Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Frans Teodor Çokor “Axınla birgə”

Annotasiya

“Axınla birgə” (almanca “Treibholz”) – XX əsrin ən görkəmli simalarından biri, yazıçı dramaturq Frans Teodor Çokor 1959-cu ildə qələmə aldığı bu pyesi avstriyalı rəssam Alfred Kubinə həsr edib. “Axınla birgə” əsəri zahirən ləyaqətli görünən burjua həyat tərzinə ağır satiradır. Qatı antifaşist Çokor bütün yaradacılığı ilə humanizmin yüksək ideallarını sübut etməyə çalışır.

Karandaşın izi ilə

Mən həmişə pulun qədrini bilmişəm. Mənim xoşbəxtliyim bundadır! Elə ərimin xoşbəxtliyi də…

***

Məsləhəti mən də verə bilərəm, özü də səndən də yaxşı. Çünki sən heç vaxt ehtiyacla mənim qədər üzləşməmisən. Adamların əsl siması isə yalnız dar gündə üzə çıxır.

***

– Siz orada tək yaşayırsınız? – Hələ ki tək yaşayıram. – Çalışın bu “hələ ki” çox çəksin.

***

Kişi qocalanda xilas yolunu ya Allahda axtarır, ya da hansısa ideyada. Biz qadınlarınsa bircə yolumuz var – cəhənnəm!

***

Adamın cibində öz açarının olması əcəb yaxşı şeydir, hətta bu açarın hansı qapıya düşdüyünü zorla xatırlasan da.

***

İnsan nə qədər ki cavandır – onun həmişə sərbəst seçim imkanı var, qocalanda isə az qala hər görüş taleyə çevrilir.

***

Əvvəlki sırtıqlığınız indiki qayğınızdan daha xoş idi: məni bu şəfqətdən xilas edin!

***

– Bəs sonra? Siz də öz ovunu götürüb gizlənən o qəhrəman kimi hərəkət edəcəksiniz? Amma belə baxanda, mən niyə də sizi arzulamayım – arzu ki yasaq deyil?! İntəhası bir məsələ var: bu arzuda sizə ayıracağım rolu oynamağa razı olacaqsınızmı? – Yaxşı, bəs əgər qadınla kişi elə ilk görüşdəncə bir-birlərinin içini görürsə, onların arasında başqa duyğuların yaranması mümkündürmü? – Sizcə, adamlar bir-birini tapmaq üçün kor olmalıdırlar? – Bəs necə? Axı ehtiras gözü tutanda adam nə bilsin ki, alır, yoxsa verir?

***

Batmamaq üçün bəzən hər şeyi qayıqdan atmaq lazım gəlir, hətta adamları da. Bir şərtlə ki növbə özünə çatanda gərək gileylənməyəsən…

***

Belə açıq söhbət üçün, mənim əzizim, biz hələ kifayət qədər sərxoş deyilik.

***

– Elm də bazara çıxıb özünü satışa qoya bilir. Amma əlbət ki, başqa cür – o nə rəqs edir, nə oxuyur… – Bəs, o neyləyir? – O məhv edir, öldürür…

***

Bizə xəyanət edən, dönük çıxan yeganə şey yalnız zamandır. O bizi arxamızca qovur, aldadıb irəli aparır və biz hər an bir daha qayıtmayacaq nəyisə əldən buraxırıq.

***

Məncə, donmaqdansa, yanmaq yaxşıdır!

***

Günəş elə şəfəq saçır ki, elə bil nəsə qeyri-adi bir şey olacaq. Amma nə olasıdır? Axı səhər həmişə gündüzə çevrilir, gündüz isə axşama. Bizsə heç nə olmayıbmış kimi, elə əvvəlki qaydada burada yaşamalıyıq…

***

– Özünü elə aparırsan ki, guya sən ananın nə demək olduğunu bilmirsən. – Çünki səndən heç zaman analıq görməmişəm. – Kaş oğlum olaydı! Qız həmişə düşmənə çevrilir. – Tərbiyəsindən asılıdır.

***

Bu, zülmət gecədə çaxan bir şimşəyə bənzəyirdi! Ömründə görmədiyin bir şey qəfildən gözlərinin qarşısında peyda olur – bircə anın içində parlayıb sönür. Sönür, amma sən artıq bilirsən ki, o şey var, mövcuddur…

***

Sadəcə olaraq, yamanlıqla böyür-böyürə yaşamaq aciz mərhəmətin minnətini götürməkdən daha rahatdır, çünki bu zaman vicdan sayıq ifşaçıya çevrilir.

***

Sən elə düşünürsən ki, insan yalnız başqasıyla qovuşduqdan sonra tək qalır? Bəlkə də haqlısan.

***

Ancaq biz yəqin sizinlə bir də görüşməyəcəyik, yad adama isə qəlbi açmaq asandır…

***

İnsanlığın nə demək olduğunu dar ayaqda şikəst arvadını atıb getməyən bayaqkı yad kişi bizə nümayiş etdirdi.

***

Bunlar belə hesab edir ki, əgər səni hələ də təpikləmirlərsə, ayaqlamırlarsa, demək çox mərhəmətlidirlər.

***

– Sən axı hara gedirsən? – Hələ bilmirəm. Amma adam hara getdiyini bilməyəndə daha uzağa gedir.

Tərcümə: Mahir Qarayev

4 (80%) 10 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram