Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Pukka “İndi biz nəyik?”

Annotasiya

“İndi biz nəyik?” (türkcə “Şimdi biz neyiz?”) – Keçmiş sevgilisini biyabır etmək üçün açdığı bloqu və Twitter hesabı ilə tez bir zamanda məşhurlaşan Pınar Selen İşık Pukka imzası ilə növbəti kitabını oxuculara təqdim edib.
Bloq yazılarından sonra həyatı dəyişən, əsərlərindən biri əsasında film çəkilən, keçmişindən qaçarkən belə yenə ona sığınan Pukka bu əsərində əri aktyor Osman Serhat Karagözlə necə tanış olmasından, sevgi tarixçələrindən və evliliyə gedən yolda yaşadığı əyləncəli, eyni zamanda kədərli və gülməli hadisələrdən bəhs edir.

 

Karandaşın izi ilə

Millətin toyunda mən niyə qızıl taxmalıyam ki?! “Heç cürə əylənə bilməyəcəyin gecəyə gəlib, iyrənc yeməklərimizdən yediyin, yaşlı xalaların sual atəşinə məruz qaldığın üçün bu üç qramlıq qızılı biz sənə hədiyyə edirik!” – bu sözləri onlar mənə deməli olduğu halda, qızılı onlara mən taxıram. Üstəlik həmin gecə üçün “gözəllik salonu üçün pul, paltar pulu, taksi pulunu” da mən verirəm. O toy sənə deyil, mənə xərcdir!
Bir də uşağı olduğu üçün qızıl taxıram. Bu nədir?! Yaxşı ki, “uşağı məktəbə yazdırırıq”, “evliliyimiz beşinci ildönümü”, “evə yeni divan aldıq” günləri zad yoxdur.

***

Bax, elə o an, həmin qapıların açıq olduğu an imiş. Küçə heyvanlarının xilas edilməsini istəyə bilərdim. Aclığın yox olmasını istəyə bilərdim. Qlobal istiləşmə bitsin istəyə bilərdim. Nə bilim, müharibə olmasın, Yaxın Şərqdə sülh olsun, bu seçkilərdə hamı gedib səs versin… Yəni həmin an nə istəsəm, olacaqmış. Dünyanı həqiqətən bir istəyimlə xilas edə bilərdim.
Əşi, indi sənə yalan danışmağımın mənası yoxdur, vallah, düzünə qalsa, bunlar heç ağlıma da gəlmədi. Məsələn, pul istəyə bilərdim. Yeyib-yeyib kökəlməməyi istəyə bilərdim. Əbədi xoşbəxtlik, əbədi sevgi! Saçlarımın saniyələr içində uzanması… Hər şeyi istəyə biləcəkkən ağzımdan çıxan bunlar oldu:
– Məhəbbət, güvənə biləcəyim məhəbbət. Telefonunu stolun üstündə qoyub tualetə gedən, hətta parolunu mənə deyən, hər sabah məni “sabahın xeyir, dünyanın ən gözəl qadını” deyə uyandıran, dayanmadan öpən, komik, hətta çox komik, yanımdan bir saniyə belə ayrılmaq istəməyən bir sevgili.
Təbii ki, terapist qadın o dəqiqə arzumun arasına girdi:
– Məsuliyyətli, idealları olan biri?..
– Yox, yoooox, neyləyirəm məsuliyyətini?! Məsuliyyətsiz olsun, ağlı bir qarış havada olsun. Ancaq başqa mövzularda çox ağıllı olsun. Filmlərdən, kitablardan danışaq.
Kitablardan danışa bildiyim insanlar, necə deyim, çox arsız olurlar. Bu elə olmasın. Əyninə olmayan intellektuallığı olmasın. İdealları desən, iddialı insanları heç xoşlamıram. Tək idealı mən olum. Onun bütün həyatı mən olum, mənim bütün həyatım o olsun. Başqa heç kimə ehtiyacımız olmasın. İçimdə heç qorxu buraxmasın. Onsuz da “gedəcək”, “bitəcək”, “bu da pis olacaq” kimi düşüncələrimi silsin atsın. Ona çox güvənmək istəyirəm…

***

Heç kimin xətrinə dəyməsin, amma mən Türkiyədə lider xanımı zad olmaram. Sağçısı, solçusu, liberalı – hamısı noxud ixracı ilə məşğul olan Veysi əmiyə oxşayır. Bəlkə Kanadanınkı ola bilərəm, amma orada da üşüyərəm. Ən yaxşısı Amerikadır.

***

Üstümə-başıma baxdım, allaha şükür, paltarlarım yerindədir. Hətta ayaqqabılarım da ayağımdadır. Kombinezonum da əynimdə. Kombinezon onsuz da bəkarət kəməri kimi bir şeydir.

***

Gözəlləşmək üçün nümayiş etdirdiyim bütün səylər mütləq evdə olmalıdır. Gözəllik salonunda xoşbəxt olan qadınları, rahatlıq tapanları heç anlamıram. Mən dəhşət gərilirəm. Xüsusilə saç ustasının qəbulunda. Allaha and olsun, heç bibilərim məni bu qədər tənqid etmir! İki dənə cümhuriyyət qızılı dəyərində mənasız saç maskası satacaq, əvəzində məni itin götünə soxub çıxarır. Saçın adamın əlində olduğu üçün cınqırını da çıxara bilmirsən.

***

Bəzi məqamlar yalnızlığınla üzləşirsən ha. Əmiqızı sevgilisi ilə görüşə çıxıb səni yanlarında mal kimi aparanda. Dayanacaqda hamının avtobusu gəlib, sən tək qalanda. Lazerin son seansı bitdikdən sonra sevgilin tərəfindən tərk ediləndə.
Qurtaran tualet kağızı üçün evdə çağırılası bir adam olmayanda. Dostların səndən xəbərsiz plan qurub, “Instagram”a şəkil qoyanda… Məncə bu da belə məqamlardan biridir – bir əlinlə başına yumağa çalışarkən suyun qaynar olduğunun fərqinə varmaq.

***

“Bir şeyi nə qədər çox istəyirsənsə, həmin şey olur” – fikri yalandır. Sən həmin şeyi unudana qədər kainat onu sənə vermir.

***

“Olmayacaq” tam təslim olma kəliməsidir. “Olmadı” isə əmək doludur.

***

Onsuz da bu yerlibazlıq söhbətlərini heç başa düşmürəm. Məhlədə görsən, salam vermirsən, ancaq başqa şəhərdə görən kimi saatlarla “onu tanıyırsan, bunu tanıyırsan?” deyə soruşursan. Tanısam, nə olacaq ki?

***

Elə ki kiminləsə işvələşmək mərhələsinə qədəm basıram, başımın içində üç bibim birdən canlanır. Beyin qırışlarımın üstündə oturub salfet hörə-hörə mənə ağıl verirlər. Məsələn, tam da mesaja cavab yazmağı düşünürəm, biri o saat özünü ortalığa atır:
– Afərin, gəzəyənlər kimi o saat at özünü!
– Cəmilənin qızı da sənin kim idi. Bütün məhlədə adı çıxdı. Oğlan fırlatdı, atdı bunu. Sonra da hamıya onun necə tərbiyəsiz olduğunu danışdı.
– Pukka, özünü yormasaydın, “Açdım, səni gözləyirəm” yazsaydım.

***

Və elə o an başa düşdüm ki, bir insanı tanımaq istəyirsənsə, “Youtube”u açıb həmin insanın qabağına qoymaq lazımdır. Gör, nələrə baxır.

***

Bir az yalançıyam, amma mənə inan.

***

Pukka, səkkiz il nişanlı qalıb, bir-birimizin həyatını zəhər etmək yerinə, gedib evlənək. Elə həyatımız zəhər olsun.

***

O birilər yad qızlardır. Sən ki mənim bacımsan. Özü də məndən balacasan. Yəni məndən bir az daha axmaq olan sənsən. Böyük bacıyam, daha məlumatlıyam, daha ağıllıyam. Əlbəttə məntiqli qərarlar verəcəm.

***

“Əgər yuxunda başqa qadınla sevişdiyini görsən, həmin gün ən çox sevdiyin insanlardan biri ölər”. Görəsən belə deyib başını aldatsam, inanar?

***

Məncə ən mükəmməl sevgili keçmiş sevgililəri, dostları, ailəsi ölmüş, qohum-qardaşsız olmasına baxmayaraq, xoşbəxt olan sevgilidir. Amma belə bir adamın silsilə qətllər törədən qatil olma ehtimalı da çoxdur.

***

Bilmirəm, səndə də olur, ya yox?! Hamının çox istədiyi insana sənin qanın qaynamır. Məsələn, sinfin ən populyar qızının qələm qutusunu belə hamı xoşlarkən, sənin o qələm qutusunu qızın götünə soxmağın gəlir.

***

Off, bütün qışı sviterlərin içində nərmənazik gəz. Yay gəlsin, yenə çamadan boyda ol. Məncə kainat rəsmən götümü-başımı açmağımı istəmir.

***

Ayy, o nə edir elə? Qarnıma baxırmış. Sən də haqlısan, bacım. Boyun qarnıma tuş gəlir, əlimizdən başqa iş gəlməz.

***

“İnsanları axmaqlaşdırır” deyə təqdim olunan hər söhbətdən iyrənirəm. İnternet insanları axmaq edir, mətbuat insanları axmaq edir, televiziya da elə. Məncə axmaq olmaq sənin alnına yazılıb, hər zir-zibildən mallaşırsan.

***

– Mən istəyirəm ki, sabah biri gün uşaqlarım məktəbə gedəndə Dikkensdən danışsın, Qoqolu müzakirə etsin, NASA-dan söhbət salsın.

“Uşaqlarım Dikkensdən danışsın”. Yox bir. Dikkens siksin səni, o tərəf bu tərəfə çevirsin, siksin səni, axmaq arvad.

***

Elə ki “bu yaxşı şeydir, sağlamlığa xeyirdir” deyirəm, inanır. Böyük ehtimalla, etdiyim şey etik deyil, amma olsun. O artıq mənim ərim hesab olunur. İstədiyim hər şeyi üstündə sınaqdan keçirə bilərəm.

***

Ortalıqda hamamı görsə, tasına aşiq olan bir oğlan var; qarşısında o tası həyatın mənası edəcək bir qız.

***

Quyruqlu ulduzlara baxmaq zamanı gələndə ocağı söndürdük. Hamı yatdı, səmaya baxaraq ulduzları izləməyə başladıq. Böyük bir ulduz axdı, Osi mənə doğru döndü və dedi:
– Heç ayrılmayaq!
Sonra yanağımdan öpdü və əlimi daha möhkəm tutdu.
Başqa bir ulduz da keçdi, Osiyə doğru baxdım. İçimdə belə dedim: “Nə olar Allahım, əgər səhv edirsəmsə, mənə bir işarə göndər”. Dodaqlarım isə belə dedi:
– Əgər ayrılsaq, ulduzların da, sənin də ağzına sıçacam.

***

Elə sürətlə gedirdik ki, dəyəcəyim divarı belə qaçırmışam.

***

Gəlin olacam, mən də evlənəcəm, ondan əvvəl evlənəcəm, bəlkə gəlinliyimi burdan aldım. Gəlinəm, vallah mən də gəlinəm, yazıq deyiləm, gəlinəm mən, gəlin!

***

Ona görə mən də heç kimi qırmadan, üzmədən bu işi özüm bildiyim kimi həll edim dedim. Birbaşa üzük istəmək yerinə ona kiçik ikibaşlı mesajlar vermək qərarına gəldim. Ən sevdiyim film? “Üzüklərin hökmdarı” deyə cavab verib bütün seriyalarını ard-arda üç dəfə izlətdim. Üzüyün çıxdığı səhnələrdə ekranı dondurdum. Səmimi bir şəkilə televizora baxaraq dərindən ah çəkdim.
“Filankəs filankəsə neçəsə əyarlı brilyant qaşlı üzük alıb”. Bu tip xəbərləri yüksək səslə oxudum. “Instagram”da elə hey üzük şəkillərini bəyəndim. Maşına hər mindiyimizdə Demet Akalının “Brilyant” mahnısını qoşdum. Evdə dayanmadan üzük şəkilli makaron bişirdim. Adsız barmağımı qapının arasında qoydum.

***

Rahat hazırlaşması üçün bütün günü sadəcə iyirmi dəqiqədən bir zəng vurdum. Bax belə anlayışlı sevgiliyəm. Məncə həqiqətən evləniləsi qızam.

***

Məhəbbət pis şeydir. Məhəbbət əzab verir. Yaşayanda həzz aldığın hər şeyi bitəndə burnundan fitil-fitil gətirir. Hər şey axırda sadəcə sənin inandığın, hər kəsin “mən demişdim” söylədiyi böyük bir yalana çevrilir.

***

Sən demə, sevildiyinə inanmaq necə aciz bir şey imiş. “Bu qədər pisəmmi?” deyirsən. Bu ağrını daxili orqanlarıma qədər çəkmək üçün nə eləmişəm ki? Yetimə yumruqmu atdım, şikəstlərin liftinəmi işədim, “ağıllı bilet”im tam dolu ikən ehtiyacı olanamı vermədim? Nə etdim ki, bu əzabı çəkirəm? Sənə inanacaq, sənin mən olduğuna aldanacaq, ikimizdən biz düzəldəcək bu qədər yalan materialı necə tapdım?
Bilirəm. İt kimi bilirəm. İşdir, birdən səndən haqq-hesab soruşmağa çalışsam, işdir, əzabdan başımı itirib sənə “niyə” deyə sual versəm, alacağım cavabı çox yaxşı bilirəm. Günahkar mənəm. İnan, bu necə olur, bilmirəm, amma danışsaq, günahkar çıxacaq adam mən olacam. Səbəbini də bilmirəm. Səni bağışlamaq istəyidirmi, yoxsa sənin özünə ləkə sürdürməməyindirmi? Bilmirəm, bir onu bilirəm ki, sonda başını yelləyib “sənə son dəfə baxıram” baxışı atan tərəf sən olacaqsan.
Ona görə, fikir vermə, bu vaxta qədər heç bir zərrəmə fikir vermədiyin kimi, buna da fikir vermə. Ancaq sənə “niyə” sualını verməyəcəm.

***

Qadınlar doğuş prosesində oksitosin hormonu ifraz edirlərmiş. Bu hormon körpə ilə ana arasındakı sevgini gücləndirməkdən əlavə unutqanlıq da gətirirmiş. Doğum ağrısını unutduğun üçün gələcəkdə yenidən hamilə qalmaq istəyirsən. Məncə biz bu hormonu aşiq olduğumuz zaman da ifraz edirik. Yoxsa axmaq kimi niyə hər dəfə birini sevmək üçün bu qədər səy göstərək ki?! Bir dəfə vuruldun, canın yandı. Yaxşı, ikincisini də birinci dəfədə alındamadığı üçün etdin. Bəs sonrakılar?

***

Qəzetdən reportaj üçün gəldilər, Osi lül-qəmbər sərxoş və çox xoşbəxtdir. Osinin dostları inanılmaz dərəcədə xoşbəxtdirlər. Bizim qızlar da çox gözəl və çox xoşbəxtdirlər.
Mən isə qıvırcıq saçlı bir Ceylanam. Özümü ağa ilə zorla evləndirilən kənd qızı kimi hiss edirəm.

***

O qədər çox əzab çəkdim, o qədər çox “deyəsən bitməyəcək” dediyim günlər yaşadım ki. Arada “ancaq ölsəm, canım qurtarar” dediyim anlar da çox oldu. Bunlarla yanaşı dəhşət əyləncəli günlərim də oldu. Çox yalan söylədim. Kimlərə ki, inanmamalıydım, hamısına inandım. Həmişə səhv insanlara aşiq oldum. Çoxusunda aşiq olduğumu zənn etdim.
Çox işlədim, pul qazanmaq üçün dəhşət çox çalışdım.
Bəzən ac yatdım. Bəzən borclarımı ödəmək üçün böyrəmin birini neçəyə sata bilərəm deyə düşündüm. Amma gün gəldi, əlim pulla oynadı. Ertəsi gün ağladım, ancaq əlimizdən başqa bir iş gəlmirdi.
Dəhşət qeybətlər qıldım. Bal kimi işin içindən sıyrıldım. Tez-tez burnumu poxa da batırdım.
Çox səyahət etdim, səyahət edərkən həmişə sərxoş oldum. Narkotik maddələrə heç bulaşmadım, onsuz da beynim həmişə “gözəl” idi. Çox qınadım, elə hey qınadım. O qınadığım şeyləri bircə-bircə yaşadım.
Və indi evləndim. Artıq həyatımın başqa mərhələsindəyəm. İlk dəfə xoşbəxt sonu yaşayıram! Çünki mən bunu haqq etdim.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram