“Baxış üçbucağı” (ingiliscə “Talking it over”) – Utancaq bank işçisi, istedadlı bəxtsiz və rəssam-restavratorun “məhəbbət üçbucağı” haqqındadır. Londonun müasir “əxlaq komediyası”? Vudhaus? Vudi Allen? Yox, Culian Barns!
Evliliklər və ayrılıqlar, səhvlər və axmaqlıqlar, dedi-qodular, qeybətlər – və möhtəşəm gülməli söhbət!
İnanmırsınız? Oxuyun və inanın!
Karandaşın izi ilə
Ondan istifadə etməyi öyrəndim. Öz adımdan istifadə etməyi, ha-ha.
***
“Kimsə” və “heç kim” hallarının əlli faizi qadın cinsindəndir.
***
İnsanlar əsas iki tipə bölünür: emosiyalarının ağızlarını tıxayanlar və fit səsi ilə hisslərini çölə buraxanlar.
***
Bütün ömrün boyu Naycel olaraq qalmaq olmaz, düzdür? Heç bütün kitab boyu qalmaq olmur.
***
Unutmaq kimi xatırlamaq da iradə ilə bağlı aktdır.
***
Öz keçmişini çox yaxşı xatırlayırsansa, bu gününün günahını da onda görməyə başlayacaqsan.
***
Həyat Rusiyaya soxulmağa bənzəyir: tez və asan baş verir, sonra daha gec və daha çətin, sonra general Yanvar ilə ölümcül döyüş və qar üstündə qan.
***
On beş yaşınız olanda dostluq edəkmi, etməyəkmi deyə müzakirə aparmırsınız, sadəcə dost olursunuz.
***
Deyəsən, bəşəriyyətin yarısı özündən əmin insanlar, digər yarısı isə özündən əmin olmayan insanlardır. Və heç kim bilmir, bu yarıdan o biri yarıya necə adlamaq olar.
***
Sağ qalmağın elemantar qanunu – səndən də pis gündə olan bir adam tap və belə bir adamın yanında yaxşılaşacaqsan.
***
Cəmiyyətimizdə insanları pulla necə almağı öyrətmirlər.
***
Əlbəttə, mənə yalan danışdığını istisna etmək olmaz, ancaq bunun üçün böyük təxəyyül gücü var.
***
Ziyalı müqayisə üçün məni üzrlü hesab edin.
***
– On üç yaş. Məncə, qəlbinin asanlıqla qırılacağı yaş dövrüdür.
– İki yaş da elədir, beş yaş da. On da, on beş də.
***
Bəli, məlumunuz olsun ki, Kupidon rolunu oynamaq Arkadinin başı üstündə ora-bura qanad çalmaq və nəhayət sevgililər öpüşədə qasığının qıdıqlanması demək deyil. Burada qatarların cədvəli və yol hərəkər sxemləri, kinoafişalar və restoran menyuları, pul və səhərə planlarla işini görməlisən. Eyni zamanda səmimi dəstəbaşı və mahir psixoloq olmalısan. Burada iştirak edə-edə qeyb olmaq və iştirak etməyə-etməyə yerində olmaq kimi ikili bacarıq lazımdır. Və mənə deməyin ki, tombul yanaq məhəbbət xidmətçisi öz pesetləri boş-boşuna alır.
***
Çırtma çaldınmı, sanki dünya ofisiantdır və həmişə sənin xidmətindədir.
***
Küçə iti səni dişləyib və yaran irinləyibsə, bundan sonra da küçə itləri ilə dostluq etmək məntiqli addım hesab edilə bilərmi? Məncə, yox. Pişik saxla, Avstraliya tutuquşusu al; ancaq daha küçə itlərinə ilişmə.
***
Aşiq olan insanlar ani olaraq göz yaşından gülüşə adlamaq kimi qabiliyyət əldə edirlər, heç fikir vermisiniz?
***
Ağ xalatlı insanları geri çağırın, içərisi keçə ilə döşənmiş “təcili yardım”ı yığışdırın, bizim ilkin tibbi yardım üçün öz vasitəmiz var. Bu məhəbbət adlanır. Müxtəlif qablaşdırmada və istənilən formada olur: həm bintdir, həm leykoplastır, həm pambıqdır, həm tənzif, həm də maz. Hətta ağrıkəsici sprey də ola bilir.
***
Evində isə hər şeyi başa düşən çarpayısına atıldı və göz yaşlarına boğuldu.
***
Sizə elə gəlmirmi, ümumiyyətlə dünya yemək ilə həddindən artıq maraqlanmağa başlayıb?
***
“İndi” sözünü sevirəm. Hal-hazırda – indi. Artıq “onda” deyil. “Onda” keçib getdi.
***
Bir küncdə oturub işıqlı dünyaya küsmək yeni tanışlıqlar yaratmaq üçün pis üsuldur.
***
Bir insanla uzun müddət bir yerdə yaşayanda onun həyatına sevinc gətirmək qabiliyyətini itirirsən, ancaq onu incitmək qabiliyyəti əvvəlki kimi qalır.
***
Səhər yuxudan ayılıb böcəyə çevrildiyini görən insan haqda olan hekayəni bilirsiniz? Mən isə səhər oyanıb insan ola biləcəyini görən böcək idim.
***
Komediya ilahəsi, Taliya, eşq olsun sənə!
***
İndi biz üç nəfər deyilik, indi biz iki nəfər üstəgəl birik və o bunu hiss edir.
***
Ərləri necə idarə etmək mövzusunda qızlara ana məsləhəti. Yüzilliklər ərzində qadın xətti ilə nəsildən-nəsilə ötürülən dəyərli həqiqətlər. Və bütün bu yığılmış müdriklik nəyə gətirib çıxarır: “Ərinizlə tam səmimi olmaq lazım deyil”.
***
Ər həmişə şübhələnməyə başlayan birinci və bilən sonuncu insan olur.
***
Sevgilərlə və s. Hər şey çox sadədir. Bəşəriyyət iki kateqoriyaya bölünür: birincilər inanır ki, həyatın mənası, mahiyyəti, bas pedalı və əsas nəğməsi məhəbbətdir, qalanlar isə – tamamilə hamısı – yalnız və s.-dir; o biriləri, insanlığın bədbəxt çoxluğu ilk növbədə məhz və s.-ə inanır, onlar üçün məhəbbət nə qədər xoş olsa da gəncliyin ötəri həyəcanı, uşaq bezlərinə müqəddimə olaraq qalır və ev interyeri kimi vacib, dəyişməz və tutarlı deyil. Bu insanlar arasında tək əhəmiyyətli fərqdir.
***
Sevgi evlilikdən daha çox sevinc gətirir. Tarixdən daha maraqlı olan romanlar kimi.
***
Müdriklikdə hazırcavablıqdan daha çox həyat, şənlik olur.
***
Eşq macəran olmayanda onu danmaq üçün xüsusi bacarıq lazımdır, bu da məndə yoxdur.
***
Ətrafıma baxdım ki, nəyə and içim. Ancaq indi hər iki tərəf üçün müqəddəs olan əşyalar demək olar ki, mövcud deyil.
***
Həm maliyyə, həm də məhəbbət arxalarında nələri tərk etmək məcburiyyətində qalacaqlarına baxmayaraq, sərbəst şəkildə yer dəyişirlər. Məhəbbətdə də təzminatların ödənilməsi, nəzarət altında olan aktivlər və dəyərsizləşmiş öhdəliklər var. İstənilən valyuta kimi məhəbbətin də qiyməti qalxır və düşür. Və inam onun saxlanması üçün əsas şeydir.
***
Başa düşdüyüm qədərilə, mənəvi nöqteyi-nəzərdən pul neytraldır. Onu həm xeyrə, həm şərə xərcləmək olar. Pulu idarə edənləri məhəbbətə sahib olanlar kimi qınamaq olar. Ancaq bu anlayışların özünü yox.
***
Bəziləri evdə oturur və fikirləşir: bir gün gələcək və şahzadə peyda olacaq. Ancaq bunun üçün qapıdan “Şahzadələr dəvət olunur” elanını asmaq lazımdır.
***
Hazırda altmış yaşım var, ancaq məndən dəyişməz qaydaların nələr olduğunu soruşsanız,yəqin ki, yalnız birini deyərdim: ər heç vaxt arvadını daha qoca qadın üçün atmır.
***
İnsan aşiq olanda daha asan sevir.
***
Şər məhəbbəti məhv edir. Qanunlar, mülkiyyət, maddi çətinliklər, polis hakimiyyəti. Şərtlər başqa cür olsaydı, məhəbbət də başqa cür olardı.
***
Məhəbbət və ya bu söz altında insanların nəzərdə tutduğu nəsnə seksdən sonra sizi “əzizim” adlandırdıqları bir sistemdir.
***
Atalar sözünə zidd olaraq, təcrübəm mənə deyir ki, bədbəxtliyini dostunla bölüşsən, o azalmır, əksinə, qeybətin güclü ötürücüləri vasitəsilə bütün dünyaya yayılır.
***
Necə göründüyü vecinə olmayan insan yoxdur. Sadəcə bəziləri düşünürlər ki, qorxunc görünüşləri onlara yaraşır. Sözsüz, bunun tərkibində hamıya meydan oxumaq var. Bostan müqəvvası kimi görünürəm, çünki mənim fikirlərim daha yüksək yerlərdə dolaşır; çünki başımı yumağa vaxtım yoxdur; məni sevirsənsə, çimməmiş halımı da sevərsən.
***
Fikir vermisinizmi: bir adam haqda deyəndə ki, onu çoxdan tanıyırlar, bu həmişə o deməkdir ki, indicə həmin adam barədə nəsə xoşagəlməz söz deyiləcək.
