“Günəşi görürəm” romanı 37-ci ildə valideynlərini itirmiş oğlan, onun çətin amma yaxınlarının xeyirhaqlığı ilə isinmiş gəncliyi haqqındadır.
Karandaşın izi ilə
– Yadınızda saxlamalısınız: mən müəllim doğulmamışam. Sizin yaşınızda kim idim? Zırrama, avara, axmaq… Sizin kimi!
– Siz elə indi də cavan görünürsüz, müəllim!
***
– Sən axı hamımızdan ağıllısan! Xatiya dedi.
– Səndən ağıllı olmağım hələ o demək deyil ki, normalam.
***
İndi o bizimlə öz doğma uşaqları kimi rəftar edirdi – bağırır, üstümüzə qışqırır, hətta hərdən şapalaq da yedirirdi.
***
– Qruuup – Qurielidzenin əmri səslənir. Zərblə addımlayırıq. – Dayan, bir-iki-üç! – Biz yerimizdə dururuq. – Solaaa dön! – Dönürük – kimi sağa, kimi sola. – Farağat! Yerə girəsiz, səfehlər! Dağılışın!
***
– Dayı, gözlər. – Xatiya qışqırdı. – Eşşəyi alarsan?
– Eşşəyi neynirəm?
– Evdə iki eşşəyin olar!
***
İnsanlar bir-birlərini səmada güzgüdəki kimi görə bilsəydilər nə yaxşı olardı! Xalamı, kəndimizi, bütün dünyanı görərdim, sonsuz sayda insanlarla, yaşıdlarımla tanış olardım.
***
– Uşaqlar, bu axşam hamınız məktəbəgəlirsiz. Mərkəzdən gələn mühazirəçi “Əxlaq, etika və nəzakət məsələləri” mövzusunda mühazirə oxuyacaq. Aydndırmı?
– Hamımız gələk, yoxsa təkcə cahillər gəlsin?
***
– Yoldaşlar! Nəzakətiniz hardadır? Adam ədəb haqqında mühazirə oxyurur, imkan verin danışsın.
– Səni qüsurlular üçün məktəbə qoysaydıq, indi qızıl medalla gəzərdin.
– Doğrudan? – şübhəli halda dedim.
– Gül, gül. Tutaq ki, imtahan gedir. Divarda müxtəlif alma, armud, şaftalı şəkilləri asılıb. Durursan cavab verməyə, almanı göstərib səndən soruşurlar: “Yaxşı, Baramidze, bir az düşün, tələsmə, bu nədir?” Sən də şəklə baxıb deyirsən: “Almadır, hörmətli müəllim!” – “Afərin, afərin!” – müəllim sevinir və beş yazır. Əgər armuda alma desən dörd alırsan, şaftalı desən üç yazırlar.
– Bəs kompot desəm?
– Kompotla gedirsən düz aspiranturaya!
– İkini nə vaxt yazırlar?
– Tramvaya alma deyəndə.
***
– Di, şeir necədir?
– Sirkə töksən əla marinad alınacaq.
***
Ona qadın qüruru əzab verir, mənə kişi heysiyyatı. O, mənim məğlubiyyətimi gözləyirdi, mən də onun təslim olmasını.
Tərcümə: Lamiyə Göycəyeva