“Qum dəryasının kapitanları” (portuqalca “Capitães da Areia”) – braziliyalı yazıçı Jorji Amadu tərəfindən 1936-cı ildə qələmə alınmış romandır. Hadisələr 1930-cu illər Baiyada cərəyan edir. Roman çimərliyi özlərinə qərargah seçmiş və bu səbəbdən hamının “qum kapitanları” kimi tanıdığı kimsəsiz uşaqların banda şəklində törətdikləri cinayətlər haqdadır.
Karandaşın izi ilə
Çətin vəzifəmin öhdəsindən layiqincə gəlmək yolunda boynuma düşən çoxşaxəli və çoxsaylı mükəlləfiyyətlərin mənə verdiyi nadi istirahət dəqiqələrində…
***
Cavabını yalnız peşəkar psixoloqlar verə bilərlər, mənim kimi diletant-filosofu isə bu sual lap çıxılmaz vəziyyətdə qoyur.
***
Bir müqəddəs ata kimi mənim vəzifəm yolunu azmış bu uşaqları ovundurmaq, onlara həqiqi inamın nurunu göstərmək idi, amma gördüm ki, bu zavallıların qəlbində toplanmış nifrət mənim sözlərimi inamla qavramalarına imkan vermir.
***
Təvəzökarlıq – yalnız təvəzökarlıq! – mənə imkan vermir ki, müəssisəmizi nümunəvi adlandırım.
***
Mənim rəhbərlik etdiyim müəssisənin qarşısında duran uca amalları bisavad bir fəhlənin dərk edəcəyini gözləmək gülməli olardı.
***
– Bizim zənci qatırla dəmirçinin presinin cütləşməsindən törəyib.
***
Qəlbinin dərinliklərində hamıya yazığı gəlirdi, çünki ətrafındakıların hamısı elə əslində yazıq idi.
***
Kimə dəxli var ki, onun rəngləri solub, özüdə tez-tez qırılır? Karusel sevinc gətirir.
***
…küçə oğrusu olan bir uşağı kilsə mömininə çevirmək mümkün deyildi. Amma onu normal adama çevirmək yüz faiz olardı.
***
Ruhani olmaq istəyən adam yüngül həyat axtarır və bu heç də kişi işi deyil.
***
Qanun hər şeydən ucadır: günaha görə – cəza, mərhəmətə görə – mərhəmət.
***
– Günahkar öz günahını gizləyə bilməz, bu günah həmişə onun gözləri önündədir.
***
Xoş niyyət pis əməlin bəraəti ola bilməz.
***
Qadın şeytanın müttəfiqidir.
***
Məhəbbət həmişə şirin və mehribandır, hətta ölümlə yanaşı dursa belə.
***
Məgər məhəbbətə qarşı üzərək batmaq qorxuludur?
***
– Mərhəmətin cana xeyri azdır.
– Dünyada ancaq nifrətlə nəyəsə nail ola bilərsən.
***
Polis – varlıların nəzarətçisi.
Tərcümə: İlqar Əlfioğlu