Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Dafne dü Morye “Əmiqızı Reyçel”

Annotasiya

“Əmiqızı Reyçel” (ingiliscə “My Cousin Rachel”) – ingilis yazıçısı Dafne dü Moryenin 1951-ci ildə işıq üzü görmüş bu romanı müəllifin “Rebekka” romanı kimi özündə məhəbbət və psixoji trillerin xüsusiyyətlərini birləşdirir. Əsərin əsas qəhrəmanı Filip adlı gənc kiçik yaşlarında yetim qaldıqdan sonra əmisi oğlu Embrouzun himayəsi altında böyüyür. Xəstəliyinə görə xaricə yola düşən Embrouz İtaliyada Reyçel adlı qadına aşiq olur və qısa müddətdə onunla evlənir. Əmisi oğlunun bu hərəkətinə hirslənən Filip qiyabi də olsa Reyçelə nifrət etməyə başlayır. Embrouzun müəmmalı ölümündən sonra həyat yoldaşı İngiltərəyə, ərinin yaşadığı malikanəyə gəlir. Reyçelə heyran qalan Filip dilemma qarşısındadır: bu qadın qatildir yoxsa qurban?

 

Karandaşın izi ilə

Qadınları dillərinə görə öldürsəydik, onda bütün kişilər qatil olardı.

***

Tənha insan qeyri-təbii insandır. Beləsi tez bir zamanda qarğaşaya düşür. Qarğaşanın ardınca fantaziyalar, fantaziyaların ardınca isə dəlilik gəlir.

***

Filip, elə qadınlar var ki, ola bilsin, çox ləyaqətli və yaxşı qadınlardır, ancaq həmişə bədbəxtlik gətirirlər. Bunda onların günahı yoxdur, sadəcə nəyə toxunsalar, hər şey faciəyə çevrilir.

***

Bəzi kişilər nəsillərini davam etdirmək hayındadırlar. Mən isə torpağa həyat verməyi xoşlayıram. Bu daha az səy tələb edir, nəticə isə daha çox sevinc bəxş edir.

***

Belə bir qadın tərəfindən məğlub edilmək, məlum mənada, qələbə deməkdir. Mən də çox lovğa biri kimi görünməkdən qorxmasaydım, özümü məğlub deyil, qalib adlandırardım.

***

İyirmi üç yaşda yaxşı əhval-ruhiyyədə olmaq üçün elə də çox şey lazım deyil.

***

Villanın tavanları yüksək olsa da, nəfəs almaq olmurdu. O da ildırımdan öncə it kimi otaqları dolaşırdı. Ancaq göy guruldamırdı ki, guruldamırdı.

***

Emosional qadınlar asan təslim olmurlar. Buna qürur da deyə bilərsiniz, inad da. Ürəyiniz necə istəyir. Əskini sübut edən dəlillər olsa da, onların emosiyaları bizimkindən daha primitivdir. Onlar var qüvvələri ilə öz bildiklərindən yapışırlar və heç vaxt geri çəkilmirlər. Bizim müharibələrimiz və savaşlarımız var. Ancaq qadınlar da döyüşə bilir.

***

Gözlərimi qaçırdım. Artıq bir dəfə ona gülümsəmişdim. Qoy lənətə gəlim ki, bir də ona gülümsəməyəcəm.

***

Cənab Eşli deyirdi ki, heç bir qadına səhər saat on birə kimi baxmaq lazım deyil.

***

– Həqiqətən belə qəbul edilib ki, nahardan sonra çay içilməlidir?
– Əlbəttə, kübar cəmiyyətdə. Xanımlar iştirak edəndə.

***

– Səhər o qoxudan hər şeyi başa düşəcək.
– Yatmamışdan qabaq pəncərəni açaram. Yağışlı havada qoxu qalmaz.
– Yağış içəri dolacaq və xalçanı isladacaq. Bu isə tüstü qoxusundan daha pisdir.
– Xalçanı əski ilə təmizləmək olar. Elə bil qoca kişisiniz. Nə yaman vasvasılıq edirsiniz.
– Elə bilirdim, qadınlar bu məsələlərdə daha çox xırdaçılıq edirlər.
– Bəli, edirlər. Başqa işləri olmayanda.

***

Hərçənd bu sizin niyyətinizdə olmasa da, dünən axşam və bu gün mən çox xoşbəx idim. Filip, sizə minnətdaram.

***

Qısqanclıq qədər dağıdıcı və nifrətə layiq bir hiss yoxdur.

***

Bilmirəm, məndə onu nə cəlb edib, amma görünür, nəsə cəlb edib. Belə şeyləri izah etmək mümkün deyil. Kim deyə bilər, niyə məhz bu kişi məhz bu qadını sevir? Qanımızdakı hansı qəribə kimyəvi birləşmələr bizi bir-birimizə cəzb edir? O mənim, tənha, yorğun, çoxlu ruhi sarsıntılar keçirmiş bir insanın həyatına xilaskar kimi girdi. Dualarımın cavabı oldu. Belə güclü və incəqəlbli, çox kiçik təkəbbürə belə yad insan, – heç vaxt belə birisinə rast gəlməmişdim. Bu bir kəşf idi.

***

O sanki yatmışdı və qəfildən ayılıb dünyanı, onun bütün gözəlliyini və kədərini, aclığını və susuzluğunu gördü. Heç vaxt bilmədiyi, haqqında heç vaxt düşünmədiyi hər şey şişirdilmiş şəkildə, bir insanın timsalında onun gözləri önünə sərildi. Bu insan da təsadüfdənmi, ya zərurətdənmi, mən oldum. Bir vaxtlar onun, hazırda, çox güman sizin nifrət etdiyiniz Raynaldi bir gün mənə dedi ki, din bəzilərinin gözünü açdığı kimi, mən də onun gözünü açdım. Onu da elə bir mübtəlalıq bürüdü. Ancaq dinə gələn insan monastıra gedə və mehrabdakı Məryəm obrazının qarşısında günlərlə ibadət edə bilər. Bu obraz gipsdən hazırlanıb və formasını dəyişmir. Filip, qadınlarla belə deyil axı. Onların əhval-ruhiyyəsi kişilərdəki kimi, gecə-gündüz, bəzən saatbasaat dəyişir. Biz insanıq və bu bizim çatışmazlığımızdır.

***

Kişi qısqanclığı anidir, axmaqcasınadır və dərinlikdən məhrumdur. Uşaq qısqanclığı kimi. Qadın qısqanclığı isə yaşa dolmuş insan qısqanclığıdır, tamam başqa bir şeydir.

***

Qonaqlar getdikdən sonra yaranan səssizliyi sevirəm. Stulların yeri dəyişdirilir, yastıqların hərəsi bir yana səpələnir, hamı yaxşı vaxt keçirdiyini söyləyir. Sonra boş otağa qayıdırsan – hər şeyin qurtardığını görmək necə xoşdur. Dincəlmək və yenidən tək olduğumuzu söyləmək olar. Florensiyada Embrouz dəfələrlə deyirdi ki, qonaqların gedişinin verdiyi həzzin xətrinə onların əhatəsində darıxmaq da olar. O, haqlı idi.

***

– Filip, siz bunu necə təyin etdiniz?
– Nəyi?
– Bir qadın kimi bizim – mən və xanım Paskonun incəliyi arasındakı fərqi?
– Bir Allah şahiddir ki, mənim belə şeylərdən başım çıxmır. Sadəcə mənim sizə baxmaqdan xoşum gəlir, xanım Paskoya baxmaqdan isə yox. Vəssalam.

***

– Xanım Eşli italyan dilini tədris edəcək? Yalnız imkansız qarımış qızlar dərs deyir.
– Bəs belə bir şəraitdə dul qadınlar nə edir?
– Dul qadınlar? Onlar tez bir zamanda yenidən ərə gedir və ya üzüklərini satırlar.
– Aydındır. Belə ki, nə birinci, nə də ikincini etmək niyyətim olmadığından, italyan dilini tədris etməyi üstün tuturam.

***

Mənasız mövzuların müzakirəsindən daha darıxdırıcı bir şey təsəvvür etmirəm. Fərqi yoxdur, bunu Florensiyada edirlər, ya Kornuolda.

***

Qəribədir, dünyanın bu yerindəki – hərçənd, başqa yerlərdə də olar bilər – qadınların fikirləri sürəkli dönüb dolaşıb necə də izdivac mövzusuna gəlir.

***

Qadınlarda məni ən çox cin atına mindirən də məhz bu cəhətdir. Son sözü həmişə onlar deyirlər.

***

– Siz elə danışırsınız ki, sanki ən az doxsan doqquz yaşınız var.
– Otuz beş yaşım var. Qadın üçün bu elə doxsan doqquz deməkdir.

***

O duvağını qaldırdı; düz mənə baxan gözlərində nə ümid etdiyim təbəssüm, nə də qorxduğum göz yaşı var idi.

***

Həqiqəti əllə tutmaq, gözlə görmək olmur; hərdən biz onunla üzləşəndə onu tanımırıq. Həqiqəti əldə edib, onu dərk etmək yalnız ölüm yatağında olan qocalara, ya da təmiz qəlbli gənclərə nəsib olur.

***

O inanmalıdır ki, mən xoşbəxtəm. Bu ona hava-su kimi lazımdır. Yoxsa rahatlıq tapmayacaq. Mən xəyallar aləmini yalnız ona görə tərk etdim ki, Reyçel ora girə bilsin. İki adam bir arzu ilə yaşaya bilməz. Yaşasa da, yalnız qaranlıqda. Özlərinə qəsd edirmiş kimi. Belə olduğu təqdirdə isə onların hər ikisi də real deyil.

***

Budur, nəhayət açıq döyüş başladı. Onun sözləri meydana dəvət edirdi, mən bu dəvəti qəbul edə bilməzdim. Onun qadın ağlı mənimki kimi işləmirdi. Mühakimələri ədalətli, zərbələri isə qaydalardan kənar idi. Yalnız fiziki güc qadını silahsızlaşdıra bilərdi.

 

Tərcümə: Lamiyə Göycəyeva

4.8 (96%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram