Annotasiya
“Dözümlü adam” (ingiliscə “A Stoic”) – Britaniya gəmiçilik şirkətinin idarə heyətinin sədri səksən yaşlı Silvanes Heytropun əlinə son fürsət düşüb ki, bir neçə gəminin satışından əldə edilən gəlirlə nəvələrini gələcəkdə maddi cəhətdən təmin etmiş olsun.
Karandaşın izi ilə
Aequam memento rebus in arduis Servare mentem.
Hətta çətin vəziyyətlərdə də ağılla düşünməyi bacar. (lat.) Horatsi.
***
Çünki onun dərin qənaətinə görə şirkətin canı oydu, idarə isə yalnız onun rolunu kiçiltmək üçün fəaliyyət göstərirdi.
***
İndi isə yanvardır, vaxt gedir və sizi əmin etməyə cəsarət eləyirəm ki, bizlərdən heç birimiz cavanlaşmırıq.
***
– … Heç cür başa düşə bilmirəm, bu yaşda şirin çaxırı necə içirsən, bu iyrənc siqarı necə çəkə bilirsən?
– Co, qəbirdə görüşərik, danışarıq.
***
Öz köklərini qədim danimarkalılardan götürən bu nəslin kişilərinin, adətən, açıq şabalıdı saçları, qırmızı yanaqları, girdə başları, möhkəm dişləri olurdu və əxlaq barədə çox zəif təsəvvürləri vardı. Onlar özlərindən asılı olan hər şeyi eləyirdilər ki, məskən saldıqları hər hansı qraflığın sakinlərinin sayını artırsınlar və hər yerdə onların nəslindən olanlar yaşasınlar.
***
Beş ildən sonra o evləndi. Niyə? Özünün xoşladığı sözlərlə desək, bir Allah bilirdi.
***
Qızı Adele özünü təsərrüfat işlərinin əla bilicisi kimi göstərmişdi, ağıllı danışıqların, “əhliləşdirilmiş” kişilər cəmiyyətinin vurğunuydu.
***
Kimsəyə öz pullarını istədiyi kimi işlətməyi qadağan eləyən qanun yoxdur.
***
Hər şeyi ciddi qəbul eləmək erkən qəbrə uzanmaqdır!
***
Baxarıq, səksən yaşı olanda özü necə olacaq!.. Lakin o yaşa kimi yaşamazdı, olduqca arıq və ləyaqətli idi!
***
Məsələn, Uestgeyt özü də idarə heyətinə girmək istəyirdi və buna görə də onun hoqqa çıxaracağını gözləmək olardı, bu, demaqoq adamların sınanmış üsuluydu. Sonra Batterson, o da idarə heyətinə düşmək istəyirdi və buna görə də yəqin, direktorları dəstəkləyəcəkdi, bu da yaltaqların sınanmış üsuluydu.
***
– Bu soyuq mənim üçün ölümdür. Sən mənə donmamaq üçün resept versəydin.
– Daxilini dəyiş.
***
Elə otaqlar var, sahibinin kim olduğunu əsla bildirməz, amma elələri də var ki, sanki, dərhal ağızlarından qaçırırlar: “Bax, onlar belədirlər!”
***
– Ah, qəyyum, pul dəhşətli şeydir!
– Olmayanda daha dəhşətlidir!
***
Həyatda ən başlıca şey müstəqillikdir. Müstəqilliyini itirdinsə, hər şeyi itirmiş olursan. Bax, pul buna görə lazımdır.
***
Eh! Südlə qarışdırılan su özünü çaxır kimi göstərir!
***
– Əfsuslar olsun, mənim olduqca yaxşı gəlirim var, borcum, pislənəsi əlaqələrim yoxdur, qarşımda gözəl imkanlar var və sair. Amma, əlbəttə, sizin məni münasib namizəd hiss eləməniz üçün hər şeyi dəyişə bilərəm.
Bu, onun ilk istehza eləmək cəhdiydi və bunun onda uğurlu alınıb-alınmadığı haqqında ixtiyarsız halda düşündü.
***
Bob Pillin bilirdi ki, yazıçı əsərləri ilə pul qazananda, bu, onun uğuru hesab olunur, belə adam haqqında onun incəsənətə mənsub olduğunu deyirlər və bu zaman onun varidatının olduğu zənn edilir, demək, o əsl kübar adam hesab olunur.
***
O heç bir şəraitdə həyasızlığını itirmir.
***
Sifəti olduqca dolu və çəhrayı idi, sifətindən ehtiras oxunmurdu. Bu ciddi çatışmamazlıq idi.
***
Demək, qız ondan tilov yemi kimi istifadə edildiyini zənn eləyib! Necə də pisdir, həqiqət olduğu üçünsə ikiqat pisdir.
***
Hər kəsin öz illuziyaları var və heç kim də onlardan ayrılmaq istəmir.
***
Məktublar elə də çox olmurdu, adamın yaşı səksəni keçəndə ona xahişçilərdən və kreditçilərdən başqa kim məktub yazardı?
***
Təbiət heç vaxt onu maraqlandırmamışdı. Təbiətlə qısa boyunlu, sağlam kişilər nadir hallarda maraqlanırlar.
***
Deyirlər insan bədəni hər yeddi ildən bir dəyişir. Məlum işdir ki, bədənlə birlikdə ağıl da dəyişir. Hər bir halda o, bədəninin sonuncu dəyişikliyinə qədər yaşadı!
***
İnsanın həyatına təkcə yemək, şüşə və siqar zinət verəndə həkimlər bir onu bilirlər ki, bunları onun əlindən alsınlar.
***
Elə adamlar var ki, pis xəbərlər onları bir anlığa hər cür enerjidən və fikirlərin aydınlığından məhrum eləyir. Başqa adamlar da var ki, əvvəlcə, sadəcə olaraq, bu xəbəri qəbul eləyə bilmirlər.
***
O acıqlıydı, çünki varlana bilmirdi.
***
Kimsə deyib, insan ehtirasları ona qalib gəlməyəndə, heç nəyə ümidi qalmayanda və nədən ötrü yaşadığını bilməyəndə xoşbəxt olur. Kiməsə buna müvəffəq olmaq nəsib olmuşdumu?
***
– Silvanes, sən neyləmək istəyirsən?
– Əclafı aldadacağam.
– Əgər bacarmasan?
– Onda onu satın alaram.
***
– Deyirlər həkimin sənə içməyi qadağan eləyib?
– Əlbəttə. Ona görə də içirəm.
***
Həyat təcrübəsinin müdrikləşdirdiyi iş adamı ədalət hissinə yol verməzdi.
***
– Sizin məktubunuz mənim üçün çin tərifnaməsi kim bir şeydir.
– Bəs belə! Eybi yox, biz onu tezliklə ingilis dilinə çevirərik.
***
Ölüləri şirkətin idarə heyətindən qovmurlar. Ölülər dilənçi ola bilməzlər, onlar müstəqillklərini itirə bilməzlər.
***
Qüdrətliləri yıxmaq necə də asanmış!
***
Qocaların yaşamaq hüququ var, əgər onların pulları varsa!
***
Bəli! Fransızlar yeməkdə axmaqlıq eləmirlər və təhlükənin gözünün içinə də cəsarətlə baxırlar! Həm də nə ləzzətli yeməkləri sevdiklərinə görə, nə də özlərinin yüngül xasiyyətlərinə görə riyakarlıq eləmirlər, utanmırlar.
***
…onu möminlik zay eləmişdi, seksual təmin olunmazlıqdan başqa bir şey deyildi. Hə, belə qadınlar çoxdur, onlarla tez-tez rastlaşırsan və hətta onlarla bir iş görməyənə qədər onlara yazığın da gəlir. Onlarla bir iş görəndə isə onlar sizi də özləri kimi bədbəxt eləyirlər və hələ bir sizin boynunuzda da əyləşirlər.
Tərcümə: Aslan Quliyev