***
Hər bir insanın həyatı qeyri-adidir və eyni zamanda kifayət qədər adidir.
***
…mənə sevib hörmət edə biləcəyim, fiziki cəhətdən xoş olan insanın lazım olduğu haqda öz-özümə düşünürdüm. Daimi münasibətlərimin olması üçün məhz buna can atmalı olduğumu fikirləşirdim. Eşq macəralarım başladıqda isə bu üç keyfiyyətin bir yerdə olmasının oyun avtomatında dalbadal çiyələk şəklinin çıxması kimi nadir hadisə olduğu aydınlaşdı.
***
Təsəvvür edirsiniz necə ağrı hiss edirdim? Əlbəttə, yox. Başqasının ağrısını hiss etmək olmaz, elə dərd də burasındadır. Bütün insanların əbədi bəlası. Başqasının ağrısını duymağı öyrənə bilsəydik…
***
Hər zaman yadda saxlamaq lazımdır ki, qərarının bu günkü doğruluğu yalnız bu gün üçün doğrudur, onun qətiliyi şərtidir.
***
Bir rəfiqəm mənə danışmışdı ki, bir gün səhər oyanıb yanında yatan oğlanın xoruldamadığını görəndə ona aşiq olmuşdu.
***
Punktuallıq darıxanların məziyyətidir.
***
Qəmli olmaqdan başqa, qəzəbli olan insanlar ağrılarını aradan qaldırmaq iqtidarında deyillər; belə insanlar ağıllarını itirirlər. Mən metroda özü-özü ilə hündürdən danışan insan kimi olmuşam. Belə insanlardan hamı yan gəzir. Belələrinin əlinə düşməmək lazımdır, yoxsa tullanar, ya da itələyərlər. Qatarın qabağına, relslərin üstünə tullanar, ya da sizi ora itələyərlər.
***
İnsanlar iki yerə bölünür: aktyorlar və tamaşaçılar.
***
Bu yüzillikdə dünyanı idarə edən hər iki din – kapitalizm və kommunizm, – materialistdir; ancaq son hadisələrin də göstərdiyi kimi, biri o birindən daha yaxşı işləyir.
***
Mənə baxın! Mənə qulaq asın! Məgər yaşadığın kimi yaşamaq olmaz? Niyə hər şey haqda hökmən danışmaq lazımdır?
***
Pul haqda danışılanda birinci onu deyirlər ki, pul xülyadır. Şərtilikdir. Kiməsə bir dollar verirsinizsə, bu kağız bir dollar deyil. Bu sadəcə kağız parçası və bir az tipoqrafiya rəngidir. Ancaq hamı öz arasında bu kağız parçasının bir dollar olması haqda razılığa gəlib və bu xülyanı davam etdirir. Elə ona görə bu bir dollardır. İnsanlar pula hansısa xəyali qiymət kəsməklə bağlı razılığa gəldiyi üçün bütün dünyadakı pulların dəyəri var. Eyni ilə qızıl və platində olduğu kimi. Niyə onların qiyməti yüksəkdir? Ona görə ki, hamı onların məhz bu qiymətə olması ilə bağlı razılığa gəlib.
***
– Bilirsən, siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə daha az Alzheymer xəstəliyinə tutulması statistik olaraq sübut olunub? – hardansa oxuduğum şübhəli məlumatları məmnuniyyətlə təkrarladım.
– Yəqin, siqaret çəkənlər Alzheymer yaşına çatmamış ölürlər, – Cil dedi.
***
Bəli, bəli, əlbəttə, vicdan əzabı çəkirəm, bəs siz mənim yerimə olsaydınız nə edərdiniz? Başa düşürəm, siz heç vaxt mənim yerimdə olmazdınız. Ancaq mən oldum, bu da siz ilə mənim aramdakı əsas və aşkar fərqdir.
***
Xoşbəxt olmaq azdır, xoşbəxtliyi idarə etmək lazımdır.
***
İndi bu prinsip əsasında yaşayıram: ümidləri doğrultmayan birinci sən olmalısan. Sənin ümidlərin boşa çıxana kimi sən onların ümidlərini boşa çıxart.
***
Bəzi bambılı adamlar daim təkrar edirlər ki, yaddaş çevikliyini və yaxşı formasını saxlasın deyə, idmançılar kimi onu məşq elətdirmək lazımdır. İdmançıların axırının necə olduğunu isə hamı bilir.
***
Bir dəfə qarşılaşdığın elə xoşagəlməz şeylər var ki, onlarla barışmaq olur. Belə olduğu təqdirdə onlar adamı incitmir, ümumiyyətlə onların qarşısına sual işarəsi qoymaq olur. Yox, xoşagəlməz həqiqət iki dəfə kəşf edilirsə, o əzməyə və boğmağa başlayır. İki dəfə əmin olmaq ki, bu belədir, iki dəfə belədir, artıq bu dözülməz olur.
Tərcümə: Lamiyə Göycəyeva