Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Uraqan/Emin Abdullayev “Hərbidən qeydlər”

Annotasiya

“Hərbidən qeydlər” – Ötən il sentyabr ayında Uraqan təxəllüslü gənc yazardan məktub aldıq. Yeni nəşrdən çıxan əsəri ilə bağlı oxuyub fikir bildirməyimizi, ona bu işdə dəstək olmağımızı xahiş edirdi. Biz isə ədəbi tənqidçi olmadığımızı, sadəcə mütaliə etdiyimiz əsərlərdən bəyəndiyimiz hissələri paylaşdığımızı söylədik. Ardınca müəllif kitabın nüsxələrindən birini bizə hədiyyə yolladı və komandamızın üzvlərindən biri həmin əsəri bu yaxınlarda oxumaq imkanı əldə etdi. Seçdiyimiz qeydləri təqdim edirik, bəyənib bəyənməmək sizə qalıb.

“Uraqan” təxəllüsü ilə 2014-cü ildən “yazar.in” saytında hekayə və məqalələrini paylaşan Emin Abdullayevin bu əsəri hərbidə olduğu müddətdə qələmə aldığı qeydlərdən ibarətdir.

Karandaşın izi ilə

Uzaqlaşdıqca özümüzdən qaçırıq, qaçdıqca yoruluruq. Sonra nə üçün yorulduğumuzu anlamırıq.

***

Son kimi yazdığım bu cümlələri siz ilk kimi oxuyursunuz. Bəlkə də sizə lazım olanları irəlidəki səhifələrdə tapacaqsınız. Ola bilsin kitab bitdikdən sonra əvvələ qayıdıb bu cümlələləri bir də oxudunuz. Həyat da belədir. Bizə lazım olan şeyin haralarda olduğunu bilmirik.

***

Əgər hər şeyə qismət deyiriksə, həyatı ağ-qara şəkillərdə yaşamış oluruq.

***

Gözəl olan şeyə qiymət verilməz, qiymət verdiyimiz şeylər gözəlləşər.

***

İnsanlar hər şeyi unuda bilər. Ancaq onlara nə hiss etdirdiyinizi heç vaxt unutmaz. Bu sevgi də ola bilər, nifrət də. Nizami deyib ki, ən pisi odur ki, bu iki şey bir insanda birləşə. Onu Gəncəvi ilə səhv salmayın. Məhlə uşağı Nizamini deyirəm.

***

Bəzi insanlar var, Onlar bir-birlərinə çox uzaq olmalıdı. BU zaman bir-birilərinin dəyərini anlaya biləcəklər. Bəzi insanlar var Bir-biriləinə çox yaxın durmalıdır. Bu zaman onlar arasında gözəl xatirələr və dərin izlər yarana bilər. … Sənə görə pis görünən bir qərarın, İllər sonra ən doğru seçim olduğunu göstərər sənə. Çox sağ ol demək üçün heç yerdə tapa bilməzsən o insanı…

***

Bəlkə də biz də qələmdən ağ vərəqə axan mürəkkəb tək, kiminsə siqaret tüstüsündən çıxan fikirləriyik.

***

Ölülər dirilməz, qalanlarla yaşamaq lazımdır. Qalanları yaşatmaq lazımdır.

***

Çünki insanlar köhnə fikirləri təkrar, yeni fikirləri isə dəlilik sayırdı.

***

– Nə üçün gəlmisən bura? – Nə üçün gəldiyimi dəqiq bilməsəm də hamının gəldiyi səbəb üçün gəlməmişəm. – Hamı nə istəyir? – Səni. – Bəs sən nə istəyirsən? – Səni. – Elə isə hamıdan bir fərqin yoxdur. Hamı kimi birisən. – Mən hamı kimiyəm. Fərqli olansa sənsən.

***

Bir insanın haqqı axtarmağı heç də həmişə ədalətlə nəticələnməz. Bəzən haqqı tapdığın zaman ədalətsiz bir qərarla üz-üzə qala bilərdin.

4.2 (84.62%) 13 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram