Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anna Holm “Mən Devidəm”

kko_anna_holm_men_devidemAnnotasiya

“Mən Devidəm” (ingiliscə “I am David”) Anna Holm tərəfindən 1963-cü ildə yazılmış hekayədir. Hekayənin əsas qəhrəmanı 11 yaşlı Deviddir və o, özünü tanıyandan bəri Şərqi Avropada yerləşən kommunist konsentrasiya düşərgəsində yaşayır. Bir gün düşərgə gözətçisi ona düşərgədən qaçmağa imkan verir. Devidə kompas verilir və şimalda yerləşən Danimarka adlı dövlətə qaçması əmr edilir. Lakin Devid, ömründə düşərgədən kənar həyat görməyib və onun Danimarkaya getdiyi yol maneələrlə doludur… Hekayədə kommunistlərə “onlar” deyə xitab olunur və Soyuq Müharibənin izləri hiss olunur.

 

Karandaşın izi ilə

Kədərin də insanlar kimi həyatı var. Kədər doğulur, yaşayır və ölür. O, ölüb gedəndə isə, ardında onu xatırlayacaq kimisə buraxır. Eynilə insanlar kimi.

***

Oğlan, nə qədər az bilirsə, o qədər yaxşıdır.

***

Və onun gözləri, onlar da məni qorxudur. O gözlər yaşlı adamın gözləridir, həyatında yaşamaq həvəsini itirəcək qədər çox şey görmüş qoca insanın gözləri kimi. O gözlər heç çarəsiz də görünmür… sadəcə sakit və hər an hər şeyi gözləyən, çox, çox tənha, elə bil öz azad seçimini belə təkbaşına edib.

***

Günəşin şəfəqi onun əlindən dizinə düşən su damlasında parıldadı. Devid onu sildi və onun heç bir izi qalmadı: artıq sürtüb çıxarmağa heç bir çirk qalmamışdı. O, dərindən nəfəs aldı və titrədi. O, Devid idi. Bütün digər şeylər – düşərgə, onu qoxusu, onun izləri – hər şey yuyulub getmişdi – və indi o, Devid idi, özünün sahibi, azad – bacardığı qədər azad.

***

Devid fikirləşirdi ki, evdə yaşamaq çox çətin işdir. Bunun, içində yaşadığı evin özü ilə heç bir əlaqəsi yox idi – amma orada yaşayan insanlar… Orada yaşayan insanlar onun həyatını niyə çətinləşdirirdi – çünki, onlar daimi Deviddən onun heç vaxt ağlına gəlmədiyi nələrisə deməyi və nələrisə etməyi gözləyirdilər. Lakin Devidə ağlabatan və təbii görünən şeylər onları təəcübləndirirdi…

***

Amerikanlar ümumiyyətlə yaxşı insanlar idi… bircə yanlışlıq var idisə də, Devidin fikrincə, bu, onların ingilis dilində çox pis danışmları idi.

***

Düzgünlüyünə əmin olduğun şeyi etmək ən vacib məsələ idi, əks halda, elə gün gələ bilərdi ki, doğru və səhv arasındakı fərqləri ayırd etmək qeyri-mümkün olardı.

***

Yalnız axmaq adamlar özlərini göstərmək üçün zorakılıq və qəddarlığa əl atırlar, çünki, ağlını işlədib məntiqi və ədalətli çıxış yolu tapmaqdansa, əllərini işlədib zərbə vurmaq daha asandır.

***

Düzgün insanları ələ ala bilməzsən, amma pis insanlar rüşvət qəbul edəcək.

***

Amma Yohannes deyirdi ki, “Nəzakət başqa insanlara borclu olduğun bir şeydir, çünki, nəzakətlə davransan, hər şey daha asan və daha yaxşı olacaq. Lakin hər şeydən əvvəl, nəzakət sənin özünə borclu olduğun bir şeydir. Sən Devidsən. “

***

Sənin də hər zaman kiçik təqsirlərin ola bilər, amma o təqsirləri tapmalı, onları qəbul etməyi və onların nəticələrinə cavabdeh olmağı öyrənməlisən.

***

Bir də səndən eşitməyim ki, günahı tamamilə başqasının boynuna atasan. Çox vaxt başqaları günahkar olur, amma sən üzərinə düşən məsuliyyətdən heç vaxt yayınmamalısan… Sən başqalarını dəyişə bilməzsən, lakin günahlarınla bağlı bir şey edə bilərsən.

***

“Yaşıl otlaqların və sakit suların Rəbbi, xahiş edirəm, mənə kömək etmə. Bunu özüm etmək istəyirəm ki, mənim də Sənin üçün bir şey etmək imkanı tapdığımı Sən biləsən… Mənəm Devid. Amin.”

***

Sevinc hissi ötüb keçmişdi, lakin xoşbəxtlik heç vaxt tamamilə yox olmur. Onun bir parçası həmişə qalır ki, bir zaman bizimlə olduğunu xatırlatsın. Onda, Devidin üzünə təbəssüm gətirən xoşbəxtlik idi.

***

Şəhərə gəlməmişdən əvvəl, o, ölümdən başqa heç nə tanımırdı. Burada isə, o yaşamağı və təkbaşına qərar qəbul etməyi öyrəndi. O, günəşin şüaları altında, təmiz su ilə özünü pak olanadək yumağın necə hiss olduğunu və özünü dadlı yeməklə doyurmağı öyrəndi. O, qəddarlıqdan azad olan gülüşün səsini öyrəndi. O, gözəlliyin mənasını öyrəndi – və indi o, bütün bunları tərk etməli və bir daha geri qayıtmamalı idi.

***

Bu fikrə gəldiyi üçün o, çox sevinirdi: Tanrının varlığı kompasın mövcudluğundan qat-qat yaxşıdır…fikrinə, əlbəttə, yaxşı olardı ki, hər ikisi onunla olsun.

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram