Annotasiya
“Bağlı qapılar arxasında”(ingiliscə “Behind Closed Doors”) – Hər kəs Ceklə Qreysi ideal bir cütlük kimi tanıyır. Cek Eyncel yaraşıqlı və varlıdır, Qreys Eyncel isə zərif və cazibədardır. Bəziləri Qreysi daha yaxından tanımağa çalışır, lakin çətinlik çəkirlər, çünki başa düşürlər ki, Ceklə Qreysi bir-birindən ayrı təsəvvür etmək olmaz. Bəziləri Ceklə Qreys arasındakı münasibəti həqiqi sevgi adlandırır, başqaları isə onların münasibətinə şübhə ilə yanaşır. Məsələn, Qreys telefona niyə heç vaxt cavab vermir? Və ya Qreys rəfiqələri ilə görüşüb qəhvə içməyə niyə vaxt tapa bilmir? Axı o işləmir, evdar qadındır. Bəs niyə vaxtı yoxdur? Necə olur ki, bu qədər gözəl və dadlı yeməklər bişirə-bişirə belə incə və zərif qalmağı bacarır? Onların evindəki yataq otaqlarından birinin pəncərələrində niyə dəmir barmaqlıqlar var? İlk baxışdan mükəmməl görünən ailə həyatı bəzən sadəcə mükəmməl bir yalandan ibarət olur…
Karandaşın izi ilə
Lakin mən ümidimi itirməmişəm, nə vaxtsa əzab-əziyyətimə, yaşadığım bu cəhənnəm həyatına son qoyulacağına inanmıram. O gün gələcək və mən səbirlə o günü gözləyirəm. Başqa cür ola da bilməz, əsk təqdirdə, mən bir gün də yaşaya bilmərəm.
***
İnsanı əsarətdə saxlamaq üçün qorxu ən yaxşı vasitədir…
***
40 yaşına çatmış bir kişinin yanında qadın olmayanda ətrafdakılar çox sual verməyə başlayırlar.
***
Reallığa qayıtmaq isə özünü uçurumdan aşağı atmaq qədər çətin idi.
***
Ancaq bir dəfə Cek mənə demişdi ki, pulun varsa, Tailandda ürəyin istəyən hər şeyi satın ala bilərsən, hətta qorxu və dəhşəti də…
Tərcümə: Könül Nəsibova