Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kodi Keplinger “SAF: Səlahiyyətli anti-fenomen”

kodi-keplinger-saf-selahiyyetli-antifenomen-the-duff-designated-ugly-fat-friend-kkoAnnotasiya

“SAF: Səlahiyyətli anti-fenomen” (ingiliscə “The DUFF: Designated Ugly Fat Friend”) – On yeddi yaşlı Bianka Payper hazırcavab və sadiq dostdur, o həmçinin rəfiqələri qədər gözəl olmadığını başa düşür. Eyni zamanda məktəbin ən yaraşıqlı oğlanı Uesli Raşın cazibəsinə düşməyəcək qədər ağıllıdır, hətta ona nifrət edir.
Ailəsində problem yaşayan gənc qızı fikrini dağıtmaq istəyir və özünü Ueslinin yanında tapır. Problemlərindən qaçmaq istəyən Bianka Uesli ilə həssaslıqdan uzaq bir münasibətə başlayır. Ancaq hadisələr gözlənilmədən dəyişir: Uesli yaraşıqlı olmaqla yanaşı, həmçinin dinləməyi bacaran dost çıxır. Məlum olur ki, gəncin həyatı da göründüyü kimi mükəmməl deyil. Hər şey alt-üst olur, məsələyə əsl hisslər qarışır və Bianka başa düşür ki, ən çox nifrət etdiyi oğlana aşiq olmağa başlayır…

 

Karandaşın izi ilə

Onun beyni şalvarındadır. Buradan belə demək olar ki, beyni mikroskopik ölçüdədir.

***

Sənin barəndə özünə hörmət edən istənilən kişinin etiraf edə biləcəyindən daha çox düşünürəm. Həyatım boyu heç vaxt ağlıma gəlməzdi ki, bunu deyəcəm, ancaq səni Takerə qısqanıram. Səndən sonra heç nə olmamış kimi yaşamaq olmur. Heç bir başqa qız sənin kimi məni itaətdə saxlaya bilmir. Heç kimə görə özümü biabır edib belə mənasız məktub yazmaq istəməmişəm.
Yalnız sən.
Haqlı olduğumu bilirəm. Takerlə görüşsən də məni sevdiyini də bilirəm. Nə qədər istəyirsən özünü aldada bilərsən, ancaq gerçəklik tezliklə gəlib səni haqlayacaq. Və bu baş verəndə mən səni gözləyəcəm… Xoşuna gəlsə də, gəlməsə də.
Sevgilərlə, Uesli
P.S.: Bilirəm, indi gözlərini süzdün, heç vecimə də deyil. Düzünü desəm, bu məni həmişə həyəcanlandırıb.

***

– Danışmalıyıq.
– Hmmm… Bilirsən, atam həmişə deyir ki, bu söz qadının deyə biləcəyi ən qorxulu sözdür.

***

– O mənim xoşuma gəlmir, – izah etdim. – Yüz haldan doxsan doqquzunda məni qıcıqlandırır, hərdən onu boğmaq istəyirəm. Ancaq eyni zamanda… istəyirəm… istəyirəm ki, xoşbəxt olsun. Onun haqqında lazım olduğundan daha çox fikirləşirəm və mən…
– Sən onu sevirsən.

***

– Bəs sən? Valentin günü ilə bağlı nəsə planların var?
– Yox.
O, açıqcanı qalaqlardan birinin üstünə qoydu.
– Heç oğlanla görüşün də yoxdur?
– Bunun üçün oğlan lazımdır ki, o da məndə yoxdur, – cavab verdim və mənə yazığı gəlməməsi üçün əlavə etdim: – Olsaydı da xüsusi bir şey etməzdim. Müqəddəs Valentin günü bayramın axmaq, təhqir olunmuş versiyasıdır.
– Sən həqiqətən belə düşünürsən?
– Əlbəttə. Mərcə gələrəm ki, başqa günlərlə müqayisədə insanlar daha çox bu gündə zöhrəvi xəstəliklərə yoluxur. Bayram keçirmək üçün yaxşı səbəbdir.

***

Başını qatmaq üçün etdiklərinin, getdiyin yerlərin heç bir fərqi yoxdur, gec-tez gerçəklik gəlib səni haqlayacaq.

***

– O mənim necə xoşuma gələ bilər axı? O ki gicbəsərdir.
– Qızların gicbəsərlərdən xoşu gəlir. Ona görə mənimlə heç kim görüşmək istəmir. Dəhşət yumşaq xasiyyətim var.
– Ya da çox tüklüsən. Musanın saqqalına oxşayan saqqalını qırxsan, bəlkə şans üzünə gülər. Qadınlar xalça öpməyi xoşlamırlar.

***

Anan xoşbəxt olanda dünya bir az daha xoşbəxt olur.

***

– Onda sənin yumor hissinin üzərində işləmək lazımdır, – Uesli belə bir təkliflə çıxış etdi. – Qızların əksəriyyəti mənim zarafatlarıma çox gülürlər.
– Əksər qızların IQ səviyyəsi o qədər aşağıdır ki, ayağın ilişib yıxıla bilərsən.

***

Onunla uşaqlıq dövrünün maraq hovuzunu buraxıb, birbaşa akulalarla dolu dərin emosiyalar okeanına baş vurmuşdum. Mənasız məcaza görə üzr istəyirəm, ancaq mən çox pis üzgüçü olmuşam.

***

Sən çox bədbəxt olardın. Boynuna al. Mən sənin qanadlarının altındakı küləyəm.

***

Mükəmməl davranış qaydaları. Mükəmməl gülüş. Mükəmməl oğlan. Onda mən niyə belə mükəmməlcəsinə xoşbəxt deyildim?

***

Bilirsən, unutmaq istədiyin adam bütün günü gözünün önündə olanda, onu unutmaq necə çətin olur?

***

Niyə həyatım televizordakı sitkom kimi olmur? Hərçənd “Dostlar”da da camaatın problemi başından aşırdı.

***

İlahi, camaatın mənə fikir vermədiyi günlər həyat necə asan idi.

***

Normal noutbuk almağa pulları yoxdursa, daha niyə cəhd edirlər? Bir az dözüb pullarını yığıb daha yaxşısını ala bilərlər. Nəticədə, yenə təmirinə əlavə pul xərcləyəcəklər. Bamblbi, bunu yadda saxla. Həyatda sənə nə isə öyrədəcəmsə, qoy öyrədəcəyim şey bu olsun.

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram