Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ceyms Ballard “Beton ada”

Annotasiya

“Beton ada”(ingiliscə “Concrete Island”) – XX əsrin ən görkəmli ingilis yazıçılarından biri tərəfindən qələmə alınmış bu əsərdə beton cəngəlliyə düşmüş bir insanın dramatik vəziyyətindən bəhs edilir.

Müasir dövrə adaptasiya olunmuş “Robinzon Kruzo” hekayəsində əsas qəhrəman öz demonları ilə üzləşməli olur. İşdən evə qayında memar Robert Meytlend avtomobili ilə qəza edir və üç estakadanın arasındakı beton adaya düşür. O, ümidsizcəsinə xilas olmağa çalışır. Nəhayət, Meytlendin yaxınları xəbər tutanadək adada sağ qalmaqdan başqa çarəsi qalmır.

Karandaşın izi ilə

İndiki dövrdə başqasının xudbinliyindən xəbərimiz olmur. Ta ki onunla üzləşənə qədər.

***

Burdakı hind restoranları hər gün işləyir. Hindistanlılar öz işçi heyətini ağdərililərdən daha çox istismar edirlər.

***

İnsanlar yeni günahlar fikirləşib tapmaqdan daha böyük xoşbəxtlik tanımırlar.

***

Son dörd gün qəribə keçdi – sanki dəlixanaya girmiş və qəbul skamyasında özümü oturan yerdə görmüşdüm.

***

Mən sənin bütün həyatını dəyişdim. Şam yeməyinə şərab, gecə kostyumu – hamınız istismar olunmağa elə çox can atırsınız ki…

***

O, artıq adanı tərk etmək istəmirdi. Həqiqətən belə bir şeyə ehtiyac duymurdu. Və elə təkcə bu, onun ada üzərində hökmranlıq əldə etdiyini təsdiqləyirdi.

 

Tərcümə: Lamiyə Göycəyeva

2.3 (45%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram