Ad, soyad: İlham Əkbərli
Təhsil:Xaricdə
Fəaliyyət dairəsi: Hər cür reklam və çap işi
Uğurlar: Sizə də uğurlar…
Kitab
– Sizin üçün kitab nədir?
– Lunapark. (əylənir)
– Kitabları niyə sevirsiniz?
– “Gənc kitabsevərlər” klubunun üzvü olduğum üçün. Bu klubun birinci qaydası bu klub haqqında heç kimə danışmamaqdır. (danışır)
– Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Murakami – Hear the wind sing.
– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Oxuduğum kitablar çox vaxt detallarıyla yadımda qalmır. Maraqlıdır ki, oxumadıqlarım da qalmır. Ona görə bu sual çətin sualdır. Ümumiyyətlə bilirsiniz necədir… (bilirsiz)
– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Qanun Nəşriyyatı. Varlı ata, Kasıb ata kitabı..
Karandaş
– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Əksəriyyətinin hal-hazırda yaşaması. İndiki dövrdə eyni zamanda yaşayan və sevimli olan yazıçı tapmaq çətindir.
– Sizi ilhamlandıran yazıçılar
– Etgar Keret (Musa sağ olsun), Neil Gaiman (Dünya sağ olsun) , Woody Allen (qocalıb, sağ olsun).
– Birinci yoxsa sonuncu cümlə?
– Birinci cümlə. Özü də “Böyük Qetsbi”dəki birinci cümlə. Sonuncu səhifə.
– Niyə yazırsınız?
– Arzu Mələk deyib ki, mən oxumasam ölərəm….
Çox vaxt işim budur deyə yazıram. Hərdən də ağlıma yaxşı bir şey gəldiyini fikirləşib yazıram.
– Oxumaq yoxsa yazmaq?
– Ailəm…
– Ən qısa hekayəniz
– Dərvişin Vərdişi olmur.
– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Çəkilin, sitat gətirəcəm: “Life is a comedy written by a sadistic comedy writer”
– Protaqonistiniz haqqında danışın
– Emma Stone!
Kitabı Karandaşla Oxuyanlar
– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– KKO ümumiyyətlə uğurlu layihədir. Hətta illər əvvəl mən sizdən müsahibə götürəcəkdim, amma indi həyat elə gətirdi ki… Sevinc, bağışla… (üzr istəyir)
– KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
– Dizaynınızın və loqonuzun daha modern, daha minimalistik olmasını istəyərdim. (istəyir)