Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nikkolo Ammaniti “Sən və mən”

kko_nikkolo_ammaniti_sen_ve_menAnnotasiya

“Sən və mən” – (italyanca “Io e te”) – italyan yazıçısı Nikkolo Ammanitinin 2010-cu ildə nəşrdən çıxmış kitabıdır.

14 yaşlı Lorenso imkanlı ailəndəndir, qapalı həyat sürür, öz dünyası var. Və bu ailəsini çox narahat edir. Valideynlərinin narahatlığını aradan qaldırmaq üçün bu balaca oğlanın uydurduğu yalan onu ögey bacısı ilə rastlaşdırır. “Sən və mən” – təsadüfü görüşə qədər bir-birini yaxşı tanımayan iki doğma insan haqqındadır. Bir neçə günlük münasibət sonradan hər ikisinin həyatına müsbət təsir göstərir və onlar bu görüşü ömürlərinin sonuna qədər unutmurlar.

Ekranlaşdırılması ilə məşhur rejissor Bernardo Bertalunçi məşğul olur.

Əsərdən seçilmiş hissələr

Ruhun həqiqətən qaranlıq içində olduğu bir gecədə saat həmişə səhər saat üçdür.

***

Bir qağayı neylon torbalara bükülmüş, palçıq rəngli sudan çıxmış ağac gövdəsinə qonmuşdu. Tanrı gəlib, o qağayının yerində olmaq istəyərsənmi, deyə sual versəydi, ona, bəli deyərdim.

***

Elə bil sardina idim. Sardina sürüsünə qarışırdım.

***

Niyə məktəbə getməliydim? Niyə dünya belə fırlanırdı? Doğulursan, məktəbə gedirsən, işləyirsən və ölürsən. Bunun doğru olduğuna kim qərar vermişdi? Başqa cür yaşamaq olmazdımı? İbtidai insanlar kimi. Nənəm Laura kimi… O balaca olanda təhsilini evdə almışdı, müəllimlər ayağına gəlirlərmiş. Niyə mən belə edə bilməzdim? Niyə məndən əl çəkmirlər? Niyə başqaları kimi olmalıyam? Niyə təkcə Kanada meşələrində yaşaya bilmərəm?

***

– Offf! Görəsən nə oldu? – Anam siqnala basmağa başladı. – Artıq bu şəhərə dözmək olmur…balaca bir kənddə yaşamaq istəyərsən?
– Harada?
– Bilmirəm ki…məsələn, Toskaniyada bir yerdə.
– Elə ikimiz?
– Atan da həftəsonları gələr.
– Komododa bir yer alsaq necə?
– Komodo haradır ki?
– Çox uzaqlarda bir ada.
– Niyə yaşamağa ora gedək ki?
– Komodo əjdahaları var. Nəhəng kərtənkələ boyda. Bir keçini, ya da iflicdən əziyyət çəkən bir adamı canlı-canlı yeyə bilirlər. Bundan başqa çox sürətlə hərəkət edə bilirlər. Onları əhilləşdirərik. Sonra da özümüzü qorumaq üçün istifadə edərik.
– Kimdən qorumaq üçün?
– Hamıdan.

***

Bəlkə yalnış hekayənin sübutu olduğum üçün…

***

Həyatımdan bəhs edəcək bir roman yazası olsaydım, məncə sənə həsr edəcəyim fəslin adı “Bir nifrətin gündəliyi” olardı. Yenə də, sənə nifrət etməməyi öyrənməliyəm. Pulun əlimə keçəndə və zəng edib necə olduğumu soruşanda səndən nifrət etməməyi öyrənməliyəm. Özümü qoruya bilmədim və sənə çox nifrət etdim. Artıq yoruldum.
Sənə yenə təşəkkür edirəm, instinktiv olaraq kömək etmək istəsən də, daha eləmə. Sən təzyiq və səssizliyin ustasısan.
Qızın Oliviya

***

Biləyimi tutdu və içini çəkdi:
– Mənə bir şey danış…Lorenzo. Onda fikirləşmərəm.
– Nə danışım, nənə?
– Bilmirəm. Nə istəyirsən ondan. Gözəl bir hekayə.
– İndi? – Olivia məni gözləyirdi.
– İstəmirsənsə, əhəmiyyətli deyil…
– Həqiqi olsun, yoxsa uydurma?
– Uydurma. Məni başqa yerlərə apar.

***

Hekayələrimi heç kimə danışmazdım. Danışsam, qoparılan güllər kimi solar və daha xoşuma getməyə bilərdilər.

***

Bundan başqa sonlara nifrət edirdim. Sonlarda hər şey ya yaxşı, ya pis, yerli-yerində olmalıydı. Mənim yad planetlilərlə dünya insanları arasındakı səbəbsiz vuruşmalar, heç nə axtarmadan həyata keçirilən kosmik səyahətlər haqda danışmaqdan xoşum gəlir. Bir səbəb olmadan yaşayan və öləcəklərini bilməyən vəhşi heyvanları sevirəm. Bir filmə baxdığımızda, anamla atamın filmin sonu ilə əlaqədar dava-dalaşları məni dəli edərdi. Sanki hekayə yalnız sondan ibarət idi və o biri hadisələrin heç bir əhəmiyyəti yox idi.
Yaxşı, bəs real həyatda? Onda da yalnız son önəmlidir? Laura nənəmin həyatı deyil də, təkcə o çirkli klinikadakı ölümü əhəmiyyətli idi?

Tərcümə: Lamiyə Göycəyeva

4.2 (84%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram