Annotasiya
“Şərq ekspressində qətl” (ingiliscə “Murder on the Orient Express”) – Məşhur xəfiyyə Erkül Puaro “Şərq ekspresi”ndə səfərə çıxır və maraqlı cinayət işinin iştirakçısına çevrilir. Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti tapılır. Elə bu vaxt qatar hava şəraitinə görə dayanmalı olur. Puaro dostunun xahişi ilə bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır.
Karandaşın izi ilə
Çox güclü xarakteri var. Günahlarım qədər çirkindir, ancaq insanı yenə də öz təsirinə sala bilir.
***
Həyatını çalışaraq qazanmaq məcburiyyətində olan bir qız ehtiyatlı davranmalıdır…
***
Seçdiyim peşədə şansım mənə çox yardım etdi. Nəinki ehtiyaclarımı, hətta vasvasılığımı ödəyəcək qədər pul qazandım.
***
Onun öz əriylə Smirnedəki böyük Amerika kollecində necə işləməsindən, özünün ilk dəfə Şərqə necə getməsindən, türklərin necə pinti geyinməsindən, yollarının necə yaman gündə olmasından var səsiylə danışmışdı.
***
– Onunla tez-tez söhbətləşirdinizmi?
– Xeyr, cənab. Mən kitab oxumağa üstünlük verirəm.
Puaro gülümsədi. Bir anda, bu centlmenin – “centlmen nökəri”nin deyingən italyanı necə yerinə oturtduğunu gözlərinin qabağına gətirdi.
– İcazə verin maraqlanım, nə kitabı oxuyursunuz? – Puaro soruşdu.
– Hal-hazırda, cənab, Arabell Riçardsonun “Məhəbbət əsiri” romanını oxuyuram.
– Yaxşı kitabdır?
– Çox maraqlıdır, cənab.
***
Xanım Habbard başqaları kimi bu anı hekayəsinin sonu deyil, dramatik kuliminasiyası hesab edirdi.
***
Düzdür, Hindistandakı işləri yoluna qoymaq haqqında mənasız fikirləri var, bu, amerikalıların ümumi xəstəliyidir, çünki həm idealist, həm də sentimentaldırlar.
***
Bu ingilislər qaranlıq bir millətdir, heç ürəyəyatan deyillər. O da bir küncdə özünü dartıb oturdu, elə bil, mil udmuşdu, kitab oxuyurdu.
***
– Mənə başa salın, necə oldu ki, qeyri-mümkün mümkün oldu?
– İmkansız bir şey ola bilməz, dolayısıyla, bu imkansız şey nə olursa olsun, yenə də mümkün olmalıdır.
***
Yanılırsınız. Arabanı atın qabağına bağlayırsınız. Mən öz-özümə “bu adam haraya getdi?” – deyə soruşmazdan öncə, “əslində, belə bir adam varmı?” – deyə soruşuram. Bilirsiniz niyə? Çünki bu adam mövcud olmasaydı, sadəcə olaraq, onu uydursaydılar, yaratsaydılar, ortadan qeyb olması elə bu qədər asan olardı. Ona görə də mən əvvəlcə bu adamın ətdən-sümükdən bir insan olduğunu öyrənməyə çalışıram.
***
Bunu belə deyərdim: əgər Hildeqarda Şmidt günahkardırsa, uniformanı onun çamadanında tapa bilmərik. Əgər qadın günahsızdırsa, o zaman uniforma məhz onun çamadanından çıxacaq.
***
– Madam, çox yaxşı və çox mehriban bir adamın o qədər də çox ağıllı olmasına ehtiyac yoxdur.
– Orası elədir, əlbəttə.
***
Mənə İstanbulu gəzdirdi. Şəhər məni çox pərişan etdi, hər yer uçulub tökülür. Hər yerdə bu məscidlər… Orada da adamı məs geyinməyə məcbur edirlər.
***
– Siz bir şok keçirmisiniz, madam. Qarsona söyləyim, sizə peçenye ilə çay gətirsin.
– Mən çayı o qədər də sevmirəm, – dedi missis Habbard təəssüflə, – bu ingilislər də ömürləri boyu çay içirlər.
***
– Miss Olsonu nə üçün göndərdiniz? – deyə soruşdu.
– Nə üçün göndərdim? Əlbəttə, amerikalı xanıma baxması üçün, başqa nəyə görə ola bilər?
– Gözəl bir bəhanədir bu. Ancaq yenə də bəhanədir.
***
– Bizdə bir məsəl var, madmazel…
– Qui s’excuse s’accuse – özünü təmizə çıxaran özünü günahkar bilir.
***
– Davranışlarınızdakı bu dəyişikliyi necə izah edə bilərsiniz, madmazel?
– Milçəkdən fil düzəltdiyinizin fərqində deyilsinizmi, müsyö Puaro?
Belçikalı üzr istəyirmiş kimi əllərini iki yanına açdı.
– Üzr istəyirəm. Biz detektivlərin çatışmazlığıdır bu. Hərəkətlərin həmişə bir-birini tutmasını gözləyirik. Emosional dəyişikliklərə diqqət verə bilmirik.
***
– İngilislərin əsəbiləşməyindən xoşum gəlir, – dedi. – Çox əyləncəli olurlar. Həyəcanları artdıqca nə danışdıqlarını da bilmirlər.
***
İnsanları qətl hadisəsində şübhəli biləndə, ən günahsızları belə başını itirir və ağlasığmaz axmaqlıqlar edirlər.
***
Bədən qəfəs kimidir: çöldən hər şey çox ləyaqətli görünür, ancaq barmaqlıqlar arasından vəhşi boylanır!
***
Dəmiryolu ilə səfərlər ən az dəniz səyahətləri qədər eşq macəralarına səbəb olur.
***
Bəs necə. Məsələyə gözümüzün önündə aydınlıq gəlir! Qatil böyük fiziki gücə sahib olan kişidir, həmçinin zəifdir, qadındır, eyni zamanda sağ əllidir və solaxaydır.
***
Qatar yola düşməzdən öncə aparılan söhbətlər həmişə təkrarlarla zəngin olur.
***
– Qraf, sizdə cinayətkar olmaq üçün bütün qabiliyyətlər var, – Puaro dedi. Qeyri-adi ixtiraçılıq bacarığı və qanuna hörmətsizlik.
***
Üstəlik onun üzündən çox geyiminə diqqət yetirdim. Qadınlarda belə olur.
***
– Riyakarlığın da öz üstünlükləri var, – Puaro dedi. Yalançını divara dirəyib ona bütün həqiqəti söyləsək, o adətən günahını etiraf edir. Buna səbəb isə çox vaxt təəccüb olur.