Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nana Ekvtimişvili “Armudlu düzəngahı”

Annotasiya

“Armudlu düzəngahı” (ingiliscə “The Pear Field”)- Əzab dolu internat həyatı… “Azad” uşaqlar… İnternatı tərk etmək vaxtı çatsa da, getməyə yeri olmayan və tarix müəllimi Vanonu öldürməyə qərar verən Lela… Seksual qısnama, zorakılıq, qorxu, istismar, hüzn, şəhvət, nifrət, amansızlıq, məhrumiyyət, mənəvi yoxsulluq, sevgi, ümid, fədakarlıq… 90-cı illərin itirilmiş nəsli… Bununla belə, dirçəlməyə çalışan, bunun üçün çapalayan insanlar… Onların adamın üzünə şillə kimi dəyən diqqətəşayan həyat hekayəsi… Hadisələr internatda baş verir. Bura “Armudlu düzəngahı”dır – mistik məkan, sakinlərinin həyatında silinməz izlər buraxan lənətlənmiş ünvan. Əvvəlcə “ağıldankəm uşaqlar” üçün nəzərdə tutulsa da, sonradan valideynlərini itirmiş, ya da maddi səbəblər ucbatından necəsə ortalıqda qalmış uşaqlar burada məskunlaşır. Bu uşaqları heç müəllimlər də veclərinə almır, özbaşına buraxır. Bəs görəsən, amerikalı cütlük Lelanın balaca İrakli ilə bağlı ümidlərini doğruldacaqmı?

Karandaşın izi ilə

Yazıqlar heç vaxt düşünməzdilər ki, yeganə övladları – uşaqlıqda heç kəsin heç nəyini oğurlamayan, intizamı ilə seçilən, riyaziyyatda tayı-bərabəri olmayan, qızlarla nəzakətlə davranan və şirin söhbətləri ilə hamının sevimlisi olan Qnatso bir gün əsgərliyə gedəcək, oradan dəlixanaya düşəcək, sonra da ömrü boyu öz qara paltosuna bürünüb pırtlaşıq saçları ilə veyil-veyil gəzib dolaşan adama çevriləcək.

***

İndi bunun adı Boçka olsun, Tariyelin arvadının adı Nərgiz? Olmaz axı, bəs haqq-ədalət haradadır?!

***

Sevgi bütün dillərdə eyni hisslərlə ifadə olunur.

Tərcümə: Emin Elsevər

5 (100%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram