Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aleksandr Soljenitsın “İvan Denisoviçin bir günü”

kko_aleksandr_soljenitsin_ivan_denisovichin_bir_gunuAnnotasiya

“İvan Denisoviçin bir günü” (rusca “Один день Ивана Денисовича”) – Sovet dövrünün məşhur dissident yazıçısı Aleksandr Soljenitsının yaradıcılığı müəllifin uzun illər sovet cəza düşərgələrində məhkumluq ömrü yaşaması ilə diqqəti çəkir. Şəxsi təcrübəsini bədii yaradıcılığa çevirən yazarın “İvan Denisoviçin bir günü” povesti bu qəbildən olan ədəbiyyat nümunəsidir.
Əsərdə ötən əsrin 50-ci illərinə xaas dustaq həyatı bütün çılpaqlığı ilə təsvir olunub. Povestin qəhrəmanı İvan Denisoviç Şuxov şərlənib tutulmuş milyonlarla sovet vətəndaşından biridir. Əzablı həbsxana həyatı onu bir qarın çörək üçün çox şeyə hazır olan bir adama döndərib. Bununla belə, o, hələ dibdə deyil – Şuxov insanlığını az da olsa qoruyub saxlayıb.

Karandaşın izi ilə

Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək. (A.S.Puşkin)

***

Amma səhərin başqa əlacı olmadığından açıldı.

***

Adamın zəhləsi tökülürdü – gərək öz payına dişlək vurub işarə qoyasan ki, sonra dəyişik düşməsin, paylar da ki onsuz yenə bir-birinə oxşayırdı. Bütün günü zülm çək ki, bir də axşam sənə başqasının payını verərlər, sonra mübahisə et – arada məsələ lap dava-dalaşa çatırdı.

***

– Sizin belə şaxtada adamları soyundurmağa haqqınız yoxdur! Siz Cinayət məcəlləsinin doqquzuncu maddəsini bilmirsiniz?!..
Bilirlər. İxtiyarları var. Sənsə, qardaş, hələ bilmirsən.
– Siz sovet adamı deyilsiniz! – kapitan hələ də haqqını tələb edirdi.
Volkovoy məcəllə və maddəyə birtəhər dözmüşdü, amma axırıncı sözdən sonra qəfil ildırım kimi çaxdı:
– On gün karser! Ciddi rejim!

***

Bunlar səhərlər dustaqları karserə salmağı xoşlamırlar: bir dustaq bir işçi qüvvəsidir. Qoy gündüz işə can qoysun, BUR qaçmır ki?

***

Kolxoz sədri təzədir – kolxoz sədri elə hər il təzə olur, onları bir ildən artıq saxlamırlar. Kolxozu yekəldiblər? Onu elə həmişə yekəldirlər, sonra da kiçildirlər.

***

Asan qazancın elə bir dəyəri olmur, adam pul qazandığını hiss eləmir. Qocalar düz deyirdilər: haqqını axıra qədər vermədiyin şeyi mənzil başına aparıb çıxara bilməzsən.

***

Düşərgələrdə Şuxov başa düşdü ki, belə lazım deyilmiş. Elə yemək lazımdır ki, bütün fikrin-zikrin yeməkdə olsun, bax, indi o, çörəyini necə yeyirsə elə – indi o, çörəyi xırda-xırda dişləyir, dili ilə əzir, damaqları ilə sorurdu.

***

Bu briqada azadlıqdakı İvan İvanıça bir ayrı, Pyotr Petroviçə bir ayrı maaş verən briqadalardan deyil. Düşərgədə briqada elə sistemdir ki, burada dustağa rəhbərlik yox, başqa dustaqlar nəzarət edir. Burda belədir, ya hamınız işləyin – yemək yeyək, ya da hamınızın canı çıxacaq. Sən işləmək istəmirsən deyə, mən niyə sənə görə acından ölməliyəm? Odur ki, işlə, əclaf!

***

Bir soruşan lazımdır ki, bu faizlər kimin üçündür? Düşərgə üçün. Düşərgə tikintinin hesabına artıq min qazanacaq, öz leytenantlarına mükafat yazacaq. Volkovoya mükafat verəcəklər – dustaqları şallaqladığına görə. Dustağa da axşama iki yüz qram artıq çörək. İki yüz qram ölüm-qalım məsələsidir. İki yüz qramla Belomorkanal tikilib.

***

Şuxov dəfələrlə fikir vermişdi ki, düşərgədə günlər nə qədər sürətlə ötsə də, həbs müddəti azalmaq bilmir.

***

Kildinqsə iyirmi beş il vermişdilər. O xoşbəxtlik zolağı əvvəllər idi ki, hərəyə onca il verirdilər. Qırx doqquzuncu ildən isə təzə qayda yaranmışdı – hərəyə iyirmi beş il, ağına-bozuna baxmadan. On ili birtəhər keçirmək olar, oğulsan, buralarda iyirmi beş il döz!

***

Şəxsi işə görə, Şuxov vətənə xəyanətdə ittiham edilərək həbs olunub. Özü ifadə verib ki, hə, ona görə əsir düşüb ki, vətənə xəyanət eləsin, əsirlikdən də ona görə qayıdıb ki, alman kəşfiyyatının tapşırığını yerinə yetirsin. Amma o tapşırığın nədən ibarət olduğunu nə Şuxov tapıb quraşdıra bilmişdi, nə də müstəntiq. Beləcə də saxladılar – tapşırıq alıb.

***

– Onda deməyin ki, o dahidir! Deyin ki, yaltağın biridir, köpəklərin sifarişini yerinə yetirir! Dahilər tiranların zövqünə tabe olmurlar!

***

– Sənət “nə” məsələsi deyil, “necə” məsələsidir.
– Məndə xoş hisslər oyatmırsa, cəhənnəm olsun sizin “necə”niz!

***

– Allah bunu niyə eləyir ki?
– Nəyi niyə eləyir?
– Yəni köhnə ayı doğrayıb ulduz düzəltmək onun nəyinə lazımdır?
– Nə bilim, izah etmək çətindir! Çünki ulduzlar hərdən göy üzündən axıb gedir, yerlərini doldurmaq lazımdır.

***

Bu bir növ dovşan sevinci idi, yəni qurbağalar bizdən qorxaqdır.

***

Şuxov qocaya yaxından baxdı. Düşərgənin əydiyi bellər içində onun beli ən şuxu idi. Elə dik oturmuşdu ki, sanki altında oturacaqdan da başqa nəsə var.

Hamı kimi başını şorbanın üstünə əymədən, qaşığı ağzına tərəf qaldıraraq yeyirdi.

Öz üç yüz qramlıq payını hamı kimi kirli masanın üstündə deyil, yuyulmuş əski parçasının üstünə qoymuşdu.

***

– Baxın, İvan Denisoviç, könlünüz imana gəlmək istəyir, Tanrıya dua edirsiniz. Niyə imkan vermirsiniz ruhunuza?
Şuxov Alyoşkaya əyri-əyri baxdı. Gözləri iki şam kimi yanırdı. Köksünü ötürdü.
– Ona görə ki, Alyoşka, dua da ərizə kimidir, ya gedib çatmır, ya da rədd cavabı alıram.

***

– Ona görə ki, İvan Denisıç, az dua etmisiniz, pis dua etmisiniz, ürəkdən etməmisiniz, buna görə də dualarınız qəbul olunmayıb. Dua edəndə gərək ürəkdən, inadla dua edəsən! İçində iman varsa, dağa “tərpən” desən, tərpənər.
Şuxov gülümsünüb bir siqaret də bükdü. Estonun siqaretindən yandırdı:
– Başını burax, Alyoşka. Mən hələ heç vaxt dağın tərpəndiyini görməmişəm, düzünə qalsa, mən heç dağ da görməmişəm.

Tərcümə: Günel Mövlud

4.1 (82.22%) 9 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram