Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İsmayıl Şıxlı “Dəli Kür”

kko_ismayil_shixli_deli_kurAnnotasiya

Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır. Əsərin sujet xətti də bu hadisədən sonra cərəyan edir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının həqiqi milli xarakterin, realist zadəgan-kübar obrazının ilk dolğun, tutumlu örnəyi Cahandar ağadır. “Dəli Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcıqla göstərən bir əsərdir.

Karandaşın izi ilə

Ət yeyən quş dimdiyindən bilinir.

***

İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır. Hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.

***

Amma qəribə gözləri var. Adamın düz ürəyinin içinə baxır.

***

Gənclik qəlbinin sirrlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyillərin, parıldayan qığılcımların, kül altında qalmış köz kimi işıldayıb sönən arzuların sayını-hesabını bilmək, hansının alovlanıb parıldayacağını, hansının vaxtsız sönəcəyini əvvəlcədən bilmək olurmu?!

***

Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.

***

Onun zənnincə, kişi ömrü boyu istədiyini arvadına bildirməməlidir. Arvad həmişə intizar içində yaşamalı, ərinin onu sevib-sevmədiyini bilməməlidir. Hərdənbir ötəri deyilən xoş sözün, adi bir təbəssümün, ya da nadir hallarda biruzə verilən nəvazişin aylarla həsrətini çəkməlidir. Belə olanda arvad kişinin qədrini bilər, ömrü boyu ondan xoş söz eşitmək eşqi ilə alışıb-yanardı. Kişinin əzəməti də, qüdrəti də, arvad yandındakı amiranəliyi də onun sirli, sehrli olmasındadır.

***

Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusa, onlardan da gözəl olarlar.

***

– Bu uşaqlar sənin qohumun deyil, tanışın deyil, heç bir kənddə də anadan olmayıbsınız, sənə nə düşüb ki, özünü öldürürsən? İndiki zamanda heç qardaş qardaşa bir tikə çörək vermir.
– Eh əmi -…, – elə dərd də burasındadır ki, bir-birimizə kömək etmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
– Bunlar hamısı Allahın işidir, ay bala.
– Allahın yox, bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.

***

Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Bunlara toxunmaq, onun namusunu ayaq altına alıb tapdamaq demək idi.

***

– Cənab eks-poçtalyon, yaxın gəlin. Bir səmaya baxın. Orada, zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzülüb parıldayır. O, tabe olmur, iynə ucu boyda da olsa yer tapıb, özünə yol açır, kimə isə işıq verir. Maraqlı deyilmi, hə, Aleksey Osipoviç, necə bilirsiniz, nə qalib gələcək, işıq, yoxsa qaranlıq?

***

Məktubu kənara atdı. “Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər”.

***

Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirlər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar?

***

– Nəyi nəzərdə tutursan?
– Şüurların oynamasını.
– Şüurların oynaması müxtəlif cür ola bilər.
– Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
– Bu mücərrəd oldu.
– Nə üçün?
– Çünki ədalət və vicdan məfhumu nisbidir.

***

– Yenə əvvəlki kimi xəyalpərvər və şairanəsən.
– xəyal olmasa, adamın qüssədən ürəyi partlayar. Bir də, mənim xəyallarım real xəyaldır. Bir təsəvvür et, biz bu uşaqların qəlbində məşəl yandırsaq, həmin məşəllər hər yerə səpələnsə, yurdumuz çıraqbana dönər.

***

Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?

4.9 (98.52%) 54 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram