Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Çingiz Aytmatov “Əlvida, Gülsarı!”

kko_chingiz_aytmatov_elvida_gulsariAnnotasiya

“Əlvida, Gülsarı!” – qırğız kəndlisi Tananbayın taleyi haqqında dramadır. O, həyata inanır və onu sevir, ən ağır sınaqlardan keçir, çətin qələbələr qazanır. Beləcə həyat onu bərkidir, xeyirxahlıq və ədalət yollarında möhkəm edir. Uzun illər ərzində səmənd atı Gülsarı Tananbayın yanındadır. Aytmatov əsərə atın adını qəsdən qoyub – o, Tananbay və onun dostu Gülsarının xarakterlərində oxşarlığı – eyni nəcibliyi, düzlük, açıqlıq, odlu qaçış, fədakar mərdlik və qərəzsizliyi – hiss etmişdir.

 

Karandaşın izi ilə

Daha Günəş göylərdə kişnəyə-kişnəyə çapmadı, hər gün eyni yerdən çıxdı, hər gün eyni yerdə batmağa getdi.

***

Gözlərdə həyat işığı sönmüşdü; onlar kimsəsiz, sahibsiz bir evin pəncərələritək boş və miskin görünürdü.

***

Yaxşı at da gözəl qız kimi bir şeydir, müştərisi həmişə çox olur. Qız ki qızdır, yaxşı ələ düşəndə görürsən gül kimi açılıb, baxırsan, baxmaqdan doymursan; pis yerə düşəndə nə olur – baxanda ürəyinin qabığı gedir. At da bunun kimi. Atı zay eləmək asan şeydir.

***

Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözləyirik ki, birisi bərk naxoşlasın, ya da ki, yıxılıb ölsün. Onda adamın qədrini bilirik. Bilirik ki, kim idi, nəçi idi, işinə-gücünə qiymət qoyuruq.

***

Atın şöhrəti futbolçunun şöhrətinə bənzəyir. Dünən həyət-bacada top oynayan bir uşaq, bu gün birdən-birə hamının sevimlisi olur, mahir futbol ustaları ondan danışırlar, minlərcə, milyonlarca adam hər yerdə onun söhbətini eləyir. Vurduğu topların sayı ilə birgə futbolçunun şöhrəti də artır. Sonra o, tədricən futbol meydanını tərk eləyir və büsbütün unudulub gedir. Dünən hamıdan çox əl çalıb, hamıdan bərk qışqıranlar bu gün onu hamıdan tez yaddan çıxarırlar. Məşhur futbolçunun yerini başqa birisi tutur. Atın da şöhrət yolu belədir. At da o vaxtacan məşhur olur ki, cıdırlarda birinci gəlir, yarışlardan qalib çıxır. Fərq bircə burasındadır ki, atın paxıllığını çəkən olmur. Atlar paxıllıq eləməyi bacarmırlar, insanlar isə, şükür allaha, hələ ki, atların paxıllığını çəkmirlər.

***

Nə etmək, ömrün yarısı xəyallarda keçir, bəlkə, buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir.

***

Ancaq insanı qocaldan təkcə illər deyildi. Özünün qoca olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.

***

Atalar nahaq yerə deməyiblər ki: “Yaxşı arvad pis kişini ər eylər, ortababı şir ürəkli nər eylər, yaxşı əri dillərdə əzbər eylər”.

3.9 (77.14%) 7 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram