Annotasiya
“Məni xatırlayırsan?” (ingiliscə “Remember me?”) – Xəstəxanada özünə gələn Leksi heç nə xatırlamır. O, avtomobil qəzasını, üç il ərzində “çirkin ördək balasından gözəl qu quşuna”, mənasız şəxsi həyatı və aşağı əmək haqqına malik iş yerində işləyən bəxtsizdən gözəl karyerası və milyonçu əri olan cəmiyyət xanımına necə çevrildiyini yaddan çıxarıb. Onun yerində istənilən qadın xoşbəxtlikdən göz yaşı tökərdi, o isə hiss edir ki, nəsə çatışmır. Leksi inadla üç il ərzində baş verənləri və “ideal həyatını” hansı yolla əldə etdiyini xatırlamağa çalışır. Əlbəttə, xatırlamaq olar, ancaq… dəyərmi?
Karandaşın izi ilə
Vəzifənin adı nə qədər uzundursa, iş bir o qədər zibildir.
***
İyirmi səkkiz yaşım var, mükəmməl hollivud təbəssümü ilə gülürəm, “Luois Vuitton”-dan çanta taxıram, şöbə rəisiyəm və qanuni evliyəm.
Lənət şeytana, bütün bunları necə əldə etmişəm?!
***
Həyat yoldaşı deyil, nağıldır. Nağıl nədir ki, qeyri-real ərim var! Yatağıma şorba gətirir, brilyant hədiyyə edir və portfeli yelləmək tərzimə aşiq olur.
Aydındır. Keçmiş həyatımda Mahatma Qandi olmuşam.
***
İndi aydın olur niyə zəngin insanlar qamətli olur. Hamısı böyük mənzildə o tərəf-bu tərəfə qaçmaqdandır.
***
— Orda mənə Kobra deyirlər! İnsanlarla özümü alçağın dal ayağı kimi aparıram! Sən bu haqda mənə heç nə deməmisən!
— Əzizim, bu, əla şou idi, – Erik sakitləşdirməyə çalışdı. – Sən orada əla çıxış etmişdin.
— Axı məni zəhərli ilan adlandırırlar!
— Nə olsun ki?!
– O olsun ki, mən ilan olmaq istəmirəm!,- bunun nə qədər gülməli çıxdığını bilsəm də, özümü saxlaya bilmirdim. – İlanları heç kim sevmir! Mən daha çox dələyə oxşayıram…ya da koalaya! Koalalar yumşaq olur. Və bir az dişləri əyri olur.
***
Anama zəng etmək istəmirdim. Validəmlə hər söhbət başıma ağ saçlar əlavə edirdi.
***
Ailədə azyaşlı fırıldaqçının olmasının öz müsbət tərəfləri var.
***
Bir insanla özünü günahkar hiss etdiyin, ya da onun yaxşı kater sürmək bacarığı olduğu üçün birlikdə qalmaq olmaz ki.
***
Amma məsələ ondadır ki, özünü inandırmağa başlayan kimi ürəyində həmişə bunun cəfəngiyyat və xam xəyal olduğunu çox yaxşı başa düşürsən.
***
Nikahda kəramət olduğunu bilirdim. Və bu kəramət həyatın zibilə çevriləndə sənin qeydinə qalan və sənə ürək-dirək verən birinin olmasındadır.
Tərcümə: Lamiyə Göycəyeva