“Varislər” (ingiliscə “The Inheritors”) — Britaniyalı müəllif Uilyam Qoldinqin ikinci romanı “Faber & Faber” nəşriyyatı tərəfindən 1955-ci ildə çap olunmuşdur. Qoldinq “Varislər”i özünün sevimli romanı adlandırmışdır. Tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir.
Əcdadlarımızın mədəniyyət və düşüncə tərzinin son dərəcə dəqiqliklə təsvir edildiyi, ibtidai tayfaların toqquşması haqda misilsiz romandır.
Karandaşın izi ilə
Lokun qulağı soruşdu:
– ?
Lok isə yatmışdı.
***
Bu gün də dünənki və sabahkı gün kimidir.
***
Lok, hər şeydən öncə, dəhşətli aclıq kimi bir tələbat hiss elədi: kaş ki kiminsə gözləri onu görüb tanıyaydı.
***
– Mənim başımı və sümüklərimi açmayın. Siz ancaq zəiflik görəcəksiniz.
***
Lok yalnız indi anladı: səndən çəkinən və diqqətlə qulaq asan adamlarla danışmaq çox asandır; dediyin sözlər görüntüsüz də olsa, olar.
***
Başqasının qoxusu olan yerdə mən də dəyişib başqa cür oluram.
***
Lok hər iki tərəfdən əllərini yerə qoydu. Səma işıqlıydı, hər tərəfdən parlaq rənglərə qərq olmuşdu, amma bu dünya hələ ki, onun tanıdığı dünya idi.
***
Dünyanı bürümüş qaranlıq zülmətə qarşı xənçər itiləmək kimə lazımdır?
***
Xətt uzanıb sularda o tərəfə – uzaqlara gedirdi. Tuami yelkənin böyründən qabağa baxdı ki, görsün xəttin o biri qurtaracağında nə var, amma suyun parıltısı gözünü qamaşdırdı və o, qaranlıq xəttin sonu olub-olmadığını görə bilmədi.
Tərcümə: Ramiz Abbaslı