Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Artur Miller “Hamısı mənim oğlum idi”

Annotasiya

“Hamısı mənim oğlum idi” (ingiliscə: “All My Sons”) – Dramaturq kimi amerikalı yazıçı Artur Millerə dünya şöhrəti gətirən bu pyes 1947-ci ildə işıq üzü görüb. Pyesin süjet xətti real hadisələr əsaslanıb. Hadisələr müharibə vaxtı cəbhəyə silindr başlıqları göndərən kiçik əyalət fabrikantının ailəsində cərəyan edir. İki ailənin qarışıq münasibətləri, yalan və xəyanət bir bazar günü Kellerlər ailəsinin yaşadığı evin arxa həyətində faciəvi şəkil alır.

Bir neçə il öncə Co Keller ABŞ ordusuna silah tədarük edən sahibkar olub. Lakin istehsal prosesində baş verən xəta 21 təyyarənin qəzaya uğramasına səbəb olub. Keller və şəriki Stiv Diver məhkəmə qarşısına çıxıb, birinci bəraət qazansa da, ikinci həbs edilib. Məhkəmədən 18 ay sonra Diverin qızı Enn Kellerin oğlu Krisin dəvəti ilə onlara qonaq gəlir. Bu görüş nə ilə nəticələnəcək? Ailə sirləri iki gəncin məhəbbətinə təsir edə biləcəkmi?

Karandaşın izi ilə

– Yağış yağacaq.

– Nədir, qəzetdə yazıblar?

– Aha, bax burada.

– Onda yağış yüz faiz olmayacaq.

***

– Sizin bədbəxtliyiniz ondadır ki, heç nəyə inanmırsınız.

– Sizin bədbəxtliyinizsə hər boş şeyə inanmağınızdadır.

***

Mənim vaxtımda insanlar oğul atası olmaqdan qürur duyurdu. Amma indi oğlanların müharibəyə yararlı olmamaları üçün onların şəhadət barmaqsız doğulmalarına yardımçı olan həkim milyonlar qazanır.

***

– Sən elə həmişə kitablar haqda elanları oxuyursan, kitabın özünü almırsan.

– Mən öz bisavadlığımı özümə xatırlatmağı xoşlayıram.

***

– Sənin bir heyrətamiz qabiliyyətin var. Özünü elə göstərirsən ki, elə bil, heç nəyin sənə dəxli yoxdur.

– Mənə dəxli olmayan şeyin elə mənə dəxli olmasa yaxşıdır.

***

– Mən elə indicə sizinlə tanış oldum, Enn, amma icazənizlə sizə bir məsləhətim var. Ərə gedəndən sonra heç vaxt, hətta xəyalınızda belə ərinizin pulunu saymayın.

***

Əgər sən hamını istəyirsənsə, elə düşünmə ki, hamı da səni istəyir.

***

Sən insanlardakı nifrət hissini təsəvvür eləmirsən, Kris. İnsan nifrətdən bütün dünyanı tikə-parça eləyə bilər.

***

– Siz yəqin çox həyəcan keçirirsiniz.

– Ərə getmək elə də asan iş deyil.

– Baxır kimə.

***

– Mən Krisə ona görə ərə gedirəm ki, həmişə həqiqət eşitmək istəyəndə ağlıma yalnız Kris gəlir. Əgər o, nəsə deyirsə, deməli, belə də olmalıdır. Adam yüngülləşir.

– Onun pulu da var. Bu da adama yüngüllük gətirir.

– Mənim üçün fərq etməz.

– Sizə elə gəlir. Hər şey pulun başındadır. Mən tələbəyə ərə gəlmişdim. Mənim maaşıma dolanırdıq. Bu, pis şeydir. Kişini arvad saxlayırsa, kişi özünü arvaddan asılı hiss edir. Asılı olduğun adamı kim istəyər?

***

Bizim bu Amerikada alimlərin sayı o qədər artıb ki, bugün-sabah zibil tullayan tapılmayacaq. Hər şey ona doğru gedir ki, səfeh yerində ancaq sahibkarlar qalacaq.

***

– Bu nədir?

– Dünən gücə külək qırıb. Biz bu ağacı Larinin xatirəsinə əkmişdik.

– Niyə? Qorxurdunuz unudarsınız?

***

Həyat belədir, Corc. Xırda adam səhv eləyəndə hamı bəh-bəhlə onu hoydu-hoyduya götürür, amma böyük adamı eyni səhvə görə səfir təyin eləyirlər.

***

– Co, bilirsiniz axı, o, sizə nifrət edir.

– Elə… mən belə də güman eləyirdim. Amma insan dəyişir.

– Stiv nifrət eləməyi bacarmırdı.

– İndi bacarır. O, müharibənin hesabına qazananların hamısını divara dayamaq istərdi.

– Buna onun gülləsi çatmaz.

***

Elələri var ki, öz səhvini etiraf etməkdənsə, başqalarının asılmağını istəyir.

***

Pul, pul, pul, pul, pul. Əgər sözü elə hey təkrarlaya-təkrarlaya qalsan, mənasını tamam itirəcək. “Pul” sözünün, həqiqətən də, mənasını itirəcəyi günü görmək istərdim. O günəcən yaşaya biləcəyəmmi?

***

Hər bir insanın öz ulduzu var. Onun vicdanının ulduzu. İnsan bütün ömrü boyu onu axtarır, amma elə ki söndü, bir də heç vaxt yanmayacaq.

***

Qudurmuş itlər ölkəsi! Burada hamı bir-birinə nifrət edir, hamı bir-birinin ətini yeyir.

***

– Onlar təmiz pullardır? Xeyr, Amerikada təmiz pul yoxdur. Hərb və sülh dollarlar və sentlər, gümüşlər və qızıllar deməkdir. Burada təmiz nə ola bilər? Tək mənim yox, lənətə gəlmiş Amerikanın tən yarısının yeri türmədir. Bax sənin susmağının səbəbi də budur.

– Bəli, mən buna görə susuram.

– Onda…mənim günahım nədir?

– Mən bilirəm, sən heç də başqalarından pis deyilsən, amma axı səni başqalarından yaxşı bilirdim… Sənin kim olduğunu mən anlamamışam. Mən səni çox istəyirdim. İndi sənə baxa bilmirəm…özümə də…

***

Dünya müqəddəslər üçün deyil, Kris.

Tərcümə: Yaşar

2.8 (56%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram