Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Paulo Koelyo “Rio-Pyedranın sahilində oturdum və ağladım”

kko_paulo_koelyo_rio_pyedra_sahilinde_oturdum_ve_aghladimAnnotasiya

“Rio-Pyedranın sahilində oturdum və ağladım” (portuqalca “Na Margem do Rio Piedra Eu Sentei e Chorei”) – “Və yeddinci gün” trilogiyasına daxil olan birinci romandır. Trilogiyadakı digər iki əsər “Veronika ölmək qərarına gəlib” və “İblis və senyorita Prim”-dir. Roman sevgi haqqındadır. Sevginin həyatımızda ən vacib şey olduğu, onun vasitəsilə Tanrıya yaxınlaşmağın mümkünlüyü haqqındadır. Roman həm də seçim haqqındadır və bir-birini sevən iki gənc bu seçimi edir.

 

Karandaşın izi ilə

Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr lap bizim yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz “Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır” deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq.

***

Məhəbbətdə isə qayda yoxdur. Əlbəttə, dərslikləri əzbərləmək, ehtirası cilovlamaq, davranış strategiyası hazırlamaq olar – bütün bunlar cəfəngiyyatdır. Qərarı ürək verir, yalnız onun qərarı vacib və gərəklidir.

***

Bizlərdən hər birimiz bu və ya digər anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz».

***

Biz ona görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi düşünürük. Ona görə əzab çəkirik ki, sevgimiz gizli və təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya bilməmişik, odur ki, əzab çəkirik.

***

Gec, ya tez hər birimiz öz qorxularımıza qalib gəlməli olacağıq – zira mənəviyyatın yolu gündəlik qazanılan məhəbbət təcrübəsindən keçir.

***

Qoy, sular ona qarışmış göz yaşlarını da uzaqlaşdırsın, onda mənim məhəbbətim bilməyəcək ki, mən nə vaxtsa ona yas tutmuşam.

***

– Sadəcə yaşamağa çalış. Xatirələri saxla qocalara- o, belə deyirdi.

***

Soriya kiçik şəhərcikdir və dünyaya bağışladığı yeganə məşhur şairin ən məşhur sözü «yol onunla getmək üçün yaranıb» misrası idi.

***

Səsi heç dəyişməmişdi. Lakin tamam fərqli sözlər deyirdi.

***

Tanrı hər gün bizə – günəşlə birlikdə – bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə bənzəyir və sabahdan fərqlənmir.

***

Düzdür, xoşbəxtlik hərdən başımıza göydən yağır, ancaq əksər hallarda o mübarizə və qələbədir.

***

Bədbəxtdir, çünki indi o, möcüzənin mümkünlüyünə inanır, lakin sehrli anlar bir daha qayıtmayacaq.

***

Biz heç vaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Çünki həyatımızın hər anında nə isə baş verə bilər – bilər ancaq vermir.

***

Ürəyim həyəcan siqnalları verməyə başladı, səbəbini anlamaq isə imkanım xaricində idi. Bir neçə dəqiqə əvvəl içimi doldurmuş sevinc çaşqınlıqla əvəz olundu.

***

Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl-ələ verib dünyanı kəşf etməyə çalışırdıq. Mən onu sevirdim əlbəttə əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə. Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda, hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş vermişdi.

***

O, həmin sehrli anların dərkinə qadirdir. Bəli, biz körpənin ağlamasını kəsə bilərik, lakin səsini batırmaq yox.

***

Bu yuxudur və indicə sona çatacaq. Bəs onda niyə hələ də qurtarmır?

***

Mən düşündüm və özümə yazığım gəldi: “neçə illərdir ki, yaddaşımın rəfində eyni əhvalatlar yatır?!”

***

Sevgi, yalnız sevdiyiniz şəxsi fəth eləməyə ümid, qoy lap cuzi olsun – qalanda əhəmiyyət kəsb edir. Yerdə qalanlar-fantaziyadır.

***

Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk etməyə qadirdir.

***

Yağış Bilbaoda da, bütün dünyada da yağışdı. Sevən kəslər tapmaq və itirmək qabiliyyıtinə sahib olmalıdır. O, onların arasında tarazlığı gözləməyi öyrənib. O, şəndir və yol boyu zümzümə edir.

***

Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb, sönükləşməyib, ancaq mən də tədricən bərpa edirəm. Necə deyərlər, mən vəziyyətə nəzarət etməliyəm, çünki onunla getmək istəyirəm.

***

Onu maraqlandırmır sevdiyimiz şəxsi yanımızda saxlamağa gücümüz çatacaq, ya yox. Məhəbbət idarəolunmazdır.

***

Məhəbbət – başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə gizlədir.

***

– Onları kəndlilərin, ziyatətçilərin, macəra axtaranların dabanları cilalayıb, – o dedi – Daşlar dəyişib, lakin yolçular da həminki deyil.

***

Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir.

***

Bilirdim ki, o mənin dünyamın tarazlığını pozacaq. Ağlım mənə xəbərdarlıq etdi – ancaq ürəyim onun məsləhətini eşitmək istəmirdi.

***

Hər şey günahkar ola bilərdi – yəni olan hər şey. Təzə ayaqqabı ayağı vurur. Yaşam da belədir – o, bizi qəfildən yaxalayır və qeyri-müəyyənliyə sürükləyir.

***

-Bu yer mənim həyatıma gözlənilmədən daxil olub, – o dilləndi. «Necə ki, sən mənim», düşündüm.

***

Mən həyatımın ən gözəl illərini kitab-dəftərlə əlləşərək itirirəm, halbuki onlar məni hər şeyi əzbər bildiyim yerdən çıxartmayacaqlar.

***

O? Hər şeydən qorxur, amma özünü inandırırdı ki, bu qorxu yox, buludlarda uçmayan adamın müdrikliyidir.

***

Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan.

***

İndi isə onun yanımda dayanması mənə hava-su kimi lazımdır-əks halda bütün əşyaların gerçək parıltısı məndən gizlənir.

***

Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir.

***

Ancaq özün üçün seçəcəyin yerdə sən özünlə tam vəhdətdə olmalısan. Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın üzünə ləyaqət və cəsarətlə baxa bilməz.

***

Gözləmək – işgəncədir. Unutmaq-ağırdır. Ancaq əzablardan ən dəhşətlisi – hansı qərarı verəcəyini bilməməkdir.

***

Məndə daxili mübarizə gedir – mən həm bu vəhdətdə əriyirəm, həm də eyni zamanda ətrafımda nələrin baş verdiyini diqqətlə izləmək istəyirəm.

***

Sonra baş verənləri tam dərk eləmədim. Ətrafımda dayanan adamlardan hər biri mənə məlum olmayan dildə danışmağa başladılar. Bu nitqdən daha çox əlaqəsiz səs-küy idi – sözlər sanki bir başqa qəlbdən gəlirdi, heç bir məntiqi ardıcıllıq olmadan.

***

Nə qədər mübarizə aparsam da, mənə məlum idi ki ,məhəbbət qadın ürəyini tez alovlandırır, odur ki, mənim küləyə əsmək, suya isə bəndi yıxmaq icazəsi verməyim – sadəcə zaman məsələsidir. Prinsipcə, nə qədər buna qarşı olsam da, mən əvvəllər sevmişəm və indi yaranmış vəziyyəti necə həll etmək barədə fikirləşirdim.

***

“Həyat yoldaşı….. nə qəribə söz birləşməsidir “ – mən düşündüm və düşüncələrimə özüm də heyrətləndim.

***

Qorxu – çünki bu mənim üçün yeni idi, yeniliksə həmişə qorxuludur. Qisqanclıq –çünki mən tədricən başa düşürdüm: məhəbbət mənim təsəvvür etdiyimdən də böyükdür, məhəbbət elə sərhədləri keçir, elə yerləri gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib.

***

-Sən soruşmamalısan, – mən cavab verdim. – Məhəbbət sual vermir, əgər biz düşünməyə başlasaq, qorxmağa başlayacayıq. Bu – izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə etməyə belə çalışmayacam. Bu rədd edilmək, sevilməmək qorxusu ola bilər, qorxu cazibəni pozacaq. Axmaq səslənir amma bu belədir.

***

Özüm də bilmirəmki, niyə özümü başqa cür yox məhz bu cür aparırdım. Başa dümürəm onu özümə möhkəm bağlamaq istəyirdim, yoxsa azadlığa buraxmaq.

***

Daha qəlbimin qaranlığında azmaq istəmirəm, – qapını özgənin burnunun önündə qətiyyətlə bağlayaraq özümə dedim. – Üçüncü mərtəbədən yıxıldın ya yüzüncü – heç bir fərqi yoxdu. Odur ki, yıxılmısansa, göydələndəm yıxıl!

***

Həyat qəribə şeydir : mənim tanışlarımdan, demək olar ki, heç biri öz ilk məhəbbətləri ilə ailə həyatı qurmayıb. Ancaq kimlərlə ki, bu hadisə baş verib, tez –tez təkrar edirlər ki, nə isə vacib bir şeyi əldən buraxıblar, yaşamalı olduqları çox şeyi yaşamayıblar…

***

– Orda deyilirdi ki, şəhəri dəyişmək olar, ancaq quyunu başqa yerə köçürmək mümkün deyil. Sevənlər görüşürlər, susuzluqlarını söndürürlər, evlərini tikirlər, uşaqlarını böyüdürlər və hər şey onun ətrafında baş verir. Lakin əgər sevənlərdən biri getmək istəsə, quyu onun ardınca gedə bilməyəcək. Tərk edilmiş quyu olduğu yerdə qalacaq, o atılsa da, əvvəlki kimi təmiz su ilə dolacaq.

***

Çoxsaatlı həsrət gərginliyə çevrilir, gərginlik qorxu ilə əvəz olunur, qorxu isə şəfqətdən çəkinməyə məcbur edir.

***

Mən hələ uşaqkən Soriyanın meydanlarından birində məhəbbət məni tapdı və sonra unuduldu. Amma görünür pis unudulubmuş. Hər şeyin geri dönməsi üçün üç gün bəs elədi.

***

– Mən sənə bu tarixin qəhrəmanlıq fəslini danışdım. Lakin sən həmin qəhrəmanların ürəkləri haqqında heç nə bilmirsən, – o dedi və uzun müddət susdu, sonra davam etdi: -Əzab. Dəyişmə anlarında əzabkeşlər meydana çıxır. İnsanları öz arzularının ardınca yollana bilməsi üçün başqa insanlar özlərini qurban verməlidir. Onları ələ salırlar, təqib edirlər, onların zəhmətini şübhə altına almağa və gülüş hədəfinə çevirməyə çalışırlar.

***

Sən hələ də elə bilirsən ki, məhəbbət qalib gəlməyə qadirdir? – Bəyəm yox? -Yox, qadirdir, sadəcə vaxtı sual altındadır. Bu, müəyyən saatda, göylərdəki vuruşmalar sona çatdıqdan sonra baş verəcək.

***

Mənim ürəyim bulanmağa başladı – adətən, şüursuz, lakin dəfedilməz qorxudan belə olur. – Mən fikirləşməliyəm müqəddəs ata. Mən hər şeyin dediyim kimi olub-olmadığını bilmirəm. – Heç kim bilmir, – o cavab verdi. – Bir çox valideynlər səhvlərə yol verirlər, çünki uşaqları üçün nəyin yaxşı olduğunu bildiklərini düşünürlər.

***

Çalışıram deyim ki, dünyada müəyyən sayda insanlarda bu ssenarini dəyişmək üçün kifayət qədər inam yarananda, planetimizin hansı küncündə yaşamasından asılı olmayaraq yerdə qalan digərləri də bu dəyişikliklərdən yaralana biləcəklər. Ancaq mənə inanmırlar və heç nə etmirlər. – Onlar lap dağlar kimidirlər, -mən dedim. -Dağlar gözəldirlər. Onlara yaxınlaşan heç kim Yaradanın qüdrətini dana bilməz. Dağlar – Allahın bizə bəslədiyi məhəbbətin canlı şahidləridirlər, lakin bu dağların qisməti həmin sevgiyə təkcə şahidlik etməkdir. Hərəkət edən və mənzərəni dəyişən çaylardan fərqli olaraq.

***

Yaddaş. Mənə elə gəlirdi ki, ötən həftəyə qədər olan ayların və xüsusilə günlərin mənim həyatıma dəxli yoxdur, ya da mən onları özümün başqa cildimdə yaşamışam. Dünyada heç nəyin xətrinə mən o zamana qayıtmaq istəməzdim, zira onun saatlarını məhəbbətin əli ölçmürdü. Mən hiss edirdim ki, uzun illər eyni cür oyanaraq və yataraq, eyni sözləri təkrarlayaraq, eyni işləri görərək eyni bir günü yaşamışam. Elə yuxuma da eyni şeylər girirdi.

***

Ancaq kişi üçün əzab çəkdiyini necə iazh edəsən və bəraət verəsən? Heç cür. Bu, mümkün deyil.Və biz cəhənnəmə düşürük, ona görə ki, bu əzablarda nə alicənablıq, nə böyüklük var. Bəs nə var? Heç nə yoxdur. Yalnız bədbəxtlik.

***

-Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.

 

4.8 (95%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram