Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Joze Mauru di Vaskonselos “Şirin portağal ağacım”

Annotasiya

“Şirin portağal ağacım”(portuqalca “Meu Pé de Laranja Lima”) – Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə qələmə aldığı bu əsərdə beş yaşlı Zezenin şəxsi narahatlığından və başına gələn fəlakətlərdən bəhs edilir. Yoxsul kənd oğlanının tək dostu sirlərini bölüşdüyü portağal ağacıdır. Zezenin obrazında yazıçı daha çox özünü, xoşbəxt keçməyən uşaqlıq illərini təsvir edib. Kitab Braziliya məktəblərində tədris proqramını salınıb. O dövrdə, vətənində bir milyondan çox satılan əsər iyirmidən artıq dilə tərcümə edilib, dəfələrlə ekranlaşdırılıb.

 

Karandaşın izi ilə

Heç kimdən heç nə gözləmirəm, beləcə xəyal qırıqlığı da yaşamış olmuram.

***

Hamımız böyük idik, kiçik parçalarla eyni kədərdən payını almış böyük və hüznlü fərdlər.

***

Böyüklər həmişə fərqli nağıllar uydururlar. Və həmişə elə düşünürlər ki, uşaqlar bu uydurulanlara inanırlar.

***

Uşaqların yaraları tez qabıq bağlayır.

***

Hiss edirəm, bir şey əksikdir. Məni özümə gətirəcək, bəlkə də insanlara, onların xoş niyyətlərinə inandıracaq vacib bir şey.

***

– Onu öldürəcəm!
– Balaca, nə danışırsan? Atanı öldürəcəksən?
– Onu ürəyimdə öldürəcəm. Daha onu sevməyəcəm. Və bir gün o, tamamilə öləcək!

***

Hər cür yeməyi sevirəm. Evimizdə hər dəfə yeməyə bir şey tapdığımızda sevməyi öyrəndim.

***

Sevinc qəlbdə ışıldayan bir günəşdir. Günəş isə hər şeyi işıqlandırır.

***

Sevginin nə olduğunu həqiqətən kəşf etdiyimdən bəri bütün sevdiklərimi sevgiyə boğuram.

***

Bacardığın qədər arzularını qoyub saxlamaq yaxşı şeydir.

***

Bəziləri üçün ölmək çox asan idi. Bir qatar tərəfindən əzilmək kifayət edirdi. Amma mənim üçün göylərə uçmaq çox çətin idi. Sanki hər kəs mane olmaq üçün ayaqlarımı tuturdu.

***

İndi ağrının nə olduğunu həqiqətən bilirəm. Bu, ayağını bir şüşə parçası ilə kəsmək və ya aptekdə tikiş atdırmaq deyil. Ağrı insanın onunla birgə ölməli olduğu bir şeydir. Qollarında zərrə qədər güc buraxmayan, yastıqda başını bir yandan o biri yana döndərmək cəsarətini belə yox edən bir şeydir.

***

Birinci düzəldilən şar ən gözəl şardır. Birinci yaxşı alınmasa, bir də düzəldə bilməzsən, ya da düzəltmək istəməzsən.

***

– Bağçanın qapısı açıq qalan kimi dərhal içəri girib bir gül oğurlayıram. O qədər gül var ki, heç kim hiss etməz.
– Bəli, amma bu yenə də doğru bir hərəkət deyil. Düzdür, soyğunçuluq eləmirsən, ancaq yenə də kiçik miqyasda da olsa, oğurluq sayılır.
– Xeyir, Donna Sesilia. Bu dünya Ulu Tanrınındır. Elə deyil? Dünyadakı hər şey də Ulu Tanrınındır. Onda güllər də onundur…

***

Anam əlimdə olan az şeyi də məndən kasıb olanlarla bölüşməyi öyrətdiyi gündən pirojnamı onunla paylaşıram.

***

Böyüklərin problemlərini başa düşürsənsə, deməli, uşaq deyilsən.

***

Öldürmək o demək deyil ki, Bak Consun revolverini götürüb güllə açmaq lazımdır! O demək deyil. Qəlbdə öldürürlər. Daha sevmirsən və günlərin bir günü həmin insan ölür.

***

Heç kim uşağı xəyallarından məhrum edə bilməz.

 

Tərcümə: Ləman Ağalı, Lamiyə Göycəyeva

3.6 (71.11%) 9 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram