Əsər “romantikləşdirilmiş bioqrafiya” janrına aid edilir. Mariya Stüartın (1542-1587) həyat faciəsindən bəhs edilir.
Karandaşın izi ilə
Hər kəsin həyatında elə səhvlər olur ki, onları heç vaxt heç nə ilə düzəltmək mümkün olmur.
***
Yalnız acizlər boyun əyib unudullar, güclülər isə o yana bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
***
Gözdən pərdə asıldı, onsuz həqiqət kimə lazımdır!
***
Bununla belə, məhəbbətinə layiq olmayan insana çox tez təslim olmaq fikri kimi qadını təhqir edən ikinci bir fikir yoxdur; əsl qadın bu günahı nə özünə, nə də səbəbkara heç vaxt bağışlamaz.
***
Bütün axmaqlarda olduğu kimi onun da yaddaşı zəifdir.
***
Məhəbbət tələb edir ki, onu öyrənsinlər, sınasınlar və yoxlasınlar.
***
Hər saatım, hər anım onunla keçsin,
Sonra isə həsəd mühakimə etsin.
***
Ən güclü lupa ilə belə bu əlaqədə nə bir qram məhəbbət, nə də bir atom nəzakət tapmaq olardı.
***
Ətrafa elə sükut çökmüşdü ki, onun ən ümdə arzularının pıçıltısı və tapdalanmış vicdanının ah-naləsi eşidilirdi.
***
Zəif insana ümid edib inanmaq, şöhrətpərəstə isə sevildiyini asanca təsəvvür etmək şirin gəlir.
***
Özü özünü unutduğundan, ona elə gəlirdi ki, dünya da onu və əməllərini unudub.
***
Qorxulu son əbədi qorxudan yaxşıdır!
***
İki adam bir-birini məhvə doğru çəkəndə tənbehlər və qarşılıqlı ittihamlar başlayır.
***
Həyat enerjisini dağıdan ötüb keçən zamanın boşluğu.
***
Qanun belədir: nə xoşbəxtlikdə, nə bədbəxtlikdə insan xarakterinin təbiəti dəyişmir.
***
Ehtiras xəstəlik kimidir: onu nə qınamaq, ona nə bəraət qazandırmaq olar; onu yalnız yeni heyrət və təbiət hadisələrinin əbədi qüdrətinin qarşısında təbiətdə olduğu kimi insanda da ani şimşək kimi qopan qeyri-ixtiyari həyəcanla təsvir etmək olar. Zira ehtiras sardığı insana tabe olmur: özünün bütün təzahürləri və nəticələri ilə onun şüurlu varlığının sərhədlərini aşır və məsuliyyət hissindən qaçaraq sanki başının üzərində guruldayır.
Tərcümə: Lamiyə Göycəyeva