey.
***
– Bəlkə də, öz aranızda nəsə danışırsınız, mən çağrılmadığım yerə burnumu soxmağı xoşlamıram.
– Cürətli olun, – Talita dedi.
***
Mən iflic olmuş adamın dodaqlarının tərpənişindən anlamağa çalışan, ancaq bacarmayan biri kimi hirslənirəm. Elə bilirəm ki, guya, məndə beş adi duyğuya əlavə olaraq biri də var, fəqət qətiyyən inkişaf etməyib, mövcuddur, ancaq işləmir. Mənimçün dünya səssiz səslərlə doludur.
***
Ronald, Hofmanstalın «Lord Çandosa məktubu»ndan sitatı tapdı:
***
Bir dəfə zərrəbinlə çeçələ barmağımın dərələr və tarlalarla şırımlanmış düzənliyə oxşayan nəhəng dərisini gördüyüm kimi, insanları da əməlləriylə birgə gördüm. Artıq mən onlara sadə və adi gözlə baxa bilmərəm. Hər şey ayrı-ayrı tərkib hissələrinə bölünür ki, bunlar da öz növbəsində hissələrə bölünür; və artıq heç bir şeyi müəyyən anlayış çərçivəsinə salmaq olmur.
***
Qızmar günəşin altında səslənən rədd cavabı, gecənin sakitliyində tamam başqa cür səslənə və birdən-birə razılığa çevrilə bilərdi.
***
Əgər Oliveyra haradasa oralarda, otağın qara quyusunun dərinliyindəydisə, orada qaranlıq küncün birində gizlənib pəncərəyə baxırdısa Treveleri, onun kabusa bənzəyən ağ maykasını görməliydi. Əgər o, haradasa oralarda, qara quyuda oturub Talitanın çıxmağını gözləyirdisə, ağ maykanın laqeydcəsinə görünüb-yox olması onu məyus etmişdi. İndi o, sakitcə əlini qaşımalı – bu onda narahatlıq və dilxorluq hisslərini bildirən əlamət idi, – siqareti ağzında islatmalı, ya da pıçıltıyla söyüş söyərək özünü şappıltıyla yatağa, daş kimi yatan Xekreptenin yanına elə atmalıydı. Sanki, yataqda kimsə yox idi.
***
Saat doqquzda yerindən sıçrayıb üzüstə yatan Treveleri dartışdırır, yumşaq yerinə şappıldadır ki, oyansın. Treveler əlini uzadıb onun dabanını qıdıqlayır, Talita onun üstünə yıxılıb saçlarını yoluşdurur. Treveler güclü olmasından istifadə edib imdad diləyənədək onun qolunu sıxır. Və çılğın, qaynar öpüşlər.
***
– Gecə niyə qalxmışdın? Ayaqyoluna getmədin, çünki ora gedəndə əvvəlcə mənə axmaq kimi izahat verirsən «Gedim ayaqyoluna, artıq dözə bilmirəm»
***
Elə ki dırnaqlarımı kəsib, başımı yuyuram, yaxud indiki kimi, sadəcə, yazmağa başlayıram, mədəm həmən quruldamağa başlayır və bədənimin haradasa oralarda qalması haqda hisslərim yenidən baş qaldırır (mən dualizmin səhvlərini təkrarlamıram, sadəcə, özümlə dırnaqlarım arasına fərq qoyuram).
***
Sanki, bədəndə nəsə yaxşı deyil hissi: o ya çatışmır, ya da lap çoxdur (situasiyadan asılı olaraq).
***
Bəlkə də, bir zamanlar can insanı bədənini təkmilləşdirməyə sövq etmişdir, ancaq sonradan onu dartışdırmaqdan yorulmuşdur, odur ki, indi tək gedir. İki addım irəli və – can irəli cumur, ona görə ki onun əsl bədəni mövcud deyil, ona görə də onu yıxılmağa qoyur, şapp.
***
Yuxular haqqında danışaraq, biz demək olar ki, eyni vaxtda ona diqqət yetirdik ki, bəzən yuxuda gördüyümüz şeylər aşkarda dəliliyin adi forması kimi görünərdi. Yuxuda bizə dəlilik bacarığımızı müftə məşq etdirmək imkanı verilib. Və biz hər cür dəliliyin aşkarda təsbit olunan yuxu olduğuna şübhə edirik.
Xalq müdrikliyi: başına hava gəlib, yoxsa yuxuda görmüsən…
***
Ancaq mən bunu hələ də anlaya bilməmişəm, çox geri qalmışam, bilirsən, adətən, qocalar belə olurlar: onlara kibernetikadan danışırsan, başlarını tərpədirlər, özləri isə vermişel şorbası yemək vaxtı barədə düşünürlər.
***
– Hərdən bir fikir mənə rahatlıq vermir, düşünürəm ki, bəlkə də, sən qayıtmamalıydın.
– Bu, səni fikirdə narahat eləyir, – Oliveyra dedi. – Məni isə əməldə. Bəlkə də, bu eyni şeydir, ancaq qorxmamalıyıq. Səni də, məni də abır-həya məhv edir.
***
– Bəzən səndə ürəyini ilk qabağına çıxana açmaq istəyi yaranmır ki?
– Bəlkə də, – Treveler gitaranı kökləyərək dedi. – Bəla burasındadır ki, əgər belədirsə, onda dostlar nəyə gərəkdir.
***
– Əvvəlki dövrlər naminə indi böyük axmaqlıqlar edilir.
***
Əgər dostlar bir-birini başa düşürsə, sevgililər arasında qarşılıqlı anlaşma hökm sürürsə, əgər ailə tam anlaşma şəraitində yaşayırsa, biz harmoniyaya inanırıq. Təmiz su yalan, güzgü torağaylar üçündür. Hərdən mənə elə gəlir ki, bir-birinin ağız-burnunu qanatmış iki insan arasında daha çox qarşılıqlı anlaşma var, nəinki bir-birinə bax beləcə, sanki, kənardan durub baxanların.
***
Sən harmoniya adlandırdığın bir şeyi axtarırsan, ancaq onu, indicə özün dediyin kimi, məhz olmadığı yerdə – dostlar arasında, ailədə, şəhərdə axtarırsan.
***
– Niyə səninlə elə bir şey baş verməlidir ki, sənin ucbatından başqaları yata bilməsin?
– Mən özüm də pis yatıram.
***
– Sən məni qarşılamağa gəlmişdin, unutma.
– Niyə qarşılamayaydım ki? Mən sənin bu qədər dəyişəcəyini gözləmirdim, sən elə dəyişilmisən ki, hətta mən də dönüb başqa adam olmaq istəyirəm… Yox, iş bunda deyil. Kəsəsi, sən özün də yaşamırsan, başqalarını da yaşamağa qoymursan.
***
Biz – Talita, sən və mən, üçümüz birlikdə trismegist uçbucağıq.
Герме́с Трисмеги́ст — (греч. Ἑρμῆς ο Τρισμέγιστος) — Гермес Триждывеличайший — имя синкретического божества, сочетающего в себе черты древнеегипетского бога мудрости и письма Тота и древнегреческого бога Гермеса.
***
– Təkrar edirəm: bir balaca göz elə və mən aradan çıxım. Elə bilmə ki, sənin narahat olduğunu bilmirəm.
– Sənin dərhal getməni istəyəcək qədər deyil.
***
– İki axmağın söhbəti, – Treveler dedi.
– İki monqoloidin, – Oliveyra dedi.
***
– İzahat bərbəzəkli yalanın mahiyyətidir, – Oliveyra dedi. – Yaz.
***
Bilirsən, hər şey karusel kimi sonsuzadək təkrarlanır: ağ at, qırmızı, sonra yenə ağ.
***
Bu – mənəm, mən isə – oyam. Biz onunlayıq, ancaq mən – mənəm, hər şeydən əvvəl – mənəm və öz «mən»imi axıracan müdafiə edəcəyəm.
***
Doğrusunu desəm, onda mən – Folkner personajlarına axmaq parodiyayam.
***
o iə insana ələkdən keçirilən püre kimi baxır: duru məhlul, tarap! – artıq qazandadır, ye – istəmirəm.
***
O, mehmanxana otağına elə oxşayır ki, hətta oradakı tarakanların da hər birinin belinə nömrə yapışdırılıb.
***
O, bu sözləri düşünmədən dedi, ona görə də düşünülmüşdən qat-qat çox anlam daşıyırdı.
***
Əgər o, onunçün heç nədirsə, niyə onda elə hey orada, otağın küncündə oturub siqaret çəkir, ya da, guya, kitab oxuyur: mən – mənəm, mən isə – o, sanki, o, ona nəyə görəsə lazımdır, məhz belə, sanki, nəyə görəsə lazımdır və beləcə, uzaqdan ona asılır, beləcə onun ruhunu çəkib sorur, ümidsizcəsinə nəyəsə nail olmağa çalışır, guya, yaxşı nəsə görəcəksən, guya, özün də yaxşı olacaqsan. Deməli, onda bu mən – mən deyiləm, mən isə – oyam. Demək, onda əksinədir: mən – oyam, çünki mən – mənəm.
***
Ümidi də lotereya bileti alan, ya da ulduz falına qulaq asan adamın ümidindən çox deyildi.
***
Hələ də hesab edirdi ki, lazımi məqamda və zəruri şəraitdə yaddaşını qurdalayaraq müəyyən şeyləri melanxolik tərzdə istədiyi qədər xatırlaya və onlara siqaret kötüyünü külqabıya basdığı kimi halını pozmadan nöqtə qoya bilər.
***
İşi təmiz başa vurmağa, bütün ucları düyünləməyə xarakterik kişi cəhdi.
***
«Sən buna axtarış deyirsən? Və özünü azad hesab edirsən? Heraklit kimi? Təkrarla görüm, azadlığın hansı dərəcələri var, mən də gülüm. Hə, qardaş, sən qıfdasan və səni sorurlar».
***
Onun Sibillanı sevməsi anlayışı nə iflas, nə də əski qaydaların təsdiqi demək idi; öz obyekti olmadan keçinə bilən, heç bir şeylə qidalanmayan sevgi, bəlkə də, ani şiddətlə əridib qovuşduran başqa gücə malikdir.
***
Yoxsa, məhəbbət yüksək zənginlik və varlığın hədiyyəsi deməkdir; yalnız əlindən buraxdıqdan sonra onun bumeranq effektindən xilas ola bilərsən, ona həmişəlik yox olmaq imkanı verib özünsə bu kələ-kötür gerçəkliyin bütün rüzgarlarına açıq olan bu yeni pillədə yenidən tənha qalmağa tab gətirərsən. Sevginin obyektini məhv etmək, kişini yoldan çıxaran qədim ehtiras, dayanacaqda yubanmamaq üçün verilən haqq;
***
Düşüncələrdə və həyatda nizam yaratmaq, harmoniyanı təşkil etmək kimi münasib sxemi tərtib etmək necə də asandır. Adi riyakarlıq, keçmişi həyat təcrübəsi səviyyəsinə çatdırmaq, sifətdəki qırışların və əski görkəmin içindəki mənanı çıxarmaq yetər.
***
Qırx ili adlayan həyatı boyu o gülməyi və susmağı belə öyrənmişdi.
***
Təmkinli skeptisizm, uzaqlardan gəlmiş insan görünüşü, kamilliyə, nikaha və nahardakı, ya da qeyri-kafi qiymət yazılmış gündəlik üzərindəki atalıq qayğılarına ədəbli giriş.
***
Sözlər məqsədi təhrif edə bilər, daşlaşmış həqiqətlər sadəliyə təhlükədir.
***
Ola bilərdi ki, satqınlıq mütləq tənhalıqla nəticələnsin, şahidsiz və yoldaşsız tənhalıqla, öz-özünlə baş-başa qalasan, özünü hər necə olursa-olsun şəxsi öhdəliklərin və dramatik təəssüratların bəri tərəfində güman edəsən, etik işgəncənin bəri tərəfində özünü hansısa irqə, uzaq başı hansısa xalqa və ya millətə bağlı biləsən. Və belə olduqda – zahirən tam azad və heç kəsə hesabat verməyən – oyundan çıxıb, yol ayrıcından dolanbac yollardan birini zəruri və tək doğru yol elan edərək onunla gedəsən.
***
Bizim burada altında şanagüllə pozasında otura biləcəyimiz ağaclar da yoxdur.
***
Vahid məqsəd – yolda olmaq naminə getmək.
***
Beləliklə, Təpəyə səfərin, hər halda, bir anlamı vardı, çünki bundan sonra Sibilla artıq itirilmiş obyekt statusundan qurtulub yenidən mümkün qovuşma obrazına çevrildi.
***
Qurdaladıqca qurd çıxır.
***
Gözəlliyim, gəncliyim və tərbiyəm sadə bir qadın olmama imkan vermədi.
***
Təbii ki, qadın məğrurluğum mənə Parisdə ən dəbdə olan, insanı qadınların bütü olduğumu deyirdi, ancaq ürəyim buz kimi soyuq olaraq qalırdı.
***
Renoviqo»nun (Meksikada «Lümen» nəşriyyatının buraxdığı ispan-amerikan dilində ikidilli qəzet, bu qəzetdə xeyli dəli çox uğurlu fəaliyyət göstərirdi)
***
Ferraquto sayan pişiyi görmək üçün iki dəfə sirkdə peyda olmuşdu, görünür, onunla ayrılığa tab gətirə bilmirdi və hər dəfə satın aldığı böyük əmlakdan, hər kə-sin ü-zə-ri-nə dü-şə-cək bö-yük məs-ul-iy-yət-dən danışırdı (ah!).
***
Oliveyra başa düşülməsi mümkün olmayan sənədin oxunuşu yarıya çatanda peyda oldu, odur ki, hər şeyin qaydasında olduğunu və heç kəsin heç bir şey anlamadığını ona yarıpıçıltı və əl-qol hərəkətləriylə anlatmaq lazım gəldi.
***
Mendes Delfino qanunu inzibatçıya bu şəxslərin şüurunun aydınlaşma dövründə onlardan klinikanın yeni sahibkara verilməsiylə razı olub-olmadıqlarını soruşmaq səlahiyyəti verir.
***
Məzlum canlıları qorumaq üçün bizə mənəvi yardımdan daha çox şey lazımdır.
***
Qapıları və pəncərələri mənəvi ehtiyaclara açmaq lazımdır.
***
– Görürsən, onlar hamısı axırda imzalamalı olurlar, onlarla bizim aramızda nə fərq var? Heç bir. Ona görə də bu müəssisə elə bizlikdir.
– Yox, – Treveler dedi, – fərq var: bizdən fərqli olaraq burada hər şey çəhrayı rəngdədir.
***
Hazırkı durumda etika sənin dostuna həyat bəxş etməyindən ibarətdir, ancaq mən sənin sədəqəni qəbul etmirəm.
***
– Sənin demək istədiyin bu deyildi.
– Yoxsa, mənim demədiyim fikirlərimdən və eyhamlarımdan gileylənmək istəyirsən?
***
Yaxın və faciəvi qüruba belə dəqiqliklə gedən insanlara ras gələndə insan fatalist olur.
***
Trevelerə eyham vurmaq lazım idi ki, deyilənləri həqiqi mənada başa düşmək lazım deyil.
***
Ancaq özünü insanlar arasında meymun kimi hiss etmək və meymunun özünün belə izah edə bilmədiyi müəyyən səbəblərə görə meymun olmaq istəyi tamamilə başqa məsələydi.
***
Bu məktubun istənilən qədər surətini çıxarmaq olar, xüsusilə də mahiyyətcə murdar donuz və beynəlxalq çaqqal sürüsü olan BMT və dünya hökumətlərinin üzvləri üçün.
***
Roma papası – Tanrının heç bir nümayəndəsi-filanı deyil, tarixin ən nəhəng donuzudur; Roma klerikalizmi – xalis Şeytan pox-püsürüdür; bütün Roma məbədlərini yerlə bir etmək lazımdır ki, insanların qəlblərinin dərinliyində yalnız İsa Məsih işığı parlamasın, onların ürəyinə həm də bütün dünyanın işığı düşsün.
***
Dünyanın bütün daşlarının səsi dünyanın bütün şəlalərində və dərələrində guruldayır, incə gümüşü zəng səsiylə cingildəyərək qadınlara və Tanrıya hədsiz sevgilərini izhar edirlər…
***
«Mir» radiostanstyası görünməmiş istilik dalğası xəbəriylə buenos-ayreslilərin idman ruhunu yüksəldirdi. Bütün rekordlar əldə olunub, ona görə də kefin istəyən qədər vətənpərvər şəkildə tərləyə bilərsən.
***
Ancaq hər addımda təəccüblənmədən bu həyatı yaşamaq mümkün idimi?
***
Heç bir təcrübə, heç bir istək, ümumiyyətlə, heç bir şey olmadan: doğrudan da, insan – bu ikiayaqlı heyvan hətta öyrəşə bilmədiyi şeyə də alışır.
***
Sən bu vaxt koridorda nə gəzirsən, haydı, marş yatağına, cəld ol. Ağıllı oğlandır, görün necə çalışqandır. Ancaq gecələr nəsə koridordan əl çəkmir, elə bilməyin ki, qadın-filan məsələsidir, bu məsələdə bizdə hər şey qaydasındadır. Ona görə əl çəkmir ki, sadəcə, dəlidir, vəssalam, necə deyərlər, elə bizim kimi.
***
Ancaq, xahiş edirəm, nəzəriyyə oxuma, mən heç kəsin zombisi deyiləm.
***
Lift elmi-fantastik filmlərdəki kimi vıyıltıyla aşağı düşdü.
***
Deməli, bu axırıydı, o başqasını mərhəmətə çağırırdı, getdiyi yolu geriyə insan ailəsinə qayıdırdı, iyrənc şəkildə fırçıldayaraq şappıltıyla rinqin ortasına sərilən süngər kimi. Hiss edirdi ki, sanki, öz-özündən qaçır, özünü atır, fərsiz oğul (it oğlu) özünü asan barışığın qucağına atır, oradan isə dünyaya, yaşadığı zamanın içindəki mümkün həyata, bütün ədəbli argentinalıların və digər kiçik qüvvələrin əməllərini yönləndirən sağlam düşüncəyə daha asan döngə var. O, özünün kiçik, rahat, sərin Cəhənnəmindəydi.
***
O, yağışlı bulvarı çox aydın gördü ancaq bu dəfə heç kəsin əlindən tutmamışdı və heç kəsə təsəlli vermirdi, bu dəfə onun əlindən tutmuşdular, ona əl uzatmışdılar, ona yazıqları gəlmişdi və bu, sən demə, çox xoşmuş. Keçmiş devrilmişdi, işarəni əks tərəfə dəyişmişdi və ən nəhayət, belə çıxırdı ki, Mərhəmət məhv olmayıb.
***
Nə bilmək olar, bəlkə, indi mənə bu qədər mərhəməti tüpürən sən deyildin. Nə bilmək olar, bəlkə, doğrudan da, sevgidən ağlamaq və beş ləyən göz yaşı tökmək lazımdır. Yaxud onların səninçün axıdılmasını istəyirsənsə, o göz yaşları artıq axırlar.
***
Onlar, sanki, bir-birinə tamamilə başqa-başqa yerlərdən, özlərinin başqa tərəflərindən gələrək qovuşmuşdular, özləri də bunu bilməmişdilər, onlar, sanki, başqalarına haqq ödəmiş, ya da başqalarından xərac almışdılar, özlərisə olsa-olsa sahiblərinin baş tutmayan görüşlərinin qolemləri olmuşdular.
***
Manu da, Manuda olanlar da, Manu səviyyəsində olanlar da heç cür buna qatıla bilməzdilər.
***
Necə oldusa onlar başqa bir yerə girdilər, elə bir yerə ki, boz geyinib, çəhrayı görünmək olar.
***
Ay səni, Seferino, həvəskar-filosof, Uruqvay cənnəti ideyasının herbarisi…
***
Lakin Seferinonun antropoloji ideyalarının qarşısında bütün tənqidlər acızdir.
***
Cəmiyyət dünyanın istənilən hissəsində yaradıla bilər, ancaq bununçün ən yaxşı yer Avropadır. Cəmiyyət daimi, yəni bütün iş günlərində fəaliyyət göstərməlidir. Cəmiyyətin böyük iqamətgahı, yaxud ən azı 7 zaldan, ya da böyük otaqlardan ibarət sarayı olmalıdır. Və i.a.
Beləliklə, belə bir cəmiyyətin sarayının bu cür yeddi zalı nəyə xidmət etməlidir: birinci zal ağ irq nümayəndələri və dərisi onlarınkı rəngdə olan Prezident üçündür; ikinci zal sarı irq nümayəndələri və dərisi onlarınkı rəngdə olan Prezident üçündür; üçüncü zal qəhvəyi irq nümayəndələri və dərisi onlarınkı rəngdə olan Prezident üçündür; dördüncü zal qara irq nümayəndələri və dərisi onlarınkı rəngdə olan Prezident üçündür; beşinci zal qırmızı irq nümayəndələri və dərisi onlarınkı rəngdə olan Prezident üçündür; altıncı zal pampa irqi nümayəndələri və dərisi onlarınkı rəngdə olan Prezident üçündür; yalnız biri – həmin yeddinci zal həmin bu Millətlər Cəmiyyətinin «Qərargahı» üçündür.
***
Əlbəttə, – Treveler dərhal düşündü, – yalnız nəticələr hesaba alınır. Ancaq bu praqmatizm nəyə lazımdır?
***
Dünyada fəhlələrin əmək haqqının ödənilməsi:
Millətlər Cəmiyyəti ilə razılığa əsasən, əgər, məsələn, fransız fəhləsi, deyək ki, dəmirçi, gün ərzindən minimum 8.00 dollardan maksimum 10.00 dollaradək qazanırsa, onda italyan fəhləsi də o qədər qazanmalıdır: gündə 8.00 dollardan 10.00 dollaradək, lakin: əgər italyan dəmirçisi gündə 8.00 dollardan 10.00 dollaradək qazanırsa, onda ispan dəmirçisi də gündə 8.00 dollardan 10.00 dollaradək qazanmalıdır, lakin: əgər ispan dəmirçisi gündə 8.00 dollardan 10.00 dollaradək qazanırsa, onda rus dəmirçisi də gündə 8.00 dollardan 10.00 dollaradək qazanmalıdır, lakin: əgər rus dəmirçisi gündə 8.00 dollardan 10.00 dollaradək qazanırsa, onda Şimali Amerika dəmirçisi də gündə 8.00 dollardan 10.00 dollaradək qazanmalıdır və s.
Bu «və s.»-nin mənası nədir, görəsən? – Treveler düşündü. – Nədən Seferino birdən-birə dayanır və onunçün bu qədər ağır olan bu «və s.» ilə kifayətlənir? Ola bilməz ki, o, təkrarlardan yorulsun, çünki bu tamamilə aydındır: təkrarlar ona ləzzət verir, monotonluğu hiss etdiyinə görə deyil, bu da aydındır: monotonluq da ona ləzzət edir (və artıq onun üslubuna çevrilib).
Zavalı dəmirçi siyahısının altına bunları əlavə etməklə canını qurtardı:
(Bu bəndə daxil olacaq digər məsələlərə gəlincə, buraya müvfaiq olara bütün ölkələr daxildir, yaxud daxil olmalıdır, yaxud da, daha doğrusu, bütün müvafiq ölkələrin dəmirçiləri.)
***
Qarşılıqlı münasibətlərə dair hər şeyin idarə olunması: NİKAH, ATA, OĞUL, QONŞU, DOĞUM YERİ, İNSAN, YAXŞI VƏ YA PİS DAVRANIŞLI ADAM, MƏNƏVİYYATSIZ ADAM, ZƏRƏRLİ XƏSTƏLİKLƏRİ OLAN ADAM, YUVA (və AİLƏ), ARZUOLUNMAZ ŞƏXSİYYƏT, AİLƏ BAŞÇISI, UŞAQ, AZYAŞLI, NİŞANLI, NİKAHDANKƏNAR BİRGƏYAŞAYIŞ və s.)
***
Horasio haqlıdır; nizam-intizamı bizə təqdim olunduğu şəkildə qəbul etmək lazım deyil.
***
Yadıma düşmür, amma kimsə demişdi ki, artıq dünyanı tamamilə başqa bucaq altında görməyə başlayıb. Təbii ki, buna görə ona başdanxarab deyirlər.
***
Ölkə deyil e, bərbərlər üçün cənnətdir.
***
Ancaq bir şeyi başa düşmürəm: niyə qətl işləri üzrə əməliyyat müvəkkilləri mütləq kişilər olmalıdır?
***
Beynimizi basan qartmağı təmizləmək…
***
Talita bir az tərpənərək Trevelərə söykəndi. O, yenidən əriylə birlikdə olduğunu bilirdi, bilirdi ki, boğulmayıb, Manu onu suyun üzündə saxlayır, aşağıda isə suyun dərinliyində mərhəmət var, ecazkar mərhəmət. Onlar hər ikisi bunu eyni anda hiss etdilər və bir-birinə doğru əyildilər ki, sonra öz içlərinə, sözlərin, nəvazişlərin və dodaqların bir çevrədə fırlandığı ümumi yerlərinə yıxılsınlar – ah, bu sakitləşdirici metaforalar, – hər şeyin əzəlki halına qayıtmasından məmnun əski həsrətlərinə dönsünlər və görsünlər ki, hər şey əvvəlkidir, sən yenə əvvəlki kimi üzürsən, fırtınalara, səni kimin çağırmasına və necə yıxılmağına baxmayaraq.
***
Ancaq insan cinsindən olan yırtıcıların bütün şifahi təhqirlərinə cavab olaraq təbii və xoş təbəssümlə müşayiət olunan bu müqavimət onu əldən salır.
***
Trevelerin qeyd dəftərçəsindən bir səhifə: «Bərbərxanada növbəmi gözləyərkən «YUNESKO»-nun broşürasına nəzər salıb aşağıdakı sözlərə diqqət etdim: «Opintotveri (Tuöläisopiskelija) Työväenopisto». Pedaqogika üzrə fin jurnallarını xatırladır. Oxucu üçün əvvəldən axıracan irreallıqdır. Onlar mövcuddurmu? Ancaq milyonlarla sarışın üçün «Opintotveri» – Ümumtəhsil məktəbi üçün vəsait»dir. Mənimçünsə… (Əsəb tutması.)
***
Mahiyyət etibarilə bu o deməkdir ki, beyinlərin yuyulması peşəyə sədaqətdən doğur.
***
Bəzən biz Sibilla ilə qəfildən xatirələrimizi ləkələməyə girişirik. Səbəbləri çox mənasız ola bilər: hərdən olur da, adam uzun-uzadı bir-birinin gözlərinə baxanda əhvalı pozulur, ya da darıxır.
Söz sözü çəkir və söhbət xırdalana-xırdalana bizi xatirələrə aparıb çıxarır. Sözlərimizin arxasında iki tamamilə müxtəlif, bir-birinə yad olan və demək olar ki, daim barışmaz dünyalar durur, elə bil, lağlağıya başlamaq barədə razılığa gəlirik. Adətən, mən başlayıram, bir zamanlar dostlara pərəstiş etdiyimi nifrətlə xatırlayıram, mən necə də sadiqdim, ancaq məni başa düşmədilər, sədaqətimə nə cür qiymət verdilər, siyasi nümayişlərdə plakat daşıdığım müti inadkarlığımı xatırlayıram, intellektual mübahisələri və alovlu sevgiləri xatırlayıram.
***
Yalnız etiraf etdim ki, gözlərimin önündə satqın və şərəfsiz işlər görülür, mənsə onlara əngəl olmaqçün heç nə etmirəm, ona görə də ikiqat günahkaram. Mən təmiz və ləyaqətli adamlar olduqları halda ağappaq nişastalı yaxalıqlarda boğazacan çirkaba batan əmilərimə də gülürəm.
***
…eyibsiz argentinalı ruhunun təmsilçiləridir.
***
Pə-ri-şan hal-da belə gözəlliyi yandırmağın insafsızlıq olduğunu deyirdi.
***
O düzəltdiyi şeylərdə daha çox boşluğun olmasını xoşlayırdı ki, havanın girib-çıxması, əsasən də çıxması asan olsun; o, kitablara, qadınlara, vəzifələrinə münasibətdə də beləydi.
***
Oliveyra riyakarcasına şəraitə uyğun təkhecalı cavab verdi.
***
Özünə layiqli bir həyat imkanı təsəvvür edə bilmək üçün bir-birinin ardınca nə qədər cürbəcür ləyaqətsiz addımlar atılmışdı.
***
Gerçəklik yuxunun əksidir. Ancaq «gerçəklik yuxunun əksidir», – demək yenidən dialektikaya girməkdir və birliyə heç bir ümid olmadığını bir daha təsdiq etməkdir.
***
Bütün strategiya məhz bunun üzərində qurulub: müdafiə silahı hücum silahı qədər dəqiq ola bilməz.
***
Gerçəklik yuxunun əksi olsa da (bir dəfə kimsə demişdi ki, yuxu və ayıqlıq saatları hələ heç vaxt görüşməyib), deyir ki: gerçəkliyin yuxunun əksi olması – nəticə etibarilə birliyə heç bir ümid yerinin olmaması deməkdir.
***
İki bədən arasındakı qısalmayan məsafəni qısaltmaq gücündə deyil.
***
Bu gecə bəxtinin gətirəcəyini və dəli olacağını düşünmək xoş idi.
***
Bu qərar onun qüruru və təslim olmanın istənilən formasına qarşı çıxmaq arzusuyla daban-dabana zidd idi.
***
Özün bilirsən ki, səbəbsiz yerə mənə nifrət edilməsinə yol verə bilmərəm.
***
Və sən – bayraqdarsan, kapitulyasiya, evə, doğma ocağa, nizam-intizama qayıtmaq tərəfdarısan. Mənim sənə yazığım gəlir, oğlum.
***
– Mən elə edərəm ki, sabah bu heç kəsin yadına düşməz.
– Psxiatriya kitabını boş yerə oxumamısan…
***
Hal-hazırda bizim aramızda olan əsas fərq mənim tək olmağımdadır.
***
Bizim səninlə eyni bezin qırağı, eyni şey olmağımız məni zərrə qədər təəccübləndirmir, ancaq sən bir, mənsə o biri tərəfəm. Bir halda ki, sən mənə şöhrətpərəst deyirsən, mənə elə gəlir ki, mən daha yaxşı tərəfi seçmişəm.
***
Sən əraziylə harmoniyadasan və mənim vurnuxmalarımı anlamaq istəmirsən: bax, mən cəhdlər edirəm, mənə nəsə olur və beş min il ərzində məni məhv etməkçün formalaşmış genlərim məni geriyə atırlar və mən yenidən əraziyə düşüb iki həftə, iki il, on beş il orada çapalayıram…
***
– Yeri gəlmişkən, niyə ona Sibilla deyirsən? Yalan danışma, Horasio.
– Mən onun Talita olduğunu bilirəm, ancaq bir az əvvəl o, Sibillaydı. Onlar iki dənədir, səninlə mənim kimi.
– Bax buna başdanxarablıq deyilir, – Treveler dedi.
***
Yaxşısı budur, get və alçalma, belədə sən alçalırsan, mənsə sənə nə olacağını açıq-aydın izah edəcəyəm, axı sən izahatları çox sevirsən, sən bu beş min ilin doğma balasısan.
***
Yanlış yolla gedən bütöv bir nəslin düzəlməz səhvidir, lakin bu səhv çox gözəldir.
***
Yaxşı, bu gün, ya da sabah, yəqin ki, sabah, nəinki bu gün.
***
– Bu da pul. Zəhmət olmasa, buyurun, qol çəkin.
– Zəhmətsiz-filansız, qol çəkəcəyəm, vəssalam.
***
– Arvadım olduqca narazıdır, – Ferraquto arxasını ona çevirərək və siqarı ağzında çeynəyərək dedi.
– Qadın həssaslığına klimaks deyirlər.
– Buna ləyaqət hissi deyilir, sinyor.
***
Xaç işarəsiylə əkinləri və xoşbəxt rəqibləri olduğundan əzab çəkən adaxlıları da qoruyacağıq.