“Soyuqqanlılıqla”(ingiliscə “In Cold Blood”) – əsərin süjeti 1959-cu ildə Kanzasda törədilən, bütöv bir ailənin ölümünə səbəb olan real cinayətə əsaslanıb. Kitabda zorakılıq təbiəti mürəkkəb sosial və psixoloji fenomen kimi açıqlanır. Nəşr olunan kimi bestsellər olan bu əsər ilə “roman-reportaj” janrının əsası qoyulub.
Əsərdən seçilmiş hissələr
Burada yaşamaq üçün dəli olmaq lazım deyil, ancaq köməyi dəyir.
***
Mənim yaşıma kimi qalsan, özün başa düşəcəksən. Mən də əvvəllər sənin kimi fikirləşirdim: qadınlar – hə, nə olsun ki?! Amma sonra bir dəfə qadınla danışırsan, məlum olur ki, bu kifayət qədər yaxşı şeydir. Bax, görərsən.
***
Sən dəhşət ehtiraslı adamsan, ac adamsan, iştahanı nəyin artırdığını heç təsəvvürünə belə gətirməyən adamsan, dərin ümidsizliyə qapılmış adamsan, sarsılmaz konformizm ekranına şəxsiyyətini proyektləşdirməyə can atan adamsan. Sən aralıq dünyada mövcudsan, biri özünüifadə, digəri özünüməhv adlanan iki mərtəbə arasında donub qalmısan. Sən güclüsən, ancaq gücünün eyibi var, və əgər onu idarə edə bilməsən, eyibin gücündən güclü olacaq və səni məğlub edəcək. Nə olan şeydi bu eyib? Tamamilə qeyri-proporsional səbəbdən baş vermiş coşqun emosional reaksiya. Hardandır? Xoşbəxt və həyatdan razı insanları görən kimi baş qaldıran bu ağılsız hiddət hardandır? İnsanlara duyduğun, artan nifrət və onları incitmək istəyi hardandır? Yaxşı, sən onları axmaq hesab edirsən, əxlaqlarından iyrənirsən, onların xoşbəxtliyi sənin peşmanlıq və hiddət mənbəyidir. Axı içində gəzdirdiyin bu qorxulu düşmənlər arabir güllə kimi məhvedici olur. Lakin güllə öz qurbanını rəhmlə öldürür, bu bakteriyalar isə, onlara böyüməyə imkan versən, insanı öldürmür, öz kilvaterlərində incidilmiş və sındırılmış məxluq üçün üzən həbsxana gəzdirirlər. Bu məxluqun varlığında hələ atəş var, ancaq güclə isinir, nifrət və ədavətin mavi dilləri ilə ayaqda qalır. Belə insan toplaya bilər, ancaq onun toplayışı uğurlu olmayacaq, zira o özü-özünə düşməndir və uğurlarından zövq almaqdan yana özü-özünə imkan vermir.
***
Bir dəfə ingilis dili müəllimi xanım Riqs inşanı ona bu iradla qaytarmışdı: “Yaxşıdır. Amma niyə üç müxtəlif xətt ilə yazılıb?” Buna isə Nensi belə cavab vermişdi: “Ona görə ki, bir şəxsiyyət və bir dəst-xəttə malik olmaq üçün kifayət qədər böyüməmişəm”.
***
Ancaq əminəm, caninin kim olduğu müəyyənləşəndə bu, bizi qətlin özündən daha çox sarsıdacaq.
***
– Bu tapmaca-şəkillər kimidir. Altında “burda neçə heyvan çəkilib?” yazılanlardan. Demək olar ki, mən elə məhz bununla məşğulam – gizlənmiş heyvanları axtarıram. Hiss edirəm ki, orda olmalıdırlar, bəs onları görə biləcəyəmmi, bu artıq başqa məsələdir.
***
Təbii ki, təxəyyül istənilən qapını açmağa – açarı fırladıb evə dəhşəti salmağa qadirdir.
***
Bu dünyada yaşadığımız müddətcə
İnsanlar elə hey bizi qınayır və danlayır,
Taxta yeşiyə uzanan kimi
Əlimizə zanbaqlar qoyurlar.
Sağ olduğum vaxt güllər ver mənə…
***
Nə qızılla dolu sandıq var. Nə batmış gəmi. Lənət şeytana, olsa belə, sən ki üzə bilmirsən.
***
Sən üzün çirkli olanda utanmırsan. Sən üzünü yuya bilməyəndə utanırsan.
***
Məktəbdə bizə yalnız müxtəlif sözləri tanıyıb yazmağı öyrədirlər. Bu sözlərin real həyatdakı mənasını isə yalnız həyat və təcrübə öyrədə bilər.
***
Uşaq üçün ana yaranı öpməklə ağrısını dərhal aparacaq yeganə insandır – gəl, amma çalış bunu elmi nöqteyi-nəzərdən izah elə.
***
Lakin çox az adam emosiyalara qapılanda ümumi etika qaydalarını uğurla nümayiş etdirə bilər.
***
Kim üç uşaqlı evdar qadından daha çox hamı tərəfindən qəbul edilmiş dəyərlərə sadiq qala bilər?
***
Ənənəçilikdə riyakarlığın böyük payı var.
***
Sənin bəxtsizliyində başqalarının günahı olduğunu fikirləşməklə uğurlarında iştirak edənləri tamamilə unutmaq kimi təbii heç nə yoxdur.
***
Həyat nədir? Gecənin qaranlığında işıldaquşun işığı. Qışda bizonun nəfəsindən çıxan buxar. Ot üstündə qaçıb, qürub çağı itən balaca kölgə.
***
İnsan heç nədir, dumandır, kölgələr içində itmiş kölgədir.
***
– Dik, mənə maraqlıdır. Niyə bu insanlar səndən çek götürürdülər? Sirr nədədir?
– Sirr bir dənədir: insanlar axmaqdır.
***
Varlıları heç vaxt asmırlar. Yalnız yoxsul və kimsəsizləri.
***
Bütün cinayətlər sadəcə “oğurluğun növü”dür. Və, o cümlədən, qətl. İnsan öldürməklə sən ondan həyat oğurlayırsan.
***
Məndə insanlıq yalnız özümə yazığım gələcək qədərdir.
***
Heç kim Endinin hara yola düşdüyünü bilməyəcək, amma hamı Endinin harda olduğunu dəqiq biləcək.
***
Məni dar ağacından asana qədər dar ağacından asılmağın tərəfindəyəm.
***
Pillələr, dar ağacı, sarğı; lakin gözlərini bağlamamışdan qabaq məhkum keşişin uzanan əlinə saqqızı tüpürdü.
Tərcümə: Lamiyə Göycəyeva