Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Karin Alvtegen “Utanc”

karin-alvtegen-utanc-skam-shame-kkoAnnotasiya

Utanc (isveçcə “Skam”) – Stokholm klinikalarından birinin baş həkimi, uğurlu, zəngin, zərif Monika ilə bütün dünyaya zəhərini tökən, hərəkətsiz, piylənmiş May-Britt arasında ümumi nə ola bilər? Lakin hər birinin keçmişində əzablı və utancverici, hər ikisini xoşbəxtlik və sevgi haqqından məhrum edən sirr var. Hadisələrin gedişatı bu iki qadını bir-biri ilə qarşılaşdırır.
İsveç yazıçısı Karin Alvtegen populyarlıqda ulu nənəsi Astrid Lindqrendən geri qalmır. Maraqlı detektivlər və psixoloji trillerlər müəllifə çoxlu nüfuzlu mükafatlar gətirib. Bunların arasında “Şüşə açar” və Danimarkanın Palle Rozenkrans mükafatı var.
“Utanc” əsəri növbəti dəfə Alvtegeni maraqlı və həyəcanlı kitabların müəllifi kimi müasir Skandinaviya ədəbiyyatında tutduğu yeri təsdiqləyib. Roman isveçli oxucular tərəfindən “İlin kitabı” seçilib. Əsərdə dəhşət, ümid, dərin fəlsəfi-psixoloji Strindberq və Berqman ənənələri yer alıb.

Karandaşın izi ilə

Allahım,
Elə et ki, dünyada müharibə, zorakılıq və ədalətsizlik olmasın,
Qoy yoxsullar varlansın,
Və heç kim aclıq çəkməsin,
Qoy pis adamlar mehriban,
Tanıdığım hər kəs sağ və sağlam olsun.
Ağıllı və xeyirxah olmağıma yardım et,
Qoy anamla atam mənimlə fəxr etsin
Və məni sevsinlər.
AMİN.

***

– Bilirsiniz, hərdən mənə maraqlı gəlir, O nə barədə düşünüb – demək istəyirəm ki, hər şeyi düzgün hesablayıb. Ancaq insan üçün qaçılmaz demontaj prosesini nəsə başqa cür fikirləşməli idi. Yoxsa belə çıxır ki, doğulursan, böyüyürsən, öyrənirsən, uyğunlaşan kimi əlindən hər şeyi alırlar. Ardıcıl şəkildə – görmə qabiliyyətindən başlayaraq sona kimi. Nəticədə ilk addım atdığın yerə qayıdırsan.

***

Qəribədir, kökələn kimi sənə qarşı münasibət dərhal dəyişilir. Ətrafdakılara elə gəlir ki, bədəninin böyüdüyü sürətlə beyninin kiçilmə sürəti bir-birinə düz mütənasibdir. Deyəsən, hamı belə düşünür ki, gonbul insanlar qamətli, arıq insanlardan axmaqdır.

***

Tənha olmaq atılmış olmaqdan daha yaxşıdır.

***

– And içirəm, zəng etməsəniz, daha heç vaxt Hyu Qrantın çəkildiyi filmlərlə baxmayacam.

***

Deyəsən, qəzet işçiləri nevrologiya ilə maraqlanırlar. Adi həyəcan siqnalı sistemini işə salmaq potensial alıcının diqqətini cəlb etmək üçün ən yaxşı üsuldur. Onlar ibtidai insanın istənilən məməli kimi beyin xüsusiyyətindən istifadə edirlər.
Başlıqların hamısı həyəcan siqnalıdır. Axı qorxan insan “necə” sualına ətraflı iyrənc məlumatdan çox, “nə üçün” sualına cavab almalıdır. “Nə üçün” sualına cavab tapmadan qorxu hissi keçməyəcək, əksinə güclənəcək.

***

Dünyada qəhrəman çoxdur. Qəhrəman olmaq istəyən də çoxdur.

***

Hələ qorxulu deyil. Hələ irəliləmək və həqiqəti gizlətməmək olar.
Hələ yaşamaq olar.

***

Təklif nə qədər cəlbedici səslənirsə, bir o qədər şübhə doğurur.

***

Yalan danışmasaq, çəkinəsi bir şeyimiz də olmayacaq. Razısan?

***

Heç bir dəyişiklik baş vermədi. Hər şey bir saniyə əvvəl olduğu kimi idi. Tez-tez həyatımızın kəskin dönüş etdiyi döngəni dərhal sezməməyimiz necə qəribədir.

***

Başa düşmürəm, niyə insanlar iman gətirən kimi, başqalarını da dərhal bu imanın həqiqiliyinə inandırmağa çalışırlar. Sanki etiqadlarını təklikdə daşımaq onlar üçün çətindir! Sanki bunu qrupla eləmək lazımdır, yoxsa sayılmır. Belə olduğu təqdirdə, qarşıda bir əsas məsələ durur – hamının eyni cür inanmasına necə nail olmalı? Etiqadı müəyyən çərçivədə saxlamağa imkan verən qanun-qaydalar uydurmalı olurlar. Sonra çətin suallar verib yeni cavablar almağa ümid etməməlisən, çünki bütün düzgün cavablar artıq dini ayələrdə yazılıb. Məgər bu istənilən inkişafın sonu demək deyil? Belə olan halda, hər şey hakimiyyətə gətirib çıxarmırmı? Mənə belə gəlir ki, istənilən din məhz hakimiyyətə gətirib çıxarır. Axı istənilən din Allah tərəfindən deyil, insanlar tərəfindən yaradılıb. Tarixdən insanların etiqat uğruna nələrə qadir olduğunu isə artıq bilirik.

***

Cəhənnəm yoxdur. Öləndən sonra sənin Allahın bizi ora göndərmir. Cəhənnəmi səhv seçim etməklə biz özümüz yer üzündə yaradırıq. Həyat başımıza gələnlər deyil, yaratdıqlarımızdır.

***

Elə şeylər var ki, onları əldə saxlamaq olmur. Sadəcə yanımızdan keçməklə onlara sahib ola bilməyəcəyimizi göstərirlər. Onlar əldə edə bilmədiklərimizə duyduğumuz həsrəti gücləndirir, ya da oyadır. Bəlkə də sən bu həsrətlə yaşamağa artıq öyrəşmişdin, bəlkə də öz varlığından müəyyən həzz almağa başlamışdın. Bu hiss yadından çıxan kimi, mütləq yadına salacaqlar, dadına baxmağa icazə verəcəklər, qıcıqlandırmağa başlayacaqlar.

***

Əbədi seçim. Hərdən onu elə tez edirsən ki, nəticəsinin bütün ciddiliyini başa düşmürsən. Ancaq sonra hər şey aydın olur – böyük qırmızı ləkələr… qət etdiyin yolda yol işarələrinə bənzəyir.
Burada zəiflik göstərmisən. Hər şey burada başlayıb.
Lakin geriyə yol yoxdur. Əsas məsələ də budur. Hərəkət birtərəflidir.

***

Həyatı heç də sağlam düşüncə və ədalət idarə etmir – belədirsə, onun qayda-qanunun bərpa edilməsi üçün öz strategiyasını yaratmaq haqqı var. Çünki həyat və ölümü idarə edən qüvvələr məntiqdən məhrumdurlar və seçim edə bilmirlər. Bunu qəbul etmək olmaz. Onunla haqq-hesab çürütmək üçün üsul tapmaq lazımdır.

***

Yalnız hərəkət məsafəni saxlamağa imkan verirdi. O, dayana bilməzdi.

***

Kədərə qərq olan insan xatırlatmadır. Niyə? Bunların hamısı nəyə lazımdır?

***

Başqasını ittiham etmək həmişə asan olur.

***

Bu onun nəyinə lazımdır?
Ümumiyyətlə – bunların hamısı onun nəyinə lazımdır?
Etiraf etmək ağrılı olsa da, heç bir sualına cavab tapa bilmədi.

***

Həbsxana da cərimədir. Sadəcə burada cəriməni pulla deyil, zamanla ödəyirsən. Fərq ondadır ki, pulu sonra yenidən qazanmaq olur.

***

O, buna inanmaq istəyirdi. Elə istəyirdi ki… bütün qorxuları bir kənara qoyub birdəfəlik həyatı seçmək istəyirdi.
– Mən də buna inanmaq istəyirəm.
– Məgər sənə kiçik “sanki” bəs deyil?

***

Həbsxanalar da müxtəlif olur. Və yalnız məhkəmənin qərarı ilə məhbus olmaq olmur.

***

Necə qəribədir… boşluq belə möhkəm ağrıda bilir.

***

— Maraqlıdır, televiziya verilişləri iki həftəlik bağlansa və spirtli içkilər qadağan edilsə nə olar? Yəqin, əhalinin yarısı dərhal özünü asar, qalan yarısı isə baş verənlərə necəsə reaksiya verməli olar.

***

— İnsanlar böyük iş görürmüş kimi, belə verilişləri saatlarla müzakirə edirlər. Dünya dağılır, onlarınsa vecinə deyil. Əminəm ki, burda nəsə gizli plan var. Hamımız bacardığımız qədər axmaq olmalıyıq ki, hakimiyyət bizim iştirakımız olmadan ürəyi istədiyi kimi hərəkət etsin.

***

– Yenilik istəyirsənsə, cəsarətlə köhnəni atmalısan. Boşluq olmayan yerdə heç nə yetişə bilməz.

***

Sırf xeyirxahlıq naminə heç bir iş görülmür. Hər şeydə müəyyən maraq gizlənib. Dünya belə qurulub. Hər kəs tortdan daha böyük tikə qoparmaq üçün əlindən gələni edir.

***

Məqsədsiz həzz almaq olmur.

***

İnsanın zəif cəhətini biləndə, onunla münasibət qurmaq daha asandır.

***

Şər nədir? Qaydaları kim müəyyənləşdirir? İstənilən şəraitdə və istisnasız hər kəs üçün həqiqət kimi qalacaq həqiqəti tapmaq haqqını üzərinə kim götürüb?

***

Ölüm çox şey tələb edir. Tam anlayış. Şərtsiz həqiqətin etirafı.
– Heç vaxt.
Heç vaxt.
Daha heç vaxt.

***

Atam məni döymürdü, anamı döyürdü, bu da eyni şey demək idi.

***

Öhdəsindən gələ bilmədiyin xatirələrlə bağlı yaddaşı nə etməli?

***

Etmək icazə verilmiş şeylərin sərhədlərini müəyyənləşdirmək deməkdir.

***

Güzgüzə düz baxanda, əslində necə göründüyünü heç vaxt başa düşmək olmur.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram