Fəlsəfi-eyham – pritça janrı U.Qoldinqin yaradıcılığında ən yüksən zirvəyə qalxmışdır və bunun da ən gözəl nümunəsi “Milçəklər kralı” romanıdır.
Əsərdə hadisələr uzaq bir adada cərəyan edir. Bununla da Qoldinq məhz ingilis ədəbiyyatına xas olan “ada-məkan” ənənəsinə sadiq qalmışdır.
Qoldinq göstərir ki, mənəvi tərbiyəylə möhkəmləndirilməyən təhsil vəhşiləşmənin qarşısını almaq iqtidarında deyil.
Əsərdən seçilmiş hissələr
Buynuz məndədir, – Piqqi incik səslə dedi. – Danışmaq hüququm var mənim.
***
Yığıncaqlar. O yığıcaqlar bizim çoxmu xoşumuza gəlir? Gündə iki dəfə yığışaq. Biz ancaq danışmağı bilirik. Nədən deyirsiniz mərc də gələrəm, indi bu saat buynuzu çalsam, hamı qaça-qaça gələcək. Təntənəylə oturub müzakirəyə başlayacaqlar: gəlin reaktiv mühərrik düzəldək, sualtı qayıq hazırlayaq, ya da televizor istehsalına başlayaq.
***
Daldalanacaq tikməkdə bizə kömək eləmək fikriniz yoxdurmu?
Bizə ət lazımdır.
Amma biz onu görmürük.
Nəticə olacaq. Gələn dəfə.
***
İki oğlan, bir-biriylə dil tapa bilməyən iki hiss və anlayışlar dünyası yanaşı yeriyirdi.
***
Onlar açılan səhərdən zövq alırdılar: parlaq günəş, ucsuz-bucaqsız dəniz və təmiz hava – oynamaq və əylənmək vaxtıydı, həyat gözəlliklə doluydu və ümid heç lazım da deyildi, hətta unudulmuşdu.
***
Hətta öz doğma anası da ona xoşagələn bir əlamət tapa bilmirdi.
***
Maska artıq öz müstəqil həyatını yaşayırdı, Cek isə utancaqlığı və abır-həyanı bir tərəfə ataraq onun arxasında gizlənmişdi.
***
Hər kəs özlüyündə yəqin eləmişdi ki, Piqqi kənar adamdır, yaddır və özü də tək elə danışıq tərzinə, ləhcəsinə görə yox – bunun o qədər də əhəmiyyəti yoxdur, əsas məsələ onun gonbulluğudur, astmasıdır, eynəyidir və bir də fiziki işləri sevməməsidir.
***
Burada bir tərəfdə cəbedici ov dünyası, ov taktikası, vəhşisayağı sevinc və ustalıq dayanmışdısa, digər tərəfdə çətinliyə düşmüş insan ağlı və onun güclü arzusu dayanmışdı.
***
O əti mənim sayəmdə yeyirsiniz!
***
Həyat ona görə darıxdırıcıdır ki, burada hər bir cığır improvizasiyadır və insan yatmayıb oyaq qaldığı saatların əksəriyyətini öz ayaqları altına baxıb necə yeridiyini müşahidə eləməyə sərf edir.
***
Əgər işığın aşağıdan, yaxud yuxarıdan düşməsi ilə sifət dəyişirsə, onda o sifət nəyə yarayır?
***
Bütün çətinlik ondan ibarətdir ki, əgər sən başçısansa, fikirləşməlisən və ağıllı olmalısan. Bəzən şərait tez qərar qəbul eləməyi tələb edir və bunun üçün də fikirləşməlisən, çünki yalnız ağıllı fikir yaxşı nəticə verə bilər.
***
Qorxu adama neyləyir? Dişləmir, yemir.
***
Qorxan adam qorxaqdır ki, qorxur.
***
Qayda var! – Ralf qışqırdı. – Sən qaydaları pozursan!
Kimə nə dəxli?
Qaydalardan başqa bizim heç nəyimiz yoxdur.
***
Əgər kimdən qorxursansa, ondan zəhlən gedir.
***
Böyüklər işlərini bilir, – Piqqi dedi. – Qaranlıqda qorxmurlar. Bir yerə yığışıb çay içir, söhbət eləyirlər. İşləri də yaxşı gedir.
Onlar adam yandırmazdı. Nəsə boş yerə…
Onlar gəmi düzəldərdilər.
Qaranlıqda üç oğlan böyüklərin həyatındakı üstün cəhətləri sadalamağa çalışırdı, amma bunu fərli bacarmırdılar.
Onlar bir-biriylə dalaşmazdı…
Mənim eynəyimi sındırmazdılar.
***
Yatmağa gedəndə isə sənə şirin qarğıdalı və qaymaq verirdilər. Kitabların çarpayının böyründəki şkafda olurdu və həmişə də onlardan ikisi, ya da üçü lap yuxarıdan böyrü üstə dayanırdı, çünki özünə əziyyət verib onları necə lazımdır yerinə qoymağa tənbəllik eləyirdin. Kitabların səhifələri küncdən qatlanıb, cızılıb. Öz parlaqlığı ilə diqqəti cəlb edən o kitablardan biri Topsi və Mopsi haqqındadır, amma onu oxumayıb, çünki o kitab iki qızın həyatından bəhs eləyir; kitablardan biri isə sehrbaz haqqındadır və onu da dəhşət içində oxuyursan, iyirmi yeddinci səhifəni ötürürsən, çünki orada qorxulu hörümçək şəkli var. O şkafda “Oğlan uşaqları gəmi haqqında nəyi bilməlidirlər?” və “Oğlan uşaqları qatarlar barədə nəyi bilməlidirlər?” kitabları var. O kitablar, elə bil, indi əlinin altındadır: nə vaxt istəsə əlini uzadıb onlara toxuna bilər, “Oğlan uşaqları üçün mamontlar barədə” kitabının ağırlığını və onun necə yavaşca aşağı sürüşdüyünü hiss eləyər… Hər şey necə də yaxşıydı, hamı mehriban idi və onu sevirdilər…
***
İndi onun fiziki səsinin susduğu bir vaxtda, ağlının səsi və digər səslər eşidilirdi. Piqqi deyirdi ki, sən axmaq olma; zülmət bir səs isə deyirdi ki, axmaq olma; zülmət qaranlıq və iştirak elədiyi tədbirin naməlumluğu isə gecəyə diş həkiminin masası kimi qeyri-reallıq gətirirdi.
***
Hər bir möhtəşəm ideya, əslində çox sadədir.
***
Dünyanın hər üzünü görmüş və sinizmlə dolu, yarıörtülü gözlərini duman örtmüşdü; onlar Simonu inandırırdı ki, həyat mənasızdır
Mən özüm də bilirəm.
***
Bəzən hətta mən özüm də bezirəm. Tutaq ki, o birilər kimi mən də fikir vermədim, narahat olmadım. Onda bizim axırımız necə olacaq.
***
Qəribə söz danışırsınız. Siz elə fikirləşirsiniz ki, vəhşi elə bir şeydir: pusquda durub onu izləmək və öldürmək olar! Siz elə fikirləşirsiniz də, düzdür? Mən sənin bir hissənəm? Yaxın, yaxın, yaxın! Belə çıxır ki, işiniz getmir, hamısı da mənə görədir, eləmi? Bu işlər niyə belədir?
***
Çiyinlərində oturmuş hakimiyyət meymun kimi qulağına nəsə pıçıldayırdı.
***
Vəhşini vur! Boğazını üz! Qanını tök!
***
Qeyri-məhdud hakimiyyətin nələrə qadir olduğunu götür-qoy edirdi.
***
– Buynuzu əlimə alıb gedəcəyəm onun yanına. Buynuzu yuxarı qaldıracağam. Bax, deyəcəyəm, sən məndən güclüsən, sənin astman yoxdur. Onu deyəcəm ki, sən görürsən, özü də hər iki gözün yaxşı görür. Mən gəlməmişəm deyəm ki, rəhm elə, insafın olsun, eynəyi qaytar. Deməyəcəyəm ki, kişi ol; deyəcəyəm, ona görə yox ki sən güclüsən, ya zəifsən, ona görə ki, belə olmalıdır, mənim eynəyimi qaytar, sən onu qaytarmalısan, vəssalam. Bax belə deyəcəyəm.
***
– Onlar rənglənmiş olacaqlar. Özünü bilirsiniz necə rənglənirlər…
O bir uşaqlar başlarını tərpətdilər. Rəng maskasının insana necə böyük sərbəstlik və vəhşilik gətirdiyini onlar artıq yaxşı başa düşürdülər.
Amma biz rənglənməyəcəyik, – Ralf dedi, – çünki biz vəhşi deyilik.
***
– Sizcə hansı yaxşıdır: sizin kimi zəngisayağı rənglənmiş dəstə yaxşıdır, yoxsa Ralf kimi ağıllı-kamallı olmaq?
Vəhşilər arasında bərk səs-küy qopdu. Piqqi yenə qışqırdı:
Hansı yaxşıdır: qayda-qanunla yaşayıb hər şeyi məsləhətlə həll eləmək, yoxsa ov eləyib qan tökmək, öldürmək, öldürmək yaxşıdır?
***
Sözlər heç də həmişə qəlbin ağrılarını ifadə eləyə bilmir.
***
Öz çirkli bədəni, pırpız saçları, fırtıqlı burnuyla Ralf da uşaqların arasında dayanıb əvvəlki sadəlövhlüyünə ağlayırdı, insan qəlbinin niyə bu qədər qara olduğuna ağlayırdı, sədaqətli və ağıllı dostu Piqqinin yıxılıb havada necə uçduğunu xatırlayıb ağlayırdı.