Ad, soyad: Vəsilə Abbas Alməmmədova
Təhsil: Beynəlxalq əlaqələr (bakalavr),
Azərbaycan İctimai-Siyasi Universiteti
Fəaliyyət dairəsi: Ətraf aləmlə tanışlıq
Uğurlar: Gələcəyim
Kitab
– Sizin üçün kitab nədir?
– Kitab yaşam tərzidir.
– Kitabları niyə sevirsiniz?
– Bütün sullarıma onlarda cavab tapa bildiyim üçün.
– Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Kitab zövq məsələsidir, qavrama məsələsidir. Kitab məsləhət görməyə tərəddüd göstərirəm həmişə.
– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Zibil qabına heç bir kitabı atmaram, doğru sözümdür. Muzey isə toxunulmazlıq deməkdir. Bütün kitablara toxunulsun.
– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Konkret bəyəndiyim nəşriyyat və üzqabığı yoxdur. Zaman-zaman dəyişir. Məsələn, “Şərq-qərb”in nəşrləri nəfis görünsə də oxumaq asan və rahat olmur.
Karandaş
– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Dünya müharibələrinin ağrı-acısı.
– Sizi ilhamlandıran yazıçılar
– Erix Mariya Remark.
– Birinci yoxsa sonuncu cümlə?
– Birinci cümləni oxuduğum andan gözlədiyim sonuncu cümlə.
– Niyə yazırsınız?
– Sakitləşmək üçün.
– Oxumaq yoxsa yazmaq?
– Oxuyaraq yazmaq.
– Ən qısa hekayəniz
– Anam.
– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Sərbəst nəzm.
– Protaqonistiniz haqqında danışın
– Özü azadlıq simvolu olsa da daim bağlı damlarda saxlanılan göyərçin.
Kitabı Karandaşla Oxuyanlar
– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– KKO kitabı sevənlər üçün, ələlxüsus da kitab oxumağa yeni başlayanlar üçün lazımlı və dəyərli layihədir.
– KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
– Sözün açığı, bəyənmədiyim heç bir xüsusiyyəti yoxdur. Görmək istədiyim hər şeyi saytda tapa bilirəm. Tərcümələrinizin isə daha çox olmasını istəyərdim. Hər işinizdə uğurlar